Erməniləri qorxuya salan ETİRAF: .....                     Beş ərəb ölkəsi fələstinlilərin Qəzzadan köçürülməsinə qarşı çıxıb .....                     Vaşinqton Kiyevə silah tədarükünü bərpa edib .....                     Xankəndindəki zavodda çörək bahalaşıb? .....                     Sektor müdiri BŞTİ-dən azad edildi, məktəb direktoru göndərildi .....                     'Azəriqaz'dan vətəndaşa SAYĞAC TƏLƏSİ .....                     Nazirlik ləğv olunur, əvəzində isə... .....                     “Vardanyan Azərbaycandan əvvəl Ukraynada da ağır cinayətlər törədib” .....                     “Ürəyimdə fikirləşdim ki, birdən ona nəsə olar, Ağdamı görmədən ölər” .....                     "Razi kimdir, mənim haqqımda nəsə desin?!" .....                     “Yeni çeşid” hiyləsi: çörəyin qiyməti necə qaldırılıb… .....                     Kremlin “hüquqları” və ya köhnə ssenari yenidən gündəmdə .....                     Nadir Quliyevə vəzifə verildi .....                     Marko Rubio USAID-in administratoru vəzifəsini icra edəcək .....                     Agentlik bu şəxslə 1,4 milyon manatlıq icarə .....                     Azərbaycanda 117 minlik nəqliyyat şirkəti .....                     Paşinyan ABŞ-də etirazla qarşılandı .....                     Quru sərhədlər niyə bağlıdır? .....                     Rusiya-Ukrayna münaqişəsinin həlli üzrə əhəmiyyətli irəliləyiş əldə etdik .....                     USAİD hər zaman öz məkrli planları ilə yadda qalıb: .....                     Rusiyada “İntervision” keçiriləcək .....                     Hüquq-mühafizə orqanları Bakıda "Rus Evi"nə nəzarəti gücləndirdi .....                     Tiktoker "Əfi" həbs olundu .....                     Bu həkimlərin “bazarı bağlanır” .....                     Un istehsalçıları qiymətləri açıqladı: bahalaşma var... .....                     Kriminal avtoritet Əli Heydərov da orada güllələnmişdi... .....                     Başınızı qaldırsanız, yumruq gələcək! .....                     İrəvan seçim qarşısındadır! .....                     Həkimin reklam olunmasını dələduzluq hesab edirəm... .....                     Öləndən sonra yandırılma .....                     MN-dəki 143 milyonluq məhkəmə işi ilə bağlı generalın .....                     Ənvər Həsənov xəstəxanadan evə buraxıldı .....                     "Özünüzü gözdən saldınız və sifarişlə danışdığınızı sübut etdiniz..." .....                     Naxçıvan Ali Məclisi yenə sədrsiz qaldı .....                     Təhsilsiz kosmetoloqlar və onların gözəllik qurbanları .....                     Paşinyan Zəngəzur dəhlizinə RAZIDIR .....                     Moskvada öldürülən Sərkisyanla bağlı ŞOK FAKTLAR .....                     QİÇS-lə Mübarizə Mərkəzi yenə `Dadaş-N`ə tender verdi .....                     Gəncədə bir gündə 4-5 nəfəri İT DİŞLƏYİR .....                     Banklar müflis olan vətəndaşlara möhlət borcu verə bilərmi? .....                 

“Aydın başa düşülməlidir ki, Putin qalib gəlsə belə, dayanmayacaq” - GƏLİŞMƏ
Tarix: 24-03-2022, 08:22 | Çap et
“Aydın başa düşülməlidir ki, Putin qalib gəlsə belə, dayanmayacaq”
DİA.AZ-ın məlumatına görə, Rusiyanın bir aydır ki, Ukraynaya qarşı davam edən təcavüzkar müharibə, şəhərlərin bombalanması, yaranan böhranla bağlı AYNA-nın suallarını ukraynalı siyasi strateq, “AM&PM” İnformasiya Təcavüzləri ilə Mübarizə Mərkəzinin eksperti Oleksandr Kurban cavablandırıb:

- Artıq Rusiyanın Ukraynaya hərbi təcavüzünün 27-ci günüdür. Qısa şəkildə cəbhədə baş verənləri necə xarakterizə etmək olar?

- Vəziyyət çətindir, amma biz dayanırıq. Xüsusilə hava hücumundan müdafiə və aviasiyada qat-qat az canlı qüvvə və texnikaya malik Ukrayna Ordusu artıq bir aydır ki, müqavimət göstərərək Rusiya Silahlı Qüvvələrinə xeyli ziyan vurur. Bu vəziyyət bəzən ironik əhval-ruhiyyə yaradır ki, bunun da nəticəsində sosial şəbəkələrimizdə belə ifadələr yer alır, məsələn: “Dünyanın İkinci Ordusu (RF) Dünyanın Üçüncü Ordusundan (ÇXR) maddi-texniki yardım istəyir ki, dünyanın iyirmi altıncı ordusu ilə döyüşsün (Ukrayna)”.

Ukrayna Ordusunun komandanlığı Rusiya Ordusunun zəif tərəflərini mükəmməl görür və hər cür şəkildə onları öz taktiki üstünlüklərinə çevirməyə çalışır. Söhbət ilk növbədə, zəif maddi-texniki təminatdan, vəziyyəti qiymətləndirmək və qərar qəbul etmək üçün köhnəlmiş sistemdən, zəif motivasiyadan və Rusiya Silahlı Qüvvələrinin şəxsi heyətinin zəif hazırlığından gedir. Eyni zamanda, açıq şəkildə başa düşürük ki, onlar öz kəmiyyətləri ilə bizə hələ də böyük təzyiq göstərirlər. Həm də, itkiləri tamamilə nəzərə almadıqları üçün.

Kreml üçün Ukrayna üzərində qələbə nəyin bahasına olursa olsun, lazımdır. Bunun üçün Putin əlində olan hər şeyi döyüşə atır. Çağırışçılar, hərbi məktəblərin kursantları, lazımi hazırlığı olmayan səfərbər edilmiş ehtiyatda olanlar, o cümlədən Donbass və Krımın işğal olunmuş ərazilərindən olanlar, artıq bütün dünyada xidmətə cəlb olunan “Vaqner” muzdlularından istifadə olunur. Rusiya Federasiyasının hər yerindən hərbi texnika Ukraynaya daşınır. Bəzən belə bir məqama gəlir ki, rus qoşunlarının hücum edən kolonlarında zirehli transportyorlar və piyada döyüş maşınları deyil, piyadaların daşınması üçün mikroavtobuslar, yük maşınları və özüboşaldan maşınlar irəlidə gedir.

Məlumata görə, düşmən canlı qüvvəsinin ümumi itkiləri: 14,2 minə yaxın hərbi qulluqçu (5 general), 450-dən çox tank, 1448 piyada döyüş maşını və zirehli transportyoru, 205 artilleriya sistemi, reaktiv yaylım atəş sistemi - 72, döyüş təyyarəsi - 9 , vertolyotlar - 112, avtomobil texnikası - 879. Xerson vilayətindəki Çernobaevka yaxınlığındakı hərbi aerodromla bağlı vəziyyət artıq sadəcə olaraq lətifədir. Bu gün orada, bütün müharibə ərzində beşinci dəfədir ki, Ukrayna artilleriyası və təyyarələri düşmənin böyük sayda texnikasını məhv edir.

Mübaliğəsiz demək olar ki, bu gün Ukrayna bütün sivil dünya üçün rus neofaşistlərinin timsalında vəhşi qoşunlarından sipər olub. Biz onları - raşistlər adlandırırıq. Biz öz mövqelərimizdə dayanırıq və dayanacağıq.

Təbii ki, müttəfiqlərimizin maddi-texniki dəstəyi olmasaydı, biz bu qədər uzun müddət dayana bilməzdik. “Javelin” və NLAW tank əleyhinə sistemləri, “Bayraktar” dronları, “Stinger” daşına bilən zenit sistemləri döyüşçülərimizə möcüzələr yaratmağa imkan verir. Mobil, yüksək manevr qabiliyyətinə malik bu döyüş sistemləri müharibədə diqqətəlayiq nəticələr verir. Maliyyə dəstəyi, humanitar yardım, Avropa İttifaqı ölkələrindəki qaçqınlarımıza qayğı bizim mövqeyimizi əhəmiyyətli dərəcədə gücləndirir və raşistlərin hücumlarının qarşısını almağa kömək edir. Əslində, Rusiya-Ukrayna müharibəsi iki ölkə arasındakı münaqişə səddini çoxdan keçib. Elan edilməsə də, çox real III Dünya Müharibəsi gedir.

