Panama geri çəkildi, .....                     Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq .....                     Sabiri "şalvarsız" qoyan Trendyol: Şəbəkə insanları bu yolla aldadır .....                     Erməni əsilli kriminal avtoriteti Moskvada niyə partladblar... .....                     Azərbaycanda həkim reklamı qadağan olunsun .....                     Azərbaycanlı müğənninin villasında paylaşdığı .....                     Mətin Mirzəyə İrandakı səfirlikdə .....                     Parlamentdə Amnistiya Aktının hazırlanması təklif edilib .....                     “AFB Bank”ın Müşahidə Şurasına yeni sədr təyin edilir .....                     Məhkəmə Bəhruz Hacıyevə bəraət verdi .....                     “İnvest-Az"-ın rəhbəri Elşən Quliyev ölkədən nə qədər valyuta çıxarıb? .....                     Qusar meşələrində böyük əməliyyatla tutulanları .....                     Ermənistan sülh müqaviləsinin imzalanmasını 2027-ci ilə qədər yubatmaq istəyir .....                     Ağsuda məktəb direktorunun həbsi ilə bağlı .....                     AZAL Rusiyaya doğru daha bir istiqamət üzrə uçuşları DAYANDIRDI .....                     Aİ-nin baş diplomatı Tiflisdəki həbslərə reaksiya verdi .....                     “Evim” uşaq bağçasında kütləvi İŞDƏNÇIXMA .....                     “Küçədən keçənlərə fəxri adlar verirlər...” .....                     "Biz Sovet hökuməti deyilik ey, gedənin arxasınca danışaq, gələni tərifləyək" .....                     Burda nə elm var... nə də tədqiqat... .....                     Goranboy-Naftalan üzrə təhsil sektorunun müdiri vəzifəsindən azad edilib .....                     Deputatlar Eldəniz Səlimovla görüşəcək? .....                     Belçika Bakıya baxanda niyə kar və kor olur? .....                     Naxçıvanda əhali AÇIQ TƏHLÜKƏ İLƏ ÜZ-ÜZƏ... .....                     Tramp Bakının həmləsindən sonra hərəkətə keçdi .....                     Nazirlər Kabinetinin üç Qərarı .....                     Ottava Bakıya qarşı yalan və böhtan həddini keçdi .....                     Ermənistan-İran sərhədindən Rusiya bayraqları yığışdırılıb .....                     Azərbaycanda hotel şirkətinə sədr seçilir .....                     Ərəbləri Qəzzadan köçürmək: Tramp nə danışır və nə düşünür? .....                     "Özünə gəlib, danışa bilir.... .....                     Məktəb direktoru həbs olundu .....                     Qarabağ havasının HAVALANDIRDIĞI İrəvan... .....                     DTX Qusarda terrorçulara qarşı əməliyyat keçirib, 8 nəfər zərərsizləşdirilib, 6 nəfər həbs edilib .....                     USAID rəsmiləri DOGE ilə münaqişədən sonra məzuniyyətə göndəriliblər .....                     Ukraynada gey-batalyonlar yaradılıb: .....                     "Ya narkomana, ya da ki, 24 saat çayxanalarda nərd atan bir insana çevrilir..." .....                     “Artıq bu mövzuda Lavrovun yalanları, Peskovun özünü bilməzliyə vurması keçərli deyil...” .....                     Paşinyan Əliyevin tələbini qəbul etdi, məsələ tam bağlanır .....                     Kredit faizləri niyə artır? .....                 

“Üzr istəyirəm ki, Yaponiya xalqının bütün dəstəyinə baxmayaraq, vəzifəmi tərk edirəm” - Unudulmaz ABE...
Tarix: 16-07-2022, 08:51 | Çap et
“Üzr istəyirəm ki, Yaponiya xalqının bütün dəstəyinə baxmayaraq, vəzifəmi tərk edirəm”
İyulun 8-də səhər saatlarında Yaponiyanın keçmiş Baş naziri Şinzo Abenin həyatına sui-qəsd edildi. Siyasətçi hakim partiyanın namizədini dəstəkləmək üçün keçirilən təşviqat mitinqində çıxış edərkən keçmiş hərbçi arxadan ona yaxınlaşaraq əldəqayırma odlu silahdan iki dəfə atəş açıb. Abe boyun və döş qəfəsindən yaralanıb, həkimlərin səyinə baxmayaraq bir neçə saat sonra xəstəxanada dünyasını dəyişib. “Lenta.ru” saytı Şinzo Abenin ölkə daxilində və xaricdə niyə sevildiyini, Yaponiya tarixində ən uzun müddətli Baş nazir olmasının səbəblərini araşdırıb. AYNA məqaləni istinadla təqdim edir:

