Putinə qarşı Hitler “tələsi”: tarix təkrar olur - “ABŞ və Böyük Britaniya sona qədər dirəniş göstərəcək”
Tarix: 4-05-2022, 14:50 | Çap et
ABŞ Konqresi “Lend-Liz” qanununu qəbul edib. Qanuna əsasən, ABŞ Prezidenti Konqresdən icazə almadan və hər hansı bürokratik əngəllə qarşılaşmadan Ukraynaya istənilən sayda, istənilən növ silah-sursat, eləcə də ərzaq, dərman, tibbi ləvazimatlar, nəqliyyat vasitələri və digər lazımi avadanlıqları çox operativ şəkildə göndərə biləcək.
Bu yardım müharibənin sonuna qədər sürəcək. “Ukrayna demokratiyasının müdafiəsi üzrə Lend-Liz Aktı” iki həftə əvvəl Senatda yekdilliklə qəbul olunub və Nümayəndələr Palatasında 417 səslə təsdiqlənərək Prezidentin imzasına təqdim edilib. Qeyd edək ki, “Lend-Liz” ilk dəfə 81 il öncə qəbul edilib və məlumatlara görə, Hitler faşizminin məğlubiyyətində mühüm rol oynayıb.
Anlitiklərin fikrincə, sözügedən qanunun qəbulu Rusiyanın çöküşü üçün başlıca amillərdən birinə çevriləcək. Belə ki, Putinin çöküşü qaçılmazdır və bu qanunun qəbulundan sonra Putin yalnız bir müddət hakimiyyətini qoruya biləcək. DİA.AZ xəbər verir ki, AYNA mövzunu xaricdə yaşayan azərbaycanlı ekspertlərlə müzakirə edib.
ABŞ-da yaşayan Cənubi Azərbaycandan olan siyasi mühacir Əhməd Obalı:
“ABŞ, Böyük Britaniya ortaya kifayət qədər prinsipial mövqe qoyub və sona qədər dirəniş göstərəcəklər. Təsəvvür edin ki, hər gün Ukraynaya milyardlarla dollar yardım edilir. Bu, həm silah, həm də humanitar yardımlardır. Artıq bütün ölkələr də məcburdur ki, Rusiyaya qarşı sanksiyalara qoşulsunlar. Əks halda özləri müxtəlif təzyiqlərlə üzləşə bilərlər.
Braziliyanın Prezidenti bu günə qədər sanksiyalara qoşulmurdu, artıq o da qoşuldu. Moskvanın ən çox etibar etdiyi Hindistan belə, bu gün ona arxa çevirir. Çünki Rusiya zəifləyir və heç bir dövlət zəifin yanında yer alıb, özünü dünyadan təcrid etmək istəmir. Bunun əsas səbəbkarı da Putin və onun komandasıdır.
Ukrayna müstəqil dövlətdir və istənilən təşkilata üzv ola bilər. Kreml anlamadı ki, zorakı yollarla bunun qarşısını almağın, bütün postsovet ölkələrini təhdid etməyin bir sonu olacaq.
Təbii ki, ABŞ, Böyük Britaniya və Avropa İttifaqının Rusiyaya qarşı addımları davam edəcək. Son qərar, yəni “Ukrayna demokratiyasının müdafiəsi üzrə Lend-Liz Aktı” qanunu Kremlin süqutuna hesablanmış çox mühüm bir addımdır. Ola bilər ki, Putin Rusiyanın daxili imkanları hesabına bir müddət öz hakimiyyətini qoruya bilsin, lakin təcavüzkar siyasətindən əl çəkməsə, onun xilası mümkün olmayacaq”.
Böyük Britaniyada yaşayan tanınmış jurnalist Zülfüqar Rüfətoğlu:
“Bayden adminstrasiyasının Putinə münasibəti məlumdur. Elə bu səbəbdəndir ki, Rusiya və onun müttəfiqləri ABŞ-da keçirilən son prezident seçkilərində Trampın qələbəsinə çalışırdılar. Hələ seçkilərdən dərhal sonra Bayden Rusiyanı ABŞ-dakı seçkilərə müdaxilə etməkdə günahlandırdı. Onun ötən ilin sonunda bəyan etdiyi “2022-ci ildə dünyada daha heç nə əvvəlki kimi olmayacaq” bəyanatı da təsadüfi deyildi. Bu, aydın bir mesaj idi ki, Amerika müttəfiqləri ilə birlikdə Putinə qarşı sərt addımlar atacaq.
Düzdür, Ukraynaya təcavüzdən öncə Qərbin nisbətən yumşaq rəftarı Rusiyaya əminlik qazandırdı. Bu, həm də diplomatik bir gediş idi. Kremlin gözləntilərinin tam əksinə olaraq müharibənin qalibi Rusiya yox, Ukraynadır.
Bu gün artıq Putinin geriyə yolu qalmayıb. Çünki Kreml heç bir strateji və taktiki istəyinə nail olmayıb. Əksinə, ona qarşı qurulan koalisiya sürətlə böyüyür və Putin rejimini sona doğru itələyir”.
Rusiyada yaşayan politoloq Teymur Yəhyayev:
“Amerika Rusiyanı qarışdırmaq və regona nəzarətə ələ keçirmək niyyətindədir. Rəsmi Vaşinqton bəyan edir ki, guya Ukraynada demokratiyanı qoruyur. Hər kəsə məlumdur ki, demokratiya ABŞ və müttəfiqləri üçün fərdi məna daşıyır və harada öz maraqlarına təhlükə hiss edirlərsə, orada demokratik dəyərlərə sadiq olduqlarını nümayiş etdirirlər.
Əslində isə demokratiya adı altında viran qoyduqları ölkələrin sayı-hesabı yoxdur. Mövcud şəraitdə özləri kənarda dayanıb, iki qardaş slavyan xalqını bir-birinə qırdırırlar. Əgər Rusiya ilə Ukrayna arasında barışıq əldə olunmasa, Ukraynanı xarabalığa döndərməyənə qədər oradan əl çəkməyəcəklər. Yəni, “bu xəmir hələ çox su aparacaq”.
Rusiya tələb edir ki, onun sərhədləri yaxınlığında NATO qüvvələri cəmləşməsin. Çünki NATO ABŞ-ın “dirijor çubuğu” ilə hərəkət edir. Onların Rusiya sərhədlərinə yaxınlaşması Rusiya üçün təhlükə mənbəyidir.
Moskva təhlükəsizlik təminatı tələb edir, Vaşinqton və London isə nəinki bunu təmin etmir, əksinə Avropaya təsir imkanlarını artırmaq üçün iki qardaş xalqı bir-birinə qırdırır. Əsas məqsədləri isə müharibəni mümkün qədər uzatmaq, daha çox qan tökülməsinə nail olmaq və regionda sabitliyi pozmaqdır”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Ürəyimdə fikirləşdim ki, birdən ona nəsə olar, Ağdamı görmədən ölər”
Bu gün, 00:53 |
|
|
|
• "Razi kimdir, mənim haqqımda nəsə desin?!" - Deputatlar arasında gərginlik davam edir...
Bu gün, 00:51 |
|
|
|
• “Yeni çeşid” hiyləsi: çörəyin qiyməti necə qaldırılıb… - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 00:45 |
|
|
|
• Kremlin “hüquqları” və ya köhnə ssenari yenidən gündəmdə - UNİAN
Bu gün, 00:41 |
|
|
|
• Nadir Quliyevə vəzifə verildi - ƏMR
Bu gün, 00:37 |
|
|
|
• Marko Rubio USAID-in administratoru vəzifəsini icra edəcək
Bu gün, 00:35 |
|
|
|
• Agentlik bu şəxslə 1,4 milyon manatlıq icarə - MÜQAVİLƏSİ BAĞLADI
Bu gün, 00:05 |
|
|
|
• Azərbaycanda 117 minlik nəqliyyat şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:02 |
|
|
|
• Paşinyan ABŞ-də etirazla qarşılandı
Dünən, 23:31 |
|
|
|
• Quru sərhədlər niyə bağlıdır? - DTX və DİN-i əməliyyatı bu suala cavab verdi
Dünən, 23:29 |
|
|
|
• Rusiya-Ukrayna münaqişəsinin həlli üzrə əhəmiyyətli irəliləyiş əldə etdik - Tramp
Dünən, 23:25 |
|
|
|
• USAİD hər zaman öz məkrli planları ilə yadda qalıb: - Onun ləğvi mütərəqqi adım olar
Dünən, 22:00 |
|
|
|
• Rusiyada “İntervision” keçiriləcək – Putindən fərman
Dünən, 21:55 |
|
|
|
• Hüquq-mühafizə orqanları Bakıda "Rus Evi"nə nəzarəti gücləndirdi - TƏFƏRRÜAT
Dünən, 21:50 |
|
|
|
• Tiktoker "Əfi" həbs olundu
Dünən, 21:46 |
|
|
|
• Bu həkimlərin “bazarı bağlanır” – Yeni qadağa qüvvəyə minir?
Dünən, 21:45 |
|
|
|
• Un istehsalçıları qiymətləri açıqladı: bahalaşma var... - BELƏ HARA GEDİRİK?
Dünən, 21:42 |
|
|
|
• Kriminal avtoritet Əli Heydərov da orada güllələnmişdi... - Erməni Sərkisyanın partladıldığı binada
Dünən, 19:14 |
|
|
|
• Başınızı qaldırsanız, yumruq gələcək! - Üzəduran Qaroya generaldan cavab
Dünən, 19:09 |
|
|
|
• İrəvan seçim qarşısındadır! - Kreml Ermənistanı cəzalandıracaq
Dünən, 19:00 |
|
|
|
• Həkimin reklam olunmasını dələduzluq hesab edirəm... - ZATƏN BELƏDİR...
Dünən, 18:58 |
|
|
|
• Öləndən sonra yandırılma - Jurnalist vəsiyyət etdi, yazar qorxdu, folklorçu istəmədi
Dünən, 18:07 |
|
|
|
• MN-dəki 143 milyonluq məhkəmə işi ilə bağlı generalın apellyasiya şikayəti üzrə məhkəmə başlayıb
Dünən, 18:01 |
|
|
|
• Ənvər Həsənov xəstəxanadan evə buraxıldı
Dünən, 18:00 |
|
|
|
• "Özünüzü gözdən saldınız və sifarişlə danışdığınızı sübut etdiniz..." - Razi Nurullayev Siyavuş Novruzova İTTİHAM
Dünən, 17:52 |
|
|
|
• Naxçıvan Ali Məclisi yenə sədrsiz qaldı - FOTO
Dünən, 17:47 |
|
|
|
• Təhsilsiz kosmetoloqlar və onların gözəllik qurbanları – Özümüzü necə qoruyaq?
Dünən, 17:43 |
|
|
|
• Paşinyan Zəngəzur dəhlizinə RAZIDIR – “Özünü müxalifətdən də sığortalamaq istəyir”
Dünən, 17:41 |
|
|
|
• Moskvada öldürülən Sərkisyanla bağlı ŞOK FAKTLAR - Görün nələr edib!
Dünən, 17:37 |
|
|
|
• QİÇS-lə Mübarizə Mərkəzi yenə `Dadaş-N`ə tender verdi - Bu dəfə 424 min manat...
Dünən, 17:33 |
|
|
|
• Gəncədə bir gündə 4-5 nəfəri İT DİŞLƏYİR - NARAZILIQ VAR...
Dünən, 17:27 |
|
|
|
• Banklar müflis olan vətəndaşlara möhlət borcu verə bilərmi? - AÇIQLAMA
Dünən, 17:26 |
|
|
|
• USAID-in sonu - cinayətləri ifşa olunan təşkilat
Dünən, 17:21 |
|
|
|
• İrəvanda oxunan “Qarabağ”: - Milyonlarla Azərbaycan türkünün səsi
Dünən, 17:12 |
|
|
|
• Milli Məclisin Hesablayıcı komissiyasının sədri seçilib
Dünən, 17:07 |
|
|
|
• Eldar İbrahimov Milli Məclisin İntizam komissiyasının sədri seçilib
Dünən, 17:04 |
|
|
|
• Daha bir icra başçısı üçün MƏHŞƏR AYAĞI... - O KİMDİR?
Dünən, 17:02 |
|
|
|
• Azərbaycanda investisiyaların cəlb olunması üçün sığorta azdır - FAKT BUDUR!
Dünən, 16:54 |
|
|
|
• Dəhlizlə bağlı Bakının son tələbi - Ağbəndən sonrakı xətt belə olacaq
Dünən, 16:50 |
|
|
|
• Xatirə İslamın kommunal borcu şok etdi - 960 manata...
Dünən, 16:48 |
|
|
|
• Siyavuş Novruzov İmişlinin icra başçısını qınadı: - "Niyə camaatın qarşısına çıxmadı?"
Dünən, 16:38 |
|
|
|
• Azərbaycanda beş seçki məntəqəsinin nəticələri ləğv edilib
Dünən, 16:35 |
|
|
|
• Bakı Apellyasiya Məhkəməsi “qaş düzəldən yerdə göz çıxardı” – “MTN işi”ndə növbəti biabırçı qərar
Dünən, 16:30 |
|
|
|
• 2 ildir boş qalan posta təyin edilən Rüfət Əzizov kimdir? - DOSYE
Dünən, 16:29 |
|
|
|
• 60 yaşlı kişi toyda 2 nəfərin başını niyə kəsmək istəyib? - TƏFƏRRÜAT
Dünən, 16:26 |
|
|
|
• "Nikol Paşinyana olan ictimai etimad... - tarixi minimuma düşüb"
Dünən, 16:02 |
|
|
|
• “Araz” supermarketlər şəbəkəsi gənclər üçün yeni iş imkanları yaradır - DİQQƏT
Dünən, 15:59 |
|
|
|
• Şimal bölgəsi POLİS NƏZARƏTİNDƏ - ƏMƏLİYYAT VAR...
Dünən, 15:56 |
|
|
|
• “Lay's” çipslərinin ölümcül TƏHLÜKƏSİ – Azərbaycanda satışı QADAĞAN EDİLƏCƏK?
Dünən, 15:54 |
|
|
|
• Günün fotosu: MALƏSƏF... - BURA BAKIDIR!...
Dünən, 15:52 |
|
|
|
|