Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Dünya > Venesuelanın ABŞ-dakı 56 diplomatından 11-i müxalifət tərəfə keçib
Venesuelanın ABŞ-dakı 56 diplomatından 11-i müxalifət tərəfə keçib22-02-2019, 08:37 |
![]() Venesuela Milli Assambleyasının lideri Xuan Quaidonun Vaşinqtondakı nümayəndəsi Karlos Vekkyo Bolvar Respublikasının Birləşmiş Ştatlarda işləyən 56 diplomatından 11-nin müxalifət tərəfə keçdiyini bildirib. “Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, o, həmin diplomatlarla işləməyə hazır olduqlarını deyib. "Biz keçmiş rejimin 56 diplomatından 11-ni öz diplomatik missiyamıza qəbul edirik. Onlarla işləməyə hazırıq", - deyə o bildirib. Həmçinin Quaido tərəfindən təyin edilmiş səfir müşaviri Qustavo Markanonun sözlərinə görə, müxalifət nümayəndələri respublikanın ABŞ-dakı hesab və mülkiyyətlərini dondurmağa müvəffəq olublar. Daha əvvəl Venesuelanın Braziliya ilə sərhədi bağladığı məlum olub. Geri qayıt |