Tarixin amansız dərsi: artıq heç nə əvvəlki kimi olmayacaq - HƏQİQƏTƏN DƏ...
Tarix: 28-02-2022, 08:00 | Çap et
İkinci Dünya müharibəsindən sonra Avropada ən irimiqyaslı hərbi əməliyyatlar cərəyan etməkdədir. 80 il əvvəl olduğu kimi, yenə də təcavüzün qurbanı Ukrayna oldu. Amma bu dəfə bəla qərbdən deyil, şərqdən gəldi. Rusiya müharibəni başladaraq, bütün dünyanın Ukraynanın suveren ərazisi kimi tanıdığı torpaqlara soxuldu.
Faktiki olaraq hərbi əməliyyatlar ölkənin bütün ərazisini əhatə edir. Artıq yüzlərlə insan həyatını itirib, şəhərlər və qəsəbələr viran qalıb. Ukrayna ordusu düşmənə nə qədər ciddi müqavimət göstərsə də, ordu nə dərəcədə fədakarcasına döyüşsə də, Rusiya təcavüzkar qüvvələri, istədikləri sürətlə olmasa da, hər halda irəliləyirlər. Əlbəttə ki, bəşəriyyətin proqressiv kəsimi sidq ürəkdən ukraynalılara dözüm və yekun qələbə diləyir. Amma siyasət, xüsusən də müharibə romantik hisslər məkanı deyil, burada praqmatik və realist düşüncə daha önəmli və həlledicidir.
Ukrayna Rusiyaya qarşı – yalqız və atılmış
Rusiyanın Ukraynaya hərbi müdaxilə edəcəyi barədə dünyanın aparıcı ölkələri dəfələrlə xəbərdarlıq etmişdi, bəziləri isə hətta diplomatik nümayəndəliklərini Kiyevdən çıxarmışdı. Aydın idi ki, ciddi kəşfiyyat təsdiqi olmadan belə addımlar atılmazdı. Çünki Rusiya-Ukrayna qarşıdurması ta 2014-cü ildən - Rusiyanın Krımı ilhaq etməsindən aktiv fazaya qədəm qoymuşdu, lakin xarici diplomatların heç bir təxliyəsindən söhbət getmirdi.
Bu dəfə isə vəziyyət başqa cür idi. Putinin orduya hücum əmri verməsi gün söhbəti idi. Yekunda olan oldu. İndi Ukrayna, ölkə Prezidenti Volodomir Zelenskinin sözləri ilə desək, Rusiya ilə üz-üzədir və bütün dünya tərəfindən tək buraxılıb. Baxmayaraq ki, uzun illər başda ABŞ və Avropanın aparıcı dövlətləri olmaqla bir çox dövlətlər rəsmi Kiyevə nə dərəcədə valeh olduqlarını və məhəbbətlərini izhar edir, onu daha qətiyyətli anti-Rusiya addımları atmağa sövq edirdilər. Məsələ real müharibəyə çatdıqda isə ukraynalılarla səngərlərdə çiyin-çiyinə dayanmaq istəyən bir əcnəbi ordu tapılmadı.
Yekun bəllidir
Hadisələr hansı məcrada cərəyan edəcək? Qeyd etdiyimiz kimi, ukraynalılar vətənləri üçün ölüm-dirim mübarizəsi aparırlar. Rus işğalçıları ciddi itkilərə məruz qalır, canlı qüvvə və texnika sarıdan gözləmədikləri zərbələr alırlar. Amma nə qədər acınacaqlı olsa da, bir şey aydındır: əgər Ukraynaya hər hansı kənar qüvvə yardım etməsə və ya hər hansı səbəbdən rusların hücumu dayanmasa (Ukrayna Prezidenti bütün vasitələrdən istifadə edərək işğalçını danışıq masasına əyləşdirməyə çalışır), bu qarşıdurma təcavüzkarın qələbəsi ilə nəticələnəcək. Çünki qüvvələr nisbəti çox fərqlidir.
İtkilər nə qədər ciddi olsa belə, Vladimir Putini seçdiyi yoldan döndərə bilməyəcək. Avropanın göbəyində, özü də qardaş bir xalqa qarşı irimiqyaslı müharibə başladan şəxs hər cür qurbanı verməyə hazırdır, təki çirkin məqsədinə yetsin. Xüsusən də nəzərə alsaq ki, həlak olanlarla Putinin yaxından-uzaqdan heç bir əlaqəsi yoxdur. Məsələ bir qədər uzana bilər, amma bu, yekuna təsir etməyəcək.
Sözsüz ki, müharibə sonsuza qədər davam etməyəcək. İstənilən halda sülh bərqərar olacaq. Amma dünya heç vaxt artıq əvvəlki kimi olmayacaq. Analitiklər, hərbi ekspertlər, tarixçilər, siyasətçilər, biznesmenlər – hər kəs özünə aid nəticə çıxaracaq. Əlbəttə ki, dəyərləndirmələr fərqli olacaq. Amma onların sırasında birinin olacağı heç bir şübhə doğurmur. O da bundan ibarətdir ki, siyasətdə romantika keçərli deyil, bu sahədə daha çox praqmatiklər uğur qazanırlar. Və artıq Qərbin vədlərinə, dəstək ismarıclarına çox az ölkə başçısı aldanacaq.
2008-ci il Gürcüstan və 2022-ci il Ukrayna hadisələri göstərdi ki, Qərbin nəzəri müstəvidən praktiki hərəkətə keçmək sarıdan ciddi problemləri var. NATO-nun Baş katibi Yens Stoltenberq Ukraynanın fəryadlarına cavab olaraq bildirdi ki, Alyans yalnız üzvlərinə təhlükəsizlik zəmanəti verir, digərlərinə isə bu, aid deyil. Bu mövqeni əsas götürüb xatırlasaq ki, həm Ukrayna, həm Gürcüstan, həm də Moldova uzun illərdir NATO-ya üzv olmaq üçün dəridən-qabıqdan çıxır, amma Alyans heç cür müsbət cavab vermir, o zaman hər şey gün kimi aydın olar: heç kim Rusiya ilə açıq döyüşdə üz-üzə gəlmək istəmir. Ən məqbulu bunu başqalarının əli ilə, daha doğrusu isə, canları ilə etməkdir.
Və qeyd etdiyimizə misal olaraq bir nümunə: Gürcüstanın Baş naziri İrakli Qaribaşvili bəyan edib ki, “milli maraqlarımız nəzərə alınmaqla, Gürcüstan Rusiyaya qarşı maliyyə və iqtisadi sanksiyalarda iştirak etməyə hazırlaşmır”. Necə deyərlər, şərhsiz. Sadəcə 2008-ci il hadisələrini və Rusiya-Gürcüstan münasibətlərinin sonrakı və hazırkı durumunu xatırlamaq yetərlidir. Gürcülər artıq nəticə çıxarıblar.
Axına düşməmək şərtilə
Sonda isə bir zəruri qeydə ehtiyac duyuruq. Deyilənlər o anlama gəlməməlidir ki, bütün dövlətlər suverenliklərini unudaraq Rusiya imperiyasının ağuşuna atılamlıdır. Əsla! Sadəcə dünyada iki güc mərkəzinin olduğunu unutmayaraq, bu güclər arasında optimal mövqe seçmək lazımdır. Elə mövqe ki, heç bir güclü axın ölkəni burulğana çəkib apara bilməsin, Ukrayna misalında olduğu kimi. Və belə siyasətə kifayət qədər nümunələr var. Məsələn, Türkiyə.
NATO üzvü olmasına rəğmən, qardaş ölkə Rusiya ilə də normal münasibətlər qurmağa nail olub. Bəli, zaman-zaman müəyyən gərginliklər olur, həm o, həm də digər tərəflə. ABŞ-ın Türkiyəyə F-35 qırıcılarının satışını dayandırmasını və ya Türkiyə tərəfinin Suriyada vurduğu Rusiya qırıcısına görə Moskvanın tətbiq etdiyi sanksiyalar bu qəbildən olan gərginliklərdəndir. Amma ümumi götürdükdə, Türkiyə həm dünya miqyasında mövqeyini qüvvətləndirir, həm də potensial rəqibləri ilə ümumi dil tapmağı bacarır. Bir sözlə, siyasəti bu sahədə anlayışı olanlar həyata keçirəndə, dövlət üçün də, xalq üçün də ciddi təhlükə yaşanmır. Ukraynadakı son hadisələrdən sonra yəqin ki, bunu anlayanların sayı kəskin surətdə artacaq. //AYNA//
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Gürcüstandan Azərbaycana ZƏRBƏ - Bakıdan etirazlar
Bu gün, 09:03 |
|
|
|
• Teatr Xadimləri İttifaqının sədri lotoreya reklamına çəkilib - BU NƏDİ BELƏ?..
Bu gün, 09:01 |
|
|
|
• Paşinyanın ələ keçirmək istədiyi Azərbaycan ərazisi – “Çox strateji yerdir…”
Bu gün, 08:59 |
|
|
|
• USAİD- təmizləyən ABŞ əslində öz DÖVLƏT NAMUSUNU qurtarmağa cəhd etmiş oldu... - FAKT BUDUR!
Bu gün, 08:56 |
|
|
|
• Nizami rayonunda meydan sulayan KİMDİR? - İTTİHAM VAR...
Bu gün, 08:49 |
|
|
|
• "Niyə olmayan xidmət üçün pul ödəməliyəm?" - ETİRAZ
Bu gün, 08:44 |
|
|
|
• ABŞ Senatı Kris Raytı energetika naziri vəzifəsinə təsdiqləyib
Bu gün, 08:34 |
|
|
|
• İşçilərlə bağlanmış əmək müqaviləsinin ləğvi zamanı... - Ekspert danışır...
Bu gün, 08:29 |
|
|
|
• Hacıyevin İran səfərinin pərdəarxası - 9 illik “tilsimi” sındırmaq zamanı
Bu gün, 08:21 |
|
|
|
• Əliyev haqlı çıxdı: “Qarabağ”a reaksiyamız faşizmdir - Kiviryan
Bu gün, 08:17 |
|
|
|
• Erməniləri qorxuya salan ETİRAF: - “Türklər bu ərazilərə yerləşir”
Bu gün, 06:23 |
|
|
|
• Beş ərəb ölkəsi fələstinlilərin Qəzzadan köçürülməsinə qarşı çıxıb
Bu gün, 06:18 |
|
|
|
• Vaşinqton Kiyevə silah tədarükünü bərpa edib - KİV
Bu gün, 01:47 |
|
|
|
• Xankəndindəki zavodda çörək bahalaşıb? - "...zavoda biz cavabdehik"
Bu gün, 01:43 |
|
|
|
• Sektor müdiri BŞTİ-dən azad edildi, məktəb direktoru göndərildi - AÇIQLAMA
Bu gün, 01:39 |
|
|
|
• 'Azəriqaz'dan vətəndaşa SAYĞAC TƏLƏSİ - BU FAKTDIR!
Bu gün, 01:13 |
|
|
|
• Nazirlik ləğv olunur, əvəzində isə... - İLGİNC
Bu gün, 01:07 |
|
|
|
• “Vardanyan Azərbaycandan əvvəl Ukraynada da ağır cinayətlər törədib” - ŞƏRH
Bu gün, 00:56 |
|
|
|
• “Ürəyimdə fikirləşdim ki, birdən ona nəsə olar, Ağdamı görmədən ölər”
Bu gün, 00:53 |
|
|
|
• "Razi kimdir, mənim haqqımda nəsə desin?!" - Deputatlar arasında gərginlik davam edir...
Bu gün, 00:51 |
|
|
|
• “Yeni çeşid” hiyləsi: çörəyin qiyməti necə qaldırılıb… - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 00:45 |
|
|
|
• Kremlin “hüquqları” və ya köhnə ssenari yenidən gündəmdə - UNİAN
Bu gün, 00:41 |
|
|
|
• Nadir Quliyevə vəzifə verildi - ƏMR
Bu gün, 00:37 |
|
|
|
• Marko Rubio USAID-in administratoru vəzifəsini icra edəcək
Bu gün, 00:35 |
|
|
|
• Agentlik bu şəxslə 1,4 milyon manatlıq icarə - MÜQAVİLƏSİ BAĞLADI
Bu gün, 00:05 |
|
|
|
• Azərbaycanda 117 minlik nəqliyyat şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:02 |
|
|
|
• Paşinyan ABŞ-də etirazla qarşılandı
Dünən, 23:31 |
|
|
|
• Quru sərhədlər niyə bağlıdır? - DTX və DİN-i əməliyyatı bu suala cavab verdi
Dünən, 23:29 |
|
|
|
• Rusiya-Ukrayna münaqişəsinin həlli üzrə əhəmiyyətli irəliləyiş əldə etdik - Tramp
Dünən, 23:25 |
|
|
|
• USAİD hər zaman öz məkrli planları ilə yadda qalıb: - Onun ləğvi mütərəqqi adım olar
Dünən, 22:00 |
|
|
|
• Rusiyada “İntervision” keçiriləcək – Putindən fərman
Dünən, 21:55 |
|
|
|
• Hüquq-mühafizə orqanları Bakıda "Rus Evi"nə nəzarəti gücləndirdi - TƏFƏRRÜAT
Dünən, 21:50 |
|
|
|
• Tiktoker "Əfi" həbs olundu
Dünən, 21:46 |
|
|
|
• Bu həkimlərin “bazarı bağlanır” – Yeni qadağa qüvvəyə minir?
Dünən, 21:45 |
|
|
|
• Un istehsalçıları qiymətləri açıqladı: bahalaşma var... - BELƏ HARA GEDİRİK?
Dünən, 21:42 |
|
|
|
• Kriminal avtoritet Əli Heydərov da orada güllələnmişdi... - Erməni Sərkisyanın partladıldığı binada
Dünən, 19:14 |
|
|
|
• Başınızı qaldırsanız, yumruq gələcək! - Üzəduran Qaroya generaldan cavab
Dünən, 19:09 |
|
|
|
• İrəvan seçim qarşısındadır! - Kreml Ermənistanı cəzalandıracaq
Dünən, 19:00 |
|
|
|
• Həkimin reklam olunmasını dələduzluq hesab edirəm... - ZATƏN BELƏDİR...
Dünən, 18:58 |
|
|
|
• Öləndən sonra yandırılma - Jurnalist vəsiyyət etdi, yazar qorxdu, folklorçu istəmədi
Dünən, 18:07 |
|
|
|
• MN-dəki 143 milyonluq məhkəmə işi ilə bağlı generalın apellyasiya şikayəti üzrə məhkəmə başlayıb
Dünən, 18:01 |
|
|
|
• Ənvər Həsənov xəstəxanadan evə buraxıldı
Dünən, 18:00 |
|
|
|
• "Özünüzü gözdən saldınız və sifarişlə danışdığınızı sübut etdiniz..." - Razi Nurullayev Siyavuş Novruzova İTTİHAM
Dünən, 17:52 |
|
|
|
• Naxçıvan Ali Məclisi yenə sədrsiz qaldı - FOTO
Dünən, 17:47 |
|
|
|
• Təhsilsiz kosmetoloqlar və onların gözəllik qurbanları – Özümüzü necə qoruyaq?
Dünən, 17:43 |
|
|
|
• Paşinyan Zəngəzur dəhlizinə RAZIDIR – “Özünü müxalifətdən də sığortalamaq istəyir”
Dünən, 17:41 |
|
|
|
• Moskvada öldürülən Sərkisyanla bağlı ŞOK FAKTLAR - Görün nələr edib!
Dünən, 17:37 |
|
|
|
• QİÇS-lə Mübarizə Mərkəzi yenə `Dadaş-N`ə tender verdi - Bu dəfə 424 min manat...
Dünən, 17:33 |
|
|
|
• Gəncədə bir gündə 4-5 nəfəri İT DİŞLƏYİR - NARAZILIQ VAR...
Dünən, 17:27 |
|
|
|
• Banklar müflis olan vətəndaşlara möhlət borcu verə bilərmi? - AÇIQLAMA
Dünən, 17:26 |
|
|
|
|