Barıt çəlləyi üstündəki İran: sosial tələbli etirazlar siyasi müstəviyə keçərsə... - GƏLİŞMƏ
Tarix: 18-05-2022, 14:55 | Çap et
Xəbər verdiyimiz kimi, İranın müxtəlif şəhərlərində kütləvi etiraz aksiyaları keçirilir. Etirazların başlamasına səbəb kimi ölkədə ərzaq məhsullarının qiymət artımı və bəzi qida məhsullarının çatışmazlığı göstərilir.
Mayın 6-dan start götürən aksiyalar zamanı çox sayda etirazçının saxlanıldığı, Şəhri-Kurdda iştirakçılarla hökumət qüvvələri arasında qarşıdurma yarandığı bildirilir. Polisin əhaliyə qarşı ehtiyatlı davrandığı üçün İnqilab Keşikçiləri Korpusu (SEPAH) və xüsusi qüvvələrin cəlb olunduğu qeyd olunur. İddialara görə, mitinqlər təkcə sosial problemlərdən qaynaqlanmır və kökündə həm də siyasi səbəblər dayanır. DİA.AZ xəbər verir ki, Böyük Britaniyada yaşayan həmyerlimiz, tanınmış jurnalist Zülfüqar Rüfətoğlu AYNA-ya açıqlamasında İrandakı kütləvi aksiyaların siyasiləşəcəyini gözləmədiyini deyib: “İranda son dövrlər başlayan etiraz aksiyalarının inqilab hərəkatına çevriləcəyinə inanmıram. Son etirazlar bir neçə şəhərdə, əsasən çörəyin bahalaşması ilə bağlı olub. İnsanlar qiymət artımına və onun doğurduğu nəticələrə etiraz edirlər”.
“Ümumiyyətlə, İranda 40 ildir ki, bərqərar olmuş molla hakimiyyəti yerini etibarlı şəkildə möhkəmləndirib. Bu dini hakimiyyət Rusiyada qurulan korrupsiyaçı rejimdən heç nə ilə fərqlənmir və ona görə də devrilməsi asan olmayacaq. Korrupsiya ağacından hamıya az da olsa, pay düşür. Rejimlə barışmayanlar çıxıb gediblər. Yəni, mühacirətə üz tuturlar. Daxildəki qüvvələrin isə molla rejimini sarsıtmaq gücü yoxdur”, - deyə həmsöhbətimiz bildirib.
Onun sözlərinə görə, mövcud şəraitdə İranın nüvə proqramı Qərbi elə də ciddi narahat etmir: “Bu barədə nə qədər çox danışılsa da, əslində Qərbi İranın nüvə proqramı və raketləri narahat etmir. Şimali Koreyada bunların hamısı var. Qərbi narahat edən İranın Yaxın Şərqdə terrorçu təçkilatları dəstəkləməsidir. Həm də Amerikanın müttəfiqlərinə qarşı olan qruplaşmalardan söhbət gedir. Lakin böyük planda ABŞ İranın üzərindən sanksiyaların qaldırılmasında maraqlıdır. Çünki bu, İran neftini bazara qaytarar, Putinin dilini qısa edərdi”.
“Üstəlik gələcək perspektiv üçün İranın nəhəng qaz ehtiyatları mövcuddur. Bu qaz bazara çıxsa, Rusiya daha heç yerdə lovğalıq edə bilməyəcək. Qərb maraqlıdır ki, İrandan Rusiyaya qarşı təzyiq aləti kimi istifadə etsin. Xüsusilə son dövrlər baş verən hadisələr bu məsələni yenidən aktuallaşdırıb”, - deyə Rüfətoğlu söyləyib.
Əlavə edib ki, dünyada baş verən iqtisadi böhran nəticəsində bir çox ölkələrdə sosial etirazlar gözlənilir: “Bu, təkcə İranda yox, bir çox dövlətlərin ərazisində baş verə bilər. Bu baxımdan hökumətlər iqtisadi böhranın doğurduğu fəsadları aradan qaldırmaq istiqamətində ciddi addımlar atmalıdır”.
ABŞ-da yaşayan Cənubi Azərbaycandan olan siyasi mühacir, “Günaz” TV-nin qurucusu Əhməd Obalının AYNA-ya söylədiyinə görə isə, İran hökuməti son etiraz aksiyalarından ciddi şəkildə narahat olub və saxta vədlər verməklə məşğuldur: “İddia edirlər ki, guya sosial problemlər müvəqqəti xarakterlidir və qısa müddət sonra aradan qalxacaq. Müəyyən addımlar atılacağını bəyan edirlər. Lakin bunu necə həyata keçirəcəklər, bu barədə ictimaiyyətə heç bir açıqlama vermirlər. Bu isə öz növbəsində fars rejiminin şirnikləndirici vədlər siyasətinin davamıdır və onlar buna adət ediblər. Halbuki hökumətin borcudur ki, vətəndaşların problemlərini həll etsin. Lakin onlar bunu etmirlər”.
“İran iqtisadiyyatı idarə olunan iqtisadiyyatdır və əhalinin əsas tələbi də odur ki, rejim bu siyasətdən imtina etsin. Liberal bazar iqtisadiyyatı yeganə çıxış yoludur və alternativi yoxdur. Fars rejimi bundan imtina etmədikcə etirazlar davam edəcək. Müəyyən repressiv üsullarla bunun qarşısını alsalar da, bu, uzun müddət davam etməyəcək. Əhalini susdurmaq, haqqını tələb etməkdən çəkindirmək yolunu tutmaqdansa, molla rejimi konkret və real islahatlara başlamalıdır”, - deyə müsahibimiz vurğulayıb.
O, İran iqtisadiyyatının yerində saydığını qeyd edib: “Təsəvvür edin ki, dünyada milli valyutalar mütəmadi olaraq yenilənir. İranda isə köhnə əskinaslar qalmaqdadır. Pulların əksəriyyəti köhnəlib, üzərində Xomeyninin fotoları itib. İnteqrasiya olunmuş iqtisadi dünyada bu cür üsullarla uzağa getmək olmaz. Bu siyasət Rusiyanı sonu görünməyən yola gətirib çıxaxdı. Eyni aqibət İranı da gözləyir. Onlar düşünürlər ki, bunun qarşısını ala biləcəklər. Lakin unudurlar ki, dünya sürətlə dəyişir və artıq İran vətəndaşları da öz haqlarını tələb edəcəklər”.
“Bu gün İranda baş verənlər bunun bariz nümunəsidir. Əhalidən tələb edirlər ki, evdə oturun və baş verənlərə etiraz etməyin. Artıq hamı başa düşür ki, məzlumun haqqını yeyən zalıma qarşı susmaq - onun əməllərinə şərik olmaqdır. Fars rejimi hər vəchlə Güneydə yaşayan soydaşlarımızın hüquqlarını pozur, onları təqib altında saxlamağa çalışır. Güneydəki soydaşlarımız da bu aksiyalarda fəal iştirak edirlər”, - deyə Obalı bildirib.
Mühacir fəal İranda etirazların davam edəcəyi qənaətindədir: “Dünya ciddi dəyişikliklər ərəfəsindədir. Belə bir şəraitdə şər rejimlərinin, eləcə də İran rejiminin ənənəvi siyasəti keçərli olmayacaq. Nəhayət, İranda yaşayan soydaşlarımız da ayağa qalxacaq və molla rejiminə öz yerini göstərəcəklər”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• USAİD hər zaman öz məkrli planları ilə yadda qalıb: - Onun ləğvi mütərəqqi adım olar
Bu gün, 22:00 |
|
|
|
• Rusiyada “İntervision” keçiriləcək – Putindən fərman
Bu gün, 21:55 |
|
|
|
• Hüquq-mühafizə orqanları Bakıda "Rus Evi"nə nəzarəti gücləndirdi - TƏFƏRRÜAT
Bu gün, 21:50 |
|
|
|
• Tiktoker "Əfi" həbs olundu
Bu gün, 21:46 |
|
|
|
• Bu həkimlərin “bazarı bağlanır” – Yeni qadağa qüvvəyə minir?
Bu gün, 21:45 |
|
|
|
• Un istehsalçıları qiymətləri açıqladı: bahalaşma var... - BELƏ HARA GEDİRİK?
Bu gün, 21:42 |
|
|
|
• Kriminal avtoritet Əli Heydərov da orada güllələnmişdi... - Erməni Sərkisyanın partladıldığı binada
Bu gün, 19:14 |
|
|
|
• Başınızı qaldırsanız, yumruq gələcək! - Üzəduran Qaroya generaldan cavab
Bu gün, 19:09 |
|
|
|
• İrəvan seçim qarşısındadır! - Kreml Ermənistanı cəzalandıracaq
Bu gün, 19:00 |
|
|
|
• Həkimin reklam olunmasını dələduzluq hesab edirəm... - ZATƏN BELƏDİR...
Bu gün, 18:58 |
|
|
|
• Öləndən sonra yandırılma - Jurnalist vəsiyyət etdi, yazar qorxdu, folklorçu istəmədi
Bu gün, 18:07 |
|
|
|
• MN-dəki 143 milyonluq məhkəmə işi ilə bağlı generalın apellyasiya şikayəti üzrə məhkəmə başlayıb
Bu gün, 18:01 |
|
|
|
• Ənvər Həsənov xəstəxanadan evə buraxıldı
Bu gün, 18:00 |
|
|
|
• "Özünüzü gözdən saldınız və sifarişlə danışdığınızı sübut etdiniz..." - Razi Nurullayev Siyavuş Novruzova İTTİHAM
Bu gün, 17:52 |
|
|
|
• Naxçıvan Ali Məclisi yenə sədrsiz qaldı - FOTO
Bu gün, 17:47 |
|
|
|
• Təhsilsiz kosmetoloqlar və onların gözəllik qurbanları – Özümüzü necə qoruyaq?
Bu gün, 17:43 |
|
|
|
• Paşinyan Zəngəzur dəhlizinə RAZIDIR – “Özünü müxalifətdən də sığortalamaq istəyir”
Bu gün, 17:41 |
|
|
|
• Moskvada öldürülən Sərkisyanla bağlı ŞOK FAKTLAR - Görün nələr edib!
Bu gün, 17:37 |
|
|
|
• QİÇS-lə Mübarizə Mərkəzi yenə `Dadaş-N`ə tender verdi - Bu dəfə 424 min manat...
Bu gün, 17:33 |
|
|
|
• Gəncədə bir gündə 4-5 nəfəri İT DİŞLƏYİR - NARAZILIQ VAR...
Bu gün, 17:27 |
|
|
|
• Banklar müflis olan vətəndaşlara möhlət borcu verə bilərmi? - AÇIQLAMA
Bu gün, 17:26 |
|
|
|
• USAID-in sonu - cinayətləri ifşa olunan təşkilat
Bu gün, 17:21 |
|
|
|
• İrəvanda oxunan “Qarabağ”: - Milyonlarla Azərbaycan türkünün səsi
Bu gün, 17:12 |
|
|
|
• Milli Məclisin Hesablayıcı komissiyasının sədri seçilib
Bu gün, 17:07 |
|
|
|
• Eldar İbrahimov Milli Məclisin İntizam komissiyasının sədri seçilib
Bu gün, 17:04 |
|
|
|
• Daha bir icra başçısı üçün MƏHŞƏR AYAĞI... - O KİMDİR?
Bu gün, 17:02 |
|
|
|
• Azərbaycanda investisiyaların cəlb olunması üçün sığorta azdır - FAKT BUDUR!
Bu gün, 16:54 |
|
|
|
• Dəhlizlə bağlı Bakının son tələbi - Ağbəndən sonrakı xətt belə olacaq
Bu gün, 16:50 |
|
|
|
• Xatirə İslamın kommunal borcu şok etdi - 960 manata...
Bu gün, 16:48 |
|
|
|
• Siyavuş Novruzov İmişlinin icra başçısını qınadı: - "Niyə camaatın qarşısına çıxmadı?"
Bu gün, 16:38 |
|
|
|
• Azərbaycanda beş seçki məntəqəsinin nəticələri ləğv edilib
Bu gün, 16:35 |
|
|
|
• Bakı Apellyasiya Məhkəməsi “qaş düzəldən yerdə göz çıxardı” – “MTN işi”ndə növbəti biabırçı qərar
Bu gün, 16:30 |
|
|
|
• 2 ildir boş qalan posta təyin edilən Rüfət Əzizov kimdir? - DOSYE
Bu gün, 16:29 |
|
|
|
• 60 yaşlı kişi toyda 2 nəfərin başını niyə kəsmək istəyib? - TƏFƏRRÜAT
Bu gün, 16:26 |
|
|
|
• "Nikol Paşinyana olan ictimai etimad... - tarixi minimuma düşüb"
Bu gün, 16:02 |
|
|
|
• “Araz” supermarketlər şəbəkəsi gənclər üçün yeni iş imkanları yaradır - DİQQƏT
Bu gün, 15:59 |
|
|
|
• Şimal bölgəsi POLİS NƏZARƏTİNDƏ - ƏMƏLİYYAT VAR...
Bu gün, 15:56 |
|
|
|
• “Lay's” çipslərinin ölümcül TƏHLÜKƏSİ – Azərbaycanda satışı QADAĞAN EDİLƏCƏK?
Bu gün, 15:54 |
|
|
|
• Günün fotosu: MALƏSƏF... - BURA BAKIDIR!...
Bu gün, 15:52 |
|
|
|
• Paşinyan Zənğəzur dəhlizini açır - KİV
Bu gün, 15:50 |
|
|
|
• “Qusarda zərərsizləşdirilən terror qrupu qlobal güclərin Qafqaz uğrundakı mübarizəsinin göstəricisidir”
Bu gün, 15:47 |
|
|
|
• Erməni cəmiyyəti aşınıb - FAKT BUDUR!
Bu gün, 15:44 |
|
|
|
• "Kişi də heç öz ailə sirrini gətirib efirə çıxarar?" - ETİRAZ
Bu gün, 15:42 |
|
|
|
• Rüfət Əzizov Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru TƏYİN OLUNDU
Bu gün, 15:40 |
|
|
|
• Mart ayından sosial müavinətlərin və təqaüdlərin artırılmasını görəcəyik - MM komitə sədri
Bu gün, 15:39 |
|
|
|
• Sumqayıt Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilib - SƏRƏNCAM
Bu gün, 15:37 |
|
|
|
• Minimum pensiyanın 320 manata çatdırılması ilə bağlı qanuna dəyişiklik təsdiqlənib
Bu gün, 15:30 |
|
|
|
• Bank kartından oğurlanan məbləğin geri qaytarılması mümkündür? - TƏFƏRRÜAT
Bu gün, 15:28 |
|
|
|
• “Azərbaycan milli mətbuatının 150 illiyi yubiley medalı təsis ediləcək - SƏRƏNCAM
Bu gün, 15:25 |
|
|
|
• Polad Bülbüloğlu 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib - SƏRƏNCAM
Bu gün, 15:23 |
|
|
|
|