Yeni dünya düzəninə gedən yolda “yıxılan” Conson və ya dəyişən qüvvələr balansı - İNCƏLƏMƏ...
Tarix: 8-07-2022, 10:35 | Çap et
Böyük Britaniyanın artıq eks olan Baş naziri və hakim Mühafizəkarlar Partiyasının lideri Boris Conson dünən vəzifəsini tərk etmək qərarına gəldiyini açəsini ıqladı. Baş nazir istefa verməsi ilə bağlı xalqa müraciət ünvanladı. O, vəzifəsindən getdiyini, amma Britaniya hökumətinə və Mühafizəkarlar Partiyasına yeni seçkilərə qədər rəhbərlik etmək niyyətində olduğunu bildirib. Siyasətçi onu da vəd edib ki, Britaniya hökuməti onun istefasından sonra da lazım olduğu qədər Ukraynanı dəstəkləyəcək.
Xatırladaq ki, Conson hökumətindən bir neçə gün ərzində 50-dən çox nazirin istefa verməsinə baxmayaraq, ölkənin Baş naziri postunu tərk etməyəcəyini açıqlamışdı. Lakin Conson bu bəyanatından bir gün sonra vəzifəsini tərk etdi. Onu da qeyd edək ki, Consonun istefasına səbəb intim qalmaqal oldu. Bundan əvvəl də Baş nazirlə bağlı narazılıqlar mövcud idi. Lakin Mühafizəkarlar Partiyasının sədr müavini Kris Pinçerin parlamentdəki həmkarlarını təhqir edib və sərxoş halda barda bir neçə nəfərə sataşması nazirlərin istefası ilə nəticələndi ki, bu, Consonun liderlikdən getməsi ilə sonuclandı. İddialara görə, Conson onu vəzifəyə təyin etməzdən əvvəl əxlaqsız davranışından xəbərdar olub.
Hazırda dünya gündəmini zəbt edən əsas məsələ Consonun istefası, Britaniyanın bundan sonrakı siyasi addımlarıdır. Nəzərə almaq lazımdır ki, Consonun timsalında Birləşmiş Krallıq Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsində Kremlə qarşı ən sərt mövqedə dayanırdı. Əsas suallardan biri də odur ki, görəsən bundan sonra da Britaniya Ukraynaya dəstəyini davam etdirəcəkmi? diaaz.space-ın məlumatına görə, AYNA-nın suallarını cavablandıran siyasi şərhçi Asif Nərimanlı deyib ki, Consonun Baş nazir postundan istefa verməsi İngiltərədə yaşanan kabinet böhranı fonunda daxili səbəblərdən qaynaqlanır:
- Bu, bəllidir, lakin “bu istefa Ukrayna müharibəsi və bu müharibə üzərindən dünyanın yenidən bölüşdürülməsi savaşının harasında yer alır” sualı da üzərində dayanmalı məqamdır. Madrid zirvəsində NATO yeni - əsas hədəfini rəsmiləşdirdi. Yeni hədəf Çindir. 2021-ci ilin dekabrında başlanan Rusiya və ABŞ-NATO qarşıdurması və Ukraynada davam edən müharibənin nəticəsinə baxdıqda da yeni dünyanın qurulması mübarizəsini görmək mümkündür. Beləliklə, ABŞ və Çinin iki əsas qütb olacağı yeni dünyada Rusiya yalnız “dünya gücü” kimi yox, regional güc olaraq qəbul olunur. Yeni dünya ABŞ-ın təkqütblü güc olduğu nizamının dağılması, başqa sözlə, Amerika hegomonluğunun sıradan çıxması perspektivini vəd edir. Bunu təkqütblü gücünü itirmək istəməyən ABŞ da, “dünya gücü” kimi qəbul edilmək istəyən Rusiya da arzulamır. Rusiya Ukraynaya hücumla Çini yeni “dünya gücü”, ən azından “ikinci əsas qütb” edəcək layihənin (BRİ) önünü kəsir, həm də ABŞ-a NATO-nu gücləndirmək, Avropada köhnə müttəfiqləri yenidən öz orbiti ətrafına birləşdirmək imkanı yaratdı. Və bu, yeni dünyada Avropanı güc mərkəzinə çevirməyə çalışan, bunun üçün “Avropa ordusu” yaratmağı planlaşdıran Almaniya, Fransa, İtaliya kimi ölkələrin də yolunu bağlayırdı. Müharibə ilə Qərb cəbhəsinin birləşməsinə kömək edən Rusiya da ona biçilən “regional güc” donunu geyinməkdən imtina edir, yaxud qarşılığında bu mövqeyi qəbul olunur.
- Britaniya bu savaşın harasındadır?
- Conson Avropada Ukraynaya dəstəyi təşkil edən əsas fiqur idi və bu ABŞ-NATO cəbhəsi, yaxud NATO-nun güclənməsini istəyən qüvvələr ilə uzlaşan mövqedir. ABŞ Avropanı NATO çətiri altında birləşdirmək və Çini səddinin arxasında qalmasını istəyirsə, ingilislər müharibənin Rusiyanın “dünya gücü” kimi qəbul edilməsi ilə nəticələnməsinə qarşıdırlar. Bu uzlaşan mövqe Ukrayna müharibəsinin necə bitəcəyi məsələsində toqquşur. Müharibə ABŞ-NATO cəbhəsinə Fransa və Almaniya da daxil olmaqla Avropanı öz orbitinə qaytarana və Qərb cəbhəsini strateji hədəf kimi gördüyü Çinə qarşı bütövlükdə birləşdirənə qədər davam etməli idi. Conson, dolayısı ilə İngiltərə müharibənin Rusiyanın “regional güc” rolunu qəbul edənə qədər istəyir. Madrid zirvəsində NATO istəyinə nail oldu. Artıq müharibə bitməli, Rusiyanın mövqeyi bu və ya digər formada qəbul edilməlidir. Lakin Consonun və arxasındakı qüvvənin dəstəyi buna imkan vermir və prosesin uzanması, xüsusilə enerji və taxıl böhranı bir cəbhədə birləşən Avropada Vaşinqtona qarşı çağırışları yenidən aktuallaşdırır.
- Belə fikirləşirsiniz ki, Consonun istefası təkcə daxili məsələyə bağlı deyil...
- Proseslərə bu kontekstdə yanaşdıqda Consonun istefaya məcbur edilməsi və bunun məhz Çinin rəsmi şəkildə rəqib elan edildiyi Madrid zirvəsindən sonra baş verməsi məsələnin daxili səbəbləri ilə yanaşı, geosiyasi savaşın tərkib hissəsi olduğu ehtimalını da önə çıxarır. Conson istefasına baxmayaraq, Ukraynaya dəstəyin davam edəcəyini deyir. Hərçənd ki, kabinet böhranı, yeni seçkilər diqqətin daxili proseslərə yönəlməsinə səbəb olacaq və bu, Ukrayna cəbhəsindəki vəziyyəti də dəyişdirə bilər. İstisna deyil ki, qarşıdakı dövrdə Qərbə cəbhəsindən Ukraynanın Rusiya ilə masaya əyləşməsi istəyi daha sıx dilə gətiriləcək.
- Britaniyanın yeni formalaşacaq hökuməti Kiyevə dəstəyi dayandıra, yaxud zəiflədə bilərmi?
- İngiltərənin yeni hökuməti Ukraynaya dəstəyi tam çəkməyəcək. Burada dəyişən qüvvələr balansıdır. Ukraynada müharibənin bitməsini istəyənlərin əli güclənə bilər. Burada da maraqların həm uzlaşması, həm çarpazlaşması var. ABŞ-NATO və Fransa-Almaniya ikilisinin müharibənin əvvəlində maraqları çarpazlaşırdısa, indi daha çox uzalaşdığı görünür. Birinci cəbhə qeyd etdiyim kimi Qərb cəbhəsini birləşdirməyə və Çini hədəfə çıxarmağa nail oldu, indi müharibənin ən azı “mövqe savaşına” keçməsini istəyir. NATO çətiri altında birləşmək məcburiyyəti ikinci cəbhənin marağına uyğun olmasa da, enerji böhranına görə anlaşmanın əldə edilməsini istəyir. İngiltərədə kabinet böhranının yaranması isə Ukraynaya dəstək məsələsinə təsir edə bilər, çünki siyasi problemin yaşandığı vaxt xarici siyasət prioritetləri müəyyən qədər arxa plana keçir.
- Conson yeni seçkilərədək, payızadək postunda qalacaq. Bu zaman kəsiyində Britaniyanın mövqeyi dəyişəcək, yoxsa Conson Rusiyaya qarşı əvvəlki sərt siyasətini davam etdirəcək?
- Conson dəstək siyasətini maksimum davam etdirəcək, amma burada payız həlledici dövr olacaq. Rusiya müharibənin uzanmasında ona görə maraqlıdır ki, payızda enerji böhranı Avropada dərinləşəcək və bu, Ukrayna məsələsi üzərindən rusların istədiyini alması imkanını artıra bilər. Bunun fonunda Ukrayna rəsmilərinin “müharibə ən azı payıza qədər davam edəcək” açıqlamaları da diqqət çəkir. Zelenski Administrasiyası bunu daxili auditoriya üçün deyir, amma həm də hadisələrin inkişafını təxmin etməyə imkan verən açıqlamalardır. Consonun payıza qədər dəstəyi davam etsə də, enerji böhranı, həmçinin taxıl məsələsi “Ukrayna masası”nın qurulması və müəyən anlaşmaların olmasını şərtləndirir. Kiyevə səfər edən Almaniya, Fransa və İtaliya liderlərinin ardınca Ukraynanın Avropa İttifaqına namizəd statusuna dəstək verməsi də təsadüfi deyildi. Fikrimcə, bu dəstəyin qarşılığında Rusiyaya güzəşt istəyi dayanır. Rusiya Donbası tam işğal edəndən sonra müharibə “mövqe savaşı” formasına keçə, “sürünən müharibə” davam edə, buna paralel olaraq, danışıqlar masasında da müzakirələr təşkil edilə bilər. Ukrayna cəbhəsində proses səngidiyində növbəti qaynar nöqtə Mərkəzi Asiya ola bilər. Hədəf Çindirsə, əsas mübarizə o coğrafiyada olacaq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “TS Motors” ölkədən pul çıxarmaqda günahlandırılır - TƏFƏRRÜAT
Bu gün, 14:00 |
|
|
|
• Maliyyə Nazirliyini təmizləyəcək şirkət - MƏLUM OLDU
Bu gün, 13:58 |
|
|
|
• Zəngəzur dəhlizi ilə bağlı yeni addım - İranın niyyəti bəlli olur
Bu gün, 13:08 |
|
|
|
• "Demokratikləşmə" korrupsionerləri... - Bahəddin Həzi yazır...
Bu gün, 13:05 |
|
|
|
• “Özəl televiziyalar arvad davası və həkim reklamı ilə dolanırlar” - Aqil Abbas
Bu gün, 13:02 |
|
|
|
• “Üç badam bir qoz” oxuyanlara sənətkar “tərifi”: - Nə məcburdur, qiymətə mindirirsiniz?
Bu gün, 12:58 |
|
|
|
• ADY Ayan Nəcəfə "yox" dedi - BUNA GÖRƏ...
Bu gün, 12:56 |
|
|
|
• Hikmət Hacıyev İranda hansı məsələləri müzakirə edib? - “Tehranm Times”
Bu gün, 12:53 |
|
|
|
• Panama geri çəkildi, Çinin layihəsindən imtina edir
Bu gün, 12:49 |
|
|
|
• Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:42 |
|
|
|
• Sabiri "şalvarsız" qoyan Trendyol: Şəbəkə insanları bu yolla aldadır - ŞOK FAKTLAR
Bu gün, 12:37 |
|
|
|
• Erməni əsilli kriminal avtoriteti Moskvada niyə partladblar...
Bu gün, 12:36 |
|
|
|
• Azərbaycanda həkim reklamı qadağan olunsun - ÇAĞIRIŞ
Bu gün, 12:30 |
|
|
|
• Azərbaycanlı müğənninin villasında paylaşdığı FOTOLAR
Bu gün, 12:25 |
|
|
|
• Mətin Mirzəyə İrandakı səfirlikdə yeni vəzifə VERİLİB
Bu gün, 12:22 |
|
|
|
• Parlamentdə Amnistiya Aktının hazırlanması təklif edilib - "Sonradan səhvə yol verən insanlar var..."
Bu gün, 12:15 |
|
|
|
• “AFB Bank”ın Müşahidə Şurasına yeni sədr təyin edilir - BUNDAN SONRA...
Bu gün, 12:12 |
|
|
|
• Məhkəmə Bəhruz Hacıyevə bəraət verdi
Bu gün, 12:08 |
|
|
|
• “İnvest-Az"-ın rəhbəri Elşən Quliyev ölkədən nə qədər valyuta çıxarıb? - DETALLAR
Bu gün, 12:03 |
|
|
|
• Qusar meşələrində böyük əməliyyatla tutulanları - Hansı cəza gözləyir?
