Qırğızıstan-Tacikistan toqquşmasının arxasında yenə Kreml dayanır - İNCƏLƏMƏ...
Tarix: 29-01-2022, 09:22 | Çap et
Qırğızıstan-Tacikistan sərhədçiləri arasında növbəti toqquşma baş verib. Sərhədin mübahisəli bölgəsində yaşanmış atışma nəticəsində ölən və yaralananlar olub. Qırğızıstanın Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, silahlı münaqişənin baş verdiyi bölgədən 24 mindən çox sakin təxliyə olunub. İki Orta Asiya ölkəsi bir-birini sərhəddəki yolu blok etməkdə ittiham edib. Qırğızıstanın Batken regionunda sərhəd mühafizə xidmətinin başçısı Kyyal Tolobayev bildirib ki, Tacikistan tərəfinin Tork-Xoçon yolunu “birtərəfli qaydada” blok etməsindən sonra atəş səsləri eşidilib.
Qırğızıstanla Tacikistan arasında 970 kilometrlik sərhəd 30 il ərzində demarkasiya olunmayıb. Orta Asiyadakı bir çox sərhəd əraziləri sovet ittifaqının dağılmasından bu yana mübahisəlidir. Ekspertlərə görə, rəsmi məlumatlardan və tərəflərarası itkilərdən məlum olur ki, gərginliyi başladan əsas tərəf Tacikistandır. Göründüyü kimi, Tacikistan tərəfi məqsədli surətdə və öncədən hazırlanmış plan əsasında sərhəddə gərginliyi pozub. DİA.AZ-ın məlumatına görə, tərəflərin növbəti qarşıdurmasını “Şərq”ə dəyərləndirən siyasi şərhçi Turan Rzayev deyib ki, Qırğızıstan-Tacikistan sərhədində baş verən hazırkı toqquşmaların pərdəarxasında Qazaxıstanda olduğu kimi yenə də Rusiya dayanır. Analitikin sözlərinə görə, taciklər təlimatı Kremldən alıb:
“Qırğızıstan-Tacikistan sərhədində baş verən hazırkı toqquşmaları Kremlin Türküstan tamaşasının ikinci pərdəsi olaraq da adlandırmaq olar. Qazaxıstandakı hadisələrlə Qırğızıstan-Tacikistan sərhədində baş verən olaylar arasında məntiqi əlaqə var. Kreml Türküstan tamaşasına ilk Qazaxıstanda başladı. Təbii yanacağın qiymətinin iki dəfə artması sonrası baş verən etirazlar nəticəsində əvvəl Prezident Qasım-Jomart Tokayev hökuməti istefaya göndərdi. Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayev Təhlükəsizlik Şurasının sədri vəzifəsindən istefa verdi. Sonda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından hərbi yardım istədi. KTMT-nin Qazaxıstana gəlməsi və Nazarbayevin tərəfdarlarının bir-bir vəzifədən uzaqlaşdırılması ilə Kreml Qazaxıstanda istəyinə nail oldu”.
T.Rzayevə görə, Kremlin hədəfi Fərqanə vadisinə nəzarət etməkdir:
“Tacikistanla Qırğızıstan arasında sərhəd problemi əvvəldən bəri var. Demarkasiya və delimitasiya üzrə danışıqlar prosesi 2002-ci ildə intensivləşib. O vaxtdan bəri komissiyaların və işçi qrupların iki yüzə yaxın iclası keçirilib. Hazırda sərhədin delimitasiyası və demarkasiyası prosesində sərhəddən keçən xəttin 550 km-ə yaxını təsvir edilib. Lakin indiyədək iki ölkənin sərhədində yerli sakinlər arasında vaxtaşırı münaqişələr yaranır.
Bu da tez-tez atışmalarla müşayiət olunur. Bunu rəsmi Moskva yaxşı bilir və mahir şəkildə istifadə edir. Kremlin planını qısaca belə xarakterizə etmək olar.
Birincisi, Kreml öncədən silahlandırdığı Tacikistan qoşunlarını Qırğızıstana hücum etdirir. Beləcə tacik-qırğız sərhəd münaqişəsi yenidən alovlanır. İkincisi, tərəflər arasında gərginlik bir müddət davam edir. Qarşılıqlı itkilər fonunda Moskva KTMT kartını oynayır və tərəfləri atəşkəsə riayət etməyə çağırır.
KTMT-nin baş katibi Stanislav Zas sərhəddə baş verənlərlə bağlı tərəfləri dərhal atəşkəsə əməl etməyə çağırıb. Zas tərəflərə təşkilatın üzvü olduqlarını xatırladaraq sətiraltı hərbi bloku regiona dəvət etmələrini tələb edib. Kremlin istəyi açıqdır”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Gömrük generallarının pensiya QALMAQALI – Büdcəyə vurulan zərər GERİ ÖDƏNİLƏCƏK?
Bu gün, 11:40 |
|
|
|
• İrəvanla Bakı arasında münasibətlərin normallaşdırılması üçün səylər davam etdirilir - Ermənistan XİN
Bu gün, 11:37 |
|
|
|
• "Baku Network"un rəhbəri “Valday” klubunun Yaxın Şərq konfransında çıxış edəcək
Bu gün, 11:24 |
|
|
|
• “ABŞ Ermənistanda çevrilişin qarşısını aldı..." - “Armtimes”
Bu gün, 11:21 |
|
|
|
• "Mənim Ali Məhkəmənin sədri olduğum dövrdə ölüm cəzası qərarı verilməyib" - Tahir Kərimli
Bu gün, 11:15 |
|
|
|
• Aİ ölkələrinin hamısı Trampa qarşı çıxdı
Bu gün, 11:12 |
|
|
|
• Parlamentdə yeni TƏYİNAT - FOTO
Bu gün, 11:11 |
|
|
|
• İrəvandan açıqlama: - “Sülh sazişinin imzalanmasına çox yaxınıq”
Bu gün, 11:07 |
|
|
|
• "İmam Əli Mərkəzi" casus yuvasıdır - Nazir
Bu gün, 11:06 |
|
|
|
• Qızı vermədilər, oğurladılar - İmişlidəki olayın TƏFƏRRÜATLARI
Bu gün, 11:01 |
|
|
|
• Gömrük Komitəsinin ardından Gömrük Akademiyası: Təqaüd ala bilmirlər... - Tələbələr NARAZIDIR...
Bu gün, 10:58 |
|
|
|
• AZAL-ın təyyarəsinin qəzaya uğrama səbəbinin araşdırılması üzrə ilkin hesabat yaxın günlərdə açıqlanacaq - Nazir
Bu gün, 10:51 |
|
|
|
• "Avroviziya" təmsilçimiz onlardan biri olacaq? - FOTO
Bu gün, 10:50 |
|
|
|
• Çin ABŞ məhsullarına tarif tətbiq edib
Bu gün, 10:39 |
|
|
|
• Şəhid anası nazirdən GİLEY EDİR... - Qəbuluna düşmək müşkül imiş...
Bu gün, 10:38 |
|
|
|
• Cəlilabadda Qazilər HAQSIZLIQLA ÜZ-ÜZƏ... - "Burda ancaq bir tayfanın adamları vəzifə başındadır..."
Bu gün, 10:25 |
|
|
|
• "Bu, bir təsadüf deyildi" - VİDEO
Bu gün, 10:10 |
|
|
|
• Hərbi vəzifəlilərin növbəti təlim toplanışı başlayıb
Bu gün, 10:02 |
|
|
|
• Ümid edirik ki, Cənubi Qafqazda sülh ABŞ üçün prioritet olacaq - Paşinyan
Bu gün, 09:55 |
|
|
|
• Özünü həkim hesab edənlərin əksəriyyəti diplomunu pulla alan şəxslərdir - İTTİHAM VAR...
Bu gün, 09:52 |
|
|
|
• Təhsildə nöqsanlar belə ört-basdır edilir... - MALƏSƏF...
Bu gün, 09:50 |
|
|
|
• Dənizlə narkotik daşıyan iranlı balıqçılar saxlanılıb - VİDEO
Bu gün, 09:45 |
|
|
|
• Vergi Xidməti sahibkarın başına niyə bu oyunu açır? - ETİRAZ
Bu gün, 09:43 |
|
|
|
• "Oleq Bakinski"nin dəstə üzvləri deyilən şəxslərlə bağlı QƏRAR VERİLDİ
Bu gün, 09:40 |
|
|
|
• “AXC-nin iclasında təklif etdim ki, gəlin, Heydər Əliyevi Naxçıvandan Bakıya çağıraq” - Fəzail Ağamalı
Bu gün, 09:36 |
|
|
|
• Qaralov vəzifədə deyil... amma hələ də ADI QARA İŞLƏRDƏ BİRİNCİDİR... - TƏFƏRRÜAT
Bu gün, 09:29 |
|
|
|
• "Azərbaycan hər zaman türk dövlətləri ilə bütün sahələrdə inteqrasiyanın olmasına çalışıb" - Fazil Mustafa
Bu gün, 09:18 |
|
|
|
• "44 günlük müharibədə məğlubiyyət bizə bu imkanı verdi" - Paşinyan
Bu gün, 09:17 |
|
|
|
• Paşinyanın sirli ABŞ səfəri - Bakıya qarşı gizli plan...
Bu gün, 09:15 |
|
|
|
• Rusiyada yaşayan azərbaycanlılara hansı problemlər yaradacaq? - AKTUAL
Bu gün, 09:12 |
|
|
|
• İran Zəngəzur prosesindəki maneələri aradan qaldıracaq - Görünəni odur ki...
Bu gün, 09:10 |
|
|
|
• Köçəryanı qane edən Qarabağ təklifi – “Nə Əliyev, nə də Elçibəy razılaşdı, çünki…”
Bu gün, 09:04 |
|
|
|
• Gürcüstandan Azərbaycana ZƏRBƏ - Bakıdan etirazlar
Bu gün, 09:03 |
|
|
|
• Teatr Xadimləri İttifaqının sədri lotoreya reklamına çəkilib - BU NƏDİ BELƏ?..
Bu gün, 09:01 |
|
|
|
• Paşinyanın ələ keçirmək istədiyi Azərbaycan ərazisi – “Çox strateji yerdir…”
Bu gün, 08:59 |
|
|
|
• USAİD- təmizləyən ABŞ əslində öz DÖVLƏT NAMUSUNU qurtarmağa cəhd etmiş oldu... - FAKT BUDUR!
Bu gün, 08:56 |
|
|
|
• Nizami rayonunda meydan sulayan KİMDİR? - İTTİHAM VAR...
Bu gün, 08:49 |
|
|
|
• "Niyə olmayan xidmət üçün pul ödəməliyəm?" - ETİRAZ
Bu gün, 08:44 |
|
|
|
• ABŞ Senatı Kris Raytı energetika naziri vəzifəsinə təsdiqləyib
Bu gün, 08:34 |
|
|
|
• İşçilərlə bağlanmış əmək müqaviləsinin ləğvi zamanı... - Ekspert danışır...
Bu gün, 08:29 |
|
|
|
• Hacıyevin İran səfərinin pərdəarxası - 9 illik “tilsimi” sındırmaq zamanı
Bu gün, 08:21 |
|
|
|
• Əliyev haqlı çıxdı: “Qarabağ”a reaksiyamız faşizmdir - Kiviryan
Bu gün, 08:17 |
|
|
|
• Erməniləri qorxuya salan ETİRAF: - “Türklər bu ərazilərə yerləşir”
Bu gün, 06:23 |
|
|
|
• Beş ərəb ölkəsi fələstinlilərin Qəzzadan köçürülməsinə qarşı çıxıb
Bu gün, 06:18 |
|
|
|
• Vaşinqton Kiyevə silah tədarükünü bərpa edib - KİV
Bu gün, 01:47 |
|
|
|
• Xankəndindəki zavodda çörək bahalaşıb? - "...zavoda biz cavabdehik"
Bu gün, 01:43 |
|
|
|
• Sektor müdiri BŞTİ-dən azad edildi, məktəb direktoru göndərildi - AÇIQLAMA
Bu gün, 01:39 |
|
|
|
• 'Azəriqaz'dan vətəndaşa SAYĞAC TƏLƏSİ - BU FAKTDIR!
Bu gün, 01:13 |
|
|
|
• Nazirlik ləğv olunur, əvəzində isə... - İLGİNC
Bu gün, 01:07 |
|
|
|
• “Vardanyan Azərbaycandan əvvəl Ukraynada da ağır cinayətlər törədib” - ŞƏRH
Bu gün, 00:56 |
|
|
|
|