Bu vəziyyətlə əlaqədar olaraq, Rusiya komandanlığının itkilərinin ciddiliyini və yanlış hesablamalarını nəzərə alaraq, Kreml hətta kütləvi qırğın silahlarından məhdud istifadə imkanlarını da nəzərdən keçirir. Bu inanılmaz dərəcədə inanılmaz səslənir. Amma bu doğrudur. Bunu ABŞ və digər NATO ölkələrinin kəşfiyyat məlumatları ciddi şəkildə sübut edir.

- Rusiya Beynəlxalq Məhkəmənin qərarını yerinə yetirməkdən imtina etdi. Bu faktı necə qiymətləndirirsiniz?

- Rusiyanın beynəlxalq hüquqa və müvafiq beynəlxalq qurumların qərarlarına hörmətlə yanaşacağına ümid etmək lazım deyil. Biz ABŞ Senatının qətnaməsində hərbi cinayətkar kimi adı çəkilən bir adamın rəhbərlik etdiyi terror dövləti ilə qarşı-qarşıyayıq. Reallıqla əlaqəni tamamilə itirən və dünyanı fəlakət astanasına qoyan onun yaxın ətrafı da eynidir. Bunun qarşılığında İkinci Dünya müharibəsindəki itkilər çox az görünə bilər. Əslində bu gün bütün dünyanın taleyi böyük sual altındadır.

Kreml qanunsuzluğu ilə bağlı vəziyyət indi o qədər ciddidir ki, hətta ABŞ və Çin kimi barışmaz geosiyasi rəqiblər də Rusiya Federasiyasına qarşı sanksiyalar və Rusiya-Ukrayna hərbi münaqişəsinin həlli ilə bağlı birgə addımlarr barədə razılığa gəliblər.

- Ermənistanda Rusiyanın Ukraynaya hərbi təcavüzünə dəstək məqsədilə bir neçə aksiya keçirilib. Qarabağ separatçılarının Rusiya tərəfində döyüşmək üçün Ukraynaya getdiyi də məlum olub. Bu barədə nə deyə bilərsiniz?

- Bu gün Ermənistan bütün dünyaya tamamilə ağlasığmaz geosiyasi paradoks nümayiş etdirir. Bir tərəfdən demokratiya prinsiplərini və inkişafın qərbyönlü vektorunu bəyan edən İrəvan digər tərəfdən Rusiya siyasətinin orbitində getməkdə davam edir. Dəfələrlə Kreml tərəfindən kobud şəkildə istifadə edilən, son Qarabağ müharibəsində müttəfiqi tərəfindən sinik şəkildə atılan Ermənistan Rusiya Federasiyasına qarşı sanksiyaları dəstəkləməkdən imtina edir. Üstəlik, o, silahlılarını RF Silahlı Qüvvələrinin tərkibində Ukraynaya döyüşməyə göndərir. Ermənistan rəhbərliyinin bu cür geosiyasi davranışını yalnız bir şərtlə - Rusiyaya hər yeni güzəştlə daha da ağırlaşan ümidsiz vəziyyətlə əsaslandırmaq olar.

Yeri gəlmişkən, qeyd etmək istəyirəm ki, Rusiya-Ukrayna müharibəsi və bunun nəticəsində Rusiya Federasiyasının Qafqaz regionuna diqqətinin və imkanlarının zəifləməsi Azərbaycan üçün nəhayət Qarabağdakı torpaqlarının tam qaytarılması prosesini başa çatdırmaq üçün ciddi perspektivlər açır.

Onu da başa düşmək lazımdır ki, Putin Ukraynada ciddi uğur qazanarsa, müttəfiqi Ermənistana kömək etmək üçün tezliklə Rusiya Federasiyasının Qarabağdakı varlığını yeni hərbiçilərlə artıracaq.

- Ukraynadakı vəziyyətin gələcək inkişafı ilə bağlı proqnozlarınız necədir?

- Təbii ki, Ukrayna müstəqillik mübarizəsini dayandırmayacaq və Rusiyanın təcavüzünə cavab verəcək. Bizdə bunun üçün xalqın iradəsi, ölkə rəhbərliyinin qətiyyəti və Qərb müttəfiqlərinin dəstəyi var. İstənilən halda biz müstəqilliyimizi qoruyacağıq. Yeganə sual budur ki, bu müharibə nəticəsində Rusiyanın sonu necə olacaq? Qonşuları üçün təhlükə ocağı olaraq qalacaqmı?

