“Çin Rusiyaya görə ABŞ-la münasibətlərini korlamayacaq” - Putinin son qalası da çökür
Tarix: 11-03-2022, 15:16 | Çap et
ABŞ-ın ticarət naziri Cina Raimondo Çin şirkətlərini Rusiyaya qarşı sanksiyaları pozacaqları təqdirdə, ABŞ-ın əsas texnologiyalarına giriş qadağası ilə hədələyib. Deyib ki, Bayden administrasiyası SMIC və Çinin digər çip istehsalçılarının qabaqcıl çiplərin yaradılması üçün vacib olan ABŞ istehsalı alətlər və proqram təminatına çıxışını dayandıra bilər. Onun sözlərinə görə, onlar bu materialı Rusiyaya verməməklə öz maraqlarını güdürlər.
Amerika mətbuatı iddia edir ki, ABŞ Rusiya və Belarusda çiplərin ixracına qoyulan qadağanı pozan istənilən Çin şirkətini bağlaya bilər. Qeyd edək ki, Ukraynaya müdaxilədən əvvəl Rusiya çiplərin çoxunu Çindən alırdı.
Bir çox ekspertlər hesab edirlər ki, Ukrayna müharibəsi Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə Çin Xalq Respublikasının (ÇXR) rəhbəri Si Tsinpin arasındakı əlaqələri imtahana çəkir. Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzü Çinə də baha başa gəlir. Bu iki nəhəng dövlət ABŞ və Qərbə qarşı vahid cəbhədə mübarizə aparsa da, Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra rəsmi Pekin Moskvanı müdafiə etməkdən imtina edir. Anlayır ki, bu halda sürətlə inkişaf edən iqtisadiyyatını zərbə altına qoya bilər.
Xatırladaq ki, inauqurasiya çıxışı zamanı Bayden ölkəsinin Rusiya və Çinə qarşı ciddi mübarizəyə səfərbər olacağını bəyan edib. Çinin Vaşinqtonun strateji müttəfiqi Tayvanı öz ərazisi adlandırması ABŞ-Çin münasibətlərini zərbə altına qoymaqla yanaşı, bu iki dövlət arasında hərbi ritorikanı da artırır. DİA.AZ-ın məlumatına görə, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Nəsib Məhəməliyev AYNA-ya şərhində söyləyib ki, ABŞ hər vəchlə Rusiya ilə Çinin arasını vurmağa çalışır: “ABŞ-Rusiya böhranının ABŞ-Çin qarşıdurmasına gətirib çıxaracağı inandırıcı deyil. Hazırda Amerika və Avropa bütün diqqətini Rusiyaya qarşı yönəldib. Şimal qonşumuza qarşı tarixdə ilk dəfə olaraq ağır iqtisadi, maliyyə və digər sanksiyalar tətbiq olunur. Ən yüksək səviyyədə olan məmurlardan tutmuş onların ətrafında olan oliqarx-biznesmenlərə qədər rus elitasının əmlaklarına əl qoyulub. Rusiyanın neft-qaz sektoruna tətbiq edilən sanksiyalar isə daha təsirli olacaq. Çünki bu ölkənin iqtisadiyyatının əsasını məhz həmin sahələr təşkil edir”.
“Belə olan halda Moskva ilə iqtisadi-siyasi münasibətlərdə olan dövlətləri də bu prosesə cəlb etməyə çalışacaqlar. Burada əsas məqsəd sanksiyaların effektivliyini artırmaq və daha dağıdıcı olmasını təmin etməklə, qısa müddətdə hədəfə çatmaqdır. Aydın məsələdir ki, Çinlə Rusiya arasında ikitərəfli və çoxşaxəli strateji müttəfiqlik münasibətləri mövcuddur”, - deyə həmsöhbətimiz bildirib.
Onun sözlərinə görə, xarici siyasətdə hər iki dövlət qarşılıqlı dəstək nümayiş etdirir: “Çin böyük dövlətdir və Qərbin ondan əsas istəyi odur ki, Rusiyaya qarşı sanksiyalarda iştirak etsin. Amerika xarici siyasətində Çini əsas rəqib kimi göstərsə də, Moskvaya yönəlik sanksiyaların daha təsirli olması üçün onunla da əməkdaşlığa hazırdır. Bu sıraya Venesuelanı da əlavə etmək olar. Artıq Venesuela ilə münasibətlərin bərpası istiqamətində iş aparılır. Çünki Rusiya neftindən və qazından asılılığa son qoymaq üçün bu ölkə daha cəlbedici görünür”.
“Hazırda Çinin bəzi bankları sanksiyalardan yayınmaq üçün Rusiyadakı layihələrini maliyyələşdirməkdən imtina edib. Rusiyanın ətrafında halqanı daha çox sıxmaq və gəlir yerlərini daha çox qapatmaq niyyəti güdən bu siyasət davam edəcək. Bütün bunların fonunda Amerika Çinlə də danışıqlar aparmağa məcburdur. Yəqin ki, buna səy göstərəcək. Hər vəchlə Çinin Rusiyaya mümkün dəstəyinin qarşısını almağa çalışacaqlar”, - deyə deputat bildirib.
Məhəməliyev əlavə edib ki, ABŞ-Rusiya qarşıdurmasında qalib tərəf Çin olacaq: “Bu embarqolardan Rusiya ilə yanaşı Qərb dövlətləri də zərər görəcək. Onların arasında olan münaqişədən qazanan tərəf isə Çin olacaq. Pekin beynəlxalq münasibətlər sistemində öz rolunu dərk edir və bu böhrandan daha çox mənfəət əldə etməyə çalışacaq. Çini Rusiya ilə münasibətlərdən tamamilə ayırmaq ABŞ və Avropa üçün heç də asan olmayacaq”.
Politoloq Zərdüşt Əlizadə isə AYNA-ya açıqlamasında deyib ki, Çin Rusiyaya görə ABŞ-la münasibətlərə xələl gətirməyəcək: “Çin dünyanın nəhəng dövlətlərindən biridir. İqtisadiyyatı sürətlə böyüməkdədir və məhz bu səbəbdən Amerika onu özünə əsas rəqib elan edib. Bu gün ABŞ və Avropa başda olmaqla dünyanın hər tərəfindən Rusiyaya qarşı təzyiqlər davam edir. Putin elə bir səhvə yol verdi ki, artıq ölkənin çöküşdən xilası mümkün deyil. Nəhəng korporasiyalar Rusiyanı tərk edir, neft və qaz satışı dayandırılır, ağır maliyyə və iqtisadi sanksiyalar tətbiq edilir. Rus rublu sürətlə dəyər itirir və oliqarxlar hər gün milyardlarla dollar ziyana düşürlər”.
“Bir ay belə davam etsə, əhaliyə pensiya belə, verə bilməyəcəklər. Belə bir şəraitdə Çin nəyə görə Rusiyaya “stavka” etsin ki? Təbii ki, etməyəcək və zərurət yarandığı təqdirdə ABŞ-la bir yerdə olacaq”, - deyə analitik qeyd edib.
Onun sözlərinə görə, Çin Rusiyanı müdafiə etməyə deyil, münaqişədən daha çox qazanmağa çalışır: “Mövcud şərait Çinin dünya iqtisadiyyatında əhəmiyyətini daha da artırır. Rusiyanın gəlirləri əsasən neft və qaz sektorundan idi. Artıq ABŞ, Britaniya kimi dövlətlər Rusiyadan neft və qaz idxalını dayandırır. Böyük neft-qaz şirkətləri Rusiya bazarını tərk edirlər. Yüzlərlə şirkət, qlobal brend artıq bazarda yoxdur”.
“Müharibədən öncə mənə bu barədə müraciət edən jurnalistlərə bunun mümkün olmadığını deyirdim. Görün Putin nə qədər ağılsız imiş ki, buna getdi. Nəinki Çin və digər dövlətlər, rusların özləri də Putini müdafiə etməyəcəklər. O, mənasız və qudurğan rəftarının bədəlini ödəyəcək. Güman ki, bu qərar onun sonunu gətirəcək və heç bir ölkə də onunla yaxınlıq etməyəcək”, - deyə Əlizadə fikrini yekunlaşdırıb.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Köçəryanı qane edən Qarabağ təklifi – “Nə Əliyev, nə də Elçibəy razılaşdı, çünki…”
Bu gün, 09:04 |
|
|
|
• Gürcüstandan Azərbaycana ZƏRBƏ - Bakıdan etirazlar
Bu gün, 09:03 |
|
|
|
• Teatr Xadimləri İttifaqının sədri lotoreya reklamına çəkilib - BU NƏDİ BELƏ?..
Bu gün, 09:01 |
|
|
|
• Paşinyanın ələ keçirmək istədiyi Azərbaycan ərazisi – “Çox strateji yerdir…”
Bu gün, 08:59 |
|
|
|
• USAİD- təmizləyən ABŞ əslində öz DÖVLƏT NAMUSUNU qurtarmağa cəhd etmiş oldu... - FAKT BUDUR!
Bu gün, 08:56 |
|
|
|
• Nizami rayonunda meydan sulayan KİMDİR? - İTTİHAM VAR...
Bu gün, 08:49 |
|
|
|
• "Niyə olmayan xidmət üçün pul ödəməliyəm?" - ETİRAZ
Bu gün, 08:44 |
|
|
|
• ABŞ Senatı Kris Raytı energetika naziri vəzifəsinə təsdiqləyib
Bu gün, 08:34 |
|
|
|
• İşçilərlə bağlanmış əmək müqaviləsinin ləğvi zamanı... - Ekspert danışır...
Bu gün, 08:29 |
|
|
|
• Hacıyevin İran səfərinin pərdəarxası - 9 illik “tilsimi” sındırmaq zamanı
Bu gün, 08:21 |
|
|
|
• Əliyev haqlı çıxdı: “Qarabağ”a reaksiyamız faşizmdir - Kiviryan
Bu gün, 08:17 |
|
|
|
• Erməniləri qorxuya salan ETİRAF: - “Türklər bu ərazilərə yerləşir”
Bu gün, 06:23 |
|
|
|
• Beş ərəb ölkəsi fələstinlilərin Qəzzadan köçürülməsinə qarşı çıxıb
Bu gün, 06:18 |
|
|
|
• Vaşinqton Kiyevə silah tədarükünü bərpa edib - KİV
Bu gün, 01:47 |
|
|
|
• Xankəndindəki zavodda çörək bahalaşıb? - "...zavoda biz cavabdehik"
Bu gün, 01:43 |
|
|
|
• Sektor müdiri BŞTİ-dən azad edildi, məktəb direktoru göndərildi - AÇIQLAMA
Bu gün, 01:39 |
|
|
|
• 'Azəriqaz'dan vətəndaşa SAYĞAC TƏLƏSİ - BU FAKTDIR!
Bu gün, 01:13 |
|
|
|
• Nazirlik ləğv olunur, əvəzində isə... - İLGİNC
Bu gün, 01:07 |
|
|
|
• “Vardanyan Azərbaycandan əvvəl Ukraynada da ağır cinayətlər törədib” - ŞƏRH
Bu gün, 00:56 |
|
|
|
• “Ürəyimdə fikirləşdim ki, birdən ona nəsə olar, Ağdamı görmədən ölər”
Bu gün, 00:53 |
|
|
|
• "Razi kimdir, mənim haqqımda nəsə desin?!" - Deputatlar arasında gərginlik davam edir...
Bu gün, 00:51 |
|
|
|
• “Yeni çeşid” hiyləsi: çörəyin qiyməti necə qaldırılıb… - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 00:45 |
|
|
|
• Kremlin “hüquqları” və ya köhnə ssenari yenidən gündəmdə - UNİAN
Bu gün, 00:41 |
|
|
|
• Nadir Quliyevə vəzifə verildi - ƏMR
Bu gün, 00:37 |
|
|
|
• Marko Rubio USAID-in administratoru vəzifəsini icra edəcək
Bu gün, 00:35 |
|
|
|
• Agentlik bu şəxslə 1,4 milyon manatlıq icarə - MÜQAVİLƏSİ BAĞLADI
Bu gün, 00:05 |
|
|
|
• Azərbaycanda 117 minlik nəqliyyat şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:02 |
|
|
|
• Paşinyan ABŞ-də etirazla qarşılandı
Dünən, 23:31 |
|
|
|
• Quru sərhədlər niyə bağlıdır? - DTX və DİN-i əməliyyatı bu suala cavab verdi
Dünən, 23:29 |
|
|
|
• Rusiya-Ukrayna münaqişəsinin həlli üzrə əhəmiyyətli irəliləyiş əldə etdik - Tramp
Dünən, 23:25 |
|
|
|
• USAİD hər zaman öz məkrli planları ilə yadda qalıb: - Onun ləğvi mütərəqqi adım olar
Dünən, 22:00 |
|
|
|
• Rusiyada “İntervision” keçiriləcək – Putindən fərman
Dünən, 21:55 |
|
|
|
• Hüquq-mühafizə orqanları Bakıda "Rus Evi"nə nəzarəti gücləndirdi - TƏFƏRRÜAT
Dünən, 21:50 |
|
|
|
• Tiktoker "Əfi" həbs olundu
Dünən, 21:46 |
|
|
|
• Bu həkimlərin “bazarı bağlanır” – Yeni qadağa qüvvəyə minir?
Dünən, 21:45 |
|
|
|
• Un istehsalçıları qiymətləri açıqladı: bahalaşma var... - BELƏ HARA GEDİRİK?
Dünən, 21:42 |
|
|
|
• Kriminal avtoritet Əli Heydərov da orada güllələnmişdi... - Erməni Sərkisyanın partladıldığı binada
Dünən, 19:14 |
|
|
|
• Başınızı qaldırsanız, yumruq gələcək! - Üzəduran Qaroya generaldan cavab
Dünən, 19:09 |
|
|
|
• İrəvan seçim qarşısındadır! - Kreml Ermənistanı cəzalandıracaq
Dünən, 19:00 |
|
|
|
• Həkimin reklam olunmasını dələduzluq hesab edirəm... - ZATƏN BELƏDİR...
Dünən, 18:58 |
|
|
|
• Öləndən sonra yandırılma - Jurnalist vəsiyyət etdi, yazar qorxdu, folklorçu istəmədi
Dünən, 18:07 |
|
|
|
• MN-dəki 143 milyonluq məhkəmə işi ilə bağlı generalın apellyasiya şikayəti üzrə məhkəmə başlayıb
Dünən, 18:01 |
|
|
|
• Ənvər Həsənov xəstəxanadan evə buraxıldı
Dünən, 18:00 |
|
|
|
• "Özünüzü gözdən saldınız və sifarişlə danışdığınızı sübut etdiniz..." - Razi Nurullayev Siyavuş Novruzova İTTİHAM
Dünən, 17:52 |
|
|
|
• Naxçıvan Ali Məclisi yenə sədrsiz qaldı - FOTO
Dünən, 17:47 |
|
|
|
• Təhsilsiz kosmetoloqlar və onların gözəllik qurbanları – Özümüzü necə qoruyaq?
Dünən, 17:43 |
|
|
|
• Paşinyan Zəngəzur dəhlizinə RAZIDIR – “Özünü müxalifətdən də sığortalamaq istəyir”
Dünən, 17:41 |
|
|
|
• Moskvada öldürülən Sərkisyanla bağlı ŞOK FAKTLAR - Görün nələr edib!
Dünən, 17:37 |
|
|
|
• QİÇS-lə Mübarizə Mərkəzi yenə `Dadaş-N`ə tender verdi - Bu dəfə 424 min manat...
Dünən, 17:33 |
|
|
|
• Gəncədə bir gündə 4-5 nəfəri İT DİŞLƏYİR - NARAZILIQ VAR...
Dünən, 17:27 |
|
|
|
|