Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Dünya > Şengen vizası bahalaşır
Şengen vizası bahalaşır20-06-2018, 13:27 |
![]() Avropa İttifaqı Şengen vizasının qiymətini artırmaq niyyətindədir. APA-nın Aİ Şurasının saytına istinadən verdiyi məlumata görə, iyunun 19-da Aİ Şurası Viza Məcəlləsinə dəyişiklik edilməsi ilə bağlı danışıqlar üçün mandatı təsdiqləyib. Yeni məcəllədə vizanın standart qiymətinin 80 avroya qaldırılması nəzərdə tutulub. Yeni qaydalara əsasən viza müraciətini əvvəl olduğu kimi, səfərdən 15 gün əvvəldən gec olmayaraq deyil, 6 ay əvvəl yerləşdirmək mümkün olacaq. Hazırda Şengen vizasının standart qiyməti 60 avrodur. Geri qayıt |