Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Dünya > Türkiyə NATO-nun "Rusiya təhlükəsi"nə qarşı müdafiə planını dəstəkləməyib
Türkiyə NATO-nun "Rusiya təhlükəsi"nə qarşı müdafiə planını dəstəkləməyib27-11-2019, 08:32 |
![]() Türkiyə hökuməti Baltikyanı ölkələrin və Polşanın “Rusiya təhlükəsi”ndən müdafiəsi üzrə NATO-nun planını dəstəkləməkdən imtina edib. APA xəbər verir ki, bu barədə “Reuters” Şimali Atlantika alyansında olan mənbələrə istinadən məlumat yayıb. Alyans nümayəndəsinin sözlərinə görə, Ankara Suriyada PKK terrorçularına qarşı apardığı hərbi əməliyyatlara NATO-dan siyasi dəstək tələb edib. Buna görə də Ankarada alyans ölkələrinin Türkiyəni dəstəkləməyəcəyi təqdirdə Rusiya tərəfindən mümkün hücum zamanı Baltikyanı dövlətlərə və Polşaya yardım haqqında hərbi planın imzalanmayacağı bildirilib. Habelə Türkiyənin NATO-dakı nümayəndəsinə PKK-nın terror təşkilatı kimi tanınmasını təmin etmək üçün ittifaq üzvlərinə təzyiq göstərməsi tapşırılıb. Geri qayıt |