“Əmək Müfəttişliyində yarıtmaz xidmət...” .....                     Qarabağdakı bandanın keçmiş liderlərini nə gözləyir? .....                     Avropa Kiyevlə bağlı çıxış yolu axtarışında .....                     Cəmiyyət yenicə şoka düşməyə başlamışdı, Nəzrin də öldü... .....                     Tramp Paşinyana "qapıları" qapadır: .....                     Qrenobl meri Makronu referendum keçirməyə çağırıb .....                     Xəlil Göyüşovun şirkəti Ağdamda 30 milyon manata hansı işləri görəcək? .....                     “Evim” uşaq bağçası ilə bağlı daha bir SENSASİYA: Müdir 7 işçinin adına KREDİT götürüb .....                     Kəşfiyyat məlumatları aşkara çıxdı .....                     Məhkəmə İrana casusluq edən gəmi kapitanı ilə bağlı qərarı elan edib .....                     Ermənistan bu il Rusiya və İrana qarşı sanksiyalara görə iqtisadi risklərlə üzləşəcək .....                     “Turan Bank”a sığorta agenti fəaliyyəti üçün lisenziya verilib .....                     Ali Məhkəmədə təmizlik işləri bu şirkətə .....                     Universitet vergilərini vaxtında ödəməyib .....                     Azərbaycalılarla deputat arasında İNSİDENT: atəş açıldı .....                     Abşeronda polis hüquqpozmalara qarşı növbəti əməliyyat-profilaktik tədbirlər keçirib .....                     Mərasim evlərində ölünü "dirildən" qiymətlər .....                     “Meridian”ı təmir edən şəxs pulunu ala bilmədi, başına iş gəldi .....                     Məscidi təmizləyən azyaşlıya əxlaqsızlıq edən molla HƏBS OLUNDU .....                     Əməkdar artist oğlunun ölüm səbəbini açıqladı .....                     Bakıda məzar yeri biznesi: Ölülərə hörmətsizlik etməyin .....                     “İCRA BAŞÇISI MƏNİ TƏHQİR ETDİ...” .....                     Sülh sazişinin maddələrinin əksəriyyəti razılaşdırılıb .....                     Bakıda məkəb direktoru valideyni təhqir edib? .....                     Masaj salonlarında işləyən qadınları şantaj edən .....                     “Sənə lazımıdır ki, oğlun Gömrüyə düzəlsin, vəssalam” .....                     Bayden heç unudularmı?.. .....                     Narkotik satışında ittiham edilən "TikTok"erə hökm oxunub .....                     "Bu ölkədə `AZƏRİQAZ`ı durduracaq bir kimsə varmı?" .....                     "Vasif Talıbov güldü və qolumdan tutub dedi ki..." .....                     Fransada keçmiş baş nazirlərin və prezidentlərin imtiyazları ləğv edilib .....                     Sosial şəbəkələrdə tanınmış şəxslərə qarşı kiberdələduzluq edənləri polis saxlayıb .....                     Saxta həkimləri tanımaq üçün ən asan yol... .....                     Böyük ehtimalla parlament Aİ-yə üzvlük prosesinin başlanmasına dair qanun layihəsini qəbul edəcək .....                     YAP-ın veteranları toplaşdı: Ramiz Mehdiyev dəvət edilmədi .....                     Kreml Trampın hədəsinə cavab verib .....                     Tehran-Bakı əməkdaşlığı Müvəhhedianı hiddətləndirdi .....                     Zəngəzur dəhlizinin açılması ilə bağlı vacib nüans .....                     Hikmət Mirzəyevə yeni müavin təyin olunub .....                     İmişli olayı: güdükdə duranlar kimdir? .....                 

Real dünya ilə əlaqəsi kəsilənlərin oynadığı qumar və: İsrail üçün fəlakət - NƏ BAŞ VERİR?
Tarix: 13-10-2024, 00:22 | Çap et
Real dünya ilə əlaqəsi kəsilənlərin oynadığı qumar və: İsrail üçün fəlakət
Yaxın Şərqdə davam edən gərginlik fonunda İran-İsrail qarşıdurmasının geniş miqyas alacağı proqnozlaşdırılır. Oktyabrın 1-də İranın İsraili raket atəşinə tutmasından sonra rəsmi Təl-Əvivdən bunun cavabının veriləcəyi açıqlanıb. İsrailin müdafiə naziri Yoav Qalant bildirib ki, İsrailin Tehrana cavabı sərt olacaq.

Xarici media yəhudi dövlətindəki mənbələrinə istinadən belə məlumatlar yayırlar ki, İsrail İranın neft və nüvə obyektlərinə zərbə vurmağa hazırlaşır. Amma bu addımın İsrail üçün yaxşı nəticə verməyəcəyi qənaətində olanlar da var. Məsələn, ötən həftə “The Jerusalem Post” qəzeti adı açıqlanmayan İsrail rəsmilərinə istinadən yazıb ki, yəhudi dövlətinin İranın nüvə proqramı obyektlərinə zərbə endirməsi İsraillə İran arasında regional müharibəyə yol aça bilər.

Bu cür münaqişə yəhudi dövlətinin HƏMAS radikal hərəkatını məhv etmək və Livandakı “Hizbullah” təşkilatını məğlub etmək qabiliyyətini “əhəmiyyətli dərəcədə zəiflədə bilər”. Nəşr vurğulayıb ki, İranla münaqişənin başlanmasının qarşısının alınması Qəzza zolağında vəziyyətin kəskinləşməsindən sonra İsrail Baş naziri Benyamin Netanyahunun administrasiyası tərəfindən rəsmən bəyan edilmiş “müharibə məqsədlərindən” biridir.

Nəşrin mənbələri gözləyirlər ki, İsrail İrana cavab zərbəsi zamanı müxtəlif hərbi bazalara və kəşfiyyat obyektlərinə diqqət yetirə bilər. Onlar planlaşdırırlar ki, bu əməliyyat “orta ağırlıqlı hücum ssenarilərini” əhatə edəcək.

İsrailli general İtzak Brik isə “Haaretz”də yazdığı məqaləsində Təl-Əvivin belə planlarının ölkəyə zərər verəcəyini qeyd edib. Onun sözlərinə görə, İranın İsrailə 181 ballistik raket atmasına cavab olaraq, Təl-Əviv İran ərazisində gərginliyi daha da artırmadan hücum edə biləcək hədəflər tapmalıdır: “Yəni İsrail hər hansı bir addım atmazdan əvvəl yüz ölçüb bir biçməlidir. Nətənzdəki nüvə obyektlərinə hücum bölgədə gərginliyin ciddi şəkildə artmasına və genişmiqyaslı müharibənin baş verməsinə səbəb ola bilər. Bunun nəticəsini proqnozlaşdırmaq mümkün deyil. Bundan əlavə, nəzərə alınmalıdır ki, İranın nüvə obyektlərinə hücum bu ölkənin nüvə silahı yaratmaq imkanlarına son qoymayacaq. Ən yaxşı halda belə bir hərəkət İranın nüvə silahı istehsalını cəmi bir neçə ay gecikdirəcək”.

“İranın müxtəlif ərazilərdə və ən azı on metr yerin altında tikilən nüvə obyektlərini İsrailin təkbaşına məhv etmək imkanı yoxdur. Hətta ABŞ-ın köməyi ilə bu hərəkət çox çətin missiya hesab olunur. ABŞ İranın nüvə proqramını ABŞ və bütün dünya üçün təhlükə hesab etsə də, ölkənin nüvə obyektlərini məhv etmək üçün hərbi əməliyyatlara əl atmayıb. Çünki İrana hücumun yeni oxla qlobal müharibəyə səbəb olacağını anlayır. Yəni Rusiya, Çin İrana dəstək verəcək”, - general əlavə edib.