Bu gün, 12:00 |
|
|
|
• Ermənistan sülh müqaviləsinin imzalanmasını 2027-ci ilə qədər yubatmaq istəyir - Elman Nəsirov
Bu gün, 11:57 |
|
|
|
• Ağsuda məktəb direktorunun həbsi ilə bağlı AÇIQLAMA
Bu gün, 11:56 |
|
|
|
• AZAL Rusiyaya doğru daha bir istiqamət üzrə uçuşları DAYANDIRDI - qeyri-müəyyən müddətə...
Bu gün, 11:53 |
|
|
|
• Aİ-nin baş diplomatı Tiflisdəki həbslərə reaksiya verdi
Bu gün, 11:43 |
|
|
|
• “Evim” uşaq bağçasında kütləvi İŞDƏNÇIXMA – Qalmaqallı müdir niyə cəzalandırılmır?
Bu gün, 11:40 |
|
|
|
• “Küçədən keçənlərə fəxri adlar verirlər...” - ETİRAZ
Bu gün, 11:36 |
|
|
|
• "Biz Sovet hökuməti deyilik ey, gedənin arxasınca danışaq, gələni tərifləyək" - deputat
Bu gün, 11:33 |
|
|
|
• Burda nə elm var... nə də tədqiqat... - İTTİHAM VAR...
Bu gün, 11:30 |
|
|
|
• Goranboy-Naftalan üzrə təhsil sektorunun müdiri vəzifəsindən azad edilib - ƏMR
Bu gün, 11:20 |
|
|
|
• Deputatlar Eldəniz Səlimovla görüşəcək? - AÇIQLAMA
Bu gün, 11:19 |
|
|
|
• Belçika Bakıya baxanda niyə kar və kor olur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:15 |
|
|
|
• Naxçıvanda əhali AÇIQ TƏHLÜKƏ İLƏ ÜZ-ÜZƏ... - "...bu məhsullara yaşıl işıq yandırılır"
Bu gün, 11:13 |
|
|
|
• Tramp Bakının həmləsindən sonra hərəkətə keçdi – Sürpriz plan açıqlandı
Bu gün, 11:09 |
|
|
|
• Nazirlər Kabinetinin üç Qərarı LƏĞV OLUNDU
Bu gün, 11:07 |
|
|
|
• Ottava Bakıya qarşı yalan və böhtan həddini keçdi - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 11:04 |
|
|
|
• Ermənistan-İran sərhədindən Rusiya bayraqları yığışdırılıb
Bu gün, 11:02 |
|
|
|
• Azərbaycanda hotel şirkətinə sədr seçilir - TOPLANTI
Bu gün, 11:00 |
|
|
|
• Ərəbləri Qəzzadan köçürmək: Tramp nə danışır və nə düşünür? - AKTUAL
Bu gün, 10:53 |
|
|
|
• "Özünə gəlib, danışa bilir.... - Hələ xəstəxanadadır..."
Bu gün, 10:50 |
|
|
|
• Məktəb direktoru həbs olundu - BUNA GÖRƏ...
Bu gün, 10:47 |
|
|
|
• Qarabağ havasının HAVALANDIRDIĞI İrəvan... - NƏ BAŞ VERİR?
Bu gün, 10:44 |
|
|
|
• DTX Qusarda terrorçulara qarşı əməliyyat keçirib, 8 nəfər zərərsizləşdirilib, 6 nəfər həbs edilib - TƏFƏRRÜAT
Bu gün, 10:41 |
|
|
|
• USAID rəsmiləri DOGE ilə münaqişədən sonra məzuniyyətə göndəriliblər
Bu gün, 10:22 |
|
|
|
• Ukraynada gey-batalyonlar yaradılıb: - Görün nə işlə məşğuldurlar
Bu gün, 10:21 |
|
|
|
• "Ya narkomana, ya da ki, 24 saat çayxanalarda nərd atan bir insana çevrilir..." - deputat
Bu gün, 10:19 |
|
|
|
• “Artıq bu mövzuda Lavrovun yalanları, Peskovun özünü bilməzliyə vurması keçərli deyil...” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:13 |
|
|
|
• Paşinyan Əliyevin tələbini qəbul etdi, məsələ tam bağlanır - Vardanyan
Bu gün, 10:12 |
|
|
|
• Kredit faizləri niyə artır? – Düşəcəyi gözlənilirdi...
Bu gün, 10:09 |
|
|
|
• 7 nəfər Qarabağ QAZİSİNİ AMANSIZLIQLA DÖYÜB OBYEKTİNİ DAĞITDI - VİDEO
Bu gün, 10:04 |
|
|
|
• BOKT-nin Müşahidə Şurasına dəyişikliklər olub
Bu gün, 10:03 |
|
|
|
|