Türkiyədə fitrənin məbləği açıqlandı: .....                     “Səni sevdiyimi sən bil, bəsimdir” .....                     “TS Motors” ölkədən pul çıxarmaqda günahlandırılır .....                     Maliyyə Nazirliyini təmizləyəcək şirkət .....                     Zəngəzur dəhlizi ilə bağlı yeni addım .....                     "Demokratikləşmə" korrupsionerləri... .....                     “Özəl televiziyalar arvad davası və həkim reklamı ilə dolanırlar” .....                     “Üç badam bir qoz” oxuyanlara sənətkar “tərifi”: .....                     ADY Ayan Nəcəfə "yox" dedi .....                     Hikmət Hacıyev İranda hansı məsələləri müzakirə edib? .....                     Panama geri çəkildi, .....                     Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq .....                     Sabiri "şalvarsız" qoyan Trendyol: Şəbəkə insanları bu yolla aldadır .....                     Erməni əsilli kriminal avtoriteti Moskvada niyə partladblar... .....                     Azərbaycanda həkim reklamı qadağan olunsun .....                     Azərbaycanlı müğənninin villasında paylaşdığı .....                     Mətin Mirzəyə İrandakı səfirlikdə .....                     Parlamentdə Amnistiya Aktının hazırlanması təklif edilib .....                     “AFB Bank”ın Müşahidə Şurasına yeni sədr təyin edilir .....                     Məhkəmə Bəhruz Hacıyevə bəraət verdi .....                     “İnvest-Az"-ın rəhbəri Elşən Quliyev ölkədən nə qədər valyuta çıxarıb? .....                     Qusar meşələrində böyük əməliyyatla tutulanları .....                     Ermənistan sülh müqaviləsinin imzalanmasını 2027-ci ilə qədər yubatmaq istəyir .....                     Ağsuda məktəb direktorunun həbsi ilə bağlı .....                     AZAL Rusiyaya doğru daha bir istiqamət üzrə uçuşları DAYANDIRDI .....                     Aİ-nin baş diplomatı Tiflisdəki həbslərə reaksiya verdi .....                     “Evim” uşaq bağçasında kütləvi İŞDƏNÇIXMA .....                     “Küçədən keçənlərə fəxri adlar verirlər...” .....                     "Biz Sovet hökuməti deyilik ey, gedənin arxasınca danışaq, gələni tərifləyək" .....                     Burda nə elm var... nə də tədqiqat... .....                     Goranboy-Naftalan üzrə təhsil sektorunun müdiri vəzifəsindən azad edilib .....                     Deputatlar Eldəniz Səlimovla görüşəcək? .....                     Belçika Bakıya baxanda niyə kar və kor olur? .....                     Naxçıvanda əhali AÇIQ TƏHLÜKƏ İLƏ ÜZ-ÜZƏ... .....                     Tramp Bakının həmləsindən sonra hərəkətə keçdi .....                     Nazirlər Kabinetinin üç Qərarı .....                     Ottava Bakıya qarşı yalan və böhtan həddini keçdi .....                     Ermənistan-İran sərhədindən Rusiya bayraqları yığışdırılıb .....                     Azərbaycanda hotel şirkətinə sədr seçilir .....                     Ərəbləri Qəzzadan köçürmək: Tramp nə danışır və nə düşünür? .....                 

Putin nə etmək istəyir: Rusiyanın Ukraynaya qarşı “qəribə müharibəsi” - İNCƏLƏMƏ...
Tarix: 24-06-2022, 15:14 | Çap et
Putin nə etmək istəyir: Rusiyanın Ukraynaya qarşı “qəribə müharibəsi”
Rusiyanın Ukrayna ilə sərhədindəki Rostov vilayətində yerləşən “Novoşaxtinsk” Neft Emalı Zavodu (NEZ) pilotsuz uçuş aparatlarının (PUA) hücumuna məruz qalıb və hücumdan sonra zavodda yanğın olub. Məlumatlara görə, müəssisənin ərazisində PUA-ların qırıntıları aşkarlanıb. Hadisə səbəbindən zavodun fəaliyyəti dayandırılıb və ərazi nəzarətə götürülüb.

Qeyd edək ki, bu, son 10 gün ərzində Rusiya ərazisindəki obyektlərə üçüncü hücumdur və bundan öncə daha iki zavod Ukrayna ordusu tərəfindən hədəfə alınıb. Rusiyanın Ukraynaya hərbi təcavüzündən dörd ay zaman ötür və bəzi iddialara görə, qısa müddətə müharibə Rusiyanın içərilərinə sıçrayacaq. DİA.AZ xəbər verir ki, Rusiyanın Sankt-Peterburq şəhərində yaşayan azərbaycanlı politoloq Teymur Yəhyayev AYNA-ya müsahibəsində Rusiya ərazisində müharibə ehtimalları və digər mövzular ətrafında danışıb.

- Son günlər Ukrayna ordusu Rusiyanın strateji obyektlərini hava zərbələri endirir. Bu xüsusda müharibənin Rusiyanın ərazilərinə sıçrayacağı barədə iddialar gündəmə gəlib...

- Rusiyanın Ukraynaya qarşı hərbi müdaxiləsi əsas etibarilə Ukrayna ərazisində davam etsə də, Rusiyanın Ukrayna ilə sərhəd əraziləri də müharibənin təsir dairəsindədir. Fevral ayının 24-dən başlayan bu müharibə zamanı dəfələrlə Rusiyanın strateji obyektləri Ukraynanın hava hücumlarına məruz qalıb. Son bir ayda beş dəfə bənzər hadisə baş verib və son belə hücum Rostov vilayəti ərazisində qeydə alınıb. Neft Emalı Zavodu pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb və hücumdan sonra zavodun fəaliyyəti dayandırılıb.

Hesab edirəm ki, Ukraynanın Rusiyanın strateji obyektlərinə hücumları səbəbsiz deyil. Rusiyanın imkanı var ki, Ukrayna ordusunun hücumlarının qətiyyətlə qarşısını alsın və onları yerində oturtsun. Lakin bu hadisə baş vermir. Düşünürəm ki, bu, qəribə müharibədir və analoqu olmayıb. Yaxın və uzaq tarixdə baş verən klassik müharibələr proqnozlaşdırıla bilən olması ilə yanaşı, həm də bu müharibələrdə düşmənə qarşı bütün mümkün mübarizə üsullarından istifadə olunurdu. Bu müharibədə isə sanki davranış sərhədləri müəyyən olunub və Moskva kifayət qədər təmkin nümayiş etdirir.

Müharibədən öncə bir çoxları hesab edirdi ki, Rusiya qısa müddətə Kiyev ərazisinə daxil olacaq və Zelenskini devirərək öz adamını rəhbərliyə gətirəcək. Bununla da Ukrayna böhranı həll olunacaq və postsovet məkanında Moskvanın gücünə güc qatılacaq. Hətta yanvar ayında Qazaxıstanda Rusiyanın iştirakı ilə daxili etirazların yatırılması və Tokayevin hakimiyyətdə saxlanılması buna hazırlığın tərkib hissəsi kimi qiymətləndirilirdi. Ancaq biz nəyin şahidi olduq? Rusiyanın Ukraynaya qarşı hərbi müdaxiləsindən dörd ay zaman ötür və Zelenski dünya liderləri ilə birlikdə Kiyevin mərkəzində rahat gəzir, heç bir təhlükə hiss etmədən dolaşır. Rusiya isə Donbass və Luqansk uğrunda döyüşlərə qatıldığını bəyan edir. Hansı ki, müharibənin ilk günlərində Rusiya ordusu Kiyevin bir addımlığında idi. Eyni zamanda Moskva Ukraynaya silah tədarükünün hansı vasitələr və yollarla təmin olunduğunu dəqiq bilir. Amma bunun qarşısını almır. Bütün bunlar ortaya çoxlu suallar çıxarır.

- Rusiyanın Ukraynaya təcavüzünü “qəribə müharibə” adlandırırsınız. Koronavirus pandemiyasının ardınca başlayan bu müharibəni ssenariləşdirilmiş və “növbəti tələ” kimi qiymətləndirmək olarmı?

- Koronavirus pandemiyasından sonra bir çox dünya liderləri və analitiklər bəyan edirdilər ki, dünyada daha heç nə əvvəlki kimi olmayacaq. İlkin dövrlərdə bunlar sıradan və əhəmiyyət kəsb etməyən açıqlamalar kimi görünürdü. Lakin hadisələrin gedişatı göstərdi ki, hər şey əvvəlcədən ssenariləşdirilib. Düzdür, koronavirusla Ukrayna böhranı arasında hansısa paralellərin olduğunu söyləmək çətindir. Görünən odur ki, hansısa formada bir əlaqə mövcuddur.

Rusiya çox qısa müddətə Ukraynanı təslim edə bilərdi. Bunun üçün onun iki yolu var idi: Bir tərəfdən intensiv hərbi hücumlarını davam etdirir, digər tərəfdən silah tədarükünün təmin olunduğu yolları bombalayır. Bunların heç biri baş vermədi. Rusiya öz xoşluğu ilə Kiyevə yaxın ərazilərdən geri çəkildi.

Bu gün Qazaxıstan Prezidenti Tokayev Rusiya hökumətinə qarşı olduğunu iddia edir. Hansı ki, cəmi bir neçə ay öncə məhz Kremlin dəstəyi Tokayev üçün həlledici oldu. Əks halda Tokayev ya həbsdə, ya da mühacirətdə olacaqdı. Hazırda dünya siyasi gündəmini düşündürən əsas sual budur: Putin nədən Ukraynaya qarşı yumşaq siyasət yürüdür?

Hesab edirəm ki, bunun əsas səbəbi Moskvanın hərbi yolla deyil, siyasi yolla rəsmi Kiyevi çökdürmək istəyidir. Təsəvvür edin ki, ABŞ, Böyük Britaniya və Avropa İttifaqı dövlətləri Rusiyaya qarşı çoxvektorlu sanksiyalar tətbiq edir. Əsas məqsədləri Rusiyanı iqtisadi cəhətdən zəif salmaq və Putin iqtidarını yola salmaqdır. Bu gün Putin Qərbin ona qarşı planlaşdırdığı ssenarini onların özlərinə qarşı yönəldib. Rusiya ordusu paytaxt və digər şəhərlərə hücum etmir, Rusiya iqtisadiyyatını ayaqda saxlamağa çalışır, dünyada ABŞ və Qərbə qarşı yeni qütbün formalaşmasına təkan verir. Nəticədə Qərb ölkələri, xüsusən Ukrayna bundan təsirlənir. Nə qədər gizli saxlasalar da, yardımlarla kompensasiya edildiyini desələr də, Ukrayna vətəndaşları dərin sosial-iqtisadi böhran keçirir. Proses bu şəkildə davam edərsə, Ukraynada siyasi etirazlar qaçılmazdır. Yəni, Putin Zelenskini və komandasını Ukrayna cəmiyyətinin əli ilə yola salmaq istəyir. Artıq ABŞ-ın özündə ciddi problemlər müşahidə olunmağa başlayıb.

- ABŞ və Qərbin Rusiyanı iqtisadi baxımdan çökdürmək məqsədilə sanksiyalara əl atması heç kimə sirr deyil. Müharibənin dördüncü ayında Rusiyada sosial-iqtisadi vəziyyət nə yerdədir?

- ABŞ və Qərb Rusiyanı çökdürmək istəyirdi, nəticədə özləri ciddi böhranla üzləşdilər. Amerikada əhalinin əksəriyyəti Baydeni dəstəkləmir və növbəti seçkilərdə demokratların namizədinə səs verməyəcəyini bəyan edirlər. Artıq ABŞ Prezidenti Ukraynanı ittiham edən açıqlamalarla çıxış edir. Açıq şəkildə bəyan edir ki, ukraynalılar torpaq verərək ruslarla dil tapmalıdırlar. ABŞ və Avropada böhran dərinləşdikcə onlar bu istiqamətdə daha ciddi addımlar atacaqlar. Tamamilə mümkündür ki, Zelenskini müharibəni dayandırmağa və təslim olmağa təhrik etsinlər. Müharibə Rusiyaya nə qədər ziyan vurubsa, ABŞ və Avropaya da o qədər ziyan vurub. Artıq Qərbin özündə də bunun fərqindədirlər və alternativlər üzərində işləyirlər.

O ki qaldı Rusiyada sosial-iqtisadi vəziyyətə, hər şey qaydasındadır. Dörd ay ərzində embarqolarla heç bir məqsədinə nail olmayan Qərbin bundan sonra geniş mənada buna müvəffəq olacağı inandırıcı görünmür. Moskva müharibədən öncə bütün bunları hesablamışdı və dörd ay qabaq Rusiyada vəziyyət necə idisə, hazırda da elədir. Yalnız psixoloji təzyiqlər, panika mövcuddur ki, bununla da ölkə iqtisadiyyatını dərin mənada çökdürmək mümkün deyil. Turizm obyektləri tam gücü ilə işləyir, alıcılıq qabiliyyəti yüksəkdir. Eyni zamanda qiymətlər də sabitdir. Ərzaq çatışmalığı müşahidə olunmur. Sanksiyalarla əlaqədar Rusiya bazarlarını tərk etmiş şirkətlərin bəziləri geri qayıdıb. Geri qayıtmayanları da rus şirkətləri əvəz edir. Hələlik vəziyyət stabildir və ciddi böhran nəzərə çarmır.

- Rusiyaya qarşı sanksiyalara qoşulmaması, Finlandiya və İsveç məsələsində tutduğu mövqe səbəbindən Türkiyəyə qarşı hücumlar da artıb. Baş verənlərin Türkiyədə siyasi böhrana səbəb olacağı barədə iddialar var...

- Türkiyə Ukrayna məsələsində obyektiv mövqe nümayiş etdirən ölkə olaraq bütün dünyanın rəğbətini qazandı. Açıq şəkildə söyləmək olar ki, Türkiyə bu gün dünyada aparıcı güc mərkəzlərindən və diplomatik oyunçulardan biridir. Bütün bunlar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın xarakteri və qətiyyətli siyasəti nəticəsində mümkün olub. Türkiyədə hakimiyyət dəyişikliyi mümkün deyil və heç bir böhran yaşanmayacaq. Ərdoğanın yürütdüyü siyasət Türkiyə xalqının maraqlarını ifadə edir və növbəti seçkilərdə də qələbəsi qaçılmaz olacaq. Qərbin Türkiyəyə qarşı təzyiq siyasəti effektiv olmayacaq və nəticəsiz qalacaq.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Türkiyədə fitrənin məbləği açıqlandı: - Bəs, Azərbaycanda?
Bu gün, 14:56
“Səni sevdiyimi sən bil, bəsimdir” - Cavidan Novruz bu sözləri kimə dedi?
Bu gün, 14:47
“TS Motors” ölkədən pul çıxarmaqda günahlandırılır - TƏFƏRRÜAT
Bu gün, 14:00
Maliyyə Nazirliyini təmizləyəcək şirkət - MƏLUM OLDU
Bu gün, 13:58
Zəngəzur dəhlizi ilə bağlı yeni addım - İranın niyyəti bəlli olur
Bu gün, 13:08
"Demokratikləşmə" korrupsionerləri... - Bahəddin Həzi yazır...
Bu gün, 13:05
“Özəl televiziyalar arvad davası və həkim reklamı ilə dolanırlar” - Aqil Abbas
Bu gün, 13:02
“Üç badam bir qoz” oxuyanlara sənətkar “tərifi”: - Nə məcburdur, qiymətə mindirirsiniz?
Bu gün, 12:58
ADY Ayan Nəcəfə "yox" dedi - BUNA GÖRƏ...
Bu gün, 12:56
Hikmət Hacıyev İranda hansı məsələləri müzakirə edib? - “Tehranm Times”
Bu gün, 12:53
Panama geri çəkildi, Çinin layihəsindən imtina edir
Bu gün, 12:49
Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:42
Sabiri "şalvarsız" qoyan Trendyol: Şəbəkə insanları bu yolla aldadır - ŞOK FAKTLAR
Bu gün, 12:37
Erməni əsilli kriminal avtoriteti Moskvada niyə partladblar...
Bu gün, 12:36
Azərbaycanda həkim reklamı qadağan olunsun - ÇAĞIRIŞ
Bu gün, 12:30
Azərbaycanlı müğənninin villasında paylaşdığı FOTOLAR
Bu gün, 12:25
Mətin Mirzəyə İrandakı səfirlikdə yeni vəzifə VERİLİB
Bu gün, 12:22
Parlamentdə Amnistiya Aktının hazırlanması təklif edilib - "Sonradan səhvə yol verən insanlar var..."
Bu gün, 12:15
“AFB Bank”ın Müşahidə Şurasına yeni sədr təyin edilir - BUNDAN SONRA...
Bu gün, 12:12
Məhkəmə Bəhruz Hacıyevə bəraət verdi
Bu gün, 12:08
“İnvest-Az"-ın rəhbəri Elşən Quliyev ölkədən nə qədər valyuta çıxarıb? - DETALLAR
Bu gün, 12:03
Qusar meşələrində böyük əməliyyatla tutulanları - Hansı cəza gözləyir?
Bu gün, 12:00
Ermənistan sülh müqaviləsinin imzalanmasını 2027-ci ilə qədər yubatmaq istəyir - Elman Nəsirov
Bu gün, 11:57
Ağsuda məktəb direktorunun həbsi ilə bağlı AÇIQLAMA
Bu gün, 11:56
AZAL Rusiyaya doğru daha bir istiqamət üzrə uçuşları DAYANDIRDI - qeyri-müəyyən müddətə...
Bu gün, 11:53
Aİ-nin baş diplomatı Tiflisdəki həbslərə reaksiya verdi
Bu gün, 11:43
“Evim” uşaq bağçasında kütləvi İŞDƏNÇIXMA – Qalmaqallı müdir niyə cəzalandırılmır?
Bu gün, 11:40
“Küçədən keçənlərə fəxri adlar verirlər...” - ETİRAZ
Bu gün, 11:36
"Biz Sovet hökuməti deyilik ey, gedənin arxasınca danışaq, gələni tərifləyək" - deputat
Bu gün, 11:33
Burda nə elm var... nə də tədqiqat... - İTTİHAM VAR...
Bu gün, 11:30
Goranboy-Naftalan üzrə təhsil sektorunun müdiri vəzifəsindən azad edilib - ƏMR
Bu gün, 11:20
Deputatlar Eldəniz Səlimovla görüşəcək? - AÇIQLAMA
Bu gün, 11:19
Belçika Bakıya baxanda niyə kar və kor olur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:15
Naxçıvanda əhali AÇIQ TƏHLÜKƏ İLƏ ÜZ-ÜZƏ... - "...bu məhsullara yaşıl işıq yandırılır"
Bu gün, 11:13
Tramp Bakının həmləsindən sonra hərəkətə keçdi – Sürpriz plan açıqlandı
Bu gün, 11:09
Nazirlər Kabinetinin üç Qərarı LƏĞV OLUNDU
Bu gün, 11:07
Ottava Bakıya qarşı yalan və böhtan həddini keçdi - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 11:04
Ermənistan-İran sərhədindən Rusiya bayraqları yığışdırılıb
Bu gün, 11:02
Azərbaycanda hotel şirkətinə sədr seçilir - TOPLANTI
Bu gün, 11:00
Ərəbləri Qəzzadan köçürmək: Tramp nə danışır və nə düşünür? - AKTUAL
Bu gün, 10:53
"Özünə gəlib, danışa bilir.... - Hələ xəstəxanadadır..."
Bu gün, 10:50
Məktəb direktoru həbs olundu - BUNA GÖRƏ...
Bu gün, 10:47
Qarabağ havasının HAVALANDIRDIĞI İrəvan... - NƏ BAŞ VERİR?
Bu gün, 10:44
DTX Qusarda terrorçulara qarşı əməliyyat keçirib, 8 nəfər zərərsizləşdirilib, 6 nəfər həbs edilib - TƏFƏRRÜAT
Bu gün, 10:41
USAID rəsmiləri DOGE ilə münaqişədən sonra məzuniyyətə göndəriliblər
Bu gün, 10:22
Ukraynada gey-batalyonlar yaradılıb: - Görün nə işlə məşğuldurlar
Bu gün, 10:21
"Ya narkomana, ya da ki, 24 saat çayxanalarda nərd atan bir insana çevrilir..." - deputat
Bu gün, 10:19
“Artıq bu mövzuda Lavrovun yalanları, Peskovun özünü bilməzliyə vurması keçərli deyil...” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:13
Paşinyan Əliyevin tələbini qəbul etdi, məsələ tam bağlanır - Vardanyan
Bu gün, 10:12
Kredit faizləri niyə artır? – Düşəcəyi gözlənilirdi...
Bu gün, 10:09
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru