Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Dünya > Tramp İrana qarşı sanksiyaların müddətini 1 il artırıb
Tramp İrana qarşı sanksiyaların müddətini 1 il artırıb13-11-2019, 08:13 |
![]() ABŞ prezidenti Donald Tramp noyabrın 14-dən İrana qarşı sanksiyaların müddətini daha bir il müddətinə uzatmaq barədə qərar qəbul edib. "Report" TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ liderinin bəyanatında deyilir. Tramp vurğulayıb ki, "ABŞ-ın İranla münasibətləri hələ normallaşdırılmayıb", amma 19 yanvar 1981-ci ildən ikitərəfli razılaşmaların icrası prosesi hələ reallaşdırılma mərhələsindədir. Söhbət ABŞ və İran arasındakı Əlcəzair razılaşmalarından gedir, hansı ki, Tehranda 1979-cu il inqilabından bir il sonra Amerika diplomatlarının azad olunmasına gətirib çıxarıb. Bu sənədlərdə xüsusi halda ölkələrin bir-birinin daxili işlərinə qarışmaması prinsipi şərt kimi qoyulmuşdu. Geri qayıt |