Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Dünya > İŞİD liderinin meyitinin qalıqları dənizə atılacaq
İŞİD liderinin meyitinin qalıqları dənizə atılacaq28-10-2019, 08:16 |
![]() İŞİD-in ötən gün zərərsizləşdirilmiş lideri Əbu Bəkr əl-Bağdadinin meyitinin qalıqları dənizə atıla bilər. "Report" TASS-a istinadən xəbər verir ki, bu barədə CNN teleşirkəti mənbəyə istinadən məlumat yayıb. Daha əvvəl ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Robert O Brayen də buna oxşar fikir səsləndirib. ABŞ rəsmisi bildirib ki, əl-Bağdadinin meyitinin qalıqları "Əl Qaidə" terror qruplaşmasının rəhbəri Üsamə bin Ladenin meyitinin qalıqları kimi dənizə atılacaq. Xatırladaq ki, ABŞ hakimiyyəti Üsamə bin Ladeni 2001-ci ilin 11 sentyabrında Nyu Yorkdakı hücumda əsas təşkilatçı hesab edirdi. O, 2011-ci ilin 2 mayında ABŞ-ın Hərbi Qüvvələrinin Pakistanın Abbotabad şəhərində keçirdiyi əməliyyat zamanı zərərsizləşdirilib. Onun meyiti Ərəbistan dənizinə atılıb. Geri qayıt |