Ərəbləri Qəzzadan köçürmək: Tramp nə danışır və nə düşünür? .....                     "Özünə gəlib, danışa bilir.... .....                     Məktəb direktoru həbs olundu .....                     Qarabağ havasının HAVALANDIRDIĞI İrəvan... .....                     DTX Qusarda terrorçulara qarşı əməliyyat keçirib, 8 nəfər zərərsizləşdirilib, 6 nəfər həbs edilib .....                     USAID rəsmiləri DOGE ilə münaqişədən sonra məzuniyyətə göndəriliblər .....                     Ukraynada gey-batalyonlar yaradılıb: .....                     "Ya narkomana, ya da ki, 24 saat çayxanalarda nərd atan bir insana çevrilir..." .....                     “Artıq bu mövzuda Lavrovun yalanları, Peskovun özünü bilməzliyə vurması keçərli deyil...” .....                     Paşinyan Əliyevin tələbini qəbul etdi, məsələ tam bağlanır .....                     Kredit faizləri niyə artır? .....                     7 nəfər Qarabağ QAZİSİNİ AMANSIZLIQLA DÖYÜB OBYEKTİNİ DAĞITDI .....                     BOKT-nin Müşahidə Şurasına dəyişikliklər olub .....                     “Yetim Sabir”in adamları Bakıda tutuldu .....                     `Sahil - S İnşaat` MTK-da 165 ailə SUSUZ QALIB... .....                     İmamoğludan növbədənkənar prezident seçkilərinə çağırış .....                     “Sədərək Yusif”in oğlunun evindən oğurluq edən qadın qərardan narazıdır .....                     SOS: Bir azdan Azərbaycanda həkim tapılmayacaq .....                     Kəlbəcərdə baş verən dəhşətli qəza ilə bağlı təqsirli bilinən sürücüyə hökm oxundu .....                     Sabiq deputat Eldəniz Səlimov azadlığa çıxıb .....                     Bakıda xanım direktordan ŞOK ADDIM: Bahalı maşınını satdı və... .....                     Nizami rayonunda XAOTİK TİKİNTİ kimə sərf edir? .....                     Cənab Şükürovun YARIMŞTAT MARAĞI... .....                     ABŞ CAR-a bütün maliyyə yardımını dayandıracaq .....                     Vətəndaşdan Zaur Mikayılova ÇAĞIRIŞ: Evlərimiz təhlükədədir... .....                     Burada nə yediyinizə diqqət edin... .....                     KONTAKT HOME yenə də narazılıq yaradır... .....                     Buna hüquq mühafizə orqanlarında baxıla bilərmi? .....                     Hikmət Hacıyev səmimi idi... görək İran nə edəcək... .....                     Gömrük Komitəsi Qusarda sahibkarın obyektini ƏLƏ KEÇİRİR... .....                     Ermənistan Qazaxla sərhəddə hava həyəcanı elan edir .....                     Maskın inflyasiyaya qarşı iddialı planı: Azərbaycan ondan dərs ala bilərmi? .....                     “Ayı”nın ilk üç hədəfi: birini “öldürüb”, digərini “yaralayıb” və üçüncüsü… .....                     Qüvvələrimiz Ermənistana belə girə bilər .....                     Bakı çox yüklənib, həm adamla, həm də maşınla... .....                     BU NƏDİ BELƏ: Yarışa getməyə pul tapa bilmirlər... .....                     "Sənətdə nələrin təbliğ olunduğu göz önündədir" .....                     Türkiyədən İrəvana getdi, erməniləri təhdid etdi... .....                     Qaqauz lider Kişinyov hava limanında saxlanıldı .....                     670 min insan Rusiyadan geri göndərilə bilər .....                 

Ukraynada analoqsuz “xüsusi əməliyyat”: döyüşə “zeklər” gedir - NƏ BAŞ VERİR?
Tarix: 25-07-2022, 07:52 | Çap et
Ukraynada analoqsuz “xüsusi əməliyyat”: döyüşə “zeklər” gedir
Bu, fantaziya aləmindən olsa da, Rusiya Prezidentinin və onun kimilərin sözlərinə inanmağa çalışaq. Tutaq ki, Rusiya qonşu dövlətin ərazisində “xüsusi əməliyyat” keçirir və hətta, buna əsası da var.

Bəs niyə bu hərbi əməliyyat başladığı ilk günlərdən ən az xüsusi əməliyyata, əslində isə real genişmiqyaslı müharibəyə bənzəyirdi?

Bəli, Ukraynanın işğalı ilə bağlı kadrlara bir baxışda Rusiyanın “xüsusi əməliyyata” hər yerdə olduğu kimi məhdud sayda xüsusi təyinatlı dəstənin köməyi ilə başlamadığını başa düşmək üçün hərbi mütəxəssis olmaq lazım deyildi. Bütün dünyada “xüsusi əməliyyat” mülki əhaliyə və obyektlərə zərər vermədən həyata keçirilir, problemlər tez, peşəkarcasına həll edilir. Amma dünyanın ikincisi sayılan ordunun bütün gücü ilə öz qardaş ölkəsinin üzərinə şığıması yolu ilə deyil.

Axı, xüsusi əməliyyat nədir? Gəlin bunu anlayaq və inandırıcılıq üçün hətta “Wikipediya”ya müraciət edək.

- Birincisi, xüsusi əməliyyat güc strukturlarının, o cümlədən silahlı qüvvələrin və polis strukturlarının bir növ xüsusi tədbirləridir. Yaxşı, bu, qismən aydındır, yəni iştirakçılarla, bağlı hər şey aydındır – bu məsələdə yalnız xüsusi təyinatlılar iştirak edirsə.

- İkincisi, xüsusi əməliyyatlar həm məqsədlərinə (kəşfiyyat, təxribat, sabotaj fəaliyyətləri və s.), həm də metodlarına (məxfiliyin və gizliliyin artırılması) görə adi hərbi əməliyyatlardan fərqlənir. Və bütün baş verənlər heç də tənqidə dözmür, çünki bütün Rusiya ordusu, tamamilə açıq şəkildə, indiyədək nüvə qüvvələri istisna olmaqla, silahlı qüvvələrin bütün qolları ilə Ukraynada ölümcül döyüşə girib.

- Üçüncüsü, xüsusi əməliyyatın əsas xüsusiyyətləri gözlənilməzlik və fəaliyyət sürətidir. Bu məsələ ilə bağlı tam uğursuzluq hökm sürür – “blitskrieg” uğursuz oldu, Rusiya Ukraynada dərin bir bataqlığa düşüb və o qədər dərin ki, artıq beş aydır ki, bu bataqlıqdan çıxmağa nail ola bilmir və baş verənlərin sonu görünmür.

- Dördüncüsü - bu, bəlkə də, ən vacib şeydir - xüsusi əməliyyatlar adətən yüksək döyüş və psixoloji hazırlığa malik olan, istənilən şəraitdə müstəqil hərəkət etmək qabiliyyətində olan xüsusi təyinatlıların kiçik qrupları (kəşfiyyat, təxribat və s.) tərəfindən həyata keçirilir.

Artıq qeyd etmişdik ki, Putin bütün silahlı qüvvələrini Ukraynada yerləşdirib. Ola bilsin ki, əvvəlcə təxribat qrupları öz vəzifələrini həll edərkən, ağır hərbi texnikanın müşayiəti ilə çoxminlik ordudan sadəcə qorxuducu qüvvə kimi istifadə etmək planlaşdırılmışdı. Ancaq üç gün ərzində Ukraynaya tam parad geyim formasında gələn əsgərlər evlərinə qələbə ilə qayıtmadılar - bəziləri başını Ukraynanın qara torpaqlarında qoydu, bəziləri orada qollarını və ya ayaqlarını itirdi, qalanları isə müharibədə ölümü gözləməkdə davam edir.

Budur təhlilimizin sonuncu - dördüncü məqamına, gəlin daha yaxından nəzər salaq. Əgər bu müharibə deyilsə, onda:

- Niyə Rusiya Federasiyasının bütün qoşun növləri, “xüsusi əməliyyata” hazır olmayan quru qoşunları, o cümlədən çağırışla yenicə qəbul olunmuş gənc əsgərlər və artıq vətən qarşısında borcunu yerinə yetirmiş ehtiyatda olan əsgərlər iştirak edirlər?

- Nə üçün könüllülər, muzdlular “xüsusi əməliyyata” və çox vaxt hədə-qorxu, rüşvət və hətta şantaj yolu ilə cəlb olunurlar? Məhz bu gün “General SVR” teleqram kanalı məlumat verdi ki, iyulun 15-də FSB direktoru Aleksandr Bortnikov Prezidentə Rusiyanın cənubunda, bir neçə bölgədə gizli səfərbərlik üzrə yeni üsulla eksperiment aparıldığını bildirib - potensial muzdlularıın bank hesabı bloklanır, sonra onlarla bankda bir FSB zabiti danışır və "dövlətə təcili ehtiyac" arqumenti ilə vətəni müdafiə etmək üçün sənəd "imzalatdırırlar".

- Və nəhayət, “xüsusi əməliyyatda” iştirak etmək üçün qulluğa qəbulu qızğın gedən həbs yerlərində hərbi vəzifəyə və ya hərbi ixtisasa çağırışın nə dəxli var?

“Gulagu.net” hüquq müdafiəsi layihəsi cəza çəkən məhkumların, onların yaxınlarının, eləcə də həbs yerlərindən yenicə azad edilmiş şəxslərin hekayələri əsasında bu barədə kifayət qədər dolğun məlumat yayır. “Gulagu.net”in “qaynar xətt”inə orduya qəbulla bağlı şikayətlər Nijni Novqorod, Voronej və Lipetsk vilayətlərinin, Mordoviya, Sankt-Peterburq və bir sıra cənub vilayətlərinin penitensiar müəssisələrindən daxil olur. Üstəlik, onlar təkcə qaynar nöqtələrdə xidmət edənləri deyil, həm də oğurluq və soyğunçuluq, dələduzluq, narkotik və silah alveri cinayətlərinə görə cəza çəkən, peşə bacarığı olmayan məhbusları da işə cəlb edirlər.

Putinin "Ukraynanın demilitarizasiyası və denazifikasiyası" və “Donbasda dinc əhaliyə qarşı qanlı cinayətlərə” görə məsuliyyət daşıyan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi ilə bağlı qarşıya qoyduğu tapşırıqlar yerinə yetirilməyib, "xüsusi əməliyyat" nəinki əvvəlki məqsədlərindən kənara çıxıb, məqsədləri artıq bir neçə dəfə dəyişib. Rusiya ordusunun bütün potensialının səfərbər olmasına baxmayaraq, əlavə qüvvələrin artması olmadan “əməliyyat” boğulur və qıcolmalara düşür.

Bəs bu necə “xüsusi əməliyyat”dır ki, məqsədləri, miqyası, qüvvə və vasitələrin iştirakı baxımından irimiqyaslı müharibə kateqoriyasına qalxıb?

Məsələn, Türkiyə başqa dövlətlərin ərazisində - Suriyada, İraqın şimalında xüsusi əməliyyatlar aparır, onları xüsusi təyinatlılarla ildırım sürəti ilə, bacarıqlı, peşəkar və təmiz həyata keçirir.

Rusiya isə, həqiqətən də, həmişə olduğu kimi, yenə də şansa ümid edirdi, amma bu dəfə də kərəntisi daşa dəydi. “Xüsusi əməliyyat” uğursuzluğa düçar oldu, onu davam etdirmək üçün qüvvələr və vasitələr tükəndi və səfərbərlik o halda elan oluna bilər ki, onun adı müharibəyə çevrilsin. Buna cəsarətləri varmı? İzləyib görəcəyik.
//AYNA//









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ərəbləri Qəzzadan köçürmək: Tramp nə danışır və nə düşünür? - AKTUAL
Bu gün, 10:53
"Özünə gəlib, danışa bilir.... - Hələ xəstəxanadadır..."
Bu gün, 10:50
Məktəb direktoru həbs olundu - BUNA GÖRƏ...
Bu gün, 10:47
Qarabağ havasının HAVALANDIRDIĞI İrəvan... - NƏ BAŞ VERİR?
Bu gün, 10:44
DTX Qusarda terrorçulara qarşı əməliyyat keçirib, 8 nəfər zərərsizləşdirilib, 6 nəfər həbs edilib - TƏFƏRRÜAT
Bu gün, 10:41
USAID rəsmiləri DOGE ilə münaqişədən sonra məzuniyyətə göndəriliblər
Bu gün, 10:22
Ukraynada gey-batalyonlar yaradılıb: - Görün nə işlə məşğuldurlar
Bu gün, 10:21
"Ya narkomana, ya da ki, 24 saat çayxanalarda nərd atan bir insana çevrilir..." - deputat
Bu gün, 10:19
“Artıq bu mövzuda Lavrovun yalanları, Peskovun özünü bilməzliyə vurması keçərli deyil...” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:13
Paşinyan Əliyevin tələbini qəbul etdi, məsələ tam bağlanır - Vardanyan
Bu gün, 10:12
Kredit faizləri niyə artır? – Düşəcəyi gözlənilirdi...
Bu gün, 10:09
7 nəfər Qarabağ QAZİSİNİ AMANSIZLIQLA DÖYÜB OBYEKTİNİ DAĞITDI - VİDEO
Bu gün, 10:04
BOKT-nin Müşahidə Şurasına dəyişikliklər olub
Bu gün, 10:03
“Yetim Sabir”in adamları Bakıda tutuldu - Əməliyyatda 15 nəfər saxlanılıb
Bu gün, 09:51
`Sahil - S İnşaat` MTK-da 165 ailə SUSUZ QALIB... - NARAZILIQ VAR...
Bu gün, 09:44
İmamoğludan növbədənkənar prezident seçkilərinə çağırış - FOTO
Bu gün, 09:39
“Sədərək Yusif”in oğlunun evindən oğurluq edən qadın qərardan narazıdır
Bu gün, 09:34
SOS: Bir azdan Azərbaycanda həkim tapılmayacaq - Almaniya GƏL-GƏL deyir
Bu gün, 09:32
Kəlbəcərdə baş verən dəhşətli qəza ilə bağlı təqsirli bilinən sürücüyə hökm oxundu - TƏFƏRRÜAT
Bu gün, 09:29
Sabiq deputat Eldəniz Səlimov azadlığa çıxıb - cəza müddəti başa çatıb...
Bu gün, 09:23
Bakıda xanım direktordan ŞOK ADDIM: Bahalı maşınını satdı və... - İDDİA
Bu gün, 09:21
Nizami rayonunda XAOTİK TİKİNTİ kimə sərf edir? - İLGİNC FAKTLAR...
Bu gün, 09:10
Cənab Şükürovun YARIMŞTAT MARAĞI... - BU NƏDİ BELƏ?..
Bu gün, 09:00
ABŞ CAR-a bütün maliyyə yardımını dayandıracaq - Tramp
Bu gün, 08:48
Vətəndaşdan Zaur Mikayılova ÇAĞIRIŞ: Evlərimiz təhlükədədir... - FOTOFAKT
Bu gün, 08:48
Burada nə yediyinizə diqqət edin... - MÜRACİƏT
Bu gün, 08:40
KONTAKT HOME yenə də narazılıq yaradır... - AXI NİYƏ?..
Bu gün, 08:34
Buna hüquq mühafizə orqanlarında baxıla bilərmi? - Ekspert danışır...
Bu gün, 08:26
Hikmət Hacıyev səmimi idi... görək İran nə edəcək... - Tehrana hara qədər güvənə bilərik?..
Bu gün, 08:19
Gömrük Komitəsi Qusarda sahibkarın obyektini ƏLƏ KEÇİRİR... - Bunun başqa ADI YOXDUR...
Bu gün, 08:14
Ermənistan Qazaxla sərhəddə hava həyəcanı elan edir - NƏ BAŞ VERİR?
Bu gün, 07:05
Maskın inflyasiyaya qarşı iddialı planı: Azərbaycan ondan dərs ala bilərmi? - AKTUAL
Bu gün, 06:51
“Ayı”nın ilk üç hədəfi: birini “öldürüb”, digərini “yaralayıb” və üçüncüsü… - GƏLİŞMƏ
Bu gün, 06:48
Qüvvələrimiz Ermənistana belə girə bilər - 107 illik müqavilə gündəmdə
Bu gün, 06:41
Bakı çox yüklənib, həm adamla, həm də maşınla... - NƏ ETMƏLİ?
Bu gün, 06:40
BU NƏDİ BELƏ: Yarışa getməyə pul tapa bilmirlər... - "Öz pulunuzla gedin!"
Bu gün, 06:28
"Sənətdə nələrin təbliğ olunduğu göz önündədir"
Bu gün, 06:21
Türkiyədən İrəvana getdi, erməniləri təhdid etdi... - “Razı olun, yoxsa…”
Bu gün, 06:16
Qaqauz lider Kişinyov hava limanında saxlanıldı - "Birinci Moldova" telekanalı
Bu gün, 06:12
670 min insan Rusiyadan geri göndərilə bilər - İLKİN MƏRHƏLƏDƏ...
Bu gün, 00:09
Bu gün məktəblərdə qış tətili başa çatır - DİQQƏT
Bu gün, 00:04
"Elə bilir Allahın ona borcu var..."
Dünən, 20:34
Əhalinin banklara nə qədər kredit borcu var? - TƏFƏRRÜAT
Dünən, 20:32
“İrəvan rəsmən Qarabağı Azərbaycanın ərazisi elan etsə də, çalışır ki...”
Dünən, 20:29
USAID-in internet saytı və onun X hesabı Trampın fərmanından sonra bağlanır - KİV
Dünən, 20:24
Naziləni Misirdə aldatdılar - VİDEO
Dünən, 16:36
ABŞ hərəkətə keçdi, Zelenski devrilir: yerinə kimlər gələ bilər? - SİYAHI
Dünən, 16:32
"Əgər Ermənistan öz yanlış, təxribatçı siaysətindən imtina edərsə..." - deputat
Dünən, 15:02
“Bir kişi ilə hər gecə eyni yatağa girmək istəmirəm” – Məşhur aktrisa
Dünən, 14:58
Paytaxtın parklanma dərdi nə zaman bitəcək? - Sıxlıq, xaos, cərimələr
Dünən, 14:55
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru