Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Dünya > İran və ABŞ arasında məktub mübadiləsi olub
İran və ABŞ arasında məktub mübadiləsi olub4-01-2020, 12:51 |
![]() İran və ABŞ arasında məktub mübadiləsi olub. APA-nın "Euronews"a istinadən verdiyi xəbərə görə, bu barədə İranın BMT-dəki xüsusi nümayəndəsi Məcid Taxt-Rəvançı deyib. İranın BMT-dəki səfiri İran İslam İnqilab Keşikçiləri Korpusunun (SEPAH) xüsusi təyinatlı “Əl-Qüds” briqadasının komandiri, general Qasım Süleymaninin öldürülməsini "qanunsuz hərəkət" və "təcavüzkar akt" adlandırıb. Tramp Administrasiyasının dialoqa inanmadığını qeyd edən Məcid Taxt-Rəvançı buna baxmayaraq, Q. Süleymaninin ölümündən sonra ABŞ və İran arasında İsveçrə səfirliyi vasitəsilə ilə məktub mübadiləsi olduğunu deyib. İranlı rəsmi bu məktubların detallarını açıqlamaqdan imtina edib. O əlavə edib ki, Q. Süleymaninin öldürülməsinə rəsmi Tehran "sərt qisas"la cavab verəcək. Geri qayıt |