Niyazi Mehdi reanimasiyaya yerləşdirildi .....                     “Azərsun Holdinq”də yeni təyinat .....                     “Rusiyadan Bakıdakı agentlərə sifariş verilib ki...” .....                     Həbsdə olan sabiq tabor komandirinin .....                     Rubio Panama üçün YOLA ÇIXDI... .....                     "Haçan ailə qursam, görəcəksiniz" .....                     Suriyanın gələcək portreti: .....                     Alkoqollu içkilər .....                     Qarabağ Qazisinin HAQQI YEYİLİR... .....                     “OPEC+ Trampın təzyiqinə tab gətirməyəcək” .....                     Quskadan Prezidentə: Sizə verilən bu məlumat yalandır! .....                     ABŞ qüvvələrinin Ermənistana gələcəyi tarix açıqlandı .....                     Hüquq müdafiəçisi neftçilərin maaş artımı ilə bağlı ÇAĞIRIŞ ETDİ .....                     ABŞ-da qəzaya düşən təyyarədə fiqurlu konkisürmə üzrə rusiyalı dünya çempionları da olub .....                     Türkiyə şirkəti Azərbaycanda ləğv olunur .....                     Ötən ilin avqustunda həbs edilmişdilər .....                     Arvadını öldürən kişi ilə bağlı ŞOK FAKTLAR: .....                     ƏÜO-da “Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu”nun buraxılış mərasimi keçirilib .....                     Məqsəd İrəvanın xarici siyasətinin Bakıdan asılı olmasıdır .....                     Paşinyan sevinərdi ki, bunları da... .....                     “Əsaslı Tikinti və Təchizat” MMC-nin “ŞƏMKİR TİKİNTİ-18” ASC ilə ŞÜBHƏLİ İŞBİRLİYİ .....                     Barat Yusubovun bazara çevirdiyi Yeni Klinika... .....                     Şvabenin cəhdləri mənasızdır: .....                     Gömrük Komitəsində 3 aydır gecikən maaşlar VERİLDİ .....                     Əliyevin həmləsi durumu kökündən dəyişdi .....                     Azərbaycanlı milyarder 20 milyon verib azadlığa çıxdı .....                     AZNEFT rəhbəri bu məsələdə mövqe ortaya qoymazsa... .....                     7 ölkədən xəbərdarlıq edilir: böyük fəlakətlər olacaq .....                     “Xəstəxanaya yerləşdirəndə sol tərəfi işləmirdi, əsəbdən...” .....                     "Fevralın əvvəlində Paşinyanın Trampla görüşünün baş tutması üçün hər şey edilir..." .....                     Azərbaycanda investisiya şirkətinin rəhbərliyindən biri vəzifəsini tərk edib .....                     6 aydır başçı yoxdur... sakinlər NƏ ETSİN? .....                     Bakı Kremlin demarşını özünə qaytardı: Rusiya bunu etməsə... .....                     Nazir getdi, nazirlik də ləğv olunur? .....                     İşçilərin əməyinin ödənilməsinin hansı sistemi və növləri vardır? .....                     Şakro Molodoy vida mərasimində .....                     14 kiloqram heroin və marixuananın dövriyyə buraxılmasının qarşısı alındı .....                     "İlin günün bu vaxtı işçini ixtisar edərlər?" .....                     “Bu bəyanatların heç iki qəpiklik dəyəri yoxdur” .....                     Siyəzəndə keçmiş məhbus saxlanıldı .....                 

Pravoslav kilsəsinin lideri müsəlmanların boynuna xaç asmağa çağırıb - Patriarxın qorxulu fətvası
Tarix: 17-03-2024, 07:19 | Çap et
Pravoslav kilsəsinin lideri müsəlmanların boynuna xaç asmağa çağırıb
SSRİ-nin dağılması ilə Rusiya da çox ciddi problemlərlə üzləşib. Demoqrafiya onun ən başlıca problemi olaraq qalır. Sovetlər dövründə bunu ikinci dünya müharibəsi zamanı verilən itkilərlə əlaqələndirirdilər. İndi isə onun səbəbləri artır.

Moskva və Bütün Rusiyanın Patriarxı Kirill prezident seçkisi qabağı pravoslav din xadimlərinə və dindarlara müraciətində bu məsələdən də bəhs edib: “Kilsələrimizdəki xaçların İslam ayparası ilə əvəzlənməsi riski altındayıq. Rusiyada miqrantlara pasportlar paylanılmalıdır”. O vurğulayıb ki, Rusiya vətəndaşlığını qəbul edən hər kəs xaç suyuna salınmalı, onlara xaç verilməli, sonra da yeni vətənlərini müdafiə etməlidirlər.

Patriarx Kirill deyib ki, Rusiya çoxəsrlik tarixində ilk dəfə olaraq pravoslav dövlətindən İslam xilafətinə çevrilmək təhlükəsi ilə üz-üzədir: “Bir vaxtlar Konstantinopoldakı Müqəddəs Sofiyada olduğu kimi, ilk dəfə olaraq, kilsələrimizdəki xaçların İslam ayparası ilə əvəz edilməsi kimi ölümcül risk altındayıq”.

Onun sözlərinə görə, miqrantların assimilyasiyası üçün daha çox səy göstərilməlidir: “Onları inanc və dünyagörüşü baxımından bizə yaxın olmağa məcbur etməliyik. Əks halda, onların mədəniyyəti üstünlük təşkil edə bilər. Nəticədə pravoslav inancı təhlükə altında olacaq və müqəddəs kilsələr yenidən məscidlərə çevriləcək. Nəzarətsiz miqrasiya və tədricən islamlaşma çoxmillətli Rusiya və onun pravoslav “nüvəsi” üçün fəlakətli şərtlərdir”.

Müraciəti Rusiyanın və pravoslavların liderinin, baş keşişinin etdiyi məlum olmasa idi, elə zənn edərdik ki, bunu velikorus şovinisti, yaxud rus nasisti edir. Rusiya çoxmillətli, çox mədəniyyətli, çox dinli, çox təriqətli bir ölkədir. Ölkədə sayca xristianlardan sonra ikinci yerdə müsəlmanlardır. Bu ölkənin bütün istiqamətlərdə uğur əldə etməsində onların rolu əvəzsiz olub. Müsəlmanlara ayrı-seçkiliklə baxan patriarx azından Ukrayna müharibəsində həlak olan müsəlman gəncləri, əsgər və zabitləri yadına salmalı idi.

Baş keşiş Kiril Rusiya hakimiyyətinin Ukraynada apardığı müharibədə həlak olan tatar, başqırd, ləzgi, avar, inquş və daha neçə-neçə müsəlmanların tökülən qanını unudub?

Rusiya tarixində kilsənin məscidə çevrilməsi hadisəsi baş verməyib. Bu, Ayasofya ilə bağlı baş verən hadisədir. Hər halda, kilsə və məscidlərin dağıdılması, insanların Allahı danması kimi vəhşiliklər Rusiya tarixinə daha çox xasdır. Türkiyədə baş verən hadisədən bəhs etmək isə Rusiya-Türkiyə münasibətlərinə zərbə vurmaq, başqa dövlətin tarixinə dil uzatmaq, ərazisinə, daxili işlərin qarışmaqdır.

Rusiyanın Ukrayna ilə savaşda ən yaxın tərəfdaşı İran İslam Respublikasıdır. Patriarx bu islamofob açıqlaması ilə həm də Moskva-Tehran münasibətlərinin korlanmasına əsas verir.

Vaxtı ilə velikorus şovinistləri Sibirdə, Uzaq Şərqdə türk və monqollardan qalma şamanları, buddistləri xristianlıq adı altında ruslaşdırdılar. Həmin dövrdə, Kirilin dediyi kimi, rus olmayanların boynuna xaç işarəsi asır, monarxın ideyaları uğrunda müharibəyə göndərirdilər.

Pravoslavların lideri bu çıxışı ilə bəyənmədiyi Avropadakı antisemitləri, islamofobları xatırladır.

Xristian dinində insanların bir-birinin sevməsi İsa peyğəmbərin dilindən daha çox təbliğ edilir. Hətta qatilin bağışlanması birmənalı bururuq sayılır. İndiki şəraitdə iki qardaş arasında müharibənin dayandırmağa çağırışlar etmək patriarx üçün daha məntiqli olardı. Çünki bu savaşa günü-gündən qloballaşır.

Məsələnin başqa bir tərəfi isə Rusiyanın pravoslav vətəndaşlarının öz borclarını yerinə yetirməsi səviyyəsi ilə bağlıdır. Bir dövlətin vətəndaşları torpaqlarını müdafiə edə bilmirsə, yaxud döyüşmək istəmirsə, o zaman mühacirlərin boyunun xaç taxıb, onu “vətəni” müdafiəyə göndərmək məntiqsizlikdir. Patriarxın müraciətindən belə qənaətə gəlmək olar ki, Ukraynada müharibə aparmaq üçün boyunlarında anadangəlmə xaç olan, yaxud vaftiz olunmuş pravoslav Rusiya vətəndaşları azlıq edir. Bu səbəbdən də baş keşiş mühacirləri xristianlaşdırıb, ölkəsi naminə döyüş göndərməyi hədəfləyir. Bununla da o, qanunazidd olaraq, səfərbərliklə məşğul olur. Halbuki Rusiya dünyəvi dövlətdir və kilsə dövlətdən ayrıdır.

Patriarx Kiril özünü katolik papası kimi aparmaq istəyir. Guya onun fətvası ilə milyonlarla insan boynuna xaçı asıb, Rusiya hakimiyyətinin ideyaları uğrunda müharibəyə qoşulacaq, yaxud yerlərdə onun idarələri bu işi təşkil edəcəklər. Kirilin xaç taxdırmaq ifadəsi, bir az da quldarlıq, yaxud təhkimçilik dövründəki boyunduruğu xatırladır. Belə çıxır ki, Rusiyanın baş keşişi mühacirlərə qul, ikinci növ insan kimi baxır. Halbuki Romam Papası hər il ən yoxsul, ən səliqəsiz katolikin ayağını öz əllər ilə yuyub, qurudur. O, müsəlmanlara da münasibətdə pravoslav lideri kimi aqressiv çıxışlar etmir. Hətta Ukraynadakı müharibədə tərəfləri atəşkəsə çağırıb.

Heç Rusiya Prezidenti Vladimir Putinin çıxışlarında da bu qədər ksenofobiya və islamofobiya elementləri hiss olunmur. Bir vaxtlar o, Rusiya Federasiyasının İslam Əməkdaşlıq Təşkilatına üzv olması məsələsinin gündəliyə çıxarmışdı. Dəfələrlə mətbuat konfranslarında, müxtəlif başqa tədbirlərdə Qurandan sitat gətirərək, onu müqəddəs kitab adlandırıb və ibrət götürməyə çağırıb. Patriarxın müraciətindən onu da başa düşmək olar ki, kilsə ilə Kreml arasında məsələlərə başqa-başqa mövqedən yanaşma var.

Hər halda, baş keşiş Kirilin ünvanlandığı məktub müasir dünyanın dinə, humanitar məsələyə və müharibəyə baxışının şərtlərinə heç bir formada uyğun gəlmir. Bu, pravoslav kilsəsinin islamofobiyanı təbliğ etməsi faktıdır. Bir zamanlar skinhedlər məhz bu cür çağırışlarla Rusiya vətəndaşı olmasına baxmadan fərqli millətlərə mənsub olan insanlara zorakılıq tətbiq edirdilər. Beləliklə, Patriarx Rusiyaya və onun liderinə yardım etmək istəsə də, onun bu addımı Rusiyaya da, Vladimir Putinə də, bəşəriyyətə də zərərdən başqa heç nə gətirmir…

Sədrəddin Soltan - pressklub.az









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Niyazi Mehdi reanimasiyaya yerləşdirildi - "10 gündür səhhətində ciddi problem var"
Bu gün, 12:38
“Azərsun Holdinq”də yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 12:36
“Rusiyadan Bakıdakı agentlərə sifariş verilib ki...” – Sabiq nazirdən ŞOK AÇIQLAMA
Bu gün, 12:31
Həbsdə olan sabiq tabor komandirinin şikayətinə baxılacaq
Bu gün, 12:26
Rubio Panama üçün YOLA ÇIXDI... - NƏ BAŞ VERİR?
Bu gün, 12:24
"Haçan ailə qursam, görəcəksiniz"
Bu gün, 12:15
Suriyanın gələcək portreti: - Tehran onu çəkən “rəssamlar” arasında yoxdur
Bu gün, 12:12
Alkoqollu içkilər BAHALAŞACAQ
Bu gün, 12:11
Qarabağ Qazisinin HAQQI YEYİLİR... - AXI NİYƏ?..
Bu gün, 12:08
“OPEC+ Trampın təzyiqinə tab gətirməyəcək” - Bloomberg
Bu gün, 11:58
Quskadan Prezidentə: Sizə verilən bu məlumat yalandır! - TƏFƏRRÜAT
Bu gün, 11:51
ABŞ qüvvələrinin Ermənistana gələcəyi tarix açıqlandı - “Hraparak”
Bu gün, 11:50
Hüquq müdafiəçisi neftçilərin maaş artımı ilə bağlı ÇAĞIRIŞ ETDİ - "İnsafınız olsun..."
Bu gün, 11:45
ABŞ-da qəzaya düşən təyyarədə fiqurlu konkisürmə üzrə rusiyalı dünya çempionları da olub - TASS
Bu gün, 11:39
Türkiyə şirkəti Azərbaycanda ləğv olunur
Bu gün, 11:23
Ötən ilin avqustunda həbs edilmişdilər - İNDİ İSƏ...
Bu gün, 11:21
Arvadını öldürən kişi ilə bağlı ŞOK FAKTLAR: - "Qulaq kəsmişdi, məhkəmə həbs etməyib"
Bu gün, 11:18
ƏÜO-da “Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu”nun buraxılış mərasimi keçirilib - VİDEO
Bu gün, 11:16
Məqsəd İrəvanın xarici siyasətinin Bakıdan asılı olmasıdır - İskəndəryan
Bu gün, 11:15
Paşinyan sevinərdi ki, bunları da... - RƏY
Bu gün, 11:11
“Əsaslı Tikinti və Təchizat” MMC-nin “ŞƏMKİR TİKİNTİ-18” ASC ilə ŞÜBHƏLİ İŞBİRLİYİ - İLGİNC FAKTLAR
Bu gün, 11:00
Barat Yusubovun bazara çevirdiyi Yeni Klinika... - vətəndaş süründürməçiliyi ifşa etdi
Bu gün, 10:57
Şvabenin cəhdləri mənasızdır: - Bakı mövqeyindən bir addım da olsun geri çəkilməyib
Bu gün, 10:48
Gömrük Komitəsində 3 aydır gecikən maaşlar VERİLDİ - AÇIQLAMA
Bu gün, 10:30
Əliyevin həmləsi durumu kökündən dəyişdi – “Artıq Putin də...”
Bu gün, 10:26
Azərbaycanlı milyarder 20 milyon verib azadlığa çıxdı - FOTO
Bu gün, 10:23
AZNEFT rəhbəri bu məsələdə mövqe ortaya qoymazsa... - "Siyəzənneft"lə bağlı planlar NƏDİR?
Bu gün, 10:19
7 ölkədən xəbərdarlıq edilir: böyük fəlakətlər olacaq – Ovannisyan
Bu gün, 10:07
“Xəstəxanaya yerləşdirəndə sol tərəfi işləmirdi, əsəbdən...” - AÇIQLAMA
Bu gün, 10:02
"Fevralın əvvəlində Paşinyanın Trampla görüşünün baş tutması üçün hər şey edilir..." - “Hraparak”
Bu gün, 10:01
Azərbaycanda investisiya şirkətinin rəhbərliyindən biri vəzifəsini tərk edib - Onun yerinə isə...
Bu gün, 09:59
6 aydır başçı yoxdur... sakinlər NƏ ETSİN? - MÜRACİƏT
Bu gün, 09:56
Bakı Kremlin demarşını özünə qaytardı: Rusiya bunu etməsə... - NƏ BAŞ VERİR?
Bu gün, 09:50
Nazir getdi, nazirlik də ləğv olunur? - İLGİNC GƏLİŞMƏ
Bu gün, 09:47
İşçilərin əməyinin ödənilməsinin hansı sistemi və növləri vardır? - Ekspert danışır...
Bu gün, 09:43
Şakro Molodoy vida mərasimində - Hamı bu VİDEODAN danışır
Bu gün, 09:38
14 kiloqram heroin və marixuananın dövriyyə buraxılmasının qarşısı alındı - Sumqayıtda polisin narkotik əməliyyatı
Bu gün, 09:36
"İlin günün bu vaxtı işçini ixtisar edərlər?" - NARAZILIQ VAR...
Bu gün, 09:31
“Bu bəyanatların heç iki qəpiklik dəyəri yoxdur” - Çingiz Qənizadə
Bu gün, 09:16
Siyəzəndə keçmiş məhbus saxlanıldı - FOTO
Bu gün, 09:13
"Haram pulları necə yeyirsiniz?!!" - ETİRAZ VAR...
Bu gün, 09:11
Ermənistan könüllü etməsə, İrəvanı buna necə məcbur edə bilərik? - Əliyev nöqtə qoydu...
Bu gün, 09:08
Nərimanovda yenə də süpürgəçi maaşları QAYÇILANIR... - AXI NİYƏ?..
Bu gün, 09:05
Ana Vətən Partiyası seçkinin nəticələrini tanıdı - AÇIQLAMA
Bu gün, 08:56
Sərhəddə hər an təxribat TƏXRİBAT törədilə bilə - Bakı XƏBƏRDARLIQ etdi
Bu gün, 08:53
Qonşu ölkədə Azərbaycana qarşı 300 atəş nöqtəsi yaradılıb – Bakı müharibəyə cəlb edilir
Bu gün, 08:52
Əliyev 10 il öncəkindən qat-qat güclüdür, çünki… - İsgəndəryan
Bu gün, 08:50
Dövlət qurumlarında maaş problemi - ajiotajı kim və niyə yaradır
Bu gün, 08:49
Zaur Mikayılovun işçisi MEYDAN SULADI - AY MAŞALLAH...
Bu gün, 08:48
Ərəbləri Azərbaycana dadandıranlar ÖZBAŞINA QALIB? - BU NƏDİ BELƏ?..
Bu gün, 08:42
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru