Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Dünya > ABŞ senatorları ölkə rəhbərliyini Türkiyəyə qarşı sanksiyalar tətbiq etməyə çağırıb
ABŞ senatorları ölkə rəhbərliyini Türkiyəyə qarşı sanksiyalar tətbiq etməyə çağırıb3-12-2019, 09:00 |
![]() Amerikalı senatorlar Lindsi Qrem (Cınubi Karolina ştatından respublikaçı) və Kris Van Hollen (Merilend ştatından demokrat) ABŞ administrasiyasını Türkiyəyə qarşı sanksiyalar tətbiq etməyə çağırıblar. Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, senatorlar bu barədə məktubu ABŞ dövlət katibi Maykl Pompeoya ünvanlayıblar. Məktubda bildirilir: "Səbir etmə vaxtı çoxdan bitib. Qanunu işə salmaq vaxtı artıq gəlib. Əgər biz bunu etməzsək, bu başqa ölkələr üçün dəhşətli siqnal olacaq ki, onlar da hər hansı bir nəticəsiz ABŞ-ın qanunlarının icrasından yayına bilərlər". Qeyd edək ki, Türkiyəyə qarşı sanksiyaların tətbiq olunması bu ölkənin Rusiyadan S-400 zenit-raket kompelikslərini alması ilə əlaqədar istənilir. Geri qayıt |