Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > ABŞ Senatının 1915-ci il hadisələri ilə bağlı qətnaməsi siyasi şoudur
Əsas Səhifə > Dünya > ABŞ Senatının 1915-ci il hadisələri ilə bağlı qətnaməsi siyasi şoudur

ABŞ Senatının 1915-ci il hadisələri ilə bağlı qətnaməsi siyasi şoudur


13-12-2019, 09:37
ABŞ Senatının 1915-ci il hadisələri ilə bağlı qətnaməsi siyasi şoudur
Türkiyənin xarici işlər naziri Mevlut Çavuşoğlu ABŞ Senatının 1915-ci il hadisələrini “erməni soyqırımı” kimi tanıyan qətnamə layihəsini qəbul etməsinin "siyasi şou" adlandırıb.

“Senatın qətnaməsi siyasi şoudan başqa bir şey deyil. Bunun heç bir hüquqi qüvvəsi yoxdur", - deyə diplomat "Twitter"də yazıb.

SalamNews xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyi rəhbərinin sözlərinə görə, ABŞ Senatı tərəfindən bu qətnamənin qəbul edilməsinin təşəbbüskarları "tarixi siyasi məqsədlər üçün manipulyasiya edən və həqiqətlə üzləşməkdən çəkinən "qorxaqlardır".

Qeyd edək ki, ABŞ Senatı 1915-ci il hadisələrini “erməni soyqırımı” kimi tanıyan qətnamə layihəsini qəbul edib.

Layihə Demokratik Nyu Cersi senatoru Bob Menendez və Respublikaçı Texas senatoru Ted Kruz tərəfindən təqdim edilib.

Qətnamə imzalanması üçün ABŞ Prezidenti Donald Trampa göndərilib.

Senatın qətnamələrinin qanuni qüvvəsi yoxdur və tövsiyə xarakterlidir. Bu yolla ABŞ Konqresinin yuxarı palatasının üzvləri müəyyən bir məsələyə münasibət bildirirlər.

Geri qayıt