“İlon Maskın bir faşist salamı göndərməsində qeyri-adi heç nə yoxdur...” .....                     Ətin qiyməti niyə artıb? .....                     Avropa Birləşmiş Ştatları... .....                     İranda Bakıya qarşı kampaniya: Tehran nə istəyir? .....                     Araikin Bakıda etirafı Paşinyanı qorxutdu .....                     Tramp Administrasiyası TikTokun “Oracle” şirkətinin nəzarətinə keçirilməsi planını hazırlayır .....                     “Həkimin həbsi gələcəyimiz haqqında bütün ümidlərimi bitirdi” .....                     'Milli şura'nın Rusiya Prezidentinə gizli məktubu üzə çıxdı .....                     "Şagirdlərdə əlavə stres yaradır..." .....                     Moskvanın qorxduğunu Bakı etdi: Daha iki yalan ortaya çıxdı... .....                     Beyləqanda Şəhid ailəsinin iztirabları... .....                     İcra Hakimiyyətinin sabiq işçisi niyə güllələnib? .....                     "ABB-də bundan da biabırçı hallar var imiş..." .....                     İşçisi də Heydərov kimi ov ovlamağı sevirmiş... .....                     Taleh Qaraşovun “Arifqızı” planı necə pozuldu? .....                     Paşinyandan Türkiyəyə reverans: görünən və görünməyən məqamlar .....                     “Şəfiqə Axundovanı da, oğlu Talehi də məhv etdilər, paxıllığını çəkirdilər” .....                     Özəlləşdirmə çekləri: ziddiyyət, haqsızlıq və qanunun tələbi .....                     DSMF-dən ŞİKAYƏT: 250 nəfərin pensiyası nəyə görə dayandırıldı? .....                     Sabiq nazirdən Vasif Talıbovla bağlı ŞOK AÇIQLAMA .....                     "Getdiyiniz yerləri araşdırın, maraqlanın..." .....                     Baş həkim İlyas İsmayılovun səhhətindən danışdı .....                     Daşaltı əməliyyatından 33 il ötür .....                     Metroda SÜNİ QİYMƏT ARTIMI: .....                     “10 il vaxt, nə qədər də istəyirsiniz silah verin, əsla bizə çata bilməyəcəklər” .....                     "Musa küsəyəndir, çantası da qapının ağzındadır" .....                     Suriya türkmənləri yeni hakimiyyətlə görüşəcək .....                     AZAL-ın sabiq prezidenti yeni məqamları açdı .....                     Gürcüstan XİN başçısı Ermənistana səfər planlaşdırır .....                     “Dövlət qurumlarının, nazirliklərin də 150 illik yubileylə bağlı həssaslıq göstərməsini gözləyirik” .....                     Çin İrəvana "sarı işıq" yandırıb .....                     Vasif Xatirədən incidiyini etiraf etdi .....                     Əli Əhmədov HƏBS OLUNDU .....                     Qonşularımız pisdir, AMMA... .....                     1 milyonluq dələduzluqdan bəraət almışdı .....                     Azərbaycan-İran münasibətlərində BU AMİL nəzərə alınmırsa... .....                     Rusiyanın nəinki Yaxın Şərqdə, heç Cənubi Qafqazda da əvvəlki kimi gücü qalmayıb .....                     USAİD-in bütün dünya üzrə yardımları dayandırıldı .....                     Ağayevin baltası Mənsimovun əmisi qızına dəyibmiş .....                     İran ÖZÜNƏ YIĞIŞMADI .....                 

GÖMRÜK KOMİTƏSİNİN ŞEFİNƏ NOVRUZ “SÜRPRİZ”İ
Tarix: 2-03-2012, 13:12 | Çap et
GÖMRÜK KOMİTƏSİNİN ŞEFİNƏ NOVRUZ “SÜRPRİZ”İ

AYDIN ƏLİYEVİN MƏSƏLƏSİ BAYRAMDAN SONRA HƏLL OLUNACAQ

DİA.AZ: - Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev yaxın vaxtlarda işdən çıxarılacaq. Bu barədə DİA.AZ-ı bilgiləndirən mötəbər qaynağın sözlərinə görə, Gömrük Komitəsi özbaşınalığı, saymazlığı ilə hər zaman bütün qurumlardan fərqlənib.

Onu da bildirək ki, bu arada sahibkarlardan biri də redaksiyamıza gömrükdəki məmur özvaşınalığı ilə şikayət edib. Şikayətçi hələlik adının çəkilməməsini istəyir və bunu belə izah edir ki, onun işini daha da çətibləşdirə bilərlər: "Son zamanlar isə lap ağını çıxarıblar. Biz iş adamları onların əlindən bezmişik. Ölkəyə gətirilən yüklər qanunsuz olaraq aylarla gömrükdə saxlanılır.

Gömrük Komitəsinin saytına baxanda düşünürsən ki, bunlar nə yaxşı işləyir. Amma reallıqda vəziyyət tamam başqa cürdür. Ölkəyə gətirilən yükün sahibinə verilməsi saytlarında deyildiyi kimi, 20 dəqiqə deyil, 2-3 ay çəkir. Gedib soruşanda ki, malımı nə vaxt ala bilərəm, deyirlər "rəis hələ istəmir, biz heç nədən qorxmuruq, gedin kimə şikayət edirsiniz edin".

Qeyd edək ki, iş adamlarının bu kimi gileylərinə mətbuatda tez-tez rast gəlinir. Onlar bildirir ki, gömrük işçiləri dövlət qurumunu öz şəxsi bizneslərinə çeviriblər. Faktiki olaraq bu adamlar Azərbaycanın iqtisadiyyatına və dövlətçiliyimizə, hakimiyyətin imicinə zərbə vururlar. Ancaq öz ciblərini və mənafelərini güdürlər. Vətənə, dövlətə deyil, özlərinə qulluq edirlər. Qlobal böhranın iş adamlarına vura bilmədiyi ziyanı Gömrük Komitəsi vurur. Sahibkarlar işini artırmaq, rəqabətə girmək əvəzinə, gömrüklə mübarizə aparırlar. Bütün bu kimi narazılıqların Gömrük Komitəsinin rəhbərliyinin tətbiq etdiyi qaydalardan irəli gəlir.

Artıq hakimiyyətdə bir çoxları Aydın Əliyevin fəaliyyətindən narazı olduqlarını bildiriblər. Bu barıədə danışan mənbə onu da deyib ki, bir müddət öncə Maliyyə Nazirliyi Gömrük Komitəsində yoxlamalar aparıb və bir sıra nöqsanlar aşkar edilib: "Hazırda Aydın Əliyev çıxılmaz duruma düşüb. Hətta onun Bakı Baş Gömrük İdarəsinin rəisi Vüsal Novruzovla əvəzlənməsi söhbəti də gedir".

Gömrük Komitəsinin korrupsiya bataqlığı olaraq qalması heç kimə sirr deyil. Bu komitədə işləyən vəzifəli şəxslər, dahi Azərbaycan şairi Məhəmməd Füzulinin təbiri ilə desək, "salam verirsən, rüşvət deyil deyə almırlar". Hər gün narazılıq, hər gün korrupsiya, hər gün rüşvət...daha nə qədər olar? Onların fəaliyyəti azad insan iradəsinin təzahüründən artıq, mexanizmlərin işini xatırladır. Gündəlik əmək dünyası yalnız korrupsiyadan ibarət olan bu adamlar, heç kimdən qorxub-çəkinmədən insanlardan rüşvət tələb edirlər.

Gömrük Komitəsinin rəhbərləri KİV-də çıxıb elan edirlər ki, avtomobil idxal edən vətəndaşlar üçün komitənin saytında kalkulyator qoymuşuq. Yeri gəlmişkən, eyni kalkulyatordan biri də rüsum.az saytında quraşdırılmışdır. Ancaq problem ondadır ki, gömrük işçiləri, rüsum hesablayarkən kalkulyatordan istifadə etmirlər. İstəyirsən saytda kalkulyator deyil, lap "makintoj" yerləşdir, bu məmurlara oradakı rəqəmlərin dəxli yoxdur.

Gömrük postlarının qarşısına hər gün onlarla adamın toplaşması səbəbsiz deyil. Çünki belə şəxslər avtomobillərinin qeydiyyata alınması üçün rüsumdan əlavə fantastik məbləğdə pul tələb olunmasına etiraz edirlər. Vətəndaşlar fəryad edərək, avtomobillərin "rastomojka"sı üçün istənilən qeyri-rəsmi məbləğin qiymətinin həddindən artıq qaldırıldığını bildirirlər.

Qeyd edək ki, Gömrük Postlarında baş verənlər bir çox hallarda ölkəmizin adının digər dövlətlərdə pis hallanmasına gətirib çıxarır. Çünki böyük gəlirlər əldə etməyə çalışan bir sıra gömrük əməkdaşları xarici vətəndaşları, biznes sahiblərini Gömrük Postlarında incidirlər.

Azərbaycan prezidenti İlham Əliyev Dövlət Gömrük Komitəsi əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi, gömrük işi sahəsində prosedurların sadələşdirilməsi və şəffaflığın artırılması ilə əlaqədar bəzi tədbirlər haqqında keçən ilin fevral ayında Fərman imzaladı. Fərmana əsasən, Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin sosial müdafiəsini gücləndirmək, gömrük işi sahəsində proseduraları sadələşdirmək və şəffaflığı artırmaq məqsədi ilə gömrük sisteminin büdcədənkənar inkişaf fonduna daxil olan vəsaitin 25 faizi Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına əlavənin verilməsi üçün istifadə olunacaq.

Təbii ki, ölkə başçısının imzaladığı hər bir fərman və sərəncam vətəndaşların sosial vəziyyətlərinin yaxşılaşdırılmasına, dövlət və dövlətçiliyin inkişafına xidmət edir. Lakin təəssüflər olsun ki, ölkə başçısı dövlət qulluqçularının əmək haqlarının artırılması istiqamətində müvafiq addımlar atsa da, korrupsiya və rüşvətxorluğun, yersiz süründürməçiliyin qarşısını almaq istiqamətində iradə nümayiş etdirsə də, Gömrük Komitəsi kimi bir sıra qurumlar heç nəyə əhəmiyyət verməyərək öz "siyasət"lərindən geri çəkilmək istəmirlər.

Mötəbər qaynağın DİA.AZ redaksiyasına bildirdiklərində o da vurğulanır ki, ola bilsin ki, Novruz bayramından sonra Aydın Əliyev görəvindən azad edilsin: “Çünki son olaraq əhalinin əsəblərinin tarıma çəkilməsinin yaratdığı şiddət hakimiyyəti də müəyyən addımları atmağa vadar edib”. Mənbəmizə görə, belə bir məqamda Aydın Əliyevin “vurulması” hakimiyyətin xalqa, xüsusən də sahibkarlara etdiyi jest kimi qəbul olunmaqla yanaşı, həm də ciddi effekt yaradacaq, hakimiyyətə müsbət divident qazandırmış olacaq.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“İlon Maskın bir faşist salamı göndərməsində qeyri-adi heç nə yoxdur...” - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 10:41
Ətin qiyməti niyə artıb? - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 10:36
Avropa Birləşmiş Ştatları... - Bu, mövcud problemlərin həlli deyil
Bu gün, 10:30
İranda Bakıya qarşı kampaniya: Tehran nə istəyir? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 09:11
Araikin Bakıda etirafı Paşinyanı qorxutdu - Görünəni odur ki...
Bu gün, 09:06
Tramp Administrasiyası TikTokun “Oracle” şirkətinin nəzarətinə keçirilməsi planını hazırlayır - NPR
Bu gün, 09:03
“Həkimin həbsi gələcəyimiz haqqında bütün ümidlərimi bitirdi” - GƏLİŞMƏ
Bu gün, 07:45
'Milli şura'nın Rusiya Prezidentinə gizli məktubu üzə çıxdı - ŞOK MƏTN...
Bu gün, 07:41
"Şagirdlərdə əlavə stres yaradır..." - NƏ ETMƏLİ?
Bu gün, 07:30
Moskvanın qorxduğunu Bakı etdi: Daha iki yalan ortaya çıxdı... - skandal böyüyür
Bu gün, 07:24
Beyləqanda Şəhid ailəsinin iztirabları... - AXI NİYƏ?..
Bu gün, 07:19
İcra Hakimiyyətinin sabiq işçisi niyə güllələnib? - Adamöldürmə, zorlama, dava, fırıldaq....
Bu gün, 07:12
"ABB-də bundan da biabırçı hallar var imiş..." - İTTİHAM
Bu gün, 06:44
İşçisi də Heydərov kimi ov ovlamağı sevirmiş... - TƏFƏRRÜAT
Bu gün, 06:38
Taleh Qaraşovun “Arifqızı” planı necə pozuldu? - İLGİNC
Bu gün, 06:33
Paşinyandan Türkiyəyə reverans: görünən və görünməyən məqamlar - İNCƏLƏMƏ
Bu gün, 06:24
“Şəfiqə Axundovanı da, oğlu Talehi də məhv etdilər, paxıllığını çəkirdilər”
Bu gün, 06:20
Özəlləşdirmə çekləri: ziddiyyət, haqsızlıq və qanunun tələbi - ARAŞDIRMA
Bu gün, 00:30
DSMF-dən ŞİKAYƏT: 250 nəfərin pensiyası nəyə görə dayandırıldı? - BU NƏDİ BELƏ?
Bu gün, 00:24
Sabiq nazirdən Vasif Talıbovla bağlı ŞOK AÇIQLAMA - VİDEO
Bu gün, 00:19
"Getdiyiniz yerləri araşdırın, maraqlanın..." - ÇAĞIRIŞ
Bu gün, 00:10
Baş həkim İlyas İsmayılovun səhhətindən danışdı - "Onun səhhətində..."
Bu gün, 00:07
Daşaltı əməliyyatından 33 il ötür - UNUTMARIQ!
Bu gün, 00:04
Metroda SÜNİ QİYMƏT ARTIMI: - “Milyonlarla rüşvət aldığı və...”
Dünən, 18:00
“10 il vaxt, nə qədər də istəyirsiniz silah verin, əsla bizə çata bilməyəcəklər” - deputat
Dünən, 16:46
"Musa küsəyəndir, çantası da qapının ağzındadır" - Təranə
Dünən, 16:44
Suriya türkmənləri yeni hakimiyyətlə görüşəcək - AÇIQLAMA
Dünən, 16:37
AZAL-ın sabiq prezidenti yeni məqamları açdı - “Rusiya məsələni boynundan tam atmaq üçün həyasızlıq edir”
Dünən, 16:33
Gürcüstan XİN başçısı Ermənistana səfər planlaşdırır
Dünən, 16:23
“Dövlət qurumlarının, nazirliklərin də 150 illik yubileylə bağlı həssaslıq göstərməsini gözləyirik” - ÇAĞIRIŞ
Dünən, 16:20
Çin İrəvana "sarı işıq" yandırıb - Manasaryan
Dünən, 16:18
Vasif Xatirədən incidiyini etiraf etdi
Dünən, 16:16
Əli Əhmədov HƏBS OLUNDU - BUNA GÖRƏ...
Dünən, 16:10
Qonşularımız pisdir, AMMA... - GƏLİŞMƏ
Dünən, 16:08
1 milyonluq dələduzluqdan bəraət almışdı - 10 illik həbs edildi
Dünən, 16:06
Azərbaycan-İran münasibətlərində BU AMİL nəzərə alınmırsa... - YA ALLAH...
Dünən, 16:04
Rusiyanın nəinki Yaxın Şərqdə, heç Cənubi Qafqazda da əvvəlki kimi gücü qalmayıb - RƏY
Dünən, 14:00
USAİD-in bütün dünya üzrə yardımları dayandırıldı – Yoxlamalar başladı
Dünən, 13:09
Ağayevin baltası Mənsimovun əmisi qızına dəyibmiş
Dünən, 13:06
İran ÖZÜNƏ YIĞIŞMADI - Bakıdan qəzəb reaksiyası
Dünən, 12:21
Bu amilin özü də Tramp üçün əhəmiyyətlidir... - ŞƏRH
Dünən, 12:05
Paşinyandan Moskvaya qarşı NATO "oyun"u - İLGİNC...
Dünən, 12:00
Xırdalan sakinləri təcili yardımın qəbuluna niyə düşə bilmir? - PROBLEM VAR...
Dünən, 11:32
“Toplum TV” işi üzrə ilkin istintaq bitdi - Məhkəmə başlayır
Dünən, 11:29
Putin Trampla görüşə razılıq verdi
Dünən, 11:27
“Qərb maliyyəni kəsən kimi, Ermənistan yanımıza qayıdacaq” - Rusiyalı politoloq
Dünən, 11:26
"Qara qutu"nun deşifrə olması... - AÇIQLAMA
Dünən, 11:20
“Köçəryan və Sarqsyanı da Bakı məhkəməsinə çıxarmaq lazımdır” – ALEKSANYAN
Dünən, 11:15
“Pilot Residence”-in rəhbərliyindən Prezidentə şikayət - "Sizdən artıq dərəcədə xahiş edirik..."
Dünən, 11:00
Kreml Yaponiyanın Rusiyaya qarşı mövqeyini qeyri-dost hesab edir - TASS
Dünən, 10:51
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru