Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Dünya > Nazarbayev Qazaxıstanın Təhlükəsizlik Şurasına ömürlük rəhbərlik edə bilər
Nazarbayev Qazaxıstanın Təhlükəsizlik Şurasına ömürlük rəhbərlik edə bilər12-07-2018, 08:20 |
![]() Qazaxıstan prezidenti Nursultan Nazarbayev səlahiyyətlərinin xeyli genişləndirilməsi ilə ölkənin Təhlükəsizlik Şurasına ömürlük rəhbərlik etmək hüququ əldə edib. "Report" xəbər verir ki, müvafiq qanun "Qazaxıstan həqiqətləri" rəsmi qəzetində dərc olunub və qüvvəyə minib. "Tarixi missiyanın rəhbəri kimi Təhlükəsizlik Şurasına rəhbərlik hüququ Qazaxıstan Respublikasının birinci prezidentinə - Elbaşına (millətin lideri - Nazarbayevə) ömürlük məxsusdur", - deyə qanunda qeyd edilib. Sənəd əvvəlcə iyulun 5-də parlament tərəfindən qəbul edilib və prezident tərəfindən imzalanıb. Konstitusiya Şurası müvafiq Konstitusiya qanununu qəbul edib. Geri qayıt |