Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > Mirziyoev insan haqlarını yaxşılaşdırmaq vədi verir
Əsas Səhifə > Dünya > Mirziyoev insan haqlarını yaxşılaşdırmaq vədi verir

Mirziyoev insan haqlarını yaxşılaşdırmaq vədi verir


20-09-2017, 09:11
Mirziyoev insan haqlarını yaxşılaşdırmaq vədi verir
Özbəkistan prezidenti Shavkat Mirziyoev sentyabrın 19-da BMT Baş Assambleyasında ilk çıxışını edib. O, hökumətinin ölkəyə rifah gətirəcəyini, insan haqlarıyla bağlı durumu yaxşılaşdıracağına söz verib.

Özbəkistan lideri deyir ki, məhz vətəndaşlarının həyat tərzini yaxşılaşdırmaq istəyi onu bu ay özbək valyutasını sərbəst məzənnəyə keçirməyə vadar edib. O, biznesə verginin azaldığını, biznesə kreditlərin artırıldığını, azad iqtisadi zonaların yaradıldığını vurğulayıb.

«Bir sadə həqiqətdən çıxış edirik: adamlar zənginləşdikcə, ölkə daha da güclənəcək», – Mirziyoev deyib.

Onun sözlərinə görə, hökuməti «dinc və iqtisadi baxımdan çiçəklənən» Orta Asiyanın yaradılmasına çalışacaq.

Mirziyoev bu ayın əvvəlində Özbəkistanla Qırğızıstanın imzaladığı sərhəd sazişini «böyük hadisə» adlandırıb.

Geri qayıt