Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Dünya > "Moskvayla Pekini günahlandırması cəhdlərini əsassız sayırıq"
"Moskvayla Pekini günahlandırması cəhdlərini əsassız sayırıq"1-08-2017, 08:58 |
![]() İyulun 31-də Rusiyayla Çin ABŞ liderlərinin Şimali Koreyaya görə onları tənqid etməsinə cavab veriblər. Şimali Koreya ötən həftəsonu Birləşmiş Ştatları vura biləcək raket sınaqdan keçirib. Bundan sonra ABŞ prezidenti Donald Trump Twitter-də yazıb ki, o, Çinin Birləşmiş Ştatlara Pxenyanı cəzalandırmaqdan ötrü heç bir kömək göstərməməsindən «çox məyusdur». «Çin bu problemi asanlıqla həll edə bilərdi», – Trump yazıb. Dövlət katibi Rex Tillerson isə deyib ki, Çinlə Rusiya Şimali Koreyayla ticarət əlaqələri saxladıqlarından ona «iqtisadi baxımdan əsas qol-qanad verənlərdir». «ABŞ və bir sıra digər ölkələrin Rusiya və Çini məsul tutması, hətta Pxenyanın raket və nüvə ambisiyalarına görə Moskvayla Pekini günahlandırması cəhdlərini əsassız sayırıq», – Rusiyanın Xarici İşlər Nazirliyi iyulun 31-də yaydığı bəyanatda deyib. Geri qayıt |