Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Dünya > Lavrov və Pompeo BMT qərargahında görüşəcəklər
Lavrov və Pompeo BMT qərargahında görüşəcəklər23-09-2019, 08:29 |
![]() ABŞ-ın dövlət katibi Maykl Pompeo və Rusiya Federasiyasının xarici işlər naziri Serqey Lavrovun görüşü qarşıdakı cümə gününə planlaşdırılıb. "Report" xəbər verir ki, bu barədə TASS-a BMT Baş Assambleyasının 74-cü sessiyasında Pompeonun görüşləri ilə bağlı brifinq keçirən ABŞ Dövlət Departamentinin yüksək vəzifəli nümayəndəsi bildirib. "Görüş (Sergey Lavrovla -red) BMT qərargahında sentyabrın 27-də, saat 10:30-a planlaşdırılıb", - deyə o bildirib. Dövlət Departamentinin nümayəndəsi əlavə edib ki, görüşün gündəliyi haqqında daha sonra bildiriləcək. BMT Baş Assambleyasının 74-cü sessiyası ötən çərşənbə axşamı Nyu-Yorkda işə başlayıb. Geri qayıt |