Ermənistanda çevriliş atmosferi: Rusiya Xocalı canisini istəyir, Qərb isə... - İNCƏLƏMƏ
Tarix: 1-03-2024, 09:17 | Çap et
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik.
- Uzun müddətdir Qərbin bəzi dövlətləri Azərbaycanın Ermənistana hücum edəcəyi tezisinin üzərində dayanırlar. Hətta bu, Avropa Parlamentinin Azərbaycana qarşı son müzakirələrində də gündəmə çıxarıldı və bu yöndə Brüsselə sanksiya çağırışları edildi. Qərbin gündəmdən düşürmək istəmədiyi bu tezisinin arxasında hansı məqamlar var?
- Azərbaycanın İkinci Qarabağ Müharibəsindəki qələbəsi, 19 sentyabr antiterror əməliyyatı – bu uğurlarımız Avropadakı bəzi dairələri qorxudub. Düşünürlər ki, Azərbaycan bu qələbələrdən sonra öz hədəflərinə çatmaq üçün bir az da irəliləyə bilər. Prezident İlham Əliyevin də dediyi kimi, Azərbaycanın Ermənistana hücum planı yoxdur. Biz növbəti müharibə də istəmirik. Dialoq, anlaşma və Ermənistanla sülh müqaviləsinin imzalanmasını istəyirik.
Amma Ermənistan bu məsələlərin həllini uzadır, 10 noyabr bəyanatının bəndlərini yerinə yetirmir, dəhlizi açmır, sərhədlər müəyyənləşməyib. Üstəgəl, Paşinyanın ritorikası sərtləşib, heç Avropada bu barədə danışan yoxdur.
Bütün məsələləri Azərbaycana yükləməyə çalışırlar. Əlbəttə, bu, ədalətsiz mövqedir. Amma belə çıxışlar və bəyanatlar Azərbaycanın mövqeyini dəyişməyəcək. Tələblərimiz gündəmdə qalır: kəndlərimiz qaytarılmalıdır, dəhliz açılmalıdır. Amma bunlar o demək deyil ki, biz Ermənistana qarşı güc tətbiq etməyə hazırlaşırıq.
Erməni lobbisi də belə şayiələr yayır, məqsəd bütün dairələri Azərbaycana qarşı ayağa qaldırmaqdır. Amma Avropa Parlamenti Azərbaycana nə edə bilər?! Biz Avropa Birliyinin üzvü deyilik ki, bizə qarşı sanksiya tətbiq etsinlər, əksinə, Avropa bizdən asılıdır, neft-qazımızdan asılılığı var.
Avropa Parlamentinin bir neçə üzvü çıxış edib ki, guya Ermənistana hücum olsa, Azərbaycandan neft-qaz almayaq. Rusiyadan neft-qaz almırlar, yaxşı, bizdən də almasalar, evlərini qışda necə qızdıracaqlar? Halbuki Azərbaycanın Ermənistana hücum etmək kimi planı yoxdur.
Önəmlisi Avropa Birliyinin icra strukturlarının nə düşünmələridir. Onlar isə bizimlə əməkdaşlığı davam etdirmək istəyirlər, rəsmilərimizlə də dialoqu davam etdirirlər.
- Mümkündürmü ki, özlərinin Azərbaycan, Ermənistan, ümumən bölgə ilə bağlı planları var və bu tezislə həmin planların icrasına zəmin yaratmağa çalışırlar?
- Məncə, belə bir plan var. Amma bu, Ermənistanla bağlıdır, çünki Azərbaycana təsir imkanları yoxdur. Azərbaycan müstəqil dövlətdir, öz siyasətini yürüdür, Avropadan asılacağımız yoxdur. Bu planı Ermənistan üzərindən hazırlayıblar. Plan nədən ibarətdir?
Rusiya sərhədçilərini Ermənistandan çıxarmaq, İrəvanı KTMT-dən uzaqlaşdırmaq. Əsas planlar budur. Ola bilsin, Paşinyana da yalan vəd veriblər ki, Rusiya Ermənistandan çıxarılsa, məsələn, Fransa onu əvəz edəcək. Amma bu, boş vədlər ola bilər. Vaxtilə belə vədləri Ukraynaya da vermişdilər. Amma Ukrayna əraziləri işğal edilir, onlar isə fikirləşirlər ki, Kiyevə silah verək, ya yox. Halbuki Ukrayna Avropa dövlətidir, Ermənistan isə qitədən nə qədər uzaqdır. Yəni əvəz edə bilməyəcəklər.
Paşinyan Ermənistanı KTMT-dən çıxarsa, bununla Rusiyanın imicinə böyük zərbə vuracaq. Rusiya Paşinyanı cəzalandırmaq üçün Ermənistana qazın verilməsini dayandırsa, hansı ölkə ona qaz verəcək? Ermənistanın Avropa ilə sərhədi də yoxdur ki, qazı ondan alsın. Ermənistan Azərbaycanla sülh sazişi imzalasaydı, biz bu barədə düşünə bilərdik. Sıxılmış qaz Qara dəniz üzərindən Ermənistana necə gətiriləcək?
Əslində, açıq deyək ki, Rusiyanın Ermənistandakı mövqelərinin zəifləməsi Azərbaycanın da maraqlarına cavab verir. Biz də illər boyu istəmişik ki, Rusiyanın bölgəyə təsir imkanları azalsın. Moskvanın iki təsir imkanı vardı: Qarabağ separatçıları və Ermənistan. Separatçıları itirdilər, Ermənistanda da mövqeləri laxlayır. Yəni Ermənistanın Rusiyadan uzaqlaşması bizim də maraqlarımıza cavab verir. Sadəcə bu boşluğu Fransa doldursa, bölgəyə başqa risklər yarana bilər.
Fransanın Ermənistanda Rusiyanı əvəzləməsi problematikdir. Çünki Ermənistan iqtisadiyyatı Rusiyaya bağlıdır. Məsələn, Ukraynaya baxın. Polşa tez-tez sərhədini Ukraynanın üzünə bağlayır, istəmir ki, Ukraynanın keyfiyyətli kənd təsərrüfatı məhsulları Avropa bazarlarına daxil olsun. Çünki onda Polşa öz məhsullarını sata bilmir. Tutaq ki, sabah Ermənistanı da Rusiya ilə bütün əlaqələrini qırmağa məcbur etdilər, ermənilər öz keyfiyyətsiz məhsulları və konyaklarını Avopada sata biləcək? Fransa öz bazarını erməni məhsullarına açacaq? Ermənistan bu çətinliklərlə də üzləşə bilər.
- Fransanın Rusiyanı mümkün əvəzləməsinin Azərbaycan üçün riskli ola biləcəyini söylədiniz, bəs ABŞ necə? Artıq Amerika da Ermənistanda hərbi fəallığını artırıb, Vaşinqtonun İrəvandakı hərbi attaşesi Kevin Stil fəal şəkildə görüşlər keçirməyə başlayıb.
- Bəli, Amerikanın da məqsədi odur ki, Ermənistan Rusiyadan uzaqlaşsın, rus bazaları çıxarılsın, KTMT-dən çıxsınlar. Amma bu, asan başa gəlməyəcək. Hipotetik olaraq düşünsək ki, Ermənistan Rusiyadan qurtulub, onda ABŞ-nin rolu arta bilər. Onu da nəzərə alaq ki, Amerikanın post-sovet məkanında ən böyük səfirliyi İrəvanda yerləşir, diplomatik korpusun 2000-dən çox əməkdaşı var, yəqin ki, yarısı Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) əməkdaşıdır. Paşinyanı da bu gün onlar qoruyurlar, çünkü düşünürlər ki, Rusiyanın agentura şəbəkəsi onu fiziki baxımdan da yox edə bilər.
Amerikada da Ermənistanda hərbi baza yaratmaq fikri ola bilər. Bəs bunun Azərbaycan üçün nə qədər təhlükəsi ola bilər? Bu haqda da düşünməliyik. Amerikanın Azərbaycanla da tərəfdaşlıq münasibətləri var, enerji və təhlükəsizlik sahələrində əməkdaşlıq edirik. Buna görə də illərdir bu fikri təkrarlayıram ki, Türkiyənin Azərbaycanda hərbi bazalarının yaradılmasına ehtiyac var. Bu, təkcə Ermənistanla bağlı deyil, innən belə onunla yüz dəfə də müharibə etsək, yüzündə də qələbə qazanarıq.
Söhbət digər təhlükələrdən gedir – şimal və cənbundan (Rusiya və İran) gələn təhdidlərdən. İndi də Avropa və Amerika təhlükəsindən danışırıq.
Bəli, Türkiyə-Azərbaycan ittifaqı son illərdə xeyli inkişaf edib, genişlənib. İlham Əliyevin də fikri budur ki, Azərbaycan ordusu Türkiyə ordusunun kiçik modelinə çevrilir. Amma mənə elə gəlir ki, bu, kifayət deyil. Türkiyənin ən azı iki hərbi bazasının Azərbaycanda yerləşməsi vacibdir. İndi biz nədən danışırıq: hansısa dövlətlərin Ermənistanda baza açmaq istəklərindən. Bu durumda Türkiyə hərbi bazalarının Azərbaycanda yerləşdirilməsi təhlükəsizliyimizin təminatının yüksək səviyyəyə qaldırılması demək olacaq.
- Rusiyanın bu həmlələrə qarşı ritorikası niyə yumşaqdır?
- Bu da maraqlı məsələdir. Əslində, Rusiya İkinci Qarabağ Müharibəsindən sonra Paşinyanı devirmək istədi, amma alınmadı. Seçki yolu ilə də baş tutmadı, çünki nə qədər qəribə olsa da, erməni cəmiyyəti yenidən Paşinyana səs verdi. Əslində Paşinyana ona görə səs verdilər ki, get, Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdır. Küçə etirazları ilə də devirə bilmədilər, çünki müxalifət küçələrə etirazçı çıxara bilmədi. Cəmiyyət Paşinyana qarşı etirazlara çıxmadı.
Rusiyadakı dairələr hərbi qiyama əl atdılar, bu da alınmadı. Paşinyan ona qarşı meydan oxumağa çalışan Baş Qərargah rəisini dərhal dəyişdi. İndi sui-qəsd variantı qalır, bundan Paşinyan da, amerikalılar da xəbərdardır. Paşinyan buna görə cangüdənlərinin sayını artırıb. Amma Kreml istəsə, müəyyən alətləri işə sala bilər. Niyə istəmir? Kremllə Paşinyan arasında gizli sövdələşmə ola bilər.
Maraqlıdır ki, Ukraynaya hücuma görə Rusiyaya sanksiyaların tətbiq edilməsindən sonra bu ölkə ilə Ermənistan arasında idxal-ixrac əməliyyatlarının həcmi artıb. Şübhələr var ki, Rusiya Qərbdən ala bilmədiyi texnologiyaları Ermənistan üzərindən əldə edə bilir. Avropa və Amerikada da buna görə Ermənistandan şübhələnirlər, amma üzərinə çox getmirlər. Hesab edirəm ki, Kreml Paşinyanı tənqid etsə də, bu gizli sövdələşməyə görə çox da dərinə enmir.
- Ermənistan hakimiyyəti son gəlişmələr fonunda Rusiyanı dövlət çevrilişinə cəhddə ittiham edir. Hətta Paşinyanın komandasından bununla bağlı Kremlin dostu, Xocalı canisi Robert Köçəryana da açıq ittiham irəli sürülüb. Rusiyanın səyləri Köçəryanı yenidən iqtidara gətirə bilərmi?
- Köçəryan da, Sərkisyan da vurulmuş “kartlar”dır. Köçəryan Putinin yaxın dostu olsa da, Rusiya lideri də anlamamış deyil ki, onun erməni cəmiyyətində heç bir nüfuzu qalmayıb. Qarabağda separatizmin kökü kəsildikdən sonra nüfuzu daha da aşağı enib. Çünki Sərkisyan və Köçəryanın nüfuzu işğal üzərində qurulmuşdu, guya qazanmışdılar.
İndi bunların heç biri yoxdur, biz ortadan qaldırmışıq. Bir sözlə, Köçəryanın cəmiyyətin nəzərində heç bir nüfuzu qalmayıb.
Rusiya Paşinyana alternativ tapa bilmir. Bəlkə alternativ tapsaydı, onu daha tez devirə bilərdi. Bu durumda Paşinyanı devirsələr, Ermənistanda xaos, hətta vətəndaş müharibəsi başlaya bilər. Rusiya və Qərbdə ondan ehtiyatlanırlar ki, Azərbaycan bundan öz xeyrinə yararlanacaq. Buna görə də, Paşinyana alternativ görmürlər.
Ermənistanda Paşinyana alternativ varmı? Paşinyanı bəyənməyənlərin belə nüfuzları yoxdur, nüfuzları olsaydı, küçələrə adam çıxarardılar. Paşinyan Sərkisyanı necə devirdi? Küçəyə onminlərlə insanı çıxarmaqla. Paşinyan öz simasında Sərkisyana real alternativ yaratdı. Əvvəlcə Sərkisyanı devirdi, sonra seçki yolu ilə hakimiyyətə gəldi. İndi Ermənistanda Paşinyan kimisi yoxdur ki, minlərlə insanı küçələrə çıxarıb onu devirsin. Eləmək istədilər, alınmadı.
Qərbin özü də fikirləşir ki, bir gün Paşinyanı devirsələr və ya öldürsələr, kimi hakimiyyətə gətirə bilər. Qərb də axtarır. Ara-sıra Ararat Mirzoyan, Armen Qriqoryan və Alen Simonyanın adları çəkilir. Xüsusən də Simonyan xeyli populyarlaşıb. Hesab edirəm ki, gələcəkdə Paşinyanı əvəz edəcək fiqurlardan biri Simonyan ola bilər. Çünki Qərbə yaxın, Rusiyanın kəskin tənqidçisidir.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Binokl diplomatiyası" Azərbaycanın təhlükəsizliyinə heç bir təhdid yaratmır - ŞƏRH
Bu gün, 21:02 |
|
|
|
• Aİ-nin Ermənistandakı missiyası “gərgin” işləyir: - durbinlə baxır, kofe içir…
Bu gün, 20:57 |
|
|
|
• Rusiyadan Azərbaycana müsbət cavab – “Əgər razılaşsaq…”
Bu gün, 19:06 |
|
|
|
• Ermənistanda hərbi hərəkətlənmə: - “Azərbaycan qabaqlayıcı tədbir görməlidir”
Bu gün, 19:02 |
|
|
|
• AŞPA-ya ETİRAZ: - “Bəs onda niyə danışmırdılar?”
Bu gün, 19:00 |
|
|
|
• Zəngəzur dəhlizi açılmasa, Ermənistan Orta dəhlizin gələcəyində iştirak etməyəcək - ŞƏRH
Bu gün, 18:58 |
|
|
|
• Geri çağrılan "Lay's" kartof çipsləri Azərbaycana da idxal edilibmi? - AÇIQLAMA
Bu gün, 18:03 |
|
|
|
• ÜÇ DÖVLƏT QURUMUNUN BİRLƏŞDİRİLMƏSİ GÖZLƏNİLİR - Əmlak sahəsində geniş islahatlara start verilir
Bu gün, 18:01 |
|
|
|
• Trampdan ilham almış rus tarixçisi: - “Fin körfəzinin adı dəyişməlidir”
Bu gün, 17:56 |
|
|
|
• Banklarda əmanət artıb: Faizlər yüksəlib, ya inam? - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 17:48 |
|
|
|
• 16 yaşlı Əjdər Quluzadə leykoz xəstəsidir, ana kömək istəyir
Bu gün, 17:45 |
|
|
|
• Saxta plastik cərrahlar üçün SON GÜN - Sabahdan....
Bu gün, 17:36 |
|
|
|
• Tramp və Paşinyanın sirli fotosu – “Bunun üçün hər yola əl atılır”
Bu gün, 17:28 |
|
|
|
• Paşinyan sülh layihəsindən danışdı – “Konkret faydalar verə bilər”
Bu gün, 17:26 |
|
|
|
• Gürcüstan AŞPA-nı tərk edir: Qərbin şantajı alınmadı - Elçin Alıoğlu yazır...
Bu gün, 17:23 |
|
|
|
• Müdafiə Nazirliyinin sabiq vəzifəli şəxsləri nədə ittiham olunur? - TƏFƏRRÜAT
Bu gün, 17:09 |
|
|
|
• “Xəstəxana xərclərini ödəmək üçün kredit götürmüşük” - Niyazi Mehdinin xanımı
Bu gün, 17:01 |
|
|
|
• Tramp təyyarə qəzasını sabotaj hesab edir
Bu gün, 16:42 |
|
|
|
• Suraxanı RİH bu Hövsan sakinlərini palçıqdan çıxarmır – “Biz hansı dövrdə yaşayırıq” (VİDEO)
Bu gün, 16:39 |
|
|
|
• DTX-dan xüsusi əməliyyat: - 500 min dollara casusluq edən Validə generallar haqda nə deyib?
Bu gün, 16:37 |
|
|
|
• Ermənistan qulağa xoş gələn avazlar oxumaq əvəzinə konkret addımlar atmalıdır - ÇAĞIRIŞ
Bu gün, 16:35 |
|
|
|
• Azərbaycan banklarına hücum Rusiyadan təşkil olunub? – Mühüm detal
Bu gün, 16:28 |
|
|
|
• Tehran və Moskvanın narahatlığı bəlli oldu - Zəngəzur dəhlizinə nəzarət dəyişir
Bu gün, 16:26 |
|
|
|
• Pulu daşdan çıxan qadın 63 yaşında sosial şəbəkədə fenomen oldu: - “Deyirlər övladı haradadır?!”
Bu gün, 16:23 |
|
|
|
• Jurnalistə bu universitetdə VƏZİFƏ VERİLDİ
Bu gün, 16:16 |
|
|
|
• "Nədən canı ağrıyan insanlar bu qədər əziyyətə məcbur edilir?" - NARAZILIQ VAR...
Bu gün, 16:06 |
|
|
|
• Azərbaycanlı milyarderi `batırmaq` istəyən iş adamı saxlanıldı - TƏFƏRRÜAT
Bu gün, 15:59 |
|
|
|
• Kürdəmirdə bir məktəbi 100 şagird tərk edib? - BU NƏDİ BELƏ?..
Bu gün, 15:57 |
|
|
|
• “BİZİ ÖZ EVİMİZƏ HƏBS EDİBLƏR" - GİLEY
Bu gün, 15:54 |
|
|
|
• Ölkədən pul çıxaran “ASCO Logistics”lə bağlı sabah qərar veriləcək - DETALLAR
Bu gün, 15:33 |
|
|
|
• Azərbaycanda bank faizləri çox yüksəkdir... - BƏS NƏ EDƏK?..
Bu gün, 15:30 |
|
|
|
• 20-dən çox sərnişin Krasnoyarsk-Bakı reysi ilə uçmaqdan imtina edib - SƏBƏB
Bu gün, 15:25 |
|
|
|
• Bakı, Tiflis və İrəvan arasında nə baş verir? – Badalyan
Bu gün, 15:24 |
|
|
|
• Yaxın vaxtlarda AŞ ilə Gürcüstanın əlaqələrinin normallaşması gözlənilmir
Bu gün, 15:22 |
|
|
|
• Əhalinin banklara nə qədər kredit borcu var? - FAİZ FAİZ ÜSTÜNƏ GƏLİR...
Bu gün, 15:17 |
|
|
|
• Azərbaycanda tanınmış ekspert HƏBS EDİLDİ - BUNA GÖRƏ...
Bu gün, 15:15 |
|
|
|
• Abşeron icra hakimiyyətinin iki idarəsinin 280 min borcu var
Bu gün, 15:13 |
|
|
|
• Naxçıvanda gizli hüquqi islahatlara start verildi: Hədəf isə... - referenduma getmədən muxtar səlahiyyətləri ləğv etməkdir...
Bu gün, 15:02 |
|
|
|
• Azərbaycanda karqo şirkəti - LƏĞV EDİLİR
Bu gün, 14:58 |
|
|
|
• Bakıda avtoritetlərin "sxodka"sı ilə gündəmə gələn şadlıq saraylarının sahibi həbs edildi - FOTO
Bu gün, 14:54 |
|
|
|
• Sabiq general cəzası ilə bağlı apellyasiya şikayəti verib
Bu gün, 14:49 |
|
|
|
• Moskvadan Bakıya YENİ TƏKLİF: - AZAL-ın təyyarəsinin vurulmasından sonra…
Bu gün, 14:48 |
|
|
|
• Kənd təsərrüfatımız “ölü nöqtə”dən tərpənmir – Üzücü səbəb, ağrılı nəticə
Bu gün, 14:02 |
|
|
|
• Tələbələr "TələbəPlus" kartından narazılıq edir - Brend mağazalar, komissiya haqları...
Bu gün, 14:00 |
|
|
|
• On iki nazir Aİ-yə çağırış edib: Avropanı Rusiyadan qoruyun! - “Reuters”
Bu gün, 13:58 |
|
|
|
• Mirvari Qəhrəmanlının qızını təhqir edənə CƏZA KƏSİLDİ - DETALLAR
Bu gün, 13:20 |
|
|
|
• Ukraynada 200 min sülhməramlının yerləşdirilməsi mümkün deyil - Fransız general
Bu gün, 13:15 |
|
|
|
• İsmayıllı İcra hakimiyyətində VARİS PLANI... - İLGİNC...
Bu gün, 13:14 |
|
|
|
• Həbs edilən sabiq hakimin işindəki ilginc detallar: - Gizli çəkiliş, mətbəxdəki rüşvət, yoxa çıxan telefon
Bu gün, 13:05 |
|
|
|
• "Əməliyyatdan sonra bədənimdən çirk axırdı" - Daha bir plastik cərrah qalmaqalı
Bu gün, 13:02 |
|
|
|
|