"Fransa kimi əldəqayırma bir dövlətdə... " .....                     Paşinyandan müharibə bəyanatı: Bu, gözlənilən idi .....                     Təyyarəmizin raketlə vurulmasından Putinin xəbəri olub .....                     Bakı tələb etdi, İrəvan razılaşmadı... .....                     FHN 205 minlik tenderi simsar şirkətə verdi: .....                     “Atamla anam aktrisa olmağıma dəstək verdilər, kaşki...” .....                     Bakıda qadın müğənnini bıçaqlayıb xəstəxanalıq etdilər .....                     “Ağsu Rayon İcra Hakimiyyətinin başçısı məni acılayıb dedi ki..” .....                     ŞUŞANIN AZAD OLUNMASI UĞRUNDA DÖYÜŞÜB, MEDAL VERMƏYİBLƏR... .....                     "İnstaqramda milyonlarla izləyicin olsa da, əsas televiziyadır" .....                     Trampın Ağ Evdəki ilk 10 günü .....                     "Qərb Cənubi Qafqaza özünün mübarizə meydanı kimi baxır" .....                     "BAKININ MƏŞHUR İCRA BAŞÇILARINDAN BİRİ MƏNDƏN YAZDIRIR" .....                     "Binokl diplomatiyası" Azərbaycanın təhlükəsizliyinə heç bir təhdid yaratmır .....                     Aİ-nin Ermənistandakı missiyası “gərgin” işləyir: .....                     Rusiyadan Azərbaycana müsbət cavab .....                     Ermənistanda hərbi hərəkətlənmə: .....                     AŞPA-ya ETİRAZ: .....                     Zəngəzur dəhlizi açılmasa, Ermənistan Orta dəhlizin gələcəyində iştirak etməyəcək .....                     Geri çağrılan "Lay's" kartof çipsləri Azərbaycana da idxal edilibmi? .....                     ÜÇ DÖVLƏT QURUMUNUN BİRLƏŞDİRİLMƏSİ GÖZLƏNİLİR .....                     Trampdan ilham almış rus tarixçisi: .....                     Banklarda əmanət artıb: Faizlər yüksəlib, ya inam? .....                     16 yaşlı Əjdər Quluzadə leykoz xəstəsidir, .....                     Saxta plastik cərrahlar üçün SON GÜN .....                     Tramp və Paşinyanın sirli fotosu .....                     Paşinyan sülh layihəsindən danışdı .....                     Gürcüstan AŞPA-nı tərk edir: Qərbin şantajı alınmadı .....                     Müdafiə Nazirliyinin sabiq vəzifəli şəxsləri nədə ittiham olunur? .....                     “Xəstəxana xərclərini ödəmək üçün kredit götürmüşük” .....                     Tramp təyyarə qəzasını sabotaj hesab edir .....                     Suraxanı RİH bu Hövsan sakinlərini palçıqdan çıxarmır .....                     DTX-dan xüsusi əməliyyat: .....                     Ermənistan qulağa xoş gələn avazlar oxumaq əvəzinə konkret addımlar atmalıdır .....                     Azərbaycan banklarına hücum Rusiyadan təşkil olunub? .....                     Tehran və Moskvanın narahatlığı bəlli oldu .....                     Pulu daşdan çıxan qadın 63 yaşında sosial şəbəkədə fenomen oldu: .....                     Jurnalistə bu universitetdə .....                     "Nədən canı ağrıyan insanlar bu qədər əziyyətə məcbur edilir?" .....                     Azərbaycanlı milyarderi `batırmaq` istəyən iş adamı saxlanıldı .....                 

Siyasi elitada fiqurların yeri dəyişir: oliqarx “Gürcü Arzusu”nu seçkiyə hazırlayır - GƏLİŞMƏ
Tarix: 1-02-2024, 06:43 | Çap et
Siyasi elitada fiqurların yeri dəyişir: oliqarx “Gürcü Arzusu”nu seçkiyə hazırlayır
Dünən axşam saatlarında Gürcüstanın Baş naziri İrakli Qaribaşvili istefa verdiyini açıqladı. Bu qərar hakim “Gürcü Arzusu” Partiyasının fevralın 1-də keçiriləcək qurultayında rəsmən elan olunacaq. Baş nazir dünən Tbilisidə keçirdiyi brifinqdə istefa verdiyini açıqlayıb. Qaribaşvilinin sözlərinə görə, bu barədə qərar “Gürcü Arzusu” Partiyasının Siyasi Şurasında qəbul edilib.

Partiyadaxili demokratiyanın vacibliyini vurğulayan siyasətçi “başqalarına da imkan vermək lazımdır” deyib. Qaribaşvili “Gürcü Arzusu”nun sədri olmaq təklifi aldığını da qeyd edib.

Baş nazir çıxışında vurğulayıb ki, hakimiyyətdə kadr dəyişiklikləri daxili demokratiyadan xəbər verir: “Gizlətməyəcəm, biz Siyasi Şurada yaya qədər, seçki kampaniyası başlayana qədər qalmaq imkanını müzakirə etdik. Lakin mən bu qərarı indi vermək qərarına gəldim”.

Qeyd edək ki, Qaribaşvili 2013-2015-ci illərdə və 2021-ci ilin fevralından indiyədək Gürcüstanın Baş naziri olub. O əvvəllər ölkənin Daxili İşlər Nazirliyinə və Müdafiə Nazirliyinə rəhbərlik edib.

Hökumətyönlü “İmedi” telekanalı hökumət və parlamentdəki məlumatlı mənbələrə istinadən xəbər verib ki, xarici işlər naziri də daxil olmaqla, altı nazir hökumətdəki postlarını tərk edəcək. Məlumata görə, xarici işlər, ədliyyə, səhiyyə, müdafiə və mədəniyyət nazirliklərinin rəhbərlərinin dəyişəcəyi gözlənilir. O cümlədən, Gürcüstan Parlamentinin sədr müavini İrakli Çikovaninin müdafiə naziri postuna namizədliyinə baxılır.

Qaribaşvilini Baş nazir postunda “Gürcü Arzusu”nun hazırkı sədri İrakli Kobaxidze əvəz edəcək. Bundan başqa, mətbuatda yayılan xəbərlərə görə, “Gürcü Arzusu”nun qurucusu, milyarder Bidzina İvanişvilinin böyük oğlu Uta İvanişvili də siyasi səhnəyə çıxacaq.

Qeyd edək ki, 2023-cü ildə İvanişvili “Gürcü Arzusu”nun fəxri sədri vəzifəsini tutdu və qeyd etdi ki, o “hakim partiyanı korrupsiya risklərindən qorumaq” üçün siyasətə qayıdır.

Baş nazirin istefasını şərh edən “Nation.ge”nin analitiki, gürcü ekspert David Avalişvili hesab edir ki, Gürcüstan hakim elitasında əsas fiqurların dəyişdirilməsi qərarı ilk növbədə, hazırkı Baş nazir İrakli Qaribaşvili ətrafındakı qalmaqallı məsələlərlə bağlıdır: “Xüsusilə, onun Qərb universitetlərindən birinə oxumağa gedən oğlunu hökumət təyyarəsində müşayiət etməsi əhvalatı böyük səs-küyə səbəb oldu. Başqa bir qalmaqal isə Baş nazirin həyat yoldaşı Nunuka Tamazaşvili ətrafında yarandı. Bağ evinin yanındakı böyük bir meşə sahəsinin Qaribaşvili ailəsinə ixtiyarına verilməsi məsələsi də qalmaqala səbəbn oldu. Bu qalmaqallar seçkilər öncəsi hakim partiyanı xeyli zəiflətdi və Bidzina İvanişvili hərəkətə keçmək qərarına gəldi”.

Analitik eyni zamanda, hesab edir ki, hakim partiyanın yaradıcısını istiqamətləndirən əsas məsələ oktyabr ayında keçiriləcək seçkilərin “unikal konfiqurasiyası”dır: “Bu ölkə tarixində seçkinin sırf proporsional əsasda keçirilən ilk seçkilərdir. “Gürcü Arzusu” seçkidən sonra Gürcüstan üçün ənənəvi olan inqilab cəhdlərindən qorunmaq üçün Mixail Saakaşvilinin partiyasını böyük üstünlüklə məğlub etməlidir”.

Azərbaycanlı politoloq, “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu AYNA-ya deyib ki, Gürcüstanda bu proseslərin arxasında şübhəsiz ki, oliqarx İvanişvili dayanır: “Guya İvanişvili siyasətdə yoxdur, amma Gürcüstandakı bütün proseslər onun nəzarətindədir. İndi siyasi elita içərisində baş verən dəyişiklik əmrini verən də İvanişvilinin özüdür. Oliqarx bununla iki həmlə edir: birincisi, Qaribaşvilinin yerinə Kobaxidzeni gətirib onu da yoxlamaq, sınaqdan keçirmək istəyir, ikincisi, oktyabrda keçiriləcək parlament seçkilərinə hazırlıq görür. Gürcüstanda cəmiyyətin müəyyən kəsiminin indiki hakimiyyətdən narazılığı var. İvanişvili Qaribaşvilini arxa plana atmaqla cəmiyyətin narazı kəsimini də nisbətən sakitləşdirmiş olur. Mesaj verir ki, “baxın, Gürcüstana yeni nəfəs gəlir”. Hesab edirəm ki, bu, çox hiyləgər gedişdir”.

“Ümumiyyətlə, Gürcüstanda hakim elita rotasiya qaydasında tez-tez dəyişir. Bununla “Gürcü Arzusu” hakimiyyət müddətini uzatmağa hesablanmış addımlardır. Hesab edirəm ki, İvanişvili bu seçkilərdə də “Gürcü Arzusu”nun hakimiyyətdə qalması üçün gedişlər edir ki, bundan sonra da ölkəyə nəzarəti əlində saxlaya bilsin”, - analitik fikrini tamamlayıb.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Fransa kimi əldəqayırma bir dövlətdə... " - partiya sədri
Bu gün, 06:34
Paşinyandan müharibə bəyanatı: Bu, gözlənilən idi - AKTUAL
Bu gün, 06:28
Təyyarəmizin raketlə vurulmasından Putinin xəbəri olub - BU FAKTDIR!
Bu gün, 06:25
Bakı tələb etdi, İrəvan razılaşmadı... - Müqavilədəki o bənd pozulur
Bu gün, 06:22
FHN 205 minlik tenderi simsar şirkətə verdi: - “Qafqaznet” kimə məxsusdur?
Bu gün, 02:05
“Atamla anam aktrisa olmağıma dəstək verdilər, kaşki...”
Bu gün, 01:59
Bakıda qadın müğənnini bıçaqlayıb xəstəxanalıq etdilər - TƏFƏRRÜAT
Bu gün, 01:56
“Ağsu Rayon İcra Hakimiyyətinin başçısı məni acılayıb dedi ki..” - İDDİA+ŞİKAYƏT
Bu gün, 01:53
ŞUŞANIN AZAD OLUNMASI UĞRUNDA DÖYÜŞÜB, MEDAL VERMƏYİBLƏR... – “Elçin Babayev dedi ki, Vətən üçün etmisiniz”
Bu gün, 01:45
"İnstaqramda milyonlarla izləyicin olsa da, əsas televiziyadır"
Bu gün, 00:11
Trampın Ağ Evdəki ilk 10 günü - “Öncə Amerika”, Ukrayna, miqrantlar və...
Bu gün, 00:06
"Qərb Cənubi Qafqaza özünün mübarizə meydanı kimi baxır" - FAKT BUDUR!
Bu gün, 00:02
"BAKININ MƏŞHUR İCRA BAŞÇILARINDAN BİRİ MƏNDƏN YAZDIRIR" - Sabiq icra başçısı elə iddia irəli sürdü ki...
Bu gün, 00:00
"Binokl diplomatiyası" Azərbaycanın təhlükəsizliyinə heç bir təhdid yaratmır - ŞƏRH
Dünən, 21:02
Aİ-nin Ermənistandakı missiyası “gərgin” işləyir: - durbinlə baxır, kofe içir…
Dünən, 20:57
Rusiyadan Azərbaycana müsbət cavab – “Əgər razılaşsaq…”
Dünən, 19:06
Ermənistanda hərbi hərəkətlənmə: - “Azərbaycan qabaqlayıcı tədbir görməlidir”
Dünən, 19:02
AŞPA-ya ETİRAZ: - “Bəs onda niyə danışmırdılar?”
Dünən, 19:00
Zəngəzur dəhlizi açılmasa, Ermənistan Orta dəhlizin gələcəyində iştirak etməyəcək - ŞƏRH
Dünən, 18:58
Geri çağrılan "Lay's" kartof çipsləri Azərbaycana da idxal edilibmi? - AÇIQLAMA
Dünən, 18:03
ÜÇ DÖVLƏT QURUMUNUN BİRLƏŞDİRİLMƏSİ GÖZLƏNİLİR - Əmlak sahəsində geniş islahatlara start verilir
Dünən, 18:01
Trampdan ilham almış rus tarixçisi: - “Fin körfəzinin adı dəyişməlidir”
Dünən, 17:56
Banklarda əmanət artıb: Faizlər yüksəlib, ya inam? - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 17:48
16 yaşlı Əjdər Quluzadə leykoz xəstəsidir, ana kömək istəyir
Dünən, 17:45
Saxta plastik cərrahlar üçün SON GÜN - Sabahdan....
Dünən, 17:36
Tramp və Paşinyanın sirli fotosu – “Bunun üçün hər yola əl atılır”
Dünən, 17:28
Paşinyan sülh layihəsindən danışdı – “Konkret faydalar verə bilər”
Dünən, 17:26
Gürcüstan AŞPA-nı tərk edir: Qərbin şantajı alınmadı - Elçin Alıoğlu yazır...
Dünən, 17:23
Müdafiə Nazirliyinin sabiq vəzifəli şəxsləri nədə ittiham olunur? - TƏFƏRRÜAT
Dünən, 17:09
“Xəstəxana xərclərini ödəmək üçün kredit götürmüşük” - Niyazi Mehdinin xanımı
Dünən, 17:01
Tramp təyyarə qəzasını sabotaj hesab edir
Dünən, 16:42
Suraxanı RİH bu Hövsan sakinlərini palçıqdan çıxarmır – “Biz hansı dövrdə yaşayırıq” (VİDEO)
Dünən, 16:39
DTX-dan xüsusi əməliyyat: - 500 min dollara casusluq edən Validə generallar haqda nə deyib?
Dünən, 16:37
Ermənistan qulağa xoş gələn avazlar oxumaq əvəzinə konkret addımlar atmalıdır - ÇAĞIRIŞ
Dünən, 16:35
Azərbaycan banklarına hücum Rusiyadan təşkil olunub? – Mühüm detal
Dünən, 16:28
Tehran və Moskvanın narahatlığı bəlli oldu - Zəngəzur dəhlizinə nəzarət dəyişir
Dünən, 16:26
Pulu daşdan çıxan qadın 63 yaşında sosial şəbəkədə fenomen oldu: - “Deyirlər övladı haradadır?!”
Dünən, 16:23
Jurnalistə bu universitetdə VƏZİFƏ VERİLDİ
Dünən, 16:16
"Nədən canı ağrıyan insanlar bu qədər əziyyətə məcbur edilir?" - NARAZILIQ VAR...
Dünən, 16:06
Azərbaycanlı milyarderi `batırmaq` istəyən iş adamı saxlanıldı - TƏFƏRRÜAT
Dünən, 15:59
Kürdəmirdə bir məktəbi 100 şagird tərk edib? - BU NƏDİ BELƏ?..
Dünən, 15:57
“BİZİ ÖZ EVİMİZƏ HƏBS EDİBLƏR" - GİLEY
Dünən, 15:54
Ölkədən pul çıxaran “ASCO Logistics”lə bağlı sabah qərar veriləcək - DETALLAR
Dünən, 15:33
Azərbaycanda bank faizləri çox yüksəkdir... - BƏS NƏ EDƏK?..
Dünən, 15:30
20-dən çox sərnişin Krasnoyarsk-Bakı reysi ilə uçmaqdan imtina edib - SƏBƏB
Dünən, 15:25
Bakı, Tiflis və İrəvan arasında nə baş verir? – Badalyan
Dünən, 15:24
Yaxın vaxtlarda AŞ ilə Gürcüstanın əlaqələrinin normallaşması gözlənilmir
Dünən, 15:22
Əhalinin banklara nə qədər kredit borcu var? - FAİZ FAİZ ÜSTÜNƏ GƏLİR...
Dünən, 15:17
Azərbaycanda tanınmış ekspert HƏBS EDİLDİ - BUNA GÖRƏ...
Dünən, 15:15
Abşeron icra hakimiyyətinin iki idarəsinin 280 min borcu var
Dünən, 15:13
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru