Qərbin Kiyevə dəstəyi barədə şübhələr və ya bu fürsət əldən verilməz - İNCƏLƏMƏ...
Tarix: 19-07-2022, 07:59 | Çap et
Rusiyanın Ukraynaya qarşı "xüsusi hərbi əməliyyat" adı ilə Ukraynaya qarşı başlatdığı işğalçı müharibədə Qərbin Kiyevə dəstəyinin azaldığı iddia edilir. Beynəlxalq analitiklər hesab edirlər ki, xüsusilə də Avropa ölkələri tərəfindən Ukraynaya dəstək müharibənin ilk aylarındakı kimi deyil. Ekspertlər fikirlərini onunla əsaslandırırlar ki, Avropanın əsas ölkələrindən rəsmi və qeyri-rəsmi verilən bəyanatlarda Rusiyaya loyal yanaşmalar sezilir. Hətta Moskvaya qarşı tətbiq edilən sanksiyaları tənqid edən siyasi dairələr də mövcuddur.
Düzdür, müharibənin ilk aylarında Rusiyanın işğalçı siyasəti səbəbindən bu ölkəyə misli görünməmiş sanksiyalar tətbiq edildi. Paralel olaraq, Ukrayna maliyyə və hərbi texnika baxımından yardımlar aldı və silahların verilməsi davam edir. Demək olar ki, ABŞ-ın Ukraynaya dəstəyində dəyişiklik müşahidə edilmir. Amma Almaniya, Fransa, İtaliya kimi ölkələr əvvəlki kimi fəal deyillər. Bununla yanaşı, Avropa İttifaqı ölkələri Rusiyanın enerji daşıyıcılarından imtina edə bilmirlər ki, bu, Rusiyanın ayaqda qalmasında əsas rol oynayır.
Daha bir məqam isə Ukraynanı ən çox dəstəkləyən Böyük Britaniyanın Baş naziri Boris Consonun istefasından sonra Londonun Kiyevə dəstəyi ilə bağlı proqnozlar ürəkaçan deyil. Bəzi analitiklər hesab edirlər ki, Consonun istefasından sonra Britaniyanın Ukraynaya dəstəyi əvvəlki effektdə olmayacaq. diaaz.space-ın məlumatına görə, mövzu ilə bağlı AYNA-ya danışan politoloq Şahin Cəfərli sözügedən mülahizələrlə razılaşmır. Analitik bildirib ki, Qərb cəmiyyətləri plüralistdir, orada istənilən əks fikirlər səsləndirilir: "Təbii ki, Qərbdə Ukraynaya dəstək mövcud olduğu kimi, bunun əleyhinə çıxan qruplar da mövcuddur. O çevrələrin də Qərb cəmiyyətlərində mövqeləri eşidilir. Müxtəlif mövqelər mövcuddur, amma əsas məsələ Qərbin strateji qərarlarıdır ki, bu qərarlara nəzər salmaq lazımdır".
Politoloq xatırladıb ki, strateji mahiyyətli qərarlar G7-nin və NATO-nun Zirvə Toplantısında qəbul olundu: "Hər iki toplantıdan sonra Qərb elan etdi ki, Ukraynaya nə qədər lazımdırsa, o qədər yardım ediləcək: həm maddi, həm hərbi, həm də siyasi baxımdan. Strateji qərar budur və Qərb dövlətlərinin hökumətləri də bu qərara uyğun öz siyasətlərini həyata keçirirlər".
"Təbii ki, müxtəlif mövqelər var. Məsələn, "Ukraynanın qələbəsi necə olmalıdır?" sualına müxtəlif cavablar mövcuddur. Bir qism deyir ki, Ukrayna cənubunu - Xersonu işğaldan azad etsə, bu, kifayətdir, artıq Ukraynanın qələbəsidir. Bəziləri deyir ki, yox, 24 fevral 2022-ci il tarixindən əvvəlki vəziyyətə qayıtmaq Ukraynanın qələbəsi anlamını verəcək. Müəyyən dairələr isə ümumiyyətlə, hesab edirlər ki, Ukrayna 1991-ci ildə SSRİ-dən hansı sərhədlərlə ayrıldısa, o sərhədlər çərçivəsində də ərazi bütövlüyü bərpa edilməlidir. Dediyim odur ki, müxtəlif baxış bucaqları var. Əsas odur ki, Rusiyanın bu müharibədə qələbə qazanmaması üçün Qərbdə strateji qərar var. Bütün Qərb dövlətlərinin başçıları da bu qərara uyğun addımlar atırlar".
Britaniya Baş nazirinin istefası ilə bağlı bədbin proqnozlara gəlincə Ş.Cəfərli bunları deyib: "Təbii ki, Conson qeyri-standart siyasətçi idi, özünəməxsus tərzdə siyasət aparırdı. Əlbəttə, onun istefasından sonra bu istiqamətdə boşluq hiss olunacaq. Çünki Conson hiperaktiv siyasət adamıdır. Tutaq ki, qəfldən Kiyevdə peyda olurdu. Bu, qeyri-standart addımlar idi. Onun yerinə gələn siyasətçi yəqin ki, belə hiperaktivlik nümayiş etdirməyəcək. Amma Birləşmiş Krallığın oturuşmuş dövlət siyasəti var və bu siyasət Qərbin Ukrayna ilə bağlı strateji qərarlarına uyğun olmalıdır".
"Ötən il Böyük Britaniya dövləti "Qlobal Britaniya" strategiyasını elan etdi ki, bu, "Brexit"dən sonra Krallığın yenidən dünya siyasətinə qayıdışını özündə ehtiva edir. Bu strateji sənədlə Britaniya müstəqil beynəlxalq oyunçu kimi səhnəyə çıxdığını elan etmiş oldu. Sözügedən strategiyaya uyğun olaraq, Britaniyanın yeni xarici siyasət və müdafiə hədəfləri təsdiqlənib. Orada konkret göstərilib ki, Britaniyanın maraqları baxımından ən böyük təhlükə yaradan güc Rusiyadır. Krallıq uzunmüddətli perspektiv baxımından strateji rəqib kimi Çini göstərdi. Amma cari mərhələnin əsas rəqibi və düşmən ölkə kimi Rusiya elan edilib. Buna görə də Britaniyada hakimiyyətdə kim olur-olsun, siyasət qəbul olunmuş strategiya əsasında yürüdüləcək. Ona görə də, Consonun istefası ilə Britaniyanın siyasətində ciddi dəyişiklik olmayacaq", - analitik əlavə edib.
Ş.Cəfərli hesab edir ki, Britaniyanın Ukraynaya dəstəyi davam edəcək: "Hazırda Baş nazir postuna iddialı namizədlərin də Ukrayna ilə bağlı açıqlamalarına nəzər salsaq görərik ki, hamısı aydın və konkret şəkildə Kiyevi dəstəkləyirlər". diaaz.space-ın məlumatına görə, politoloq Zərdüşt Əlizadə də AYNA-ya deyib ki, Qərbin Ukraynaya dəstəyini dayandırması fikirləri ilə razı deyil. Analitik xatırladıb ki, Qərb Ukrayna Ordusunu lazımı qədər silahla təmin edəcəyini açıqlayıb və məlumatlardan da görünür ki, silahlar hələ də gəlməkdədir: "Eyni zamanda, Rusiyaya qarşı sanksiyalar tətbiq edilib, yumşalma yoxdur. Dəstək bəs necə olur? Qərbdən lazımi qədər silah-sursat aldıqdan sonra - söhbət ağır və həm də hücum silahlarından gedir - Ukrayna əks-hücuma keçərək ərazilərini təmizləyə bilər. Qərb Ukraynaya hərbi yardımla yanaşı, siyasi dəstək verməli, onu məcbur etməməlidir ki, Rusiyanın diktəsini qəbul etsin".
"Bu gün Qərbin əlinə fürsət düşüb ki, qaniçən, quldur, başqa xalqların hüquqları ilə hesablaşmayan, beynəlxalq hüququ pozan bir ölkəni yerində oturtsun. Bu imkanı əldən vermək olmaz və məncə, Qərb bu imkanı buraxmayacaq. Qərb ölkələrinin liderləri, xüsusilə, ABŞ, Britaniya, Polşa, Pribaltika, Şərqi Avropanın keçmiş sovet respublikaları bu fürsəti əldən verməməlidirlər", - deyə Z.Əlizadə vurğulayıb.
Politoloq bildirib ki, Almaniya, Fransa, İtaliya Ukraynanın güzəştlərə getməsi müqabilində Rusiya ilə müharibəni dayandırmaq istəyirlər: "Bir müddət öncə bu barədə bəyanatlar da səsləndirilmişdi. Amma Ukrayna xalqı və hakimiyyəti bunu qəbul etmir. Demək ki, Qərb ardıcıllığını qorumalıdır. Ukraynanın əks-hücum əməliyyatlarına dəstək verməlidir. Əsas qəbul olunan strateji qərarlardır ki, Qərb bu qərarı verib. Birmənalı deyilib ki, Rusiya müharibədən qələbə ilə çıxmamalıdır. Ona görə də dəstəyin davamlı olacağı gözlənilir”.
Consonun istefasından sonra Böyük Britaniyanın siyasətində dəyişiklik olub-olmaması məsələsinə gəlincə, analitik deyib ki, Birləşmiş Krallıq böyük dövlətdir, ciddi dəyişiklik olmayacaq: "Britaniya kimi ölkələrin siyasi kursu bir-iki gün içində dəyişmir, nə də şəxslərə bağlıdır. Conson getdi, yerinə gələn də qəbul olunmuş siyasəti yeridəcək. Hansı formada yeridəcək, o başqa məsələdir. Məsələn, Conson emosional idi, bəyanatları bəzən sərt olurdu. Yerinə gələcək siyasətçi ola bilsin ki, Conson kimi emosional olmayacaq, amma Britaniyanın qəbul etdiyi strateji siyasəti davam etdirəcək".
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Üç badam bir qoz” oxuyanlara sənətkar “tərifi”: - Nə məcburdur, qiymətə mindirirsiniz?
Bu gün, 12:58 |
|
|
|
• ADY Ayan Nəcəfə "yox" dedi - BUNA GÖRƏ...
Bu gün, 12:56 |
|
|
|
• Hikmət Hacıyev İranda hansı məsələləri müzakirə edib? - “Tehranm Times”
Bu gün, 12:53 |
|
|
|
• Panama geri çəkildi, Çinin layihəsindən imtina edir
Bu gün, 12:49 |
|
|
|
• Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:42 |
|
|
|
• Sabiri "şalvarsız" qoyan Trendyol: Şəbəkə insanları bu yolla aldadır - ŞOK FAKTLAR
Bu gün, 12:37 |
|
|
|
• Erməni əsilli kriminal avtoriteti Moskvada niyə partladblar...
Bu gün, 12:36 |
|
|
|
• Azərbaycanda həkim reklamı qadağan olunsun - ÇAĞIRIŞ
Bu gün, 12:30 |
|
|
|
• Azərbaycanlı müğənninin villasında paylaşdığı FOTOLAR
Bu gün, 12:25 |
|
|
|
• Mətin Mirzəyə İrandakı səfirlikdə yeni vəzifə VERİLİB
Bu gün, 12:22 |
|
|
|
• Parlamentdə Amnistiya Aktının hazırlanması təklif edilib - "Sonradan səhvə yol verən insanlar var..."
Bu gün, 12:15 |
|
|
|
• “AFB Bank”ın Müşahidə Şurasına yeni sədr təyin edilir - BUNDAN SONRA...
Bu gün, 12:12 |
|
|
|
• Məhkəmə Bəhruz Hacıyevə bəraət verdi
Bu gün, 12:08 |
|
|
|
• “İnvest-Az"-ın rəhbəri Elşən Quliyev ölkədən nə qədər valyuta çıxarıb? - DETALLAR
Bu gün, 12:03 |
|
|
|
• Qusar meşələrində böyük əməliyyatla tutulanları - Hansı cəza gözləyir?
Bu gün, 12:00 |
|
|
|
• Ermənistan sülh müqaviləsinin imzalanmasını 2027-ci ilə qədər yubatmaq istəyir - Elman Nəsirov
Bu gün, 11:57 |
|
|
|
• Ağsuda məktəb direktorunun həbsi ilə bağlı AÇIQLAMA
Bu gün, 11:56 |
|
|
|
• AZAL Rusiyaya doğru daha bir istiqamət üzrə uçuşları DAYANDIRDI - qeyri-müəyyən müddətə...
Bu gün, 11:53 |
|
|
|
• Aİ-nin baş diplomatı Tiflisdəki həbslərə reaksiya verdi
Bu gün, 11:43 |
|
|
|
• “Evim” uşaq bağçasında kütləvi İŞDƏNÇIXMA – Qalmaqallı müdir niyə cəzalandırılmır?
Bu gün, 11:40 |
|
|
|
• “Küçədən keçənlərə fəxri adlar verirlər...” - ETİRAZ
Bu gün, 11:36 |
|
|
|
• "Biz Sovet hökuməti deyilik ey, gedənin arxasınca danışaq, gələni tərifləyək" - deputat
Bu gün, 11:33 |
|
|
|
• Burda nə elm var... nə də tədqiqat... - İTTİHAM VAR...
Bu gün, 11:30 |
|
|
|
• Goranboy-Naftalan üzrə təhsil sektorunun müdiri vəzifəsindən azad edilib - ƏMR
Bu gün, 11:20 |
|
|
|
• Deputatlar Eldəniz Səlimovla görüşəcək? - AÇIQLAMA
Bu gün, 11:19 |
|
|
|
• Belçika Bakıya baxanda niyə kar və kor olur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:15 |
|
|
|
• Naxçıvanda əhali AÇIQ TƏHLÜKƏ İLƏ ÜZ-ÜZƏ... - "...bu məhsullara yaşıl işıq yandırılır"
Bu gün, 11:13 |
|
|
|
• Tramp Bakının həmləsindən sonra hərəkətə keçdi – Sürpriz plan açıqlandı
Bu gün, 11:09 |
|
|
|
• Nazirlər Kabinetinin üç Qərarı LƏĞV OLUNDU
Bu gün, 11:07 |
|
|
|
• Ottava Bakıya qarşı yalan və böhtan həddini keçdi - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 11:04 |
|
|
|
• Ermənistan-İran sərhədindən Rusiya bayraqları yığışdırılıb
Bu gün, 11:02 |
|
|
|
• Azərbaycanda hotel şirkətinə sədr seçilir - TOPLANTI
Bu gün, 11:00 |
|
|
|
• Ərəbləri Qəzzadan köçürmək: Tramp nə danışır və nə düşünür? - AKTUAL
Bu gün, 10:53 |
|
|
|
• "Özünə gəlib, danışa bilir.... - Hələ xəstəxanadadır..."
Bu gün, 10:50 |
|
|
|
• Məktəb direktoru həbs olundu - BUNA GÖRƏ...
Bu gün, 10:47 |
|
|
|
• Qarabağ havasının HAVALANDIRDIĞI İrəvan... - NƏ BAŞ VERİR?
Bu gün, 10:44 |
|
|
|
• DTX Qusarda terrorçulara qarşı əməliyyat keçirib, 8 nəfər zərərsizləşdirilib, 6 nəfər həbs edilib - TƏFƏRRÜAT
Bu gün, 10:41 |
|
|
|
• USAID rəsmiləri DOGE ilə münaqişədən sonra məzuniyyətə göndəriliblər
Bu gün, 10:22 |
|
|
|
• Ukraynada gey-batalyonlar yaradılıb: - Görün nə işlə məşğuldurlar
Bu gün, 10:21 |
|
|
|
• "Ya narkomana, ya da ki, 24 saat çayxanalarda nərd atan bir insana çevrilir..." - deputat
Bu gün, 10:19 |
|
|
|
• “Artıq bu mövzuda Lavrovun yalanları, Peskovun özünü bilməzliyə vurması keçərli deyil...” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:13 |
|
|
|
• Paşinyan Əliyevin tələbini qəbul etdi, məsələ tam bağlanır - Vardanyan
Bu gün, 10:12 |
|
|
|
• Kredit faizləri niyə artır? – Düşəcəyi gözlənilirdi...
Bu gün, 10:09 |
|
|
|
• 7 nəfər Qarabağ QAZİSİNİ AMANSIZLIQLA DÖYÜB OBYEKTİNİ DAĞITDI - VİDEO
Bu gün, 10:04 |
|
|
|
• BOKT-nin Müşahidə Şurasına dəyişikliklər olub
Bu gün, 10:03 |
|
|
|
• “Yetim Sabir”in adamları Bakıda tutuldu - Əməliyyatda 15 nəfər saxlanılıb
Bu gün, 09:51 |
|
|
|
• `Sahil - S İnşaat` MTK-da 165 ailə SUSUZ QALIB... - NARAZILIQ VAR...
Bu gün, 09:44 |
|
|
|
• İmamoğludan növbədənkənar prezident seçkilərinə çağırış - FOTO
Bu gün, 09:39 |
|
|
|
• “Sədərək Yusif”in oğlunun evindən oğurluq edən qadın qərardan narazıdır
Bu gün, 09:34 |
|
|
|
• SOS: Bir azdan Azərbaycanda həkim tapılmayacaq - Almaniya GƏL-GƏL deyir
Bu gün, 09:32 |
|
|
|
|