Qaraqalpaqıstanla bağlı təhlükəli ssenari: - böyük güclər münaqişədə maraqlıdır
Tarix: 5-07-2022, 10:26 | Çap et
Qaraqalpaq Muxtar Respublikasında iyulun 1-də başlayan etiraz aksiyaları şiddətlənir. İğtişaşlar nəticəsində 18 nəfər həlak olub. Bu barədə Özbəkistan Baş Prokurorluğunun departament prokuroru Abror Mamatov deyib. Onun sözlərinə görə, qarşıdurmalarda minlərlə nümayişçi və hüquq-mühafizə orqanlarının əməkdaşı yaralanıb.
Özbəkistanın tərkibində olan Qaraqalpaq Muxtar Respublikası Qazaxıstanın Manqistau, Aktyubinsk və Kızıl Orda vilayətləri ilə həmsərhəddir. Özbəkistan ərazisinin 40 faizindən ibarət olan respublikada təqribən 500 min qaraqalpaq yaşayır. Qaraqalpaq Muxtar Vilayəti 1924-cü ildə yaradılıb və 1930-cu ilədək Qazaxıstan SSR-in tərkibində olub. Sonra isə bilavasitə Rusiya Federasiyasına tabe etdirilib. 1936-cı ildə Vilayət Özbəkistan SSR-in ərazisinə daxil edilib.
Sovet İttifaqı dağılandan sonra, 1992-ci ildə Qaraqalpaq Muxtar Vilayətinə Qaraqalpaqıstan Muxtar Respublikası statusu verilib. 1993-cü ildə imzalanmış müqaviləyə görə, Qaraqalpaqıstan Respublikası 20 il müddətinə Özbəkistanın tərkibində qalır, sonra suverenliyini əldə etməkdə sərbəst olur. Bu, Özbəkistan Konstitusiyasında müvafiq müddəa ilə təsbit edilib.
İndiki etiraz aksiyalarının səbəbi isə Özbəkistan Konstitusiyasına ediləcək əlavələr və dəyişikliklərdir. Belə ki, Konstitusiyanın 70, 71, 72, 74 və 75-ci maddələrinə dəyişikliklər edilməsi, Qaraqalpaqıstanın suveren statusdan və Özbəkistanın tərkibindən çıxmaq hüququndan məhrum edilməsi nəzərdə tutulur. Dəyişikliklərin təşəbbüskarı Özbəkistan Prezidenti Şafkat Mirziyoyevdir.
Ümumiyyətlə, Konstititusiyaya təqribən 200 əlavə və dəyişikliklərin edilməsi nəzərdə tutulur ki, onların arasında dövlət başçısının səlahiyyət müddətinin 5 ildən 7 ilədək artırılması da var.
Mirziyoyev etiraz aksiyalarından sonra Qaraqalpaqıstanın suverenliyinin qorunacağını deyib. Prezident iyulun 3-də Qaraqalpaqıstanın inzibati mərkəzi Nukus şəhərinə yollanaraq yerli hakimiyyət strukturlarının rəhbərləri və ağsaqqallarla görüşüb. Yerli ali qanunverici orqan olan Jokarqı Kenesdə çıxış edərkən Mirziyoyev deputatlara xitabən deyib: "Konstitusiyaya dəyişikliklər və əlavələri siz təklif etdiniz, siz belə təşəbbüs göstərdiniz, siz imzaladınız, siz çıxış etdiniz və siz də təsdiqləyərək qəbul etdiniz. Özbəkistan Konstituasiyasındakı 70, 71, 72, 73, 74 və 75-ci maddələrdə Qaraqalpaqıstanla bağlı olan dəyişikliklər qaraqalpaq xalqı narazı olarsa, qəbul edilməyəcək".
Lakin Qaraqalpaqda ixtişaşlar səngimir. Bir sıra ekspertlər burada baş verən gərginlikdə maraqlı xarici dairələrin rolunun olduğunu qeyd edirlər. Əsas oxlar isə Rusiyaya yönəlir. Analitiklər hesab edirlər ki, Özbəkistanda vəziyyətin gərginləşməsində maraqlı olan Kreml üçün Qaraqalpaqda baş verənlər göydəndüşmə olub.
Respublikada baş verənlərə Rusiyadan reaksiya gəlib. Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov deyib ki, bu, Özbəkistanın daxili işidir: "Özbəkistan bizim müttəfiqimiz, dost ölkə, çox vacib tərəfdaşdır. Özbəkistanda baş verən hər şey bu ölkənin daxili işidir”.
Avropa İttifaqı (Aİ) da Özbəkistanda baş verən son hadisələrə münasibət bildirib. Aİ-nin Xarici Siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsinin mətbuat katibinin yaydığı bəyanatda bildirilib ki, Aİ Özbəkistan Konstitusiyasına təklif olunan düzəlişlərin dərcindən sonra Qaraqalpaqıstanda baş verən zorakılıq hadisələri ilə bağlı açıq və müstəqil araşdırma aparmağa çağırır.
"Biz insan tələfatından dərin təəssüf hissi keçirir və prosesləri yaxından izləməyə davam edirik. Biz Prezident Mirziyoyevin təklif olunan Konstitusiya dəyişiklikləri ilə bağlı ictimai narahatlıqlara operativ reaksiya vermək üçün atdığı addımları etiraf edirik. Hər hansı eskalasiyanın və ya növbəti zorakılığın qarşısını almaq üçün bütün tərəfləri təmkinli olmağa çağırırıq", - deyə bəyanatda vurğulanıb.
Mətbuat katibi qeyd edib ki, Aİ Özbəkistan hökumətini beynəlxalq öhdəliklərinə uyğun olaraq insan hüquqlarını, o cümlədən ifadə və sərbəst toplaşmaq azadlığını təmin etməyə çağırır: "Aİ-nin Özbəkistanla güclü və inkişaf edən tərəfdaşlığı var. Biz Özbəkistanın islahat səylərini dəstəkləyirik və onu beynəlxalq normalara və ən yaxşı təcrübələrə əsaslanaraq vətəndaşlar və maraqlı tərəflərlə məsləhətləşmələr əsasında bu prosesi davam etdirməyə çağırırıq". diaaz.space-ın məlumatına görə, baş verənləri AYNA-ya müsahibəsində şərh edən politoloq İlqar Vəlizadə bildirib ki, Qaraqalpakıstanda baş verənlərin səbəbləri bəllidir:
- Konstitusiya dəyişikliyində regionun suverenliyi ilə bağlı dəyişiklik nəzərdə tutulmuşdu. Hazırkı statusa görə respublika Özbəkistanın tərkibindən çıxmaq hüququna malikdir. Yeni dəyişiklikdə isə bu hüquq Qaraqalpaqıstanın əlindən alınır. Bu, ixtişaşların artmasına, vəziyyətin gərginləşməsinə səbəb oldu. Ümumiyyətlə, dünyada separatçı meyillər artıb ki, bundan da müəyyən qüvvələr istifadə etməyə çalışırlar. Görünür ki, Özbəkistan hakimiyyəti bunun qarşısını almaq üçün Konstitusiyada dəyişiklik etmək istədi.
- Amma Qaraqalpaqıstanda buna qədər separatçı addımlar müşahidə edilməyib. Bölgənin Özbəkistan tərkibindən çıxmaq hüququ olsa da, buna gedildiyinin şahidi olmamışıq...
- Bəli, Qaraqalpaqıstanda əslində separatçılığa meyl çox azdır. Əlbəttə, azsaylı çevrə var ki, onlar radikal mövqedədirlər. Ümumilikdə isə xalq Özbəkistanın tərkibində qalmağa razı idi, hansısa ciddi problem yox idi. Olan problemlər də sosial vəziyyətlə bağlıdır, hansı ki, bu, təkcə Özbəkistanda yox, Qazaxıstanda, digər dövlətlərdə də var. Yəni ki, sosial problemlərlə bağlı siyasi şüarlarla etiraza qalxmaq zəmini yoxdur. Konstitusiya dəyişikliyi məsələsi Qaraqalpaqıstanda siyasi proseslərə təkan verdi. Müəyyən desturiktiv qüvvələr isə yaranmış durumdan istifadə etməyə başladılar. Şayiələr yayılmağa başladı ki, guya Özbəkistan hakimiyyəti Qaraqalpaqıstanın ümumiyyətlə statusunu ləğv etmək istəyir, vilayətə çevirmək niyyətindədir, milli atributlar ləğv ediləcək və s. Bu şayiələr böyüdü və sonunda vəziyyət gərginləşdi. Əsas sual budur ki, bu şayiələri yayanlar kimlərdir?!
- Vəziyyətin gərginləşməsində, ixtişaşların qarşısıalınmaz hala gəlməsində Rusiyanın əlinin olduğu iddia edilir...
- Qaraqalpaqıstanda fəallar var ki, onlar separatçı çağırışlar edirlər. Məsələ burasındadır ki, həmin fəallar həmçinin özlərini türkpərəst kimi təqdim edirlər. Onlar heç də Rusiyayönümlü siyasətdən danışmırlar. Şüarları da budur ki, türk dövlətləri məsələyə qarışsınlar, yaranmış vəziyyəti tənzimləməyə kömək etsinlər. Düzü, mən yaranmış vəziyyət deyirəm, amma orada daha sərt ifadələrdən istifadə edilir. Məsələn, Qaraqalpaqıstandakı bəzi fəallar, separatçılığa meyilli şəxslər bunu "münaqişə" adlandırırlar. Amma burada münaqişə yoxdur. Dönə-dönə bu fikrimi bildirirəm ki, yaranmış vəziyyət münaqişə deyil.
- Qaraqalpaqıstandakı fəalların türk dövlətlərinə müraciəti necə nəticələnəcək?
- Əlbəttə, türk dövlətləri Qaraqalpaqıstanda baş verənləri münaqişə saymadığı üçün həmin fəalları dəstəkləməyəcəklər. Çünki bu, Özbəkistanın daxili işidir və buna heç kəs qarışmamalıdır. Baş verənlərini münaqişəyə çevirmək düzgün olmaz. Məsələni ümumiləşdirmək, yolverilməzdir. Belə gərginliyi ümumiləşdirib münaqişə adı ilə beynəlxalq aləmə təqdim etsən, separatçılıq daha da artacaq. O vaxt bizim Qarabağ məsələsində də bu hal yaşandı. Qarabağda baş verənlər də münaqişə deyildi, daxili gərginlik idi. Lakin bir çox qüvvələr bunu münaqişə vəziyyətinə gətirib çıxardılar, beynəlmiləlləşdirdilər. Nəticədə problemin həlli 30 il uzandı.
- Məsələ burasındadır ki, Rusiya mediasında da Qaraqalpaqıstandakı hadisələr "münaqişə" kimi tirajlanır...
- Bəli, əksər Rusiya qəzetlərində, saytlarında gərginlik münaqişə kimi təqdim edilir. Əfsuslar olsun ki, bu, təkcə Rusiya mediasında yox, Qərb mətbuatında da "münaqişə" adlandırılır. Görünür ki, maraqlı güclər hadisələri münaqişə kimi təqdim etməyə çalışır. Vaxtilə Qarabağda baş verən ssenarinin Qaraqalpaqıstanda təkrarlanmasını istəyənlər var. Həm Rusiyada, həm də Qərbdə. Belə anlaşılır ki, beynəlxalq güclər münaqişədə maraqlıdırlar. Çünki münaqişələrə müdaxilə etməklə münaqişə baş verən ölkələrdə maraqlarını güdürlər. Azərbaycan bunu yaşayıb, keçmiş Qarabağ münaqişəsindən nə qədər istifadə etdilər. İndinin özündə də Qarabağda münaqişənin qaldığını iddia edən dairələr var. Rusiya tərəfindən də, ABŞ-dan da Qarabağla bağlı müəmmalı bəyanatlar verirlir. Yəni ki, beynəlxalq güclər münaqişələrdən yararlanmağa çalışırlar. Regionlarda münaqişələr olmalıdır ki, onu idarə edə biləsən. Təəssüflər olsun ki, Qaraqalpaqıstanla bağlı da bu cəhdlər mövcuddur.
- Gərginlik nə ilə nəticələnə bilər?
- Hesab edirəm ki, Özbəkistanın kifayət qədər potensialı var ki, vəziyyəti nəzarətə alsın. Özbəkistanın resursları məsələyə kənar müdaxilələrin qarşısını almaq üçün yetərlidir. Yəqin ki, Özbəkistan hakimiyyəti gərginliyin azalmasına nail ola biləcək. Qaraqalpaqıstanın əvvəlki statusunun saxlanılması ilə razılıq yaranacağı mümkündür.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “TS Motors” ölkədən pul çıxarmaqda günahlandırılır - TƏFƏRRÜAT
Bu gün, 14:00 |
|
|
|
• Maliyyə Nazirliyini təmizləyəcək şirkət - MƏLUM OLDU
Bu gün, 13:58 |
|
|
|
• Zəngəzur dəhlizi ilə bağlı yeni addım - İranın niyyəti bəlli olur
Bu gün, 13:08 |
|
|
|
• "Demokratikləşmə" korrupsionerləri... - Bahəddin Həzi yazır...
Bu gün, 13:05 |
|
|
|
• “Özəl televiziyalar arvad davası və həkim reklamı ilə dolanırlar” - Aqil Abbas
Bu gün, 13:02 |
|
|
|
• “Üç badam bir qoz” oxuyanlara sənətkar “tərifi”: - Nə məcburdur, qiymətə mindirirsiniz?
Bu gün, 12:58 |
|
|
|
• ADY Ayan Nəcəfə "yox" dedi - BUNA GÖRƏ...
Bu gün, 12:56 |
|
|
|
• Hikmət Hacıyev İranda hansı məsələləri müzakirə edib? - “Tehranm Times”
Bu gün, 12:53 |
|
|
|
• Panama geri çəkildi, Çinin layihəsindən imtina edir
Bu gün, 12:49 |
|
|
|
• Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:42 |
|
|
|
• Sabiri "şalvarsız" qoyan Trendyol: Şəbəkə insanları bu yolla aldadır - ŞOK FAKTLAR
Bu gün, 12:37 |
|
|
|
• Erməni əsilli kriminal avtoriteti Moskvada niyə partladblar...
Bu gün, 12:36 |
|
|
|
• Azərbaycanda həkim reklamı qadağan olunsun - ÇAĞIRIŞ
Bu gün, 12:30 |
|
|
|
• Azərbaycanlı müğənninin villasında paylaşdığı FOTOLAR
Bu gün, 12:25 |
|
|
|
• Mətin Mirzəyə İrandakı səfirlikdə yeni vəzifə VERİLİB
Bu gün, 12:22 |
|
|
|
• Parlamentdə Amnistiya Aktının hazırlanması təklif edilib - "Sonradan səhvə yol verən insanlar var..."
Bu gün, 12:15 |
|
|
|
• “AFB Bank”ın Müşahidə Şurasına yeni sədr təyin edilir - BUNDAN SONRA...
Bu gün, 12:12 |
|
|
|
• Məhkəmə Bəhruz Hacıyevə bəraət verdi
Bu gün, 12:08 |
|
|
|
• “İnvest-Az"-ın rəhbəri Elşən Quliyev ölkədən nə qədər valyuta çıxarıb? - DETALLAR
Bu gün, 12:03 |
|
|
|
• Qusar meşələrində böyük əməliyyatla tutulanları - Hansı cəza gözləyir?
Bu gün, 12:00 |
|
|
|
• Ermənistan sülh müqaviləsinin imzalanmasını 2027-ci ilə qədər yubatmaq istəyir - Elman Nəsirov
Bu gün, 11:57 |
|
|
|
• Ağsuda məktəb direktorunun həbsi ilə bağlı AÇIQLAMA
Bu gün, 11:56 |
|
|
|
• AZAL Rusiyaya doğru daha bir istiqamət üzrə uçuşları DAYANDIRDI - qeyri-müəyyən müddətə...
Bu gün, 11:53 |
|
|
|
• Aİ-nin baş diplomatı Tiflisdəki həbslərə reaksiya verdi
Bu gün, 11:43 |
|
|
|
• “Evim” uşaq bağçasında kütləvi İŞDƏNÇIXMA – Qalmaqallı müdir niyə cəzalandırılmır?
Bu gün, 11:40 |
|
|
|
• “Küçədən keçənlərə fəxri adlar verirlər...” - ETİRAZ
Bu gün, 11:36 |
|
|
|
• "Biz Sovet hökuməti deyilik ey, gedənin arxasınca danışaq, gələni tərifləyək" - deputat
Bu gün, 11:33 |
|
|
|
• Burda nə elm var... nə də tədqiqat... - İTTİHAM VAR...
Bu gün, 11:30 |
|
|
|
• Goranboy-Naftalan üzrə təhsil sektorunun müdiri vəzifəsindən azad edilib - ƏMR
Bu gün, 11:20 |
|
|
|
• Deputatlar Eldəniz Səlimovla görüşəcək? - AÇIQLAMA
Bu gün, 11:19 |
|
|
|
• Belçika Bakıya baxanda niyə kar və kor olur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:15 |
|
|
|
• Naxçıvanda əhali AÇIQ TƏHLÜKƏ İLƏ ÜZ-ÜZƏ... - "...bu məhsullara yaşıl işıq yandırılır"
Bu gün, 11:13 |
|
|
|
• Tramp Bakının həmləsindən sonra hərəkətə keçdi – Sürpriz plan açıqlandı
Bu gün, 11:09 |
|
|
|
• Nazirlər Kabinetinin üç Qərarı LƏĞV OLUNDU
Bu gün, 11:07 |
|
|
|
• Ottava Bakıya qarşı yalan və böhtan həddini keçdi - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 11:04 |
|
|
|
• Ermənistan-İran sərhədindən Rusiya bayraqları yığışdırılıb
Bu gün, 11:02 |
|
|
|
• Azərbaycanda hotel şirkətinə sədr seçilir - TOPLANTI
Bu gün, 11:00 |
|
|
|
• Ərəbləri Qəzzadan köçürmək: Tramp nə danışır və nə düşünür? - AKTUAL
Bu gün, 10:53 |
|
|
|
• "Özünə gəlib, danışa bilir.... - Hələ xəstəxanadadır..."
Bu gün, 10:50 |
|
|
|
• Məktəb direktoru həbs olundu - BUNA GÖRƏ...
Bu gün, 10:47 |
|
|
|
• Qarabağ havasının HAVALANDIRDIĞI İrəvan... - NƏ BAŞ VERİR?
Bu gün, 10:44 |
|
|
|
• DTX Qusarda terrorçulara qarşı əməliyyat keçirib, 8 nəfər zərərsizləşdirilib, 6 nəfər həbs edilib - TƏFƏRRÜAT
Bu gün, 10:41 |
|
|
|
• USAID rəsmiləri DOGE ilə münaqişədən sonra məzuniyyətə göndəriliblər
Bu gün, 10:22 |
|
|
|
• Ukraynada gey-batalyonlar yaradılıb: - Görün nə işlə məşğuldurlar
Bu gün, 10:21 |
|
|
|
• "Ya narkomana, ya da ki, 24 saat çayxanalarda nərd atan bir insana çevrilir..." - deputat
Bu gün, 10:19 |
|
|
|
• “Artıq bu mövzuda Lavrovun yalanları, Peskovun özünü bilməzliyə vurması keçərli deyil...” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:13 |
|
|
|
• Paşinyan Əliyevin tələbini qəbul etdi, məsələ tam bağlanır - Vardanyan
Bu gün, 10:12 |
|
|
|
• Kredit faizləri niyə artır? – Düşəcəyi gözlənilirdi...
Bu gün, 10:09 |
|
|
|
• 7 nəfər Qarabağ QAZİSİNİ AMANSIZLIQLA DÖYÜB OBYEKTİNİ DAĞITDI - VİDEO
Bu gün, 10:04 |
|
|
|
• BOKT-nin Müşahidə Şurasına dəyişikliklər olub
Bu gün, 10:03 |
|
|
|
|