Rusiya iqtisadiyyatında nə baş verir: Qorxulu perspektivlər... - GƏLİŞMƏ
Tarix: 16-03-2022, 12:01 | Çap et
Rusiyaya qarşı sanksiyalar öz işini görür və Qərbin yeni məhdudlaşdırıcı tədbirləri yoldadır. Beləliklə, ABŞ Rusiya ilə ticarətə tam embarqonu istisna etmir . Ancaq hətta artıq həyata keçirilən tədbirlər də Rusiya iqtisadiyyatına böyük ziyan vurur. İlk “qurban” əsas dünya valyutaları qarşısında çökən rus rublu oldu. Rusiya Federasiyasının Mərkəzi Bankı rublu faktiki dəstəkləyə bilməz, çünki onun təxminən 300 milyard dollarlıq valyuta ehtiyatları sanksiyalara görə dondurulub. Eyni zamanda, hazırda Rusiyada dollar və avro almaq mümkün deyil. Bununla belə Mərkəzi Bank valyuta satışına qadağa qoymaqla inzibati qaydada rublun tam iflasını əngəlləməyə çalışır. Rusiyada birjalar hələ də bağlı saxlanır, çünki onlar işə düşən kimi, Rusiyanın qiymətli kağızlar bazarının fəlakəti tam gücü ilə görünə bilər. Amma inzibati tədbirlər sonsuz gücə sahib deyil - əgər Şimali Koreya deyilsənsə...
Bundan əlavə, Rusiya Federasiyasında istehlak qiymətləri də sürətlə artır. Rusiya mağazalarında satıcılar deyirlər ki, məişət texnikası və elektronikanın qiymət etiketlərini gündə bir neçə dəfə dəyişirlər. Populyar modellər hazırda ümumiyyətlə satılmır, qismən daha yüksək qiymətə satmaq üçün saxlayırlar. Dünya brendlərinin əksəriyyəti Rusiya bazarından çəkildiyini elan etdiyi üçün bir çox mağazalar, xüsusən də brend mağazalar bağlanıb.
Qənnadı məmulatları istehsalçıları satış qiymətlərinin artması ilə bağlı pərakəndə satıcıları xəbərdar ediblər. Bəzi şirniyyatlar 50 faizdən çox bahalaşıb. Mağazalarda şəkər tozu və qənd üçün uzun və dava-dalaşlı növbələr yaranıb. Hətta əsas ərzaq məhsulları, xüsusən də çörək bahalaşır, şəkər, duz, qarabaşaq və bəzi digər mallar isə əsasən əyalətlərdə bir çox mağazanın piştaxtalarından yoxa çıxıb, bir şəxsin ala biləcəyi malların sayına məhdudiyyət qoyulub. Əməliyyat monitorinqi göstərir ki, orta hesabla Rusiya supermarketlərində qiymətlər artıq 30 faiz artıb.
Əsl şok isə “McDonalds” restoranlarının bağlanması olub . Martın 13-də, hələ 1990-cı ildə SSRİ-də ilk “McDonalds” olan Moskvanın Puşkinskaya meydanındakı restoranın son günündə normal həyatla vida ab-havasında uzun növbə düzülüb. Amma dairə artıq qapandı Rusiya SSRİ-yə qayıtdı.
Üzdə görünməsə də, ən böyük zərbələrdən biri “Upwork” şəbəkəsinin Rusiya vətəndaşları üçün bağlanması oldu. Bu nəhəng şəbəkə öz xidmətlərini satmaq istəyənlərlə onların alıcılarını üz-üzə gətirir. Yüz minlərlə Rusiya vətəndaşı, xüsusən də İT mütəxəssislər, proqramçılar burada xarici ölkələrdən sifarişlər alırdılar, xidmət göstərib pul qazanırdılar. İndi yüz minlərlə frilanser iş yerini birdən-birə itirdi. Onların əksəriyyəti qonşu ölkələrə qaçırlar. Təbii ki, indi bu şəbəkəyə oradan qoşulacaqlar və vergiləri də həmin ölkələrin büdcələrinə ödəyəcəklər.
Əgər Rusiya tezliklə müharibəni dayandırıb xarici iqtisadi əlaqələrinə tarazlıq gətirməyə çalışmasa, burada hiperinflyasiya da qaçılmaz olacaq. Yəni qiymətlər səhər, günorta və axşam fərqli olacaq, başqa sözlə, inflyasiya günlər deyil, saatlar ərzində müşahidə olunacaq.
Rusiyanın maliyyə naziri Anton Siluanov bildirib ki, Rusiya sözsüz ki, borclarını vaxtında ödəyəcək, lakin ödənilməli olan məbləğləri rublla ödəyəcək. Borc sahibləri isə rublun indiki halında ona sahib durmaq istəmirlər.
Beynəlxalq Maliyyə İnstitutunun baş iqtisadçısı Robin Bruks hesab edir ki, 2022-ci ildə Rusiyanın ÜDM-i 30 faiz azalacaq. 1990-cı illərdə Qərb Rusiyaya kömək etməyə hazır idisə, indi vəziyyət əksinədir - bütün sahələrdə Rusiyadan imtina edirlər. İstehlak şəbəkələri, texnologiya şirkətləri, müasir avtomobil istehsalçıları ölkədən üz döndərirlər.
"Rusiyanın bank sistemi kommunizmə hazırlaşır. Rusiya Federasiyası tarixində ən pis bank böhranı gündəmdədir",- deyə iqtisadçı Vitali Şapran sosial şəbəkə hesabında yazıb. O xatırladıb ki, müharibənin başlamasından bu yana Moskva birjası fond indekslərinin çökməsi səbəbindən ticarəti qeyri-müəyyən müddətə dayandırıb. Amma ticarətin dayandırılması problemin həlli deyil, yalnız onun gecikməsi və sonradan daha kəskin şəkildə ortaya çıxmasıdır: “Dünya təcrübəsinə görə, ÜDM-in 10 faizdən çox azalması adətən, bankların kredit portfelinin keyfiyyətinin kəskin şəkildə pisləşməsinə səbəb olur və kəskin bank böhranına gətirib çıxarır. Moskva Birjası açıldıqdan sonra Rusiya bankları, şübhəsiz ki, öləcək. 90-cı illərdəki kimi birbanklı sistem – “Sberkassa” ( “SSRİ Əmanət Bankı” – red.) olacaq. Amma bu əmanət bankı da kredit böhranından sağ çıxmaya bilər və o zaman Rusiya vətəndaşlarının əmanətlərinin bir hissəsi SSRİ-nin dağılması zamanı olduğu kimi sadəcə olaraq, buxarlanacaq”.
Bizimyol.info
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Erməniləri qorxuya salan ETİRAF: - “Türklər bu ərazilərə yerləşir”
Bu gün, 06:23 |
|
|
|
• Beş ərəb ölkəsi fələstinlilərin Qəzzadan köçürülməsinə qarşı çıxıb
Bu gün, 06:18 |
|
|
|
• Vaşinqton Kiyevə silah tədarükünü bərpa edib - KİV
Bu gün, 01:47 |
|
|
|
• Xankəndindəki zavodda çörək bahalaşıb? - "...zavoda biz cavabdehik"
Bu gün, 01:43 |
|
|
|
• Sektor müdiri BŞTİ-dən azad edildi, məktəb direktoru göndərildi - AÇIQLAMA
Bu gün, 01:39 |
|
|
|
• 'Azəriqaz'dan vətəndaşa SAYĞAC TƏLƏSİ - BU FAKTDIR!
Bu gün, 01:13 |
|
|
|
• Nazirlik ləğv olunur, əvəzində isə... - İLGİNC
Bu gün, 01:07 |
|
|
|
• “Vardanyan Azərbaycandan əvvəl Ukraynada da ağır cinayətlər törədib” - ŞƏRH
Bu gün, 00:56 |
|
|
|
• “Ürəyimdə fikirləşdim ki, birdən ona nəsə olar, Ağdamı görmədən ölər”
Bu gün, 00:53 |
|
|
|
• "Razi kimdir, mənim haqqımda nəsə desin?!" - Deputatlar arasında gərginlik davam edir...
Bu gün, 00:51 |
|
|
|
• “Yeni çeşid” hiyləsi: çörəyin qiyməti necə qaldırılıb… - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 00:45 |
|
|
|
• Kremlin “hüquqları” və ya köhnə ssenari yenidən gündəmdə - UNİAN
Bu gün, 00:41 |
|
|
|
• Nadir Quliyevə vəzifə verildi - ƏMR
Bu gün, 00:37 |
|
|
|
• Marko Rubio USAID-in administratoru vəzifəsini icra edəcək
Bu gün, 00:35 |
|
|
|
• Agentlik bu şəxslə 1,4 milyon manatlıq icarə - MÜQAVİLƏSİ BAĞLADI
Bu gün, 00:05 |
|
|
|
• Azərbaycanda 117 minlik nəqliyyat şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:02 |
|
|
|
• Paşinyan ABŞ-də etirazla qarşılandı
Dünən, 23:31 |
|
|
|
• Quru sərhədlər niyə bağlıdır? - DTX və DİN-i əməliyyatı bu suala cavab verdi
Dünən, 23:29 |
|
|
|
• Rusiya-Ukrayna münaqişəsinin həlli üzrə əhəmiyyətli irəliləyiş əldə etdik - Tramp
Dünən, 23:25 |
|
|
|
• USAİD hər zaman öz məkrli planları ilə yadda qalıb: - Onun ləğvi mütərəqqi adım olar
Dünən, 22:00 |
|
|
|
• Rusiyada “İntervision” keçiriləcək – Putindən fərman
Dünən, 21:55 |
|
|
|
• Hüquq-mühafizə orqanları Bakıda "Rus Evi"nə nəzarəti gücləndirdi - TƏFƏRRÜAT
Dünən, 21:50 |
|
|
|
• Tiktoker "Əfi" həbs olundu
Dünən, 21:46 |
|
|
|
• Bu həkimlərin “bazarı bağlanır” – Yeni qadağa qüvvəyə minir?
Dünən, 21:45 |
|
|
|
• Un istehsalçıları qiymətləri açıqladı: bahalaşma var... - BELƏ HARA GEDİRİK?
Dünən, 21:42 |
|
|
|
• Kriminal avtoritet Əli Heydərov da orada güllələnmişdi... - Erməni Sərkisyanın partladıldığı binada
Dünən, 19:14 |
|
|
|
• Başınızı qaldırsanız, yumruq gələcək! - Üzəduran Qaroya generaldan cavab
Dünən, 19:09 |
|
|
|
• İrəvan seçim qarşısındadır! - Kreml Ermənistanı cəzalandıracaq
Dünən, 19:00 |
|
|
|
• Həkimin reklam olunmasını dələduzluq hesab edirəm... - ZATƏN BELƏDİR...
Dünən, 18:58 |
|
|
|
• Öləndən sonra yandırılma - Jurnalist vəsiyyət etdi, yazar qorxdu, folklorçu istəmədi
Dünən, 18:07 |
|
|
|
• MN-dəki 143 milyonluq məhkəmə işi ilə bağlı generalın apellyasiya şikayəti üzrə məhkəmə başlayıb
Dünən, 18:01 |
|
|
|
• Ənvər Həsənov xəstəxanadan evə buraxıldı
Dünən, 18:00 |
|
|
|
• "Özünüzü gözdən saldınız və sifarişlə danışdığınızı sübut etdiniz..." - Razi Nurullayev Siyavuş Novruzova İTTİHAM
Dünən, 17:52 |
|
|
|
• Naxçıvan Ali Məclisi yenə sədrsiz qaldı - FOTO
Dünən, 17:47 |
|
|
|
• Təhsilsiz kosmetoloqlar və onların gözəllik qurbanları – Özümüzü necə qoruyaq?
Dünən, 17:43 |
|
|
|
• Paşinyan Zəngəzur dəhlizinə RAZIDIR – “Özünü müxalifətdən də sığortalamaq istəyir”
Dünən, 17:41 |
|
|
|
• Moskvada öldürülən Sərkisyanla bağlı ŞOK FAKTLAR - Görün nələr edib!
Dünən, 17:37 |
|
|
|
• QİÇS-lə Mübarizə Mərkəzi yenə `Dadaş-N`ə tender verdi - Bu dəfə 424 min manat...
Dünən, 17:33 |
|
|
|
• Gəncədə bir gündə 4-5 nəfəri İT DİŞLƏYİR - NARAZILIQ VAR...
Dünən, 17:27 |
|
|
|
• Banklar müflis olan vətəndaşlara möhlət borcu verə bilərmi? - AÇIQLAMA
Dünən, 17:26 |
|
|
|
• USAID-in sonu - cinayətləri ifşa olunan təşkilat
Dünən, 17:21 |
|
|
|
• İrəvanda oxunan “Qarabağ”: - Milyonlarla Azərbaycan türkünün səsi
Dünən, 17:12 |
|
|
|
• Milli Məclisin Hesablayıcı komissiyasının sədri seçilib
Dünən, 17:07 |
|
|
|
• Eldar İbrahimov Milli Məclisin İntizam komissiyasının sədri seçilib
Dünən, 17:04 |
|
|
|
• Daha bir icra başçısı üçün MƏHŞƏR AYAĞI... - O KİMDİR?
Dünən, 17:02 |
|
|
|
• Azərbaycanda investisiyaların cəlb olunması üçün sığorta azdır - FAKT BUDUR!
Dünən, 16:54 |
|
|
|
• Dəhlizlə bağlı Bakının son tələbi - Ağbəndən sonrakı xətt belə olacaq
Dünən, 16:50 |
|
|
|
• Xatirə İslamın kommunal borcu şok etdi - 960 manata...
Dünən, 16:48 |
|
|
|
• Siyavuş Novruzov İmişlinin icra başçısını qınadı: - "Niyə camaatın qarşısına çıxmadı?"
Dünən, 16:38 |
|
|
|
• Azərbaycanda beş seçki məntəqəsinin nəticələri ləğv edilib
Dünən, 16:35 |
|
|
|
|