Geopolitik savaşda yeni mərhələ: dünya yenidən bölüşdürülür - Ağıllı davranış tələbi
Tarix: 26-01-2024, 14:26 | Çap et
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yanvarın 24-də keçirilən axşam iclasında deputatlar Azərbaycan nümayəndə heyətinin AŞPA-nın 2025-ci ilin yanvar sessiyasına qədər səsvermə hüququndan məhrum edilməsinə dair 15898 saylı qətnaməni təsdiqləyiblər. 76 deputat “lehinə”, 10 deputat “əleyhinə”, 4 nəfər bitərəf qalıb. Yalnız Ukrayna və Türkiyənin nümayəndələri Azərbaycanı dəstəkləyib, qətnamənin əleyhinə çıxış ediblər.
Sonda qətnamə müəllifləri vurğulayıblar ki, Azərbaycan AŞPA-dan çıxarılmır, sadəcə olaraq üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir və bu istiqamətdə konkret addımlar atmağa çağırılır.
Bundan əvvəl isə Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti iclasda bəyanatla çıxış edərək qurumda iştirakını dayandırdığını elan etmişdi. Bəyanatda Azərbaycan qürurlu, müstəqil, suveren, demokratik və multikultural bir dövlət olduğu, demokratiyanın şüurlu seçimimiz olduğu və və 1991-ci ildə müstəqilliyimizi bərpa etdikdən sonra Azərbaycanda insan hüquqlarının müdafiəsi və qanunun aliliyinin təmin edilməsi istiqamətində böyük irəliləyişlərə nail olduğu bildirilir.
Nümayəndə heyəti hesab edir ki, AŞPA 2001-ci ildən 2020-ci ilə qədər AŞPA işğalçı dövlət - Ermənistanı Avropa Şurasının (AŞ) əsas dəyər və prinsiplərinə zidd hərəkətlərinə görə cavab vermək barədə qınamayıb. Burada söhbət xüsusilə etnik təmizləməyə məruz qalmış azərbaycanlı qaçqın və məcburi köçkünlərin insan haqlarına qarşı açıq-aşkar hörmətsizlikdən gedir. Amma Azərbaycanın təcavüz, işğal və zorakı separatizm üzərində tarixi qələbəsindən, ərazi bütövlüyünün və suverenliyinin bərpa olunmasından sonra biz Azərbaycanı ləkələmək, Azərbaycan xalqına uzun müddətdir inkar edilən ədalətin bərpası istiqamətində ölkənin əldə etdiyi nailiyyətlərə kölgə salmaq üçün təşkil olunmuş qarayaxma kampaniyası ilə üz-üzəyik.
“Nümayəndə heyətimizin etimadnaməsini ratifikasiya etməkdən imtina ilə bağlı təklif bütövlükdə AŞ-ın etibarlılığına və qərəzsizliyinə ciddi zərbə olacaq, bunun ciddi və geri dönməz nəticələrinə görə məsuliyyət tamamilə onun təşəbbüskarlarının üzərinə düşəcək. Dünyada heç kim, o cümlədən bu zalda əyləşənlər Azərbaycanla təhdid və şantaj dili ilə danışa bilməzlər. AŞPA-nın tarixində heç vaxt bu təşkilat özünü belə biabırçı şəkildə aparmayıb. AŞPA-da mövcud olan dözülməz irqçilik, Azərbaycanofobiya və İslamofobiya mühiti fonunda Azərbaycan nümayəndə heyəti AŞPA ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarına gəlib”, - deyə Azərbaycan nümayəndə heyəti bəyan edib. Nümayəndə heyəti bəyanatı səsləndirəndən sonra məkanı tərk edib.
Baş verən siyasi gərginliyin səbəb və nəticələri ilə bağlı AYNA-ya danışan Azad Demokratlar Partiyasının (AZDP) rəhbəri, politoloq Sülhəddin Əkbər deyib ki, Qarabağ məsələsi hərbi müstəvidə həll olunduqdan sonra siyasi-diplomatik, hüquqi və müəyyən qədər də kəşfiyyat sahəsində savaşın olacağı gözlənilən idi:
- Hazırda siyasi-diplomatik savaş, hüquqi proseslər gözümüzün qarşısında baş verməkdədir. Hesab edirəm ki, tərəflərin münasibətlərində gərginliklər getdikcə daha da artacaq, kəskinləşəcək.
AŞ Avropanın təhlükəsizlik sisteminin institutlarından biridir. Avropa təhlükəsizlik sisteminin dörd əsas institutu var – NATO-Avrapa Birliyi, ATƏT və AŞ. AŞ ən zəif institutdur, çünki xüsusi icra mexanizmi yoxdur. AŞ-ın qəbul etdiyi qərarlar əsasən siyasi tövsiyyə xarakterlidir və demokratiya, insan haqları, qanunun aliliyi prinsiplərinin üzv ölkələrdə inkişafına, möhkəmlənməsinə xidmət göstərir. Zaman-zaman da bu sahələrdə problemlər yarananda o problemlərin aradan qaldırılmasına çağırışlar edir. Azərbaycan 2001-ci ilin yanvar ayından AŞ-a üzv olub. O vaxt Azərbaycanı AŞ-a şərtli qəbul etmişdilər. Maraqlıdır, 2001-ci ildən üzv olan Azərbaycan öhdəliklərini yerinə yetirməyibsə, bugünədək AŞ bu addımı niyə atmayıb. Azərbaycan cəmiyyətində də, demokratik dairələrdə də bu sual səslənir. 2001-ci ildə AŞ-ın Azərbaycandan qanunun aliliyi, insan haqları və digər bir çox məsələlərlə bağlı tələbləri yerinə yetirilməyib. Hətta ümumi tələblərlə yanaşı, konkret tələblər də vardı ki, onların bir çoxu həqiqətən də yerinə yetirilməyib. O zaman sual olunur, nəyə görə AŞ bugünədək kəskin mövqe nümayiş etdirmirdi?!
- Sizcə, AŞ indi niyə kəskin qərar verdi?
- AŞ-ı tələblərinin Azərbaycan tərəfindən yerinə yetirilməməsi narahat etmirdi. Narahat etsəydi, 2001-ci ildən keçən 23 ildə hansısa kəskin addım atardı. İndi vəziyyət dəyişib. Hazırda dünyanın yeni nizamı quruculuğu gedir. Bununla bağlı geopolitik savaş gedir və bu, hərtərəfli strateji xarakter daşıyır. Nəzərə almaq lazımdır ki, Qarabağ məsələsi həm Rusiya, həm İran, həm Çin, Türkiyə, Britaniya üçün, həm də Qərb üçün strateji xarakter daşıyır. Bütün tərəflər anlayır ki, geopolitik savaşın həlledici mərhələsinə qədəm qoyulub. Dünyanın yenidən bölünməsi prosesi gedir və bu mübarizədə kim hansı tərəfdə olacaq, mübarizə bitdikdən sonra kim hansı tərəfdə qalacaq sualı qlobal suala çevrilib. Bir neçə böyük oyunçu var ki, yeni dünya düzəninin qurucusu olmaq iddiasındadır. Birincisi, “Soyuq müharibə”də qalib olan ABŞ və yanındakı Böyük Britaniyadır, onların öz layihə-proqramı var. İkinci güc Avropa Birliyidir ki, “Qlobal qapı” layihəsini ortaya qoyub. Rusiyanın proqramı bəllidir – SSRİ-nin yeni şərait və şərtlərdə bərpasıdır. Çinin “Bir kəmər-bir yol” və Türkiyənin Turan proyekti mövcuddur. Əvvəlki qlobal güclər anlayırlar ki, Türkiyə Turan proqramı ilə yeni oyunçu iddiasındadır. Bu oyunçunun da strateji müttəfiqi Azərbaycandır.
- Demək istəyirsiniz ki, Azərbaycana qarşı təzyiqlər, addımlar həm də Türkiyəyə görədir?
- Əlbəttə, bu faktor güclüdür. Məsələ budur ki, qlobal güclərin maraqları toqquşur. Türkiyədən qlobal güc yox, tərəf seçmək tələb olunur. Türkiyənin köhnə dünya nizamında tərəfi bəllidir – Ankara Qərb blokunda yer alır. Amma indi Ankara böyük iddia ortaya qoyduğuna görə maraqlar toqquşur. İlk növbədə də Avropa və ABŞ-la. Türkiyənin proqramı Rusiya və Çinin maraqları ilə də toqquşur. Amma hələlik Türkiyənin layihəsi olan Turan formalaşmadığına görə Rusiya və Çin gözləmə mövqeyindədir. Eyni zamanda, türkiyə Qərblə toqquşmada olduğuna görə, Rusiya və Çin hələlik Turan layihəsinə səssiz qalırlar. Amma Qərblə kəskinləşən münasibətlərdə səngimə olan kimi, o yeri Rusiya və Çin tutacaq. Bu geopolitik mənzərəyə baxdıqda görürük ki, Qarabağ məsələsi də bu savaşda önəmli yer tutur. Ona görə də baş verənləri bu kontekstdən dəyərləndirmək vacibdir.
- Bu savaşın ortasında nə etməliyik?
- Ağıllı davranmalıyıq. Siyasi-diplomatik, hüquqi və kəşfiyyat savaşı getdikcə daha da dərinləşəcək və buna hazır olmalıyıq. Burada Azərbaycanı təxribata da çəkəcəklər, səhv etməyə təhrik edəcəklər. İçəridəki “beşinci kolon” yaranmış fürsətdən qızışdırıcılıq siyasətini körükləyəcək. Məsələn, bu dəqiqə Rusiya və İranın “beşinci kolon”una verilən əsas tapşırıqlardan birin anti-Qərb təbliğatının gücləndirilməsidir. Azərbaycan bu təxribatlara getməməlidir. Ölkəmiz ilk növbədə, müttəfiqləri ilə, tərəfdaşları ilə məsləhətləşməli, ölçülü-biçili adekvat addımlar atmalıdır. Belə bir atalar sözümüz var: “hirslə qalxan, zərərlə oturar”. Hirslə qalxmamalıyıq, emosiya ilə hərəkət etməməliyik ki, zərərlə oturmayaq. Xüsusən də bu, siyasi qərar verənlərə aiddir. Onlar dövləti idarə edirlər və xalqın, dövlətin maraqlarına uyğun adekvat qərar verməlidirlər.
- Azərbaycan nümayəndə heyətinin AŞPA-da fəaliyyətini dayandırması ilə bağlı qərarı adekvat idi?
- Məncə, hirsli və emosional qərar idi. Sıravi vətəndaş, yaxud hansısa partiya sədri, QHT rəhbəri, ziyalı emosional ola bilər, bu, normaldır. Amma siyasi qərar qəbul olunanda millət və dövlət məsuliyyətini anlayaraq hərəkət etmək lazımdır.
AŞPA-nın qərarı ilə bağlı bir müddətdən sonra duyğusal yanaşma keçəcək. Biz adekvat davranmalıyıq. Eyni zamanda, siyasi, diplomatik, hüquqi, kəşfiyyat müstəvisində fəaliyyətimizi genişləndirməliyik. O müstəvini düşmənlərə buraxmamalıyıq. Çünki düşmənlərimizin də məqsədi məhz o müstəvini buraxmağımızdır.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Fransa kimi əldəqayırma bir dövlətdə... " - partiya sədri
Bu gün, 06:34 |
|
|
|
• Paşinyandan müharibə bəyanatı: Bu, gözlənilən idi - AKTUAL
Bu gün, 06:28 |
|
|
|
• Təyyarəmizin raketlə vurulmasından Putinin xəbəri olub - BU FAKTDIR!
Bu gün, 06:25 |
|
|
|
• Bakı tələb etdi, İrəvan razılaşmadı... - Müqavilədəki o bənd pozulur
Bu gün, 06:22 |
|
|
|
• FHN 205 minlik tenderi simsar şirkətə verdi: - “Qafqaznet” kimə məxsusdur?
Bu gün, 02:05 |
|
|
|
• “Atamla anam aktrisa olmağıma dəstək verdilər, kaşki...”
Bu gün, 01:59 |
|
|
|
• Bakıda qadın müğənnini bıçaqlayıb xəstəxanalıq etdilər - TƏFƏRRÜAT
Bu gün, 01:56 |
|
|
|
• “Ağsu Rayon İcra Hakimiyyətinin başçısı məni acılayıb dedi ki..” - İDDİA+ŞİKAYƏT
Bu gün, 01:53 |
|
|
|
• ŞUŞANIN AZAD OLUNMASI UĞRUNDA DÖYÜŞÜB, MEDAL VERMƏYİBLƏR... – “Elçin Babayev dedi ki, Vətən üçün etmisiniz”
Bu gün, 01:45 |
|
|
|
• "İnstaqramda milyonlarla izləyicin olsa da, əsas televiziyadır"
Bu gün, 00:11 |
|
|
|
• Trampın Ağ Evdəki ilk 10 günü - “Öncə Amerika”, Ukrayna, miqrantlar və...
Bu gün, 00:06 |
|
|
|
• "Qərb Cənubi Qafqaza özünün mübarizə meydanı kimi baxır" - FAKT BUDUR!
Bu gün, 00:02 |
|
|
|
• "BAKININ MƏŞHUR İCRA BAŞÇILARINDAN BİRİ MƏNDƏN YAZDIRIR" - Sabiq icra başçısı elə iddia irəli sürdü ki...
Bu gün, 00:00 |
|
|
|
• "Binokl diplomatiyası" Azərbaycanın təhlükəsizliyinə heç bir təhdid yaratmır - ŞƏRH
Dünən, 21:02 |
|
|
|
• Aİ-nin Ermənistandakı missiyası “gərgin” işləyir: - durbinlə baxır, kofe içir…
Dünən, 20:57 |
|
|
|
• Rusiyadan Azərbaycana müsbət cavab – “Əgər razılaşsaq…”
Dünən, 19:06 |
|
|
|
• Ermənistanda hərbi hərəkətlənmə: - “Azərbaycan qabaqlayıcı tədbir görməlidir”
Dünən, 19:02 |
|
|
|
• AŞPA-ya ETİRAZ: - “Bəs onda niyə danışmırdılar?”
Dünən, 19:00 |
|
|
|
• Zəngəzur dəhlizi açılmasa, Ermənistan Orta dəhlizin gələcəyində iştirak etməyəcək - ŞƏRH
Dünən, 18:58 |
|
|
|
• Geri çağrılan "Lay's" kartof çipsləri Azərbaycana da idxal edilibmi? - AÇIQLAMA
Dünən, 18:03 |
|
|
|
• ÜÇ DÖVLƏT QURUMUNUN BİRLƏŞDİRİLMƏSİ GÖZLƏNİLİR - Əmlak sahəsində geniş islahatlara start verilir
Dünən, 18:01 |
|
|
|
• Trampdan ilham almış rus tarixçisi: - “Fin körfəzinin adı dəyişməlidir”
Dünən, 17:56 |
|
|
|
• Banklarda əmanət artıb: Faizlər yüksəlib, ya inam? - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 17:48 |
|
|
|
• 16 yaşlı Əjdər Quluzadə leykoz xəstəsidir, ana kömək istəyir
Dünən, 17:45 |
|
|
|
• Saxta plastik cərrahlar üçün SON GÜN - Sabahdan....
Dünən, 17:36 |
|
|
|
• Tramp və Paşinyanın sirli fotosu – “Bunun üçün hər yola əl atılır”
Dünən, 17:28 |
|
|
|
• Paşinyan sülh layihəsindən danışdı – “Konkret faydalar verə bilər”
Dünən, 17:26 |
|
|
|
• Gürcüstan AŞPA-nı tərk edir: Qərbin şantajı alınmadı - Elçin Alıoğlu yazır...
Dünən, 17:23 |
|
|
|
• Müdafiə Nazirliyinin sabiq vəzifəli şəxsləri nədə ittiham olunur? - TƏFƏRRÜAT
Dünən, 17:09 |
|
|
|
• “Xəstəxana xərclərini ödəmək üçün kredit götürmüşük” - Niyazi Mehdinin xanımı
Dünən, 17:01 |
|
|
|
• Tramp təyyarə qəzasını sabotaj hesab edir
Dünən, 16:42 |
|
|
|
• Suraxanı RİH bu Hövsan sakinlərini palçıqdan çıxarmır – “Biz hansı dövrdə yaşayırıq” (VİDEO)
Dünən, 16:39 |
|
|
|
• DTX-dan xüsusi əməliyyat: - 500 min dollara casusluq edən Validə generallar haqda nə deyib?
Dünən, 16:37 |
|
|
|
• Ermənistan qulağa xoş gələn avazlar oxumaq əvəzinə konkret addımlar atmalıdır - ÇAĞIRIŞ
Dünən, 16:35 |
|
|
|
• Azərbaycan banklarına hücum Rusiyadan təşkil olunub? – Mühüm detal
Dünən, 16:28 |
|
|
|
• Tehran və Moskvanın narahatlığı bəlli oldu - Zəngəzur dəhlizinə nəzarət dəyişir
Dünən, 16:26 |
|
|
|
• Pulu daşdan çıxan qadın 63 yaşında sosial şəbəkədə fenomen oldu: - “Deyirlər övladı haradadır?!”
Dünən, 16:23 |
|
|
|
• Jurnalistə bu universitetdə VƏZİFƏ VERİLDİ
Dünən, 16:16 |
|
|
|
• "Nədən canı ağrıyan insanlar bu qədər əziyyətə məcbur edilir?" - NARAZILIQ VAR...
Dünən, 16:06 |
|
|
|
• Azərbaycanlı milyarderi `batırmaq` istəyən iş adamı saxlanıldı - TƏFƏRRÜAT
Dünən, 15:59 |
|
|
|
• Kürdəmirdə bir məktəbi 100 şagird tərk edib? - BU NƏDİ BELƏ?..
Dünən, 15:57 |
|
|
|
• “BİZİ ÖZ EVİMİZƏ HƏBS EDİBLƏR" - GİLEY
Dünən, 15:54 |
|
|
|
• Ölkədən pul çıxaran “ASCO Logistics”lə bağlı sabah qərar veriləcək - DETALLAR
Dünən, 15:33 |
|
|
|
• Azərbaycanda bank faizləri çox yüksəkdir... - BƏS NƏ EDƏK?..
Dünən, 15:30 |
|
|
|
• 20-dən çox sərnişin Krasnoyarsk-Bakı reysi ilə uçmaqdan imtina edib - SƏBƏB
Dünən, 15:25 |
|
|
|
• Bakı, Tiflis və İrəvan arasında nə baş verir? – Badalyan
Dünən, 15:24 |
|
|
|
• Yaxın vaxtlarda AŞ ilə Gürcüstanın əlaqələrinin normallaşması gözlənilmir
Dünən, 15:22 |
|
|
|
• Əhalinin banklara nə qədər kredit borcu var? - FAİZ FAİZ ÜSTÜNƏ GƏLİR...
Dünən, 15:17 |
|
|
|
• Azərbaycanda tanınmış ekspert HƏBS EDİLDİ - BUNA GÖRƏ...
Dünən, 15:15 |
|
|
|
• Abşeron icra hakimiyyətinin iki idarəsinin 280 min borcu var
Dünən, 15:13 |
|
|
|
|