Brik qeyd edib ki, son günlər ABŞ-ın keçmiş Prezidenti və Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp İsrailə İranın nüvə obyektlərinə hücum etməyi təklif edib: “Trampa sualım budur: Siz ABŞ Prezidenti olanda niyə belə bir hücumu həyata keçirmədiniz və İranın nüvə obyektlərini məhv etmədiniz? Necə olursa-olsun, sizin ölkənizin hərbi yenilikləri İsrailin imkanlarından yüz dəfələrlə çoxdur. Öz hərbi imkanlarınıza baxmayaraq, bizə həyata keçirməyə cəsarət etmədiyiniz bir tövsiyə verirsiniz. Trampın məsləhəti Bibliyadakı Axitofelə bənzəyir. Bunu etmək İsrailə dəhşətli ziyan vuracaq və hətta onu geri dönüşü olmayan nöqtəyə gətirə bilər. Baş nazir Netanyahunun, müdafiə naziri Qalantın və Baş Qərargah rəisi Herzel Halevinin İsrailin varlığına dair qumar oyunları haqqında yazmağım ilk dəfə deyil. Ağılsız bir qərarla onlar bütün Yaxın Şərqi əhatə edəcək çox cəbhəli müharibəyə başlaya bilərlər”.

“Müharibədən sonrakı gün haqqında bir an belə düşünmürlər. Onların real dünya ilə əlaqəsi kəsilib və hadisələr haqqında düzgün mühakimə yoxdur. Vəziyyəti düzgün dərk etməyənləri qızışdırmaqla hərəkət edirlər”, - deyə Blik vurğulayıb.

Generalın sözlərinə görə, fəlakət baş verən zaman artıq çox gec olacaq: “Bu üç adam İsrail tarixinin ən pis gününə, 2023-cü il oktyabrın 7-nə görə məsuliyyəti öz üzərlərinə götürməkdən yayındıqları kimi, İsrail bir neçə cəbhədə dağıldıqda da məsuliyyəti öz üzərlərinə götürməkdən yayınacaqlar... Bu vəziyyətlərin heç birində İsrail uzun müddət sağ qala bilməyəcək. Bizi bu üç adamın atdığı bataqlıqdan ancaq diplomatik razılaşma qurtara bilər”.

AYNA.az









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Əmək Müfəttişliyində yarıtmaz xidmət...” - NAZIRIN NƏZƏRİNƏ...
Bu gün, 01:23
Qarabağdakı bandanın keçmiş liderlərini nə gözləyir? - İNCƏLƏMƏ
Bu gün, 01:00
Avropa Kiyevlə bağlı çıxış yolu axtarışında - Amerikasız olmaz
Bu gün, 00:56
Cəmiyyət yenicə şoka düşməyə başlamışdı, Nəzrin də öldü...
Dünən, 19:39
Tramp Paşinyana "qapıları" qapadır: - Ermənistan sahibsiz "geopolitik tullantı"ya çevrilir
Dünən, 19:17
Qrenobl meri Makronu referendum keçirməyə çağırıb
Dünən, 19:14
Xəlil Göyüşovun şirkəti Ağdamda 30 milyon manata hansı işləri görəcək? - TƏFƏRRÜAT
Dünən, 18:59
“Evim” uşaq bağçası ilə bağlı daha bir SENSASİYA: Müdir 7 işçinin adına KREDİT götürüb - FOTO
Dünən, 18:55
Kəşfiyyat məlumatları aşkara çıxdı – Putin bu halda Kiyevə bayraq sancacaq…
Dünən, 18:36
Məhkəmə İrana casusluq edən gəmi kapitanı ilə bağlı qərarı elan edib
Dünən, 18:32
Ermənistan bu il Rusiya və İrana qarşı sanksiyalara görə iqtisadi risklərlə üzləşəcək
Dünən, 18:10
“Turan Bank”a sığorta agenti fəaliyyəti üçün lisenziya verilib
Dünən, 18:07
Ali Məhkəmədə təmizlik işləri bu şirkətə - HƏVALƏ EDİLDİ
Dünən, 18:01
Universitet vergilərini vaxtında ödəməyib
Dünən, 17:58
Azərbaycalılarla deputat arasında İNSİDENT: atəş açıldı - TƏFƏRRÜAT
Dünən, 17:55
Abşeronda polis hüquqpozmalara qarşı növbəti əməliyyat-profilaktik tədbirlər keçirib - VİDEO
Dünən, 17:53
Mərasim evlərində ölünü "dirildən" qiymətlər - 4000 manata menyu
Dünən, 17:49
“Meridian”ı təmir edən şəxs pulunu ala bilmədi, başına iş gəldi - TƏFƏRRÜAT
Dünən, 17:44
Məscidi təmizləyən azyaşlıya əxlaqsızlıq edən molla HƏBS OLUNDU - VİDEO
Dünən, 17:41
Əməkdar artist oğlunun ölüm səbəbini açıqladı – “Bir anın içində canını tapşırdı”
Dünən, 17:32
Bakıda məzar yeri biznesi: Ölülərə hörmətsizlik etməyin -İlahiyyatçıdan ETİRAZ
Dünən, 17:29
“İCRA BAŞÇISI MƏNİ TƏHQİR ETDİ...” - Kəlbəcər sakini HARAY ÇƏKDİ
Dünən, 17:23
Sülh sazişinin maddələrinin əksəriyyəti razılaşdırılıb – Simonyan
Dünən, 17:11
Bakıda məkəb direktoru valideyni təhqir edib? – ŞOK İDDİA + SƏS YAZISI
Dünən, 17:01
Masaj salonlarında işləyən qadınları şantaj edən KİŞİYƏ CƏZA VERİLDİ
Dünən, 16:46
“Sənə lazımıdır ki, oğlun Gömrüyə düzəlsin, vəssalam” - Dələduzluq işi
Dünən, 16:38
Bayden heç unudularmı?.. - ŞƏRH
Dünən, 16:36
Narkotik satışında ittiham edilən "TikTok"erə hökm oxunub
Dünən, 16:34
"Bu ölkədə `AZƏRİQAZ`ı durduracaq bir kimsə varmı?" - vətəndaş ÇARƏSİZ DURUMDA
Dünən, 16:30
"Vasif Talıbov güldü və qolumdan tutub dedi ki..." - MÜSAHİBƏ
Dünən, 16:18
Fransada keçmiş baş nazirlərin və prezidentlərin imtiyazları ləğv edilib
Dünən, 16:16
Sosial şəbəkələrdə tanınmış şəxslərə qarşı kiberdələduzluq edənləri polis saxlayıb - VİDEO
Dünən, 16:13
Saxta həkimləri tanımaq üçün ən asan yol... - Səhiyyə Nazirliyi açıqladı
Dünən, 16:11
Böyük ehtimalla parlament Aİ-yə üzvlük prosesinin başlanmasına dair qanun layihəsini qəbul edəcək - Paşinyan
Dünən, 16:08
YAP-ın veteranları toplaşdı: Ramiz Mehdiyev dəvət edilmədi - FOTO
Dünən, 16:06
Kreml Trampın hədəsinə cavab verib
Dünən, 16:03
Tehran-Bakı əməkdaşlığı Müvəhhedianı hiddətləndirdi - İran mediası
Dünən, 16:01
Zəngəzur dəhlizinin açılması ilə bağlı vacib nüans – Uzaq mərkəzlər tərəfindən…
Dünən, 16:00
Hikmət Mirzəyevə yeni müavin təyin olunub - ƏMR
Dünən, 15:57
İmişli olayı: güdükdə duranlar kimdir? - AXI NİYƏ?..
Dünən, 15:38
Azərbaycan Quru Qoşunları komandanının müavini Pakistanın nümayəndə heyəti ilə görüşüb
Dünən, 15:33
“Vaşinqtonu maraqlarımızla hesablaşmağa vadar etməliyik” - Başqa yolu yoxdur...
Dünən, 15:32
Azərbaycanda heç bir sahədə qadınlar kişilərdən yüksək maaş almır - RƏSMİ
Dünən, 15:28
“Bütün ölkələr Azərbaycanın ərazi bütövlüyünü tanıyıb” - Armen Qriqoryan
Dünən, 15:27
Nazir xanım generalın ən yaxın adamını işdən çıxardı - ƏMR
Dünən, 15:22
Salyanda meyxanaçı iki bacını evinə çağırdı, sonra onlardan biri ilə... - TƏFƏRRÜAT
Dünən, 15:20
Samir Şərifova yeni vəzifə həvalə edilib - QƏRAR
Dünən, 15:18
Qəbələdə zibilliyə çevrilən yol kənarı: - bələdiyyə və AAYDA məsuliyyəti bölə bilmir
Dünən, 14:42
İran Azərbaycana "sevgisində" səmimi olmalıdır - ŞƏRH
Dünən, 14:00
“Arash Medical Company” ölkədən külli miqdarda pul çıxarıb? - TƏFƏRRÜAT
Dünən, 13:58
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru