Metroda gedişhaqqı azaldılır? .....                     Niyazi Mehdi reanimasiyaya yerləşdirildi .....                     “Azərsun Holdinq”də yeni təyinat .....                     “Rusiyadan Bakıdakı agentlərə sifariş verilib ki...” .....                     Həbsdə olan sabiq tabor komandirinin .....                     Rubio Panama üçün YOLA ÇIXDI... .....                     "Haçan ailə qursam, görəcəksiniz" .....                     Suriyanın gələcək portreti: .....                     Alkoqollu içkilər .....                     Qarabağ Qazisinin HAQQI YEYİLİR... .....                     “OPEC+ Trampın təzyiqinə tab gətirməyəcək” .....                     Quskadan Prezidentə: Sizə verilən bu məlumat yalandır! .....                     ABŞ qüvvələrinin Ermənistana gələcəyi tarix açıqlandı .....                     Hüquq müdafiəçisi neftçilərin maaş artımı ilə bağlı ÇAĞIRIŞ ETDİ .....                     ABŞ-da qəzaya düşən təyyarədə fiqurlu konkisürmə üzrə rusiyalı dünya çempionları da olub .....                     Türkiyə şirkəti Azərbaycanda ləğv olunur .....                     Ötən ilin avqustunda həbs edilmişdilər .....                     Arvadını öldürən kişi ilə bağlı ŞOK FAKTLAR: .....                     ƏÜO-da “Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu”nun buraxılış mərasimi keçirilib .....                     Məqsəd İrəvanın xarici siyasətinin Bakıdan asılı olmasıdır .....                     Paşinyan sevinərdi ki, bunları da... .....                     “Əsaslı Tikinti və Təchizat” MMC-nin “ŞƏMKİR TİKİNTİ-18” ASC ilə ŞÜBHƏLİ İŞBİRLİYİ .....                     Barat Yusubovun bazara çevirdiyi Yeni Klinika... .....                     Şvabenin cəhdləri mənasızdır: .....                     Gömrük Komitəsində 3 aydır gecikən maaşlar VERİLDİ .....                     Əliyevin həmləsi durumu kökündən dəyişdi .....                     Azərbaycanlı milyarder 20 milyon verib azadlığa çıxdı .....                     AZNEFT rəhbəri bu məsələdə mövqe ortaya qoymazsa... .....                     7 ölkədən xəbərdarlıq edilir: böyük fəlakətlər olacaq .....                     “Xəstəxanaya yerləşdirəndə sol tərəfi işləmirdi, əsəbdən...” .....                     "Fevralın əvvəlində Paşinyanın Trampla görüşünün baş tutması üçün hər şey edilir..." .....                     Azərbaycanda investisiya şirkətinin rəhbərliyindən biri vəzifəsini tərk edib .....                     6 aydır başçı yoxdur... sakinlər NƏ ETSİN? .....                     Bakı Kremlin demarşını özünə qaytardı: Rusiya bunu etməsə... .....                     Nazir getdi, nazirlik də ləğv olunur? .....                     İşçilərin əməyinin ödənilməsinin hansı sistemi və növləri vardır? .....                     Şakro Molodoy vida mərasimində .....                     14 kiloqram heroin və marixuananın dövriyyə buraxılmasının qarşısı alındı .....                     "İlin günün bu vaxtı işçini ixtisar edərlər?" .....                     “Bu bəyanatların heç iki qəpiklik dəyəri yoxdur” .....                 

Moskvadakı dəhşətli hadisə ilə bağlı versiya çoxdur, amma... - Terrorun izi ilə
Tarix: 24-03-2024, 07:44 | Çap et
Moskvadakı dəhşətli hadisə ilə bağlı versiya çoxdur, amma...
Martın 22-də Moskva vilayətindəki “Crocus City Hall”da törədilmiş terror aktında ölənlərin sayı artmaqda davam edir. Mənbələr ölü sayının 143-ə çatdığını bildirir. Terror aktında həlak olanların sayının daha da artacağı ehtimal edilir.

Bu barədə Moskva vilayətinin qubernatoru Andrey Vorobyov da deyib. “Dərhal deməliyəm ki, qurbanların sayı xeyli artacaq, bu gün səhər saat 06:30-da xilasedicilər ən dəhşətli hadisələrin baş verdiyi zala daxil olublar. Biz orada vəziyyətin son dərəcə çətin olduğunu gördük”, deyə qubernator terror aktı zamanı həlak olanların və yaralananların yaxınlarına yardım mərkəzində çıxışında bildirib.

Qeyd edək ki, Rusiya İstintaq Komitəsinin açıqladığı son məlumata görə, terror aktında həlak olanların sayı 93-ə çatıb.

“Shot” “Telegram” kanalı terroru törətməkdə şübhəli bilinərək saxlanılanların görüntülərini yayıb. Bu şəxslər Bryansk vilayətinin Karaçinski rayonunun Xatsun kəndi ərazisində təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıblar. Terrorçuların “Renault” avtomobili yüksək sürətlə hərəkət etdiyi üçün güllələrə tuş gəlib, təkəri qopub və ön hissəsi fırlanıb.

“Renault Simbol” avtomobilində dörd kişi olub. Maşına texniki baxış keçirilib. İçində tapança və pulemyot olub.

Təqiblər nəticəsində saxlanılanlardan biri – 19 yaşlı Məhəmmədsobir Fayzov tutulub. O, yaralanıb. Fotoda o, qandallı vəziyyətdədir. Onun sol gözü zədələndiyi üçün bağlana bilmir. Hazırda xəstəxanada əməliyyat olunur.

19 yaşlı Məhəmmədsobir Fayzov təhlükəsizlik qüvvələrini saxlamaq üçün atəş açmağa çalışsa da, yaralanıb.

Saxlanılanlar Bryansk vilayətində Rusiya – Ukrayna sərhədini keçməyi planlaşdırıblar. Rusiya xüsusi xidmət orqanları avtomobilə atəş açaraq, onların gediş nöqtəsinə çatmasına imkan verməyib.

Qaçmağa cəhd edən terrorçulardan biri dron vasitəsi ilə aşkarlanıb. Onun axtarışı üçün üçün iki helikopter və səkkiz PUA qaldırılıb.

“Crocus City Hall”dakı terraktla bağlı bir çox versiyalar səsləndirilir. Rusiya İstintaq Komitəsi araşdırmalarını davam etdirir və hadisə barədə terror maddəsi ilə cinayət işi açıldığını vurğulayır. Kremlə yaxın rus analitiklər isə hesab edirlər ki, bu terrorda Ukraynanın əli var. Rəsmi Kiyevdən bu təkzib olunsa da, Rusiya ictimai dairələri bu versiyanı əsas sayırlar.

Hərbi ekspert Üzeyir Cəfərov AYNA-ya deyib ki, hadisə barədə bir çox versiyalar səsləndirilə bilər ki, hər biri ayrı-ayrılıqda istintaq tərəfindən araşdırılacaq:

- Terrorun seçilmə yeri təsadüfi deyil. Bir neçə dəqiqə ərzində terrorçuların hadisəni törətməsi və rahat şəkildə həmin ərazidən uzaqlaşmaları da müəmmalıdır. Düzdür, bir nəfəri yerindəcə saxlayıblar, amma yerdə qalanlar Bryanskda həbs ediliblər. “Renault” markalı avtomob ilə atəş açıldığı deyilir, amma yaralanan, ölən yoxdur. Maşının çevrildiyi bildirilir, amma kadrlardan görünür ki, maşın çevrilməyib. Yəni demək istəyirəm ki, qaranlıq məqamlar və suallar çoxdur. Baxmaq lazımdır ki, bu dəhşətli terrordan sonra hansı addımlar atılacaq və kim qazanclı görünəcək. İstintaqın gedişindən, Kremldən veriləcək açıqlamalardan anlamaq mümkün olacaq ki, bu terror hadisəsində məqsəd nə idi. İndi tələsik nəsə demək doğru olmazdı.

- Versiyalardan biri də budur ki, terrorun arxasında Ukrayna dayanır...

- Terroru törətməkdə şübhəli bilinən şəxslərin Bryanskda yaxalanması ilə də Rusiya buna işarə vurur. Nəzərə almaq lazımdır ki, Bryansk Ukrayna ilə sərhədə yaxındır və açıqlanan versiyaya görə, terrorçu deyilən şəxslər Ukraynaya qaçırmışlar. Amma unutmaq olmaz ki, belə terror hadisəsi Rusiyada nə birincidir, nə də ki, sonuncu. 1999-cu ildə, 2002-ci ildə də Rusiyada buna bənzər terror aktları törədilib. Martın əvvəlində ABŞ məlumat yaymışdı ki, Rusiyanın böyük şəhərlərində terror aktı təhlükəsi mövcuddur. Rusiya xüsusi xidmət orqanları bunu bir növ, gülüşlə qarşıladılar. Rusiya orqanları, səlahiyyətliləri özlərinə sual verməlidirlər ki, 3-4 nəfər necə olur ki, silahlarla əlini-qolunu sallayıb elə bir konsert salonuna daxil ola bilirlər, təhlükəsizlik xidməti hara baxırmışlar?! Demək istədiyim odur ki, bundan nəticələr çıxarmalıdırlar.

- Belə ehtimallar var ki, Rusiya bundan sonra Ukraynaya qarşı daha amansız davranacaq, səfərbərliyi artıracaq. Hətta terroru bəhanə edərək Rusiya Prezidenti Vladimir Putinin taktiki nüvə silahından istifadə əmri verəcəyi də iddia olunur...

- Birincisi, taktiki nüvə silahına qısaca olaraq toxunum. Rusiyanın nüvə silahından istifadə edəcəyi gözlənilən deyil. Bunun bir çox səbəbləri var ki, dəfələrlə demişik, yazmışıq, təkrar etmək istəmirəm. Yəni nüvə silahından istifadə edilməsi inandırıcı deyil. Amma Ukraynaya qarşı raket hücumlarının sayını artıra bilər, hücumlar intensivləşə bilər. Ola bilsin ki, Rusiya “xüsusi hərbi əməliyyat” leksikonunu dəyişsin, müharibəni elə müharibə adlandırsın. Yəni bu ehtimallar çoxdur. Həm də Kremldəkilər əsəbidirlər, hər gün neft zavodları vurulur. Benzin qıtlığı təhlükəsi var. Bu mənada ola bilsin ki, Ukraynanı terrorda günahlandırsın və hücumlarının sayını artırsın. Amma addımlarına Ukrayna tərəfindən cavab veriləcək. Rusiya unutmamalıdır ki, 2000-ci illər deyil ki, törədilən terroru bəhanə edə, Çeçenistan kimi Ukraynanı da tam məhv edə. Nə də Ukrayna Çeçenistan deyil.

- Maraqlı məqamlardan biri də odur ki, müharibə şəraitində olan Rusiyada, özü də paytaxtında təhlükəsizlik tədbirlərinin belə zəif olması nə ilə bağlıdır?

- Bu, Rusiya rəhbərliyinin, dövlət orqanlarının, xüsusi xidmət orqanlarının məsuliyyətsizliyi deməkdir. Rusiya rəhbərliyi elə bilir ki, heç kəs Moskvada hansısa terroru törətməyə cəhd edə, risk edə bilməz. Amma belə hadisələr göstərir ki, heç də Kremldəkilər düşündüyü kimi deyil.

İkincisi, Rusiya Ukraynada, Afrikada, Yaxın Şərqdə o qədər belə terror aktları həyata keçirib ki, ola bilsin ki, bu, Moskvanın etdiklərinə cavabdır. Necə deyərlər, “döymə taxta qapımı, döyməyim dəmir qapını”.

Üçüncüsü isə odur ki, ola bilər bu terror elə Rusiyanın özünə lazım idi. Bəlkə ona görə təhlükəsizlik tədbirləri qəsdlə zəif təşkil edilib?! Mən demirəm ki, bu, həqiqətdir. Sadəcə versiyalardan biridir. Bu səbəbdən də yenə deyirəm, proseslərin bundan sonrakı gedişini izləməkdə fayda var. Baxaq görək ki, bu terror hadisəsindən kimlər hansı istəklərinə çatmış görünəcəklər.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Metroda gedişhaqqı azaldılır? – Tarif Şurasının qərarı ilə…
Bu gün, 12:41
Niyazi Mehdi reanimasiyaya yerləşdirildi - "10 gündür səhhətində ciddi problem var"
Bu gün, 12:38
“Azərsun Holdinq”də yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 12:36
“Rusiyadan Bakıdakı agentlərə sifariş verilib ki...” – Sabiq nazirdən ŞOK AÇIQLAMA
Bu gün, 12:31
Həbsdə olan sabiq tabor komandirinin şikayətinə baxılacaq
Bu gün, 12:26
Rubio Panama üçün YOLA ÇIXDI... - NƏ BAŞ VERİR?
Bu gün, 12:24
"Haçan ailə qursam, görəcəksiniz"
Bu gün, 12:15
Suriyanın gələcək portreti: - Tehran onu çəkən “rəssamlar” arasında yoxdur
Bu gün, 12:12
Alkoqollu içkilər BAHALAŞACAQ
Bu gün, 12:11
Qarabağ Qazisinin HAQQI YEYİLİR... - AXI NİYƏ?..
Bu gün, 12:08
“OPEC+ Trampın təzyiqinə tab gətirməyəcək” - Bloomberg
Bu gün, 11:58
Quskadan Prezidentə: Sizə verilən bu məlumat yalandır! - TƏFƏRRÜAT
Bu gün, 11:51
ABŞ qüvvələrinin Ermənistana gələcəyi tarix açıqlandı - “Hraparak”
Bu gün, 11:50
Hüquq müdafiəçisi neftçilərin maaş artımı ilə bağlı ÇAĞIRIŞ ETDİ - "İnsafınız olsun..."
Bu gün, 11:45
ABŞ-da qəzaya düşən təyyarədə fiqurlu konkisürmə üzrə rusiyalı dünya çempionları da olub - TASS
Bu gün, 11:39
Türkiyə şirkəti Azərbaycanda ləğv olunur
Bu gün, 11:23
Ötən ilin avqustunda həbs edilmişdilər - İNDİ İSƏ...
Bu gün, 11:21
Arvadını öldürən kişi ilə bağlı ŞOK FAKTLAR: - "Qulaq kəsmişdi, məhkəmə həbs etməyib"
Bu gün, 11:18
ƏÜO-da “Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu”nun buraxılış mərasimi keçirilib - VİDEO
Bu gün, 11:16
Məqsəd İrəvanın xarici siyasətinin Bakıdan asılı olmasıdır - İskəndəryan
Bu gün, 11:15
Paşinyan sevinərdi ki, bunları da... - RƏY
Bu gün, 11:11
“Əsaslı Tikinti və Təchizat” MMC-nin “ŞƏMKİR TİKİNTİ-18” ASC ilə ŞÜBHƏLİ İŞBİRLİYİ - İLGİNC FAKTLAR
Bu gün, 11:00
Barat Yusubovun bazara çevirdiyi Yeni Klinika... - vətəndaş süründürməçiliyi ifşa etdi
Bu gün, 10:57
Şvabenin cəhdləri mənasızdır: - Bakı mövqeyindən bir addım da olsun geri çəkilməyib
Bu gün, 10:48
Gömrük Komitəsində 3 aydır gecikən maaşlar VERİLDİ - AÇIQLAMA
Bu gün, 10:30
Əliyevin həmləsi durumu kökündən dəyişdi – “Artıq Putin də...”
Bu gün, 10:26
Azərbaycanlı milyarder 20 milyon verib azadlığa çıxdı - FOTO
Bu gün, 10:23
AZNEFT rəhbəri bu məsələdə mövqe ortaya qoymazsa... - "Siyəzənneft"lə bağlı planlar NƏDİR?
Bu gün, 10:19
7 ölkədən xəbərdarlıq edilir: böyük fəlakətlər olacaq – Ovannisyan
Bu gün, 10:07
“Xəstəxanaya yerləşdirəndə sol tərəfi işləmirdi, əsəbdən...” - AÇIQLAMA
Bu gün, 10:02
"Fevralın əvvəlində Paşinyanın Trampla görüşünün baş tutması üçün hər şey edilir..." - “Hraparak”
Bu gün, 10:01
Azərbaycanda investisiya şirkətinin rəhbərliyindən biri vəzifəsini tərk edib - Onun yerinə isə...
Bu gün, 09:59
6 aydır başçı yoxdur... sakinlər NƏ ETSİN? - MÜRACİƏT
Bu gün, 09:56
Bakı Kremlin demarşını özünə qaytardı: Rusiya bunu etməsə... - NƏ BAŞ VERİR?
Bu gün, 09:50
Nazir getdi, nazirlik də ləğv olunur? - İLGİNC GƏLİŞMƏ
Bu gün, 09:47
İşçilərin əməyinin ödənilməsinin hansı sistemi və növləri vardır? - Ekspert danışır...
Bu gün, 09:43
Şakro Molodoy vida mərasimində - Hamı bu VİDEODAN danışır
Bu gün, 09:38
14 kiloqram heroin və marixuananın dövriyyə buraxılmasının qarşısı alındı - Sumqayıtda polisin narkotik əməliyyatı
Bu gün, 09:36
"İlin günün bu vaxtı işçini ixtisar edərlər?" - NARAZILIQ VAR...
Bu gün, 09:31
“Bu bəyanatların heç iki qəpiklik dəyəri yoxdur” - Çingiz Qənizadə
Bu gün, 09:16
Siyəzəndə keçmiş məhbus saxlanıldı - FOTO
Bu gün, 09:13
"Haram pulları necə yeyirsiniz?!!" - ETİRAZ VAR...
Bu gün, 09:11
Ermənistan könüllü etməsə, İrəvanı buna necə məcbur edə bilərik? - Əliyev nöqtə qoydu...
Bu gün, 09:08
Nərimanovda yenə də süpürgəçi maaşları QAYÇILANIR... - AXI NİYƏ?..
Bu gün, 09:05
Ana Vətən Partiyası seçkinin nəticələrini tanıdı - AÇIQLAMA
Bu gün, 08:56
Sərhəddə hər an təxribat TƏXRİBAT törədilə bilə - Bakı XƏBƏRDARLIQ etdi
Bu gün, 08:53
Qonşu ölkədə Azərbaycana qarşı 300 atəş nöqtəsi yaradılıb – Bakı müharibəyə cəlb edilir
Bu gün, 08:52
Əliyev 10 il öncəkindən qat-qat güclüdür, çünki… - İsgəndəryan
Bu gün, 08:50
Dövlət qurumlarında maaş problemi - ajiotajı kim və niyə yaradır
Bu gün, 08:49
Zaur Mikayılovun işçisi MEYDAN SULADI - AY MAŞALLAH...
Bu gün, 08:48
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru