Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq .....                     Sabiri "şalvarsız" qoyan Trendyol: Şəbəkə insanları bu yolla aldadır .....                     Erməni əsilli kriminal avtoriteti Moskvada niyə partladblar... .....                     Azərbaycanda həkim reklamı qadağan olunsun .....                     Azərbaycanlı müğənninin villasında paylaşdığı .....                     Mətin Mirzəyə İrandakı səfirlikdə .....                     Parlamentdə Amnistiya Aktının hazırlanması təklif edilib .....                     “AFB Bank”ın Müşahidə Şurasına yeni sədr təyin edilir .....                     Məhkəmə Bəhruz Hacıyevə bəraət verdi .....                     “İnvest-Az"-ın rəhbəri Elşən Quliyev ölkədən nə qədər valyuta çıxarıb? .....                     Qusar meşələrində böyük əməliyyatla tutulanları .....                     Ermənistan sülh müqaviləsinin imzalanmasını 2027-ci ilə qədər yubatmaq istəyir .....                     Ağsuda məktəb direktorunun həbsi ilə bağlı .....                     AZAL Rusiyaya doğru daha bir istiqamət üzrə uçuşları DAYANDIRDI .....                     Aİ-nin baş diplomatı Tiflisdəki həbslərə reaksiya verdi .....                     “Evim” uşaq bağçasında kütləvi İŞDƏNÇIXMA .....                     “Küçədən keçənlərə fəxri adlar verirlər...” .....                     "Biz Sovet hökuməti deyilik ey, gedənin arxasınca danışaq, gələni tərifləyək" .....                     Burda nə elm var... nə də tədqiqat... .....                     Goranboy-Naftalan üzrə təhsil sektorunun müdiri vəzifəsindən azad edilib .....                     Deputatlar Eldəniz Səlimovla görüşəcək? .....                     Belçika Bakıya baxanda niyə kar və kor olur? .....                     Naxçıvanda əhali AÇIQ TƏHLÜKƏ İLƏ ÜZ-ÜZƏ... .....                     Tramp Bakının həmləsindən sonra hərəkətə keçdi .....                     Nazirlər Kabinetinin üç Qərarı .....                     Ottava Bakıya qarşı yalan və böhtan həddini keçdi .....                     Ermənistan-İran sərhədindən Rusiya bayraqları yığışdırılıb .....                     Azərbaycanda hotel şirkətinə sədr seçilir .....                     Ərəbləri Qəzzadan köçürmək: Tramp nə danışır və nə düşünür? .....                     "Özünə gəlib, danışa bilir.... .....                     Məktəb direktoru həbs olundu .....                     Qarabağ havasının HAVALANDIRDIĞI İrəvan... .....                     DTX Qusarda terrorçulara qarşı əməliyyat keçirib, 8 nəfər zərərsizləşdirilib, 6 nəfər həbs edilib .....                     USAID rəsmiləri DOGE ilə münaqişədən sonra məzuniyyətə göndəriliblər .....                     Ukraynada gey-batalyonlar yaradılıb: .....                     "Ya narkomana, ya da ki, 24 saat çayxanalarda nərd atan bir insana çevrilir..." .....                     “Artıq bu mövzuda Lavrovun yalanları, Peskovun özünü bilməzliyə vurması keçərli deyil...” .....                     Paşinyan Əliyevin tələbini qəbul etdi, məsələ tam bağlanır .....                     Kredit faizləri niyə artır? .....                     7 nəfər Qarabağ QAZİSİNİ AMANSIZLIQLA DÖYÜB OBYEKTİNİ DAĞITDI .....                 

Tərəzinin hansı gözü ağır basacaq: “F-16”-sız Türkiyə, Türkiyəsiz Amerika - İNCƏLƏMƏ...
Tarix: 18-07-2022, 10:38 | Çap et
Tərəzinin hansı gözü ağır basacaq: “F-16”-sız Türkiyə, Türkiyəsiz Amerika
ABŞ Konqresinin Nümayəndələr Palatası (Aşağı Palata) ölkənin təkmilləşdirilmiş “F-16” qırıcılarının və “F-16” modernləşdirmə dəstlərinin Türkiyəyə satışını məhdudlaşdıran qanun layihəsini təsdiqləyib. Müdafiə büdcəsində “F-16” qırıcılarının Türkiyəyə təhvil verilməsi üçün tələbləri sərtləşdirən düzəlişin lehinə 244, əleyhinə 179 deputat səs verib.