2014-cü ildə Krımın ilhaqında olduğu kimi, bu gün də Putin və onun döyüşçü partiyası ruslar arasında yüksək səviyyədə dəstəyə malikdir. Ümumrusiya İctimai Rəyin Öyrənilməsi Mərkəzi və Levada Mərkəzinin sosioloji xidmətlərinin məlumatına görə, söhbət Ukraynaya qarşı hazırkı hərbi təcavüzü dəstəkləyən Rusiya vətəndaşlarının 71%-dən gedir. Bu vəziyyət Rusiya rəhbərliyinin fəallığını və əsas məqsədə - Ukraynanı işğal etmək və onu Kremlin təsir orbitinə qaytarmağa nail olmaq üçün ixtiyarında olan bütün resurslardan istifadə etməyə hazır olmasını stimullaşdırır. Bu o deməkdir ki, müharibə ən azı daha bir ay, hətta yaya qədər uzana bilər. Aydın başa düşülməlidir ki, Putin qalib gəlsə belə, dayanmayacaq. Qısa fasilədən və resursların doldurulmasından sonra Rusiya Federasiyası təcavüzünü bütün geosiyasi maraq zonalarına - Dnestryanı, Cənubi Qafqaz, Baltikyanı ölkələr, Mərkəzi Asiyaya genişləndirəcək. Gələcəkdə belə bir ssenarinin baş verməməsi üçün indi anti-Rusiya koalisiyasını gücləndirmək və genişləndirmək lazımdır.

Putin indi zəifdir və onunla birlikdə onun peykləri - Suriya, Belarus, Ermənistanın daxil olduğu “şər oxu” zəifdir. Bu tendensiyanın gücləndirilməsi və nəhayət, onlara qalib gəlinməsi yalnız adekvat dövlətlərin vahid cəbhə kimi çıxış etməsi ilə mümkündür. Daha çox hərbi yox, geosiyasi cəbhə. Bizə əlaqələndirilmiş siyasət və qarşılıqlı yardım lazımdır. Məsələn, Türkiyə və Ukrayna indi davrandığı kimi. Bu vəziyyətdə Türk Birliyi və Türkiyənin şəksiz lideri kimi möhkəmlənmək və ABŞ və Çinlə bərabər dayanacaq əsas geosiyasi mərkəzə çevrilmək üçün gözəl perspektivlər var. Bu güclənməyə RF-ni zəiflətməklə nail olmaq olar. İndiki fürəst əldən verilsə, yaxın gələcəkdə belə bir fürsət daha olmaya bilər.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Erməniləri qorxuya salan ETİRAF: - “Türklər bu ərazilərə yerləşir”
Bu gün, 06:23
Beş ərəb ölkəsi fələstinlilərin Qəzzadan köçürülməsinə qarşı çıxıb
Bu gün, 06:18
Vaşinqton Kiyevə silah tədarükünü bərpa edib - KİV
Bu gün, 01:47
Xankəndindəki zavodda çörək bahalaşıb? - "...zavoda biz cavabdehik"
Bu gün, 01:43
Sektor müdiri BŞTİ-dən azad edildi, məktəb direktoru göndərildi - AÇIQLAMA
Bu gün, 01:39
'Azəriqaz'dan vətəndaşa SAYĞAC TƏLƏSİ - BU FAKTDIR!
Bu gün, 01:13
Nazirlik ləğv olunur, əvəzində isə... - İLGİNC
Bu gün, 01:07
“Vardanyan Azərbaycandan əvvəl Ukraynada da ağır cinayətlər törədib” - ŞƏRH
Bu gün, 00:56
“Ürəyimdə fikirləşdim ki, birdən ona nəsə olar, Ağdamı görmədən ölər”
Bu gün, 00:53
"Razi kimdir, mənim haqqımda nəsə desin?!" - Deputatlar arasında gərginlik davam edir...
Bu gün, 00:51
“Yeni çeşid” hiyləsi: çörəyin qiyməti necə qaldırılıb… - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 00:45
Kremlin “hüquqları” və ya köhnə ssenari yenidən gündəmdə - UNİAN
Bu gün, 00:41
Nadir Quliyevə vəzifə verildi - ƏMR
Bu gün, 00:37
Marko Rubio USAID-in administratoru vəzifəsini icra edəcək
Bu gün, 00:35
Agentlik bu şəxslə 1,4 milyon manatlıq icarə - MÜQAVİLƏSİ BAĞLADI
Bu gün, 00:05
Azərbaycanda 117 minlik nəqliyyat şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:02
Paşinyan ABŞ-də etirazla qarşılandı
Dünən, 23:31
Quru sərhədlər niyə bağlıdır? - DTX və DİN-i əməliyyatı bu suala cavab verdi
Dünən, 23:29
Rusiya-Ukrayna münaqişəsinin həlli üzrə əhəmiyyətli irəliləyiş əldə etdik - Tramp
Dünən, 23:25
USAİD hər zaman öz məkrli planları ilə yadda qalıb: - Onun ləğvi mütərəqqi adım olar
Dünən, 22:00
Rusiyada “İntervision” keçiriləcək – Putindən fərman
Dünən, 21:55
Hüquq-mühafizə orqanları Bakıda "Rus Evi"nə nəzarəti gücləndirdi - TƏFƏRRÜAT
Dünən, 21:50
Tiktoker "Əfi" həbs olundu
Dünən, 21:46
Bu həkimlərin “bazarı bağlanır” – Yeni qadağa qüvvəyə minir?
Dünən, 21:45
Un istehsalçıları qiymətləri açıqladı: bahalaşma var... - BELƏ HARA GEDİRİK?
Dünən, 21:42
Kriminal avtoritet Əli Heydərov da orada güllələnmişdi... - Erməni Sərkisyanın partladıldığı binada
Dünən, 19:14
Başınızı qaldırsanız, yumruq gələcək! - Üzəduran Qaroya generaldan cavab
Dünən, 19:09
İrəvan seçim qarşısındadır! - Kreml Ermənistanı cəzalandıracaq
Dünən, 19:00
Həkimin reklam olunmasını dələduzluq hesab edirəm... - ZATƏN BELƏDİR...
Dünən, 18:58
Öləndən sonra yandırılma - Jurnalist vəsiyyət etdi, yazar qorxdu, folklorçu istəmədi
Dünən, 18:07
MN-dəki 143 milyonluq məhkəmə işi ilə bağlı generalın apellyasiya şikayəti üzrə məhkəmə başlayıb
Dünən, 18:01
Ənvər Həsənov xəstəxanadan evə buraxıldı
Dünən, 18:00
"Özünüzü gözdən saldınız və sifarişlə danışdığınızı sübut etdiniz..." - Razi Nurullayev Siyavuş Novruzova İTTİHAM
Dünən, 17:52
Naxçıvan Ali Məclisi yenə sədrsiz qaldı - FOTO
Dünən, 17:47
Təhsilsiz kosmetoloqlar və onların gözəllik qurbanları – Özümüzü necə qoruyaq?
Dünən, 17:43
Paşinyan Zəngəzur dəhlizinə RAZIDIR – “Özünü müxalifətdən də sığortalamaq istəyir”
Dünən, 17:41
Moskvada öldürülən Sərkisyanla bağlı ŞOK FAKTLAR - Görün nələr edib!
Dünən, 17:37
QİÇS-lə Mübarizə Mərkəzi yenə `Dadaş-N`ə tender verdi - Bu dəfə 424 min manat...
Dünən, 17:33
Gəncədə bir gündə 4-5 nəfəri İT DİŞLƏYİR - NARAZILIQ VAR...
Dünən, 17:27
Banklar müflis olan vətəndaşlara möhlət borcu verə bilərmi? - AÇIQLAMA
Dünən, 17:26
USAID-in sonu - cinayətləri ifşa olunan təşkilat
Dünən, 17:21
İrəvanda oxunan “Qarabağ”: - Milyonlarla Azərbaycan türkünün səsi
Dünən, 17:12
Milli Məclisin Hesablayıcı komissiyasının sədri seçilib
Dünən, 17:07
Eldar İbrahimov Milli Məclisin İntizam komissiyasının sədri seçilib
Dünən, 17:04
Daha bir icra başçısı üçün MƏHŞƏR AYAĞI... - O KİMDİR?
Dünən, 17:02
Azərbaycanda investisiyaların cəlb olunması üçün sığorta azdır - FAKT BUDUR!
Dünən, 16:54
Dəhlizlə bağlı Bakının son tələbi - Ağbəndən sonrakı xətt belə olacaq
Dünən, 16:50
Xatirə İslamın kommunal borcu şok etdi - 960 manata...
Dünən, 16:48
Siyavuş Novruzov İmişlinin icra başçısını qınadı: - "Niyə camaatın qarşısına çıxmadı?"
Dünən, 16:38
Azərbaycanda beş seçki məntəqəsinin nəticələri ləğv edilib
Dünən, 16:35
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru