Kosmosda nüvə silahını birinci kim yerləşdirəcək? - ARAŞDIRMA
Tarix: 6-03-2024, 10:31 | Çap et
Rusiyanın kosmosda nüvə silahı yerləşdirməyə çalışması xəbəri beynəlxalq aləmdə hələ də müzakirə edilir, ciddi narahatlıq var. Rusiyanın kosmosda nüvə silahı yerlədirməsi çalışmalarına başlamasına dair məlumatları ABŞ kəşfiyyatı yayıb. Vəziyyət o qədər ciddidir ki, ABŞ Konqresində bununla bağlı “milli təhlükəsizliyə ciddi təhdid” mövzusunda qapalı toplantı keçirilməli idi. Təhlükə həm də ondan ibarətdir ki, Rusiya kosmosda nüvə silahı yerləşdirməyə çalışsa, nüvə silahına malik digər ölkələr də özlərini qorumaq üçün eyni prosesə başlayacaqlar. Bəşəriyyət üçün başqa təhlükə də yarana bilər. Rusiya texnologiyasına etibar yoxdur və bu ölkənin kosmosda yerləşdirmək istədiyi nüvə silahının nəzarətdən çıxmayacağını vurğulamaq çətindir. “The New York Times” dərgisinin məlumatına görə, ABŞ dövlət katibi Entoni Blinken mövcud təhlükəylə bağlı çinli və hindli həmkarıyla ilə ayrı ayrılıqda müzakirələr aparıb. Blinken Pekinin və Dehlinin Kremlə təsir etmələrini istəyib ki, Rusiya hakimiyyəti təhlükəli planlarından imtina etsin. Blinkenin fikrincə, Çin lideri Tsi Cinpin və Hindistanın baş naziri Narendra Modi Rusiya prezidenti Vladimir Putinlə bu barədə danışmalıdırlar. Vaşinqtonda hesab edirlər ki, Kreml sahibi planlarından imtina etməsə bu fəlakətə səbəb olacaq. Kosmosda Çinin və Hindistanın da süni peykləri var. Fəzada nüvə partlayışı ABŞ-la yanaşı Çinin və Hindistanın peyklərini də sıradan çıxaracaq. Əgər belə bir hal varsa, bu Azərbaycanın kosmosda olan peyki üçün təhlükə yaradacaq. Pekinin Kremlə bu məsələylə bağlı təsir edəcəyi çətindir. Rusiya Ukraynaya qarşı işğalçı müharibəyə başladıqda da Vaşinqton Pekindən xahiş etmişdi ki, müharibəni dayandırmaq məqsədilə Kremlə təsir etsin. Pekin nəinki müharibədən narazılığını bildirdi, tam əksinə müharibənin davam etdiyi iki ildə Rusiya ilə strateji tərəfdaşlığını gücləndirdi. Pekin müharibəni dayandırmaq üçün səy göstərsəydi, bu Çin-ABŞ münasibətlərinə müsbət təsir edərdi. Ancaq Çin Tayvan ətrafında hərbi gücünü artırmaqla ABŞ və ətraf ölkələrlə münasibətlərin gərginləşməsi siyasətinə üstünlük verdi. Pekin Vaşinqtondan tələb edir ki, Tayvana dəstək verməsin, “vahid Çin” siyasətini qəbul etsin. Vaşinqton Çinin ərazi bütövlüyünə hörmət etməklə yanaşı Tayvanın güc yolu ilə Çinə birləşdirilməsini əleyhinədir və buna mane olmağa çalışır. ABŞ Konqresi Tayvana hər il maliyyə yardımı ayırır və adaya hərbi texnika göndərir. ABŞ-da prezident seçkisindən sonra da Vaşinqtonun Çinlə münasibətlərinin normallaşacağını gözləmək çətindir. Bu arada, Çinin 2024-cü ildə müdafiə xərclərini 7,2% artıraraq 230,6 milyard dollara çatdıracağı bildirilib. Çin artıq 9-cu ildir ki, müdafiə xərclərini artırır. Pentaqon üçün hazırlanan hesabatda qeyd edilib ki, Çin 2022-ci ildə 400 nüvə başlığına malik idisə, bir sonra bunun sayı 500-ə çatıb. Proqnozlara görə, Çin 2030-cu ilə qədər 1000-dən çox nüvə başlığına malik olacaq və qitələrarası mənzilli ballistik raketlərinin inkişafını sürətləndirəcək. Buna baxmayaraq, “Bloomberg” agentliyinin məlumatına görə, Çin ordusundakı korrupsiya halları azalmayıb. Çin lideri Tsi Cinpin bundan çox narazıdır. Əsas problemlər Çinin raket bilrliklərindədir. Halbuki, bu qoşun birlikləri Tayvanın ələ keçirilməsində əsas rol oynamalıdır. Məlum olub ki, raketlər keyfiyyətsiz yanacaqla doldurulub. Bu isə həmin raketlərin hədəfə çatma ehtimalını azaldıb. Buna görə də raket qoşunlarında yoxlamalar başlayıb və xeyli zabit həbs olunub.
“Atlas” Araşdırmalar Mərkəzi diaaz.space
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Binokl diplomatiyası" Azərbaycanın təhlükəsizliyinə heç bir təhdid yaratmır - ŞƏRH
Bu gün, 21:02 |
|
|
|
• Aİ-nin Ermənistandakı missiyası “gərgin” işləyir: - durbinlə baxır, kofe içir…
Bu gün, 20:57 |
|
|
|
• Rusiyadan Azərbaycana müsbət cavab – “Əgər razılaşsaq…”
Bu gün, 19:06 |
|
|
|
• Ermənistanda hərbi hərəkətlənmə: - “Azərbaycan qabaqlayıcı tədbir görməlidir”
Bu gün, 19:02 |
|
|
|
• AŞPA-ya ETİRAZ: - “Bəs onda niyə danışmırdılar?”
Bu gün, 19:00 |
|
|
|
• Zəngəzur dəhlizi açılmasa, Ermənistan Orta dəhlizin gələcəyində iştirak etməyəcək - ŞƏRH
Bu gün, 18:58 |
|
|
|
• Geri çağrılan "Lay's" kartof çipsləri Azərbaycana da idxal edilibmi? - AÇIQLAMA
Bu gün, 18:03 |
|
|
|
• ÜÇ DÖVLƏT QURUMUNUN BİRLƏŞDİRİLMƏSİ GÖZLƏNİLİR - Əmlak sahəsində geniş islahatlara start verilir
Bu gün, 18:01 |
|
|
|
• Trampdan ilham almış rus tarixçisi: - “Fin körfəzinin adı dəyişməlidir”
Bu gün, 17:56 |
|
|
|
• Banklarda əmanət artıb: Faizlər yüksəlib, ya inam? - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 17:48 |
|
|
|
• 16 yaşlı Əjdər Quluzadə leykoz xəstəsidir, ana kömək istəyir
Bu gün, 17:45 |
|
|
|
• Saxta plastik cərrahlar üçün SON GÜN - Sabahdan....
Bu gün, 17:36 |
|
|
|
• Tramp və Paşinyanın sirli fotosu – “Bunun üçün hər yola əl atılır”
Bu gün, 17:28 |
|
|
|
• Paşinyan sülh layihəsindən danışdı – “Konkret faydalar verə bilər”
Bu gün, 17:26 |
|
|
|
• Gürcüstan AŞPA-nı tərk edir: Qərbin şantajı alınmadı - Elçin Alıoğlu yazır...
Bu gün, 17:23 |
|
|
|
• Müdafiə Nazirliyinin sabiq vəzifəli şəxsləri nədə ittiham olunur? - TƏFƏRRÜAT
Bu gün, 17:09 |
|
|
|
• “Xəstəxana xərclərini ödəmək üçün kredit götürmüşük” - Niyazi Mehdinin xanımı
Bu gün, 17:01 |
|
|
|
• Tramp təyyarə qəzasını sabotaj hesab edir
Bu gün, 16:42 |
|
|
|
• Suraxanı RİH bu Hövsan sakinlərini palçıqdan çıxarmır – “Biz hansı dövrdə yaşayırıq” (VİDEO)
Bu gün, 16:39 |
|
|
|
• DTX-dan xüsusi əməliyyat: - 500 min dollara casusluq edən Validə generallar haqda nə deyib?
Bu gün, 16:37 |
|
|
|
• Ermənistan qulağa xoş gələn avazlar oxumaq əvəzinə konkret addımlar atmalıdır - ÇAĞIRIŞ
Bu gün, 16:35 |
|
|
|
• Azərbaycan banklarına hücum Rusiyadan təşkil olunub? – Mühüm detal
Bu gün, 16:28 |
|
|
|
• Tehran və Moskvanın narahatlığı bəlli oldu - Zəngəzur dəhlizinə nəzarət dəyişir
Bu gün, 16:26 |
|
|
|
• Pulu daşdan çıxan qadın 63 yaşında sosial şəbəkədə fenomen oldu: - “Deyirlər övladı haradadır?!”
Bu gün, 16:23 |
|
|
|
• Jurnalistə bu universitetdə VƏZİFƏ VERİLDİ
Bu gün, 16:16 |
|
|
|
• "Nədən canı ağrıyan insanlar bu qədər əziyyətə məcbur edilir?" - NARAZILIQ VAR...
Bu gün, 16:06 |
|
|
|
• Azərbaycanlı milyarderi `batırmaq` istəyən iş adamı saxlanıldı - TƏFƏRRÜAT
Bu gün, 15:59 |
|
|
|
• Kürdəmirdə bir məktəbi 100 şagird tərk edib? - BU NƏDİ BELƏ?..
Bu gün, 15:57 |
|
|
|
• “BİZİ ÖZ EVİMİZƏ HƏBS EDİBLƏR" - GİLEY
Bu gün, 15:54 |
|
|
|
• Ölkədən pul çıxaran “ASCO Logistics”lə bağlı sabah qərar veriləcək - DETALLAR
Bu gün, 15:33 |
|
|
|
• Azərbaycanda bank faizləri çox yüksəkdir... - BƏS NƏ EDƏK?..
Bu gün, 15:30 |
|
|
|
• 20-dən çox sərnişin Krasnoyarsk-Bakı reysi ilə uçmaqdan imtina edib - SƏBƏB
Bu gün, 15:25 |
|
|
|
• Bakı, Tiflis və İrəvan arasında nə baş verir? – Badalyan
Bu gün, 15:24 |
|
|
|
• Yaxın vaxtlarda AŞ ilə Gürcüstanın əlaqələrinin normallaşması gözlənilmir
Bu gün, 15:22 |
|
|
|
• Əhalinin banklara nə qədər kredit borcu var? - FAİZ FAİZ ÜSTÜNƏ GƏLİR...
Bu gün, 15:17 |
|
|
|
• Azərbaycanda tanınmış ekspert HƏBS EDİLDİ - BUNA GÖRƏ...
Bu gün, 15:15 |
|
|
|
• Abşeron icra hakimiyyətinin iki idarəsinin 280 min borcu var
Bu gün, 15:13 |
|
|
|
• Naxçıvanda gizli hüquqi islahatlara start verildi: Hədəf isə... - referenduma getmədən muxtar səlahiyyətləri ləğv etməkdir...
Bu gün, 15:02 |
|
|
|
• Azərbaycanda karqo şirkəti - LƏĞV EDİLİR
Bu gün, 14:58 |
|
|
|
• Bakıda avtoritetlərin "sxodka"sı ilə gündəmə gələn şadlıq saraylarının sahibi həbs edildi - FOTO
Bu gün, 14:54 |
|
|
|
• Sabiq general cəzası ilə bağlı apellyasiya şikayəti verib
Bu gün, 14:49 |
|
|
|
• Moskvadan Bakıya YENİ TƏKLİF: - AZAL-ın təyyarəsinin vurulmasından sonra…
Bu gün, 14:48 |
|
|
|
• Kənd təsərrüfatımız “ölü nöqtə”dən tərpənmir – Üzücü səbəb, ağrılı nəticə
Bu gün, 14:02 |
|
|
|
• Tələbələr "TələbəPlus" kartından narazılıq edir - Brend mağazalar, komissiya haqları...
Bu gün, 14:00 |
|
|
|
• On iki nazir Aİ-yə çağırış edib: Avropanı Rusiyadan qoruyun! - “Reuters”
Bu gün, 13:58 |
|
|
|
• Mirvari Qəhrəmanlının qızını təhqir edənə CƏZA KƏSİLDİ - DETALLAR
Bu gün, 13:20 |
|
|
|
• Ukraynada 200 min sülhməramlının yerləşdirilməsi mümkün deyil - Fransız general
Bu gün, 13:15 |
|
|
|
• İsmayıllı İcra hakimiyyətində VARİS PLANI... - İLGİNC...
Bu gün, 13:14 |
|
|
|
• Həbs edilən sabiq hakimin işindəki ilginc detallar: - Gizli çəkiliş, mətbəxdəki rüşvət, yoxa çıxan telefon
Bu gün, 13:05 |
|
|
|
• "Əməliyyatdan sonra bədənimdən çirk axırdı" - Daha bir plastik cərrah qalmaqalı
Bu gün, 13:02 |
|
|
|
|