İrsi siyasətçi

Şinzo Abe üçün siyasi karyera sanki beşikdə hazırlanıb. Ailəsi - həm ata, həm də ana tərəfdən nüfuzlu siyasətçilərdən - parlament üzvlərindən, nazirlərdən və hətta iki Baş nazirdən ibarət idi. Ailə əlaqələri Yaponiya siyasətinin “şahzadəsi”nə karyera nərdivanını sürətlə yüksəlməyə kömək etdi. O, atası - xarici işlər naziri Şintaro Abenin katibi kimi fəaliyyətə başladı.

Sürətli karyera

1993-cü ildə Abe Liberal Demokrat Partiyasından Yaponiya Parlamentinin Nümayəndələr Palatasına seçilib, altı ildən sonra isə partiyanın sosial məsələlər şöbəsinə rəhbərlik edib. 2000-2003-cü illərdə Yoşiro Mori və Juniçiro Koizumi hökumətlərində Nazirlər Kabinetinin baş katibinin müavini vəzifəsində çalışıb. Bundan sonra partiyada ən nüfuzlu vəzifə olan Yaponiya Liberal Demokrat Partiyasının baş katibi təyin edilib.

İlk Baş nazirlik postu

2006-cı ildə 52 yaşlı Abe Yaponiyanın Baş naziri vəzifəsinə seçilərək ölkə tarixində ən gənc hökumət başçısı oldu və cəmi 13 il ərzində sıravi parlamentaridən ən yüksək vəzifəyə qədər olan yolu qət etdi. Onun ilk müddəti nəticə vermədi: əvvəlcə hakim partiya parlament seçkilərində son dərəcə uğursuz nəticələr əldə etdi, sonra isə kənd təsərrüfatı naziri Toşikatsu Matsuoka korrupsiya qalmaqalı səbəbindən intihar etdi. İki ay keçməmiş Matsuokanın varisi də korrupsiyada ittiham olunurdu.

2007-ci ilin avqustunda Abe yeni kabinet təyin etdi, lakin növbəti ay o, vaxtından əvvəl istefa verməyə məcbur oldu. Siyasətçi xoralı kolitdən - yoğun bağırsağın iltihablı xəstəliyindən əziyyət çəkirdi. Xəstəliyin daha da kəskinləşməsi ona öz vəzifələrini yerinə yetirməyə davam etməyə imkan vermədi.

Siyasi rekordçu

Abenin gedişi ilə Yaponiyada Baş nazirlərin bir sıra təyinatları və istefaları başladı: 2006-cı ildən 2012-ci ilə qədər ölkədə altı hökumət başçısı olub. 2012-ci ildə Abe yenidən Baş nazir postunu tutdu və səkkiz il bu vəzifədə qaldı. O, nəinki siyasi sabitlik gətirdi, həm də Yaponiya tarixindəki sələflərindən daha çox Baş nazir kürsüsündə qaldı.

"Üç ox" Abe

Abe Baş nazir kimi qarşısına illərdir durğunluq yaşayan Yaponiya iqtisadiyyatını dirçəltmək vəzifəsini qoymuşdu. Yapon siyasətçi iqtisadi böhrana “üç ox” atmaq qərarına gəldi. Birincisi, deflyasiyanı aradan qaldırmaq üçün monetar siyasətin yumşaldılması idi. İkincisi, infrastrukturun qurulması və təbii fəlakətlərdən zərər çəkmiş rayonların bərpası, habelə şirkətlərin vergi yükünün azaldılması üçün büdcə vəsaitlərinin ayrılması idi. Nəhayət, üçüncüsü, Yaponiya iqtisadiyyatının uzunmüddətli inkişafını təmin etmək və investisiya cəlb etmək üçün nəzərdə tutulmuş struktur islahatları idi. Baş nazirin həyata keçirdiyi islahatlar “Abenomiks” adlanırdı. İxracın artmasına və işsizliyin azalmasına baxmayaraq, Abenin “oxları” öz məqsədlərinə tam nail ola bilmədi və 2020-ci ilə qədər ÜDM-in 600 trilyon yenaya (Yapon pulu) çatdırılması tapşırığı yerinə yetirilmədi.

Sağçı baxışlar

Abe heç vaxt millətçi fikirlərini gizlətməyib. O, mütəmadi olaraq Yasukuni məbədini ziyarət edirdi, burada yaponlar həlak olmuş döyüşçülərin, o cümlədən İkinci Dünya müharibəsi iştirakçılarının ruhlarına dualar oxuyurdu. Bundan əlavə, Baş nazir İkinci Dünya müharibəsi zamanı yapon əsgərlərinin koreyalı qadınlardan seks köləsi kimi istifadə edildiyi fikrini rədd edirdi.

Abenin əsas siyasi ambisiyalarından biri Yaponiya Konstitusiyasının ölkənin müharibələrə girməsini və hərbi güc yaratmasını qadağan edən pasifist 9-cu maddəsinə dəyişiklik etmək idi. Yaponiya əlbəttə ki, dünyada beşinci ən güclü Özünümüdafiə Qüvvələrinə malikdir və ABŞ Asiyadakı müttəfiqini qorumağa sadiqdir. Lakin Abe əmin idi ki, ölkənin öz tamhüquqlu ordusu lazımdır. Bunun üçün ona parlamentin hər iki palatasının deputatlarının üçdə ikisinin təsdiqi, eləcə də referendumda ölkə əhalisinin əksəriyyətinin dəstəyi lazım idi. Amma bu planı həyata keçirmək son dərəcə çətin oldu - İkinci Dünya müharibəsində məğlub olan və nüvə bombalarından sağ çıxan Yaponiyada pasifist əhval-ruhiyyə hökm sürür. Abe hökuməti yalnız 9-cu maddənin təfsirində dəyişikliyə nail ola bildi. Yaxın tərəfdaşlardan birinə hücum edildiyi təqdirdə Özünümüdafiə Qüvvələrinin kollektiv müdafiəni təmin etmək üçün istifadəsinə icazə verildi.

Xarizmatik və xarici liderlərin sevimlisi

Sələflərindən - simasız funksionerlərin ardıcıllığından fərqli olaraq, Abe əsl xarizmatik lider oldu. O, asanlıqla dinləyicilərin diqqətini çəkməyi bacarırdı, fikrini çatdırmaq üçün çox parlaq və nəfis sözlər seçirdi. Onun keyfiyyətləri xaricdə də yüksək qiymətləndirilib - siyasətçi asanlıqla demək olar ki, istənilən xarici liderin “açarlarını” əldə edə bilirdi.

O, xüsusilə Amerika prezidentləri, həm Demokrat Partiyasından Barak Obama, həm də Respublikaçılar Partiyasından Donald Trampla yaxşı münasibət qura bilmişdi. 2016-cı ildə Abe Obamanı həqiqətən tarixi addım atmağa yönəltdi - Amerika lideri ABŞ tarixində ilk dəfə olaraq Xirosimaya səfər etdi və nüvə bombası qurbanlarının xatirəsinə əklil qoydu.

Abe hətta Donald Trampla da anlaşıb – axı Amerikanın sabiq Prezidenti Asiyadakı müttəfiqlərini kifayət qədər tənqid edirdi. Lakin yapon həmkarı ilə müntəzəm sammitlər keçirildi və 2019-cu ilin mayında yeni imperator taxta oturduqdan və yeni Reyva dövrü başlayandan bəri ABŞ Prezidenti Yaponiyaya səfər edən ilk xarici lider oldu.

Abe qonağını əyləndirmək üçün əlindən gələni etdi. Onlar qolf oynadılar və birgə selfi yayımladılar. Tramp qalibə təhvil verilməsi üçün kubokun verildiyi sumo çempionatında iştirak etdi. Naharda isə Amerika liderinə Amerika istehsalı mal əti ilə ikiqat çizburger təqdim edildi. Ətin Yaponiyaya tədarükü 2003-cü ildən bəri ilk dəfə - Trampın səfərindən bir qədər əvvəl bərpa olundu. ABŞ Prezidenti səfərindən o qədər məmnun idi ki, həmin ilin noyabrında Osakada keçirilən G20 sammitində sumo çempionatı ilə bağlı təəssüratlarını bölüşdü. Və 2020-ci ildə o, Abenin "Yaponiya tarixinin ən yaxşı baş naziri" olduğunu söylədi.

Ərazi ambisiyaları: “Vladimir, siz və mən eyni gələcəyi görürük. Gedək, Vladimir”

Abe Rusiya Prezidenti Vladimir Putinə yaxınlaşmağı da bacarmışdı. Baş nazir olduğu səkkiz il ərzində o, Rusiya Prezidenti ilə rekord sayda - 27 görüş keçirib. Liderlər bir-birlərinə “siz” deyə müraciəti əsirgəmirdilər, cüdo yarışlarında birlikdə iştirak etdilər və ümumiyyətlə, çox isti şəxsi münasibət saxladılar. Yaponiyanın Baş naziri Rusiyaya qarşı kifayət qədər praqmatik siyasət yürüdür və iqtisadi əməkdaşlığın qurulmasına səy göstərirdi. 2016-cı ildə o, Putinə səkkiz bənddən ibarət iqtisadi əməkdaşlıq planını təqdim etdi: səhiyyə, şəhərsalma, kiçik və orta biznes, enerji, Rusiyanın sənaye strukturunun şaxələndirilməsi, Rusiyanın Uzaq Şərqində ixrac bazasının yaradılması, qabaqcıl texnologiya və humanitar mübadilələr. Elə həmin il Abe Rusiya liderini kiçik vətəninə, Yamaqata prefekturasının kiçik Naqato şəhərinə dəvət etdi. Putin səfəri bəyənmişdi. “Çox gözəldir, xüsusən də bu gün – səhərdən qar yağmağa başladı, orada sadəcə inanılmaz bir atmosfer var. Mən əyalətin və şəhərin sakinlərinə səmimi qəbula görə təşəkkür etmək istəyirəm”, - Putin Abe ilə görüşündə söyləmişdi.

Baş nazirliyi boyunca Abe ardıcıl olaraq Rusiya ilə sülh müqaviləsinin imzalanmasına və Kuril adalarının cənub hissəsi - İturup, Kunaşir, Şikotan adaları və Habomai qrupu ilə bağlı ərazi mübahisəsinin həllinə çalışırdı. 2018-ci ildə o, müəyyən irəliləyiş əldə edə bildi: Yaponiya və Rusiya liderləri 1956-cı il Sovet-Yapon bəyannaməsi əsasında danışıqları intensivləşdirməyə razılaşdılar. Bu sənəd sülh müqaviləsinin imzalanmasından sonra xoşməramlılıq jesti olaraq Şikotan adasının və Habomai arxipelaqının Tokioya köçürülməsini nəzərdə tuturdu.

“Vladimir, siz və mən eyni gələcəyi görürük. Gedək, Vladimir. Rus gəncləri üçün. Gələcək əllərində olan yaponların xatirinə”, - Abe Vladivostokda son şəxsi görüşündə Putinə səslənmişdi və demişdi - “Gəlin birlikdə tarix yaradaq”. Lakin onlar tarix yarada bilmədilər: dalana dirənmiş danışıqlar nəhayət, Rusiya Konstitusiyasına Rusiya ərazilərinin özgəninkiləşdirilməsini qadağan edən düzəlişlərin qəbulundan sonra dalana dirəndi. Yaponiyanın Ukraynadakı hərbi əməliyyatlara görə Rusiyaya qarşı sanksiyalar tətbiq etməsindən sonra Moskva birtərəfli qaydada sülh danışıqlarından çıxdı.

“Super Mario” olimpiyaçısı

Abenin digər mühüm nailiyyəti Tokioda Yay Olimpiya Oyunlarına ev sahibliyi etmək hüququ əldə etməsi oldu. Rio-de-Janeyroda keçirilən Olimpiadanın bağlanış mərasimində Yaponiyanın Baş naziri əfsanəvi yapon “Super Mario” video oyununun qəhrəmanı obrazında göründü. Abe Tokio Olimpiya Oyunlarını mümkün qədər davamlı etmək istəyirdi: medallar Yaponiya vətəndaşları tərəfindən bağışlanan təkrar emal edilmiş elektronikadan, Olimpiya kəndi üçün çarpayılar isə təkrar emal olunmuş kartondan hazırlanmışdı.

Koronavirus tətili

Təəssüf ki, koronavirus pandemiyası Yaponiya hakimiyyətini Olimpiadanı bir il təxirə salmağa məcbur etdi. Virus Çindən sonra Yaponiyanı vurdu və sürətlə bütün ölkəyə yayıldı. 2020-ci ilin fevral ayının əvvəlində, göyərtəsində SARS CoV-2 daşıyan “Diamond Princess” kruiz gəmisi Yaponiyanın Yokohama limanında ilişib qaldı. Yüzlərlə insan bir neçə həftəni kabinələrdə qapalı vəziyyətdə keçirdi - onların təcrid olunması qlobal kilidləmənin xəbərçisi oldu. Abe hökumətinin koronavirusun yayılması ilə mübarizədəki uğursuzluqları onun bəyənmə reytinqinin rekord dərəcədə aşağı düşməsinə səbəb oldu.

Məcburi istefa

Abe heç vaxt özünü reabilitasiya edib Tokio Olimpiyadasını gözləyə bilmədi: 2020-ci ilin avqustunda siyasətçi xoralı kolitin kəskinləşməsi səbəbindən istefa verməyə məcbur oldu. “Üzr istəyirəm ki, Yaponiya xalqının bütün dəstəyinə baxmayaraq, səlahiyyət müddətimin bitməsinə tam bir il qalmış vəzifəmi tərk edirəm”, Abe göz yaşlarını saxlaya bilməyərək dedi.

Narada qətl

İyulun 8-də səhər Yaponiyanın keçmiş naziri Şinzo Abe Narada keçirilən təşviqat mitinqində çıxış edib - ölkədə bazar günü parlament seçkiləri təyin olunmuşdu və nüfuzlu siyasətçi partiyasının namizədini dəstəkləməyə gəlmişdi. Əvvəllər Yaponiya Özünümüdafiə Qüvvələrində xidmət edən 41 yaşlı Tetsuya Yamaqami Abenin arxasına keçərək əllə hazırlanmış ov tüfəngindən iki dəfə atəş açıb – siyasətçi dərhal yerə yıxılıb. Ağır vəziyyətdə o, yerli xəstəxanaya çatdırılıb. Həkimlər bir neçə saat onun həyatı üçün mübarizə aparıblar. Şinzo Abe yerli vaxtla saat 17:03-də reanimasiyada qan itkisindən dünyasını dəyişib. Ölümündən bir müddət əvvəl həyat yoldaşı Akie Tokiodan xəstəxanaya gəlib. Cütlüyün uşaqları olmayıb. Bununla da Yaponiyada “Abe əfsanəsi” sona çatmış oldu.

Müəllif: Turan Abdulla
//ayna//









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Panama geri çəkildi, Çinin layihəsindən imtina edir
Bu gün, 12:49
Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:42
Sabiri "şalvarsız" qoyan Trendyol: Şəbəkə insanları bu yolla aldadır - ŞOK FAKTLAR
Bu gün, 12:37
Erməni əsilli kriminal avtoriteti Moskvada niyə partladblar...
Bu gün, 12:36
Azərbaycanda həkim reklamı qadağan olunsun - ÇAĞIRIŞ
Bu gün, 12:30
Azərbaycanlı müğənninin villasında paylaşdığı FOTOLAR
Bu gün, 12:25
Mətin Mirzəyə İrandakı səfirlikdə yeni vəzifə VERİLİB
Bu gün, 12:22
Parlamentdə Amnistiya Aktının hazırlanması təklif edilib - "Sonradan səhvə yol verən insanlar var..."
Bu gün, 12:15
“AFB Bank”ın Müşahidə Şurasına yeni sədr təyin edilir - BUNDAN SONRA...
Bu gün, 12:12
Məhkəmə Bəhruz Hacıyevə bəraət verdi
Bu gün, 12:08
“İnvest-Az"-ın rəhbəri Elşən Quliyev ölkədən nə qədər valyuta çıxarıb? - DETALLAR
Bu gün, 12:03
Qusar meşələrində böyük əməliyyatla tutulanları - Hansı cəza gözləyir?
Bu gün, 12:00
Ermənistan sülh müqaviləsinin imzalanmasını 2027-ci ilə qədər yubatmaq istəyir - Elman Nəsirov
Bu gün, 11:57
Ağsuda məktəb direktorunun həbsi ilə bağlı AÇIQLAMA
Bu gün, 11:56
AZAL Rusiyaya doğru daha bir istiqamət üzrə uçuşları DAYANDIRDI - qeyri-müəyyən müddətə...
Bu gün, 11:53
Aİ-nin baş diplomatı Tiflisdəki həbslərə reaksiya verdi
Bu gün, 11:43
“Evim” uşaq bağçasında kütləvi İŞDƏNÇIXMA – Qalmaqallı müdir niyə cəzalandırılmır?
Bu gün, 11:40
“Küçədən keçənlərə fəxri adlar verirlər...” - ETİRAZ
Bu gün, 11:36
"Biz Sovet hökuməti deyilik ey, gedənin arxasınca danışaq, gələni tərifləyək" - deputat
Bu gün, 11:33
Burda nə elm var... nə də tədqiqat... - İTTİHAM VAR...
Bu gün, 11:30
Goranboy-Naftalan üzrə təhsil sektorunun müdiri vəzifəsindən azad edilib - ƏMR
Bu gün, 11:20
Deputatlar Eldəniz Səlimovla görüşəcək? - AÇIQLAMA
Bu gün, 11:19
Belçika Bakıya baxanda niyə kar və kor olur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:15
Naxçıvanda əhali AÇIQ TƏHLÜKƏ İLƏ ÜZ-ÜZƏ... - "...bu məhsullara yaşıl işıq yandırılır"
Bu gün, 11:13
Tramp Bakının həmləsindən sonra hərəkətə keçdi – Sürpriz plan açıqlandı
Bu gün, 11:09
Nazirlər Kabinetinin üç Qərarı LƏĞV OLUNDU
Bu gün, 11:07
Ottava Bakıya qarşı yalan və böhtan həddini keçdi - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 11:04
Ermənistan-İran sərhədindən Rusiya bayraqları yığışdırılıb
Bu gün, 11:02
Azərbaycanda hotel şirkətinə sədr seçilir - TOPLANTI
Bu gün, 11:00
Ərəbləri Qəzzadan köçürmək: Tramp nə danışır və nə düşünür? - AKTUAL
Bu gün, 10:53
"Özünə gəlib, danışa bilir.... - Hələ xəstəxanadadır..."
Bu gün, 10:50
Məktəb direktoru həbs olundu - BUNA GÖRƏ...
Bu gün, 10:47
Qarabağ havasının HAVALANDIRDIĞI İrəvan... - NƏ BAŞ VERİR?
Bu gün, 10:44
DTX Qusarda terrorçulara qarşı əməliyyat keçirib, 8 nəfər zərərsizləşdirilib, 6 nəfər həbs edilib - TƏFƏRRÜAT
Bu gün, 10:41
USAID rəsmiləri DOGE ilə münaqişədən sonra məzuniyyətə göndəriliblər
Bu gün, 10:22
Ukraynada gey-batalyonlar yaradılıb: - Görün nə işlə məşğuldurlar
Bu gün, 10:21
"Ya narkomana, ya da ki, 24 saat çayxanalarda nərd atan bir insana çevrilir..." - deputat
Bu gün, 10:19
“Artıq bu mövzuda Lavrovun yalanları, Peskovun özünü bilməzliyə vurması keçərli deyil...” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:13
Paşinyan Əliyevin tələbini qəbul etdi, məsələ tam bağlanır - Vardanyan
Bu gün, 10:12
Kredit faizləri niyə artır? – Düşəcəyi gözlənilirdi...
Bu gün, 10:09
7 nəfər Qarabağ QAZİSİNİ AMANSIZLIQLA DÖYÜB OBYEKTİNİ DAĞITDI - VİDEO
Bu gün, 10:04
BOKT-nin Müşahidə Şurasına dəyişikliklər olub
Bu gün, 10:03
“Yetim Sabir”in adamları Bakıda tutuldu - Əməliyyatda 15 nəfər saxlanılıb
Bu gün, 09:51
`Sahil - S İnşaat` MTK-da 165 ailə SUSUZ QALIB... - NARAZILIQ VAR...
Bu gün, 09:44
İmamoğludan növbədənkənar prezident seçkilərinə çağırış - FOTO
Bu gün, 09:39
“Sədərək Yusif”in oğlunun evindən oğurluq edən qadın qərardan narazıdır
Bu gün, 09:34
SOS: Bir azdan Azərbaycanda həkim tapılmayacaq - Almaniya GƏL-GƏL deyir
Bu gün, 09:32
Kəlbəcərdə baş verən dəhşətli qəza ilə bağlı təqsirli bilinən sürücüyə hökm oxundu - TƏFƏRRÜAT
Bu gün, 09:29
Sabiq deputat Eldəniz Səlimov azadlığa çıxıb - cəza müddəti başa çatıb...
Bu gün, 09:23
Bakıda xanım direktordan ŞOK ADDIM: Bahalı maşınını satdı və... - İDDİA
Bu gün, 09:21
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru