Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > Ərdoğan yeni nazirlər kabinetinin tərkibini açıqlayıb
Əsas Səhifə > Dünya > Ərdoğan yeni nazirlər kabinetinin tərkibini açıqlayıb

Ərdoğan yeni nazirlər kabinetinin tərkibini açıqlayıb


10-07-2018, 08:33
Ərdoğan yeni nazirlər kabinetinin tərkibini açıqlayıb
Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğan konstitusiyaya edilən dəyişikliklərdən sonra yeni nazirlər kabinetinin tərkibini açıqlayıb

APA-nın məlumatına görə, ölkə tarixində ilk vitse-prezident vəzifəsinə Fuad Oktay təyin edilib.

Yeni hökumətin tərkibində xarici işlər naziri: Mevlüt Çavuşoğlu və ədliyyə naziri Abdulhəmit Gül postlarını qoruyublar. Milli Müdafiə naziri postunu əvvəllər Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının komandanı olan Hulusi Akar tutub. Enerji və təbii sərvətlər nazirinin sabiq birinci müavini Fatih Dönmez nazir vəzifəsinə yüksəlib. Bundan əvvəl Enerji və təbii sərvətlər nazirliyinə rəhbərlik edən Berat Albayrak isə Xəzinədarlıq və maliyyə naziri olub.

Geri qayıt