Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > Həsən Ruhanidən xarici qüvvələrə xəbərdarlıq: "Körfəzdən kənarda durun"
Əsas Səhifə > Dünya > Həsən Ruhanidən xarici qüvvələrə xəbərdarlıq: "Körfəzdən kənarda durun"

Həsən Ruhanidən xarici qüvvələrə xəbərdarlıq: "Körfəzdən kənarda durun"


23-09-2019, 08:46
Həsən Ruhanidən xarici qüvvələrə xəbərdarlıq: "Körfəzdən kənarda durun"
"ABŞ Körfəzə qoşun yerləşdirəcəyi halda xarici qüvvələr bizim insanlar və regionumuz üçün problemlər yarada bilər”.

APA-nın BBC-yə istinadla verdiyi xəbərə görə, bu barədə İran Prezidenti Həsən Ruhani 1980-1988-ci illərin İran-İraq müharibəsinin başlaması ildönümü ilə bağlı Tehranda keçirilən hərbi paradda çıxışı zamanı bildirib.

O diqqətə çatdırıb ki, xarici qüvvələr bu bölgəyə həmişə "ağrı və səfalət gətirib" və "silah yarışında" onlardan istifadə olunmamalıdılr.

Ruhani İranın BMT-də Körfəzə dair yeni sülh təşəbbüsünü təqdim ediləcəyini də söyləyib.

İran prezidenti xarici qüvvələrə bölgədən "uzaq durmağı" məsləhət görüb: "Əgər səmimidirlərsə, o zaman bölgəmizi silah yarışına çevirməsinlər ... Bölgəmizdən və ölkələrimizdən nə qədər uzaq olsanız, bu bölgə o qədər təhlükəsiz olar".

Geri qayıt