HANSI MƏMUR DAHA ÇOX TALAYIR?
Tarix: 18-03-2012, 12:43 | Çap et
RABİTƏ SAHƏSİNDƏKİ ŞOK YEYİNTİLƏR BARƏDƏ FAKTLAR
Birdən elə fikirləşərsiniz ki, bu 1001golos.ru saytı kimi növbəti bir səsvermədir? Ya bəlkə Ermənistanın avropa çempionatına çıxa bilmə ehtimalı, Azərbaycan futbol komandasının isə 7 xal yığdığı haqda yazacam? Yox.. Bu mövzu nə səsvermə, nə də futbol haqda olacaq. Bu günkü yazım, İnformasiya texnologiyaları sahəsində inkişaf barəsində olacaq. Bilirsiniz ki, XXI əsrdə informasiya müharibəsi ən böyük problemlərdən biridir. Ən böyük problemimiz olan “Qarabağ problemi” haqda informasiyanın internet cəmiyyətinə necə yayılması, elə bizlərdən asılıdır. Hətta bu günlərdə belə “Google Maps” xəritələrində, Dağlıq Qarabağda yerləşən rayonlarımızın adının erməni adları ilə əvəz edilməsi, bu müharibədə zəif olduğumuzu təstiq edir.
Bildiyimiz kimi İKT sahəsinin inkişafı, yalnız hökümətdən asılı deyil. İnternet aləmində əsasən gənclərin təşkil etdiyi tədbirlərə diqqət yetirək. Görək hansı ölkənin cavanları daha aktivdir?
IKT sahəsində aktivlik, Azərbaycanda 2000-ci illərdən başlayıb. Yüngül HTML saytlar, 10 mb`lıq mail serverlər, mIRC sosial servisində ilk azərbaycan serveri (chat.az) və s. Bu sahədə Amid Quliyev (@Amidos), Emin Hüseynov (box.az), Emin Axundov (Microsoft-Azerbaijan) kimi gənclər o dövrdə çox aktiv idilər. Bəli hal-hazırda İKT sahəsində çalışan bir çox şəxslər çox aktiv olublar. Ancaq misal üçün bir neçəsinin adını çəkə bilirik. Sonra IKT forumlar və saytları misal gətirə bilərik. Disput.az İKT forum bölümü, bir vaxtlar çox populyar idi. Eləcədə bakmil.com forumunda da müzakirələr olurdu. Sonralar anit.az və itexpert.az kimi İKT forumları fəaliyyət göstərirdi. Bu günlərə isə yalnız www.qwe.az və www.weboxu.com kollektiv-bloqları sağ qalıb. Digərləri isə demək olar funksional deyil. Bəli disput.az forumunda İKT bölümü qalıb, lakin orada artıq demək olar heç bir müzakirə getmir və heç bir mütəxəssis qalmayıb.
Qısaca İKT sahəsinin tarixindən sonra, Azərbaycanda keçirilən İKT tədbir, seminarlara nəzər salaq:
Əsasən 2008-ci ildən bu yana keçirilən seminar və tədbirlərə diqqət yetirək:
LUG – İlk olaraq Azərbaycanın LUG – yəni Linux User Group`undan danışaq. Bildiyiniz kimi, bu qrup Azərbaycanda çoxdan yaranıb, lakin bu günlərə demək olar ki, gəlib çıxmayıb. Bizlərə gəlib çatan, Eminin arxiv şəkildə qaytardığı – www.linux.az saytıdır. Saytda LUG barədə heç bir məlumat yoxdur.
Barkamp - İnformasiya Texnologiyaları, İnternet resursları, bloqlar, sosial şəbəkələr, web 2.0, vətəndaş jurnalistikası, OpenSource, proqram təminatı və bütün bunlarla əlaqəli olan sahələri əhatə edən İnformasiya Texnologiyaları və Yeni Media qeyri-Konfransı formatıdır. Bu konfransın digərlərindən fərqi ondan ibarətdir ki, burada hər bir iştirakçı həmçinin təşkilatçı da ola bilər. Onun “qeyri-Konfrans” adlandırılması da təsadüfi deyil – bu onun sərbəstliyini vurğulamaq üçündür. Yəni, BarKamp rəsmilikdən uzaqdır, – burada hər bir iştirakçı istədiyi mövzunu qabarda və istədiyi diskussiyada iştirak edə, açıq təqdimat, mühazirə, hesabat və master-qruplardan təşkil edə bilər. Həmçinin, təqdimatların siyahısı da əvvəlcədən tərtib olunmur. www.barcamp.az
Barkamp – Azərbaycanda aktiv olaraq 2008-2009-cu illərdə fəaliyyət göstərdi. Son 2 ildə isə bu platformada keçirilən tədbirlərə demək olar son qoyulub. Təşkilatçıların sözlərinə görə, 2012-ci ildə yeni Barkamp Caspian gözlənilir. 2008-2009cu illərdə keçirilən Barkamplar > Barkamp Azerbaijan 2008 Lənkəran, Barcamp Caspian 2009, KörpüKamp, Barkamp Azerbaijan 2009 Gəncə.
- Bloqosfer - Yeni media mütəxəssisləri bir araya gələrək fəaliyyətlərinə dair məsələləri müzakirə edəcəklər. “Bloqosfer” interaktiv forum və barkamp formatlarının qarışığıdır. Tədbirə bloqçularla yanaşı təşkilat, dövlət və biznes nümayəndələri də dəvətlidirlər. www.bloqosfer.com
Bloqosfer artıq 2 ildir ki keçirilir, bloqçuları və media mütəxəssislərini bir araya yığır. Baku GTUG - Baku Google Technology User Group – adından da göründüyü kimi, Google texnologiyaları istifadəçi qrupudur. Əsas məqsəd texnologiya həvəskarlarını birləşdirərək bilgi mübadiləsini təmin etmək və gələcək fəaliyyətə dəstək olmaqdır. www.baku-gtug.org
Son vaxtlar çox aktiv görünürlər. Bu user group`un artıq 2 seminarı keçirilib. Bu Hello World və Around the Google Technology adlı tədbirlərdir.
Son zamanlar, Azərbaycanda AUG yaranmasınada nəzər saldım. AUG – Adobe Azərbaycan İstifadəçi Qrupu Adobe Platformasına daxil olan programların istifadəçilərinin çətinliklərini, problemlərini bölüşəbilmələrini, proqramlarla bağlı tədbirlərin, təlimlərin ve seminarların təşkil olunmasını öz öhdəsinə götürən könüllü bir qrupdur.
İndi isə Ermənistan gənclərinin işinə diqqət yetirək
Bununla da, bizdə İKT qruplar bitir. İndi isə Ermənistanın İKT qrupları ilə tanış olaq:
Son vaxtlar aktiv olan İKT qruplar haqda internetdən məlumat toplamaq olur. Hər bir qrup haqda qısa məlumatlara diqqət yetirək.
www.webmasters.am – 2007-ci ildə yaranan bu forumda əsasən Web-texnologiyaları barədə mövzular yer alır. Bu forum bu günə kimi aktivdir və mövzular müzakirə edilir.
www.mozilla.am – Mozilla brauzerinin erməni dilinə lokalizasiya edən qrup
www.gtug.am – Ermənilərin Google Technology User Group`u… Yalan niyə danışaq? Sayt çox gözəl yığılıb, hətta bizim Baku GTUG saytından gözəldir. Düzdür, bizim Baku GTUG kimi ətraflı məlumat və tədbirlərdən videoçarxlar olmasa da, saytda bir çox məlumat var. Bu link üzrə keçsək görərsiniz ki, GTUG onlarda 2010-cu ildən yaranıb və artıq 4 tədbir keçiriblər: http://www.gtug.am/single_news.php?id=1 Hətta internetdə surfing edərək, bu günlərdə çəkilmiş bu video ilə rastlaşırıq: http://www.googitup.com/video/53139/google-developer-vardan-grigoryan
LUG – Linux User Group of Armenia… Sayt: http://www.lug.am Saytda, rus dilində də olsa, məqalələr, layihələr, wiki, forum, xəbərlər, yükləmə bölməsi, hətta qrup üzvlərinin əlaqə kontaktları belə göstərilib. Nəinki bizim linux.az saytında, çox az sayda informasiya var və bununla da hər şey bitir.
Revit User Group of Armenia (RUGA) – bu Autodesk Revit proqram təminatı sevənlərin qrupudur. Qrupun saytı olmasa da, facebookda səhifələri var. Amma ordada elə çox deyillər.. 48 nəfər : http://www.facebook.com/RevitUserGroupofArmenia?sk=wall
AUG – Adobe User Group, Ermənistanda 2011-ci ilin əvvəlindən yaranıb və indiyə kimi artıq bir çox event keçirilib. Event siyahısına və bütün eventlərlə burada tanış ola bilərsiniz: http://augarmenia.groups.adobe.com/ Hətta bu qrup tərəfindən APC – Armenian Photoshop Community yaradılıb. Eləcədə 2009-cu ildə Flash Camp Armenia keçirilib. http://groups.adobe.com/index.cfm?event=post.display&postid=11183
Barkamp Ermənistanda 2009-cu ildə fəaliyyətinə başlayıb və artıq 3 ildir ki tədbirlər keçirilir. Biz görməmişlik edib 1 ilə 3 tədbir edəndə, onlar normal hər il bu tədbiri keçirirlər. Sayt: http://barcamp.am/
İndi isə gəlin ümumilikdə son vaxtlar gənclərin toplaşdığı Facebook sosial şəbəkəsindən fərqi yoxlayaq (Nəticələr socialbakers.com saytına görədir):
İlk olaraq bizim nəticələr ilə tanış olaq:
Ümumi Facebook istifadəçiləri: 518 800
Siyahı üzrə yeri: 91
Qadın istifadəçilər: 36%
Kişi istifadəçilər: 64%
Ən çox 18-24 yaşlılar: 47%, 25-34 yaşlılar isə 24% təşkil edir.
Daha ətraflı: http://www.socialbakers.com/facebook-statistics/azerbaijan#chart-intervals
Ermənistan:
Ümumi Facebook istifadəçiləri: 214 740
Siyahı üzrə yeri: 116
Qadın istifadəçilər: 53%
Kişi istifadəçilər: 47%
Ən çox 18-24 yaşlılar: 37%, 25-34 yaşlılar isə 30% təşkil edir.
Daha ətraflı: http://www.socialbakers.com/facebook-statistics/armenia#chart-intervals
Gördüyünüz kimi, biz facebookda onlardan demək olar 2.5 dəfə çoxuq. Bu 2.5 dəfə – 300 min deməkdir. Deməli bizdə inkişaf onlardan daha da üstün olmalıdır, amma nəsə yoxdu. Bu problem nədə və kimdədir? Etiraf edək ki, biz müqayisəli nəticələrə diqqət edəndə utanırıq. Bəs buna görə kim günahkardır?
Kim?
- Hər il milyonlarla manat büdcə vəsaitləri xərcləyərək İKT texnalogiyalarını təbliğ etdiyini deyən Rabitə və İnformasiya Texnalogiyaları Nazirliyimi?
- Məktəblərdə və ali təhsil ocaqlarında İKT texnalogiyalarının tətbiqi və təbliği ilə məşğul olduğunu iddia edən və cari ilin büdcəsindən 217 milyon manat alan Təhsil Nazirliyimi?
- Gənclər və İdman Nazirliyi ilə 7 layihə, üst-üstə 3 milyon manata yaxın İKT layihəsi üçün pul alan iqtidaryönümlü «İrəli» İctimai Birliyimi? (gundeminfo.az)
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “SAHİL BABAYEV, İNSAFIN OLSUN...” - Tovuz sakini ünvanlı sosial yardım verilməməsinə etiraz edir
Bu gün, 01:41 |
|
|
|
• Paşinyanın qorxuları... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 01:37 |
|
|
|
• İrəvan “böyük oyun”a qoşulur: Plan hazırdır - Görünəni odur ki...
Bu gün, 01:34 |
|
|
|
• Pensiyası kəsilən Laçın sakini... - Rəsmilərsə deyir ki...
Bu gün, 01:32 |
|
|
|
• Rusiyanın Azərbaycana