Bundan əlavə, ABŞ Prezident Administrasiyası “F-16” təyyarələrinin Türkiyə tərəfindən “Yunanıstan ərazisi üzərində təkrar icazəsiz uçuşlar” üçün istifadə edilməməsi üçün atılan addımların ətraflı təsvirini təqdim etməli olacaq.

ABŞ Konqresinin Senatı da müdafiə büdcəsi layihəsinin öz versiyasını təsdiq etməlidir. Bundan sonra hər iki layihənin detallarının razılaşdırılması üçün komissiya çağırılacaq. Hər iki palata razılaşdırılmış sənədə yenidən səs verməli olacaq, bundan sonra sənəd imzalanması üçün Prezident Cozef Baydenə göndəriləcək.

Qeyd edək ki, Baydenin və komandasının iqtidara gəlişindən sonra Türkiyəyə qarşı təzyiqlər artıb. Bunun da Ankaranın müstəqil siyasət yürütməsi ilə bağlı olduğu heç kimə sirr deyil. İddialara görə, gələn il keçiriləcək prezident və parlament seçkiləri ərəfəsində təzyiqlərin daha da artacağı, Bayden administrasiyasının Türkiyə müxalifətinə fəal dəstək verəcəyi gözlənilir. DİA.AZ xəbər verir ki, AYNA mövzu ətrafında ekspertlərlə həmsöhbət olub.

Türkiyənin Ankara Universitetinin professoru, politoloq Toğrul İsmayıl deyib ki, ABŞ uzun müddətdir bu siyasətini davam etdirir: “Təəssüf ki, Amerika daim subyektiv siyasət yürüdür. Son dövrlər isə bu siyasətini artırıb. Bununla Amerika bir daha etibarsız bir dövlət olduğunu sübuta yetirdi”.

“Təbii ki, burada əsas məqsəd Türkiyəni zəiflətmək və iqtidara öz adamları vasitəsilə sahiblənməkdir. Hesab edirəm ki, bu məqsədlərinə nail ola bilməyəcəklər. Türkiyədə həm seçkilərin taleyinə, həm də ölkənin gələcəyinə türk xalqı qərar verəcək”, - deyə analitik bildirib.

Türk-İslam Araşdırmalar Mərkəzinin (TİAM) direktoru Telman Nüsrətoğlu hesab edir ki, ABŞ Konqresinin Türkiyədəki çevriliş cəhdinin ildönmü ərəfəsində belə bir verməsi təsadüfi deyil: “2016-cı ilin 15 iyulunda FETÖ terror təşkilatı Türkiyədə çevrilişə cəhd etdi. Məlumdur ki, bu terror qruplaşması ABŞ və Qərb dövlətləri tərəfindən himayə olunur. FETÖ-nün rəhbərliyində təmsil olunan terrorçuların da əksəriyyəti məhz Amerikaya sığınıb”.

“Belə bir gündə ABŞ Konqresinin “F-16” qırıcılarının Türkiyəyə satışını məhdudlaşdıran qanun layihəsini təsdiqləməsi təsadüfi deyil. Amerika uzun zamandır Türkiyəni özünün görmək istədiyi formaya salmaq istəyir. Bu istiqamətdə qardaş ölkəyə qarşı müxtəlif cinahlardan hücumlar təşkil edilir. Türkiyənin terror təşkilatları üzərindən imtahan edilməsi, ABŞ-ın Suriyanın şimalında və digər ərazilərdə müxtəlif terroçu qruplaşmalara, YPG, PPK və digərlərinə açıq dəstəyi aydın şəkildə söyləməyə əsas verir ki, okeanın o tayından idarə olunan təzyiqlər Türkiyədə öz adamlarını iqtidara daşımağa hədəflənib”, - deyə həmsöhbətimiz söyləyib.

TİAM direktorunun dediyinə görə, ABŞ hökuməti Türkiyə ilə daha sıx əməkdaşlığı istəsə də, oradakı lobbi təşkilatları buna mane olur: “Yunan və erməni diasporları bu məsələdə xüsusi fəallıq nümayiş etdirir. Hər vəchlə Amerikanın Türkiyəyə “F-16” qırıcılarını satmasına əngəl törədirlər. Baxmayaraq ki, bu diaspor təşkilatlarının təxribatları ABŞ-ın dövlət maraqlarının da üzərində dayanır, onlar rahat şəkildə bu fəaliyyətlərini davam etdirə bilirlər”.

“Lakin bir məqam da var ki, Türkiyə bu gün kifayət qədər güclü və dünyada söz sahibi olan dövlətdir. Xarici siyasətdə milli maraqlar hər şeydən üstün tutulur və bundan sonra da güclənməkdə davam edəcək. Hətta Amerika “F-16” qırıcılarını verməsə də, Türkiyə təhlükəsizlik məsələlərini həll edə bilir və bundan sonra da edəcək. Burada strateji planda uduzan Amerikanın özü olacaq. Yekunda Vaşinqton və müttəfiqləri məyus olacaq. Şübhəsiz ki, bu oyunları ilə Türkiyəni geri çəkilməyə təhrik edə bilməyəcəklər. Əksinə, bu cür davranışlar Türkiyəni daha da gücləndirəcək”, - deyə Nüsrətoğlu vurğulayıb.

Əlavə edib ki, ABŞ və Qərbin Türkiyədə iqtidarı dəyişmək ssenarisi də nəticəsiz qalacaq: “Amerika özünə bağlı bir Türkiyə dizayn etməyə çalışır. Bu, bəlli bir həqiqətdir. Təbii ki, Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında iqtidar komandası kifayət qədər güclüdür və daxildə ciddi dəstəyi var. Müxtəlif təzyiq alətlərindən, eləcə də FETÖ, PKK, YPG və digər terrorçu qruplaşmalardan istifadə edərək, Türkiyəni zəiflətməyə çalışırlar. Lakin birmənalı şəkildə söyləmək olar ki, buna nail ola bilməyəcəklər. Yəqin ki, Türkiyə xalqı qarşıdakı seçkilərdə Ərdoğan və onun komandasına etimad göstərəcək”.

İstanbul Aydın Universitetinin təmsilçisi, “İslahatçı Gənclər” İctimai Birliyinin (İGİB) sədri Fərid Şahbazlı da o qənaətdədir ki, ABŞ və müttəfiqlərinin hücumları Türkiyənin güclənməsinə verilən reaksiyadır: “Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzü, dünyada və regionda baş verən hadisələr fonunda tutduğu ədalətli mövqe Türkiyəni öz forpostu rolunda görmək istəyən ABŞ-ın və Qərbin maraqlarına cavab vermir. Türkiyəyə qarşı davamlı təzyiqlər, qardaş ölkəyə qarşı yönələn terror qruplaşmalarına qucaq açılması, eləcə də “F-16” qırıcılarını satmaqdan imtina etməsi bir daha göstərir ki, Qərb regionda Türkiyə kimi güclü, nüfuzlu bir dövlətin olmasından təşviş keçirir”.

Müsahibimiz düşünür ki, hətta “F-16” qırıcılarını almasa belə, bu, Türkiyənin müdafiə qabiliyyətini nəinki sarsıtmayacaq, heç zəiflətməyəcək də: “Bu gün Türkiyə Silahlı Qüvvələri NATO-nun ikinci güclü ordusu statusundadır. Ona qarşı təzyiqlər nəticəsiz olmaqla yanaşı, əslində ABŞ-ın da maraqlarına cavab vermir”.

Yunan və erməni lobbisinin fəaliyyətindən bəhs edən İGİB sədri qeyd edib ki, ABŞ kimi qüdrətli bir dövlətin bu qüvvələrin diqtəsi ilə hərəkət etməsi təəssüf doğurur: “Türkiyəyə təzyiq edənlər bir zamanlar Osmanlı dövləti ilə savaşda məğlub olanlardır. Həmin qüvvələr onda Osmanlını paramparça edib, onu bir dövlət olaraq yox etmək istəyirdi. Bununla da türk dövlətini dünyanın siyasi xəritəsindən silmək istəyirdilər. Həmin döyüşlərdən daha güclü, müstəqil və söz sahibi olan Türkiyə Respublikası yarandı. Torpaq itkilərinə baxmayaraq, Osmanlının yerində demokratik bir dövlət quruldu. Bu da Türkiyənin dostlarını sevindirdi, onu özlərinə arxa, dost bildilər, düşmənləri isə bu günədək Cümhuriyyətin ayağının altını qazmaqdadır. Rəcəb Tayyib Ərdoğanın söylədiyi kimi, “dünya beşdən ibarət deyil” və okeanın o tayındakı qüvvələr bununla barışsalar, yaxşı olar”.

“Türkiyədə seçkilərin taleyinə xalqın özü aydınlıq gətirəcək. Türkiyə demokratik dəyərləri və seçki ənənəsi olan bir ölkədir. Türkiyə xalqı kimə və kimlərə səs verəcəksə, onlar həm icraedici, həm də qanunverici orqanda təmsil olunacaqlar. Türkiyənin dünya miqyasında qazandığı mövqe, aparıcı diplomatik oyunçulardan birinə çevrilməsi Ərdoğan iqtidarının aktivinə yazılır. Yəqin ki, bu seçkilərdə də Ərdoğan və komandası qalib gələcək. 44 günlük Vətən müharibəsində əldə etdiyimiz tarixi zəfərdə Türkiyənin mənəvi və siyasi dəstəyi danılmazdır. Təbii ki, bir qardaş ölkə olaraq Türkiyənin güclənməsi, qüdrətlənməsi Azərbaycanın da maraqlarına uyğundur və əminik ki, qardaş ölkə daha da sürətlə inkişaf edəcək”, - deyə Şahbazlı fikrini yekunlaşdırıb.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:42
Sabiri "şalvarsız" qoyan Trendyol: Şəbəkə insanları bu yolla aldadır - ŞOK FAKTLAR
Bu gün, 12:37
Erməni əsilli kriminal avtoriteti Moskvada niyə partladblar...
Bu gün, 12:36
Azərbaycanda həkim reklamı qadağan olunsun - ÇAĞIRIŞ
Bu gün, 12:30
Azərbaycanlı müğənninin villasında paylaşdığı FOTOLAR
Bu gün, 12:25
Mətin Mirzəyə İrandakı səfirlikdə yeni vəzifə VERİLİB
Bu gün, 12:22
Parlamentdə Amnistiya Aktının hazırlanması təklif edilib - "Sonradan səhvə yol verən insanlar var..."
Bu gün, 12:15
“AFB Bank”ın Müşahidə Şurasına yeni sədr təyin edilir - BUNDAN SONRA...
Bu gün, 12:12
Məhkəmə Bəhruz Hacıyevə bəraət verdi
Bu gün, 12:08
“İnvest-Az"-ın rəhbəri Elşən Quliyev ölkədən nə qədər valyuta çıxarıb? - DETALLAR
Bu gün, 12:03
Qusar meşələrində böyük əməliyyatla tutulanları - Hansı cəza gözləyir?
Bu gün, 12:00
Ermənistan sülh müqaviləsinin imzalanmasını 2027-ci ilə qədər yubatmaq istəyir - Elman Nəsirov
Bu gün, 11:57
Ağsuda məktəb direktorunun həbsi ilə bağlı AÇIQLAMA
Bu gün, 11:56
AZAL Rusiyaya doğru daha bir istiqamət üzrə uçuşları DAYANDIRDI - qeyri-müəyyən müddətə...
Bu gün, 11:53
Aİ-nin baş diplomatı Tiflisdəki həbslərə reaksiya verdi
Bu gün, 11:43
“Evim” uşaq bağçasında kütləvi İŞDƏNÇIXMA – Qalmaqallı müdir niyə cəzalandırılmır?
Bu gün, 11:40
“Küçədən keçənlərə fəxri adlar verirlər...” - ETİRAZ
Bu gün, 11:36
"Biz Sovet hökuməti deyilik ey, gedənin arxasınca danışaq, gələni tərifləyək" - deputat
Bu gün, 11:33
Burda nə elm var... nə də tədqiqat... - İTTİHAM VAR...
Bu gün, 11:30
Goranboy-Naftalan üzrə təhsil sektorunun müdiri vəzifəsindən azad edilib - ƏMR
Bu gün, 11:20
Deputatlar Eldəniz Səlimovla görüşəcək? - AÇIQLAMA
Bu gün, 11:19
Belçika Bakıya baxanda niyə kar və kor olur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:15
Naxçıvanda əhali AÇIQ TƏHLÜKƏ İLƏ ÜZ-ÜZƏ... - "...bu məhsullara yaşıl işıq yandırılır"
Bu gün, 11:13
Tramp Bakının həmləsindən sonra hərəkətə keçdi – Sürpriz plan açıqlandı
Bu gün, 11:09
Nazirlər Kabinetinin üç Qərarı LƏĞV OLUNDU
Bu gün, 11:07
Ottava Bakıya qarşı yalan və böhtan həddini keçdi - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 11:04
Ermənistan-İran sərhədindən Rusiya bayraqları yığışdırılıb
Bu gün, 11:02
Azərbaycanda hotel şirkətinə sədr seçilir - TOPLANTI
Bu gün, 11:00
Ərəbləri Qəzzadan köçürmək: Tramp nə danışır və nə düşünür? - AKTUAL
Bu gün, 10:53
"Özünə gəlib, danışa bilir.... - Hələ xəstəxanadadır..."
Bu gün, 10:50
Məktəb direktoru həbs olundu - BUNA GÖRƏ...
Bu gün, 10:47
Qarabağ havasının HAVALANDIRDIĞI İrəvan... - NƏ BAŞ VERİR?
Bu gün, 10:44
DTX Qusarda terrorçulara qarşı əməliyyat keçirib, 8 nəfər zərərsizləşdirilib, 6 nəfər həbs edilib - TƏFƏRRÜAT
Bu gün, 10:41
USAID rəsmiləri DOGE ilə münaqişədən sonra məzuniyyətə göndəriliblər
Bu gün, 10:22
Ukraynada gey-batalyonlar yaradılıb: - Görün nə işlə məşğuldurlar
Bu gün, 10:21
"Ya narkomana, ya da ki, 24 saat çayxanalarda nərd atan bir insana çevrilir..." - deputat
Bu gün, 10:19
“Artıq bu mövzuda Lavrovun yalanları, Peskovun özünü bilməzliyə vurması keçərli deyil...” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:13
Paşinyan Əliyevin tələbini qəbul etdi, məsələ tam bağlanır - Vardanyan
Bu gün, 10:12
Kredit faizləri niyə artır? – Düşəcəyi gözlənilirdi...
Bu gün, 10:09
7 nəfər Qarabağ QAZİSİNİ AMANSIZLIQLA DÖYÜB OBYEKTİNİ DAĞITDI - VİDEO
Bu gün, 10:04
BOKT-nin Müşahidə Şurasına dəyişikliklər olub
Bu gün, 10:03
“Yetim Sabir”in adamları Bakıda tutuldu - Əməliyyatda 15 nəfər saxlanılıb
Bu gün, 09:51
`Sahil - S İnşaat` MTK-da 165 ailə SUSUZ QALIB... - NARAZILIQ VAR...
Bu gün, 09:44
İmamoğludan növbədənkənar prezident seçkilərinə çağırış - FOTO
Bu gün, 09:39
“Sədərək Yusif”in oğlunun evindən oğurluq edən qadın qərardan narazıdır
Bu gün, 09:34
SOS: Bir azdan Azərbaycanda həkim tapılmayacaq - Almaniya GƏL-GƏL deyir
Bu gün, 09:32
Kəlbəcərdə baş verən dəhşətli qəza ilə bağlı təqsirli bilinən sürücüyə hökm oxundu - TƏFƏRRÜAT
Bu gün, 09:29
Sabiq deputat Eldəniz Səlimov azadlığa çıxıb - cəza müddəti başa çatıb...
Bu gün, 09:23
Bakıda xanım direktordan ŞOK ADDIM: Bahalı maşınını satdı və... - İDDİA
Bu gün, 09:21
Nizami rayonunda XAOTİK TİKİNTİ kimə sərf edir? - İLGİNC FAKTLAR...
Bu gün, 09:10
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru