SAMİR ŞƏRİFOV HESABAT VERDİ
Tarix: 10-03-2012, 12:13 | Çap et
MALİYYƏ NAZİRLİYİNDƏ KOLLEGİYA İCLASI KEÇİRİLİB
Maliyyə Nazirliyində 2011-ci ilin yekunlarına və 2012-ci ildə qarşıda duran vəzifələrə, o cümlədən 2013-cü il dövlət büdcəsinin tərtibinə həsr olunmuş geniş kollegiya iclası keçirilib. Nazirlikdən “APA-ECONOMICS”ə verilən məlumata görə, kollegiya iclasını giriş sözü ilə açan maliyyə naziri Samir Şərifov bildirib ki, 2011-ci ildə ölkə iqtisadiyyatının davamlı artımı təmin edilib, əhalinin sosial rifahı xeyli yüksəlib, dövlətin iqtisadi və sosial tərəqqisinə, müdafiə potensialının və təhlükəsizliyinin gücləndirilməsinə, valyuta ehtiyatlarının artırılmasına nail olunub, mühüm əhəmiyyət kəsb edən sosial və infrastruktur layihələri reallığa çevrilərək xalqın xidmətinə verilib.
Nazir deyib ki, Azərbaycanın 2011-ci il icmal büdcəsinin gəlirləri 23,2 milyard manat və ya 116%, icmal büdcənin xərcləri isə 17,6 milyard manat və ya 94,4% icra olunub: “Dövlət büdcəsinin mədaxili 15,7 milyard manat və ya 100,9%, xərcləri isə 15,4 milyard manat və ya 96,6% təşkil edib. Əvvəlki ilə nisbətən 2011-ci ildə dövlət büdcəsindən təhsil, səhiyyə, mədəniyyət, sosial müdafiə və sosial təminat, müdafiə, məhkəmə hakimiyyəti, hüquqi-mühafizə və prokurorluq orqanlarının saxlanılması, kənd təsərrüfatı, dövlət əsaslı vəsait qoyuluşu xərclərinə orta hesabla 27,8%-dək çox vəsait yönəldilib”.
S. Şərifov qeyd edib ki, 2011-ci ildə dövlət büdcəsinin icrası ilə bağlı maliyyə orqanlarının qarşısında duran vəzifələr ümumən yerinə yetirilib, bütün zəruri xərclərin maliyyələşdirilməsi təmin edilib. Son illər ərzində büdcənin proqnozlaşdırılması xeyli təkmilləşdirilib, büdcə xərclərinin səmərəli istifadəsinə nail olunub.
Nazirin sözlərinə görə, pensiya təminatı sistemində aparılan islahatlar və 2010-cu il yanvarın 1-dək pensiyaya çıxmış şəxslərə əmək stajlarına uyğun artımın tədbiq edilməsi nəticəsində əmək pensiyası orta hesabla 40%, minimum aylıq əməkhaqqının məbləği, o cümlədən dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışanların aylıq vəzifə maaşları müvafiq qaydada artırılıb.
S. Şərifov bəyan edib ki, ilk dəfə olaraq 2012-ci il və sonrakı üç ili əhatə edən dövrdə dövlət büdcəsi göstəricilərinin gəlirlərinin təsnifatının və xərclərin funksional təsnifatının bölmələri səviyyəsində, həmçinin həmin dövr üçün icmal büdcənin göstəriciləri hazırlanaraq dövlət büdcəsi layihəsi ilə birlikdə Milli Məclisə təqdim edilib. Milli Məclisə təqdim edilənədək 2012-ci il dövlət büdcəsinin layihəsi, o cümlədən dövlət əsaslı vəsait qoyuluşu xərcləri və xarici kreditlər hesabına maliyyələşən layihələr barədə məlumatlar Maliyyə Nazirliyinin rəsmi internet səhifəsində yerləşdirilib. Büdcə prosesinin təkmilləşdirilməsi işinin bundan sonra da davam etdirilməsinin vacibliyini önə çəkən nazir, xüsusilə təhsil və səhiyyə sahələri üzrə maliyyələşmənin təkmilləşdirilməsinə, daha müasir maliyyələşmə prinsiplərinin tətbiqinə ehtiyac olduğunu söyləyib. S. Şərifov bildirib ki, 2012-ci ildə Maliyyə Nazirliyinin qarşısında duran mühüm vəzifələrdən biri “Büdcə sistemi haqqında” qanuna müvafiq olaraq Azərbaycanın 2013-cü il dövlət büdcəsinin və icmal büdcənin layihəsi və sonrakı üç il üçün icmal büdcənin göstəricilərinin vaxtında və keyfiyyətlə hazırlanması işlərinin təşkilidir. “Ümumilikdə sosial məsələlərin həllinə, əhalinin maddi rifah halının artırılmasına, ölkəmizin müdafiə potensialının gücləndirilməsinə, onun iqtisadi, enerji, nəqliyyat, ərzaq və ekoloji təhlükəsizliyinin təmin edilməsinə, ölkə regionlarının tarazlı inkişafına, sahibkarlığa dəstək və iqtisadiyyatın digər mühüm sahələrinin inkişafına dair qəbul olunmuş məqsədli dövlət proqramlarının və tədbirlərin maliyyələşdirilməsinə xüsusi diqqət yetirilməli və dövlət büdcəsindən tələb olunan məbləğdə vəsaitin ayrılması üçün təkliflər hazırlanılmalıdır”, - deyə S. Şərifov vurğulayıb. Kollegiya iclasında Təhsil Nazirliyinin rayon və şəhər təhsil şöbələrinin nəzdində fəaliyyət göstərən məktəbdənkənar müəssisələrin fəaliyyəti üzrə Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən aparılan monitorinqlərin nəticəsi, bəzi təşkilati, struktur dəyişiklikləri, o cümlədən nazirliyin aparatında və yerli maliyyə orqanlarında 2011-ci il ərzində icra intizamı, kargüzarlığın, arxiv işinin aparılması və vətəndaş müraciətlərinə baxılması və digər məsələlər müzakirə edilib. İclasda həmçinin nazirlik aparatının aidiyyəti struktur bölmələrinə, dövlət xidmət və agentliklərinə, Naxçıvan MR-nın Maliyyə Nazirliyinə, yerli maliyyə orqanları tərəfindən 2013-ci il dövlət və icmal büdcənin layihəsi və sonrakı üç üçün icmal büdcənin göstəricilərinin tərtibi işlərinin sürətləndirməsi, nazirliyin əmrlərində, göndəriləcək təlimat məktubunda nəzərdə tutulan tapşırıqların vaxtında və kefiyyətlə icra olunması ilə bağlı müvafiq tapşırıqlar verilib. Çıxışlarda bəzi rayon, şəhər maliyyə orqanları tərəfindən dövlət büdcəsinin yerli gəlir və xərclərinin tərtibi və icrası prosesində, kargüzarlıq və xəzinə əməliyyatlarının aparılmasında, hesabat və məlumatların vaxtında və kefiyyətlə nazirliyə təqdim olunmasında bir sıra nöqsanlara yol verildiyi qeyd olunub. Bəzi rayon, şəhər maliyyə orqanlarının rəhbərlərinə işlərində dönüş yaradılması üçün müvafiq tapşırıqlar verilib. Kollegiya iclasının yekununda müzakirə edilən məsələlərə dair müvafiq qərarlar qəbul edilib.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Niyazi Mehdi reanimasiyaya yerləşdirildi - "10 gündür səhhətində ciddi problem var"
Bu gün, 12:38 |
|
|
|
• “Azərsun Holdinq”də yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 12:36 |
|
|
|
• “Rusiyadan Bakıdakı agentlərə sifariş verilib ki...” – Sabiq nazirdən ŞOK AÇIQLAMA
Bu gün, 12:31 |
|
|
|
• Həbsdə olan sabiq tabor komandirinin şikayətinə baxılacaq
Bu gün, 12:26 |
|
|
|
• Rubio Panama üçün YOLA ÇIXDI... - NƏ BAŞ VERİR?
Bu gün, 12:24 |
|
|
|
• "Haçan ailə qursam, görəcəksiniz"
Bu gün, 12:15 |
|
|
|
• Suriyanın gələcək portreti: - Tehran onu çəkən “rəssamlar” arasında yoxdur
Bu gün, 12:12 |
|
|
|
• Alkoqollu içkilər BAHALAŞACAQ
Bu gün, 12:11 |
|
|
|
• Qarabağ Qazisinin HAQQI YEYİLİR... - AXI NİYƏ?..
Bu gün, 12:08 |
|
|
|
• “OPEC+ Trampın təzyiqinə tab gətirməyəcək” - Bloomberg
Bu gün, 11:58 |
|
|
|
• Quskadan Prezidentə: Sizə verilən bu məlumat yalandır! - TƏFƏRRÜAT
Bu gün, 11:51 |
|
|
|
• ABŞ qüvvələrinin Ermənistana gələcəyi tarix açıqlandı - “Hraparak”
Bu gün, 11:50 |
|
|
|
• Hüquq müdafiəçisi neftçilərin maaş artımı ilə bağlı ÇAĞIRIŞ ETDİ - "İnsafınız olsun..."
Bu gün, 11:45 |
|
|
|
• ABŞ-da qəzaya düşən təyyarədə fiqurlu konkisürmə üzrə rusiyalı dünya çempionları da olub - TASS
Bu gün, 11:39 |
|
|
|
• Türkiyə şirkəti Azərbaycanda ləğv olunur
Bu gün, 11:23 |
|
|
|
• Ötən ilin avqustunda həbs edilmişdilər - İNDİ İSƏ...
Bu gün, 11:21 |
|
|
|
• Arvadını öldürən kişi ilə bağlı ŞOK FAKTLAR: - "Qulaq kəsmişdi, məhkəmə həbs etməyib"
Bu gün, 11:18 |
|
|
|
• ƏÜO-da “Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu”nun buraxılış mərasimi keçirilib - VİDEO
Bu gün, 11:16 |
|
|
|
• Məqsəd İrəvanın xarici siyasətinin Bakıdan asılı olmasıdır - İskəndəryan
Bu gün, 11:15 |
|
|
|
• Paşinyan sevinərdi ki, bunları da... - RƏY
Bu gün, 11:11 |
|
|
|
• “Əsaslı Tikinti və Təchizat” MMC-nin “ŞƏMKİR TİKİNTİ-18” ASC ilə ŞÜBHƏLİ İŞBİRLİYİ - İLGİNC FAKTLAR
Bu gün, 11:00 |
|
|
|
• Barat Yusubovun bazara çevirdiyi Yeni Klinika... - vətəndaş süründürməçiliyi ifşa etdi
Bu gün, 10:57 |
|
|
|
• Şvabenin cəhdləri mənasızdır: - Bakı mövqeyindən bir addım da olsun geri çəkilməyib
Bu gün, 10:48 |
|
|
|
• Gömrük Komitəsində 3 aydır gecikən maaşlar VERİLDİ - AÇIQLAMA
Bu gün, 10:30 |
|
|
|
• Əliyevin həmləsi durumu kökündən dəyişdi – “Artıq Putin də...”
Bu gün, 10:26 |
|
|
|
• Azərbaycanlı milyarder 20 milyon verib azadlığa çıxdı - FOTO
Bu gün, 10:23 |
|
|
|
• AZNEFT rəhbəri bu məsələdə mövqe ortaya qoymazsa... - "Siyəzənneft"lə bağlı planlar NƏDİR?
Bu gün, 10:19 |
|
|
|
• 7 ölkədən xəbərdarlıq edilir: böyük fəlakətlər olacaq – Ovannisyan
Bu gün, 10:07 |
|
|
|
• “Xəstəxanaya yerləşdirəndə sol tərəfi işləmirdi, əsəbdən...” - AÇIQLAMA
Bu gün, 10:02 |
|
|
|
• "Fevralın əvvəlində Paşinyanın Trampla görüşünün baş tutması üçün hər şey edilir..." - “Hraparak”
Bu gün, 10:01 |
|
|
|
• Azərbaycanda investisiya şirkətinin rəhbərliyindən biri vəzifəsini tərk edib - Onun yerinə isə...
Bu gün, 09:59 |
|
|
|
• 6 aydır başçı yoxdur... sakinlər NƏ ETSİN? - MÜRACİƏT
Bu gün, 09:56 |
|
|
|
• Bakı Kremlin demarşını özünə qaytardı: Rusiya bunu etməsə... - NƏ BAŞ VERİR?
Bu gün, 09:50 |
|
|
|
• Nazir getdi, nazirlik də ləğv olunur? - İLGİNC GƏLİŞMƏ
Bu gün, 09:47 |
|
|
|
• İşçilərin əməyinin ödənilməsinin hansı sistemi və növləri vardır? - Ekspert danışır...
Bu gün, 09:43 |
|
|
|
• Şakro Molodoy vida mərasimində - Hamı bu VİDEODAN danışır
Bu gün, 09:38 |
|
|
|
• 14 kiloqram heroin və marixuananın dövriyyə buraxılmasının qarşısı alındı - Sumqayıtda polisin narkotik əməliyyatı
Bu gün, 09:36 |
|
|
|
• "İlin günün bu vaxtı işçini ixtisar edərlər?" - NARAZILIQ VAR...
Bu gün, 09:31 |
|
|
|
• “Bu bəyanatların heç iki qəpiklik dəyəri yoxdur” - Çingiz Qənizadə
Bu gün, 09:16 |
|
|
|
• Siyəzəndə keçmiş məhbus saxlanıldı - FOTO
Bu gün, 09:13 |
|
|
|
• "Haram pulları necə yeyirsiniz?!!" - ETİRAZ VAR...
Bu gün, 09:11 |
|
|
|
• Ermənistan könüllü etməsə, İrəvanı buna necə məcbur edə bilərik? - Əliyev nöqtə qoydu...
Bu gün, 09:08 |
|
|
|
• Nərimanovda yenə də süpürgəçi maaşları QAYÇILANIR... - AXI NİYƏ?..
Bu gün, 09:05 |
|
|
|
• Ana Vətən Partiyası seçkinin nəticələrini tanıdı - AÇIQLAMA
Bu gün, 08:56 |
|
|
|
• Sərhəddə hər an təxribat TƏXRİBAT törədilə bilə - Bakı XƏBƏRDARLIQ etdi
Bu gün, 08:53 |
|
|
|
• Qonşu ölkədə Azərbaycana qarşı 300 atəş nöqtəsi yaradılıb – Bakı müharibəyə cəlb edilir
Bu gün, 08:52 |
|
|
|
• Əliyev 10 il öncəkindən qat-qat güclüdür, çünki… - İsgəndəryan
Bu gün, 08:50 |
|
|
|
• Dövlət qurumlarında maaş problemi - ajiotajı kim və niyə yaradır
Bu gün, 08:49 |
|
|
|
• Zaur Mikayılovun işçisi MEYDAN SULADI - AY MAŞALLAH...
Bu gün, 08:48 |
|
|
|
• Ərəbləri Azərbaycana dadandıranlar ÖZBAŞINA QALIB? - BU NƏDİ BELƏ?..
Bu gün, 08:42 |
|
|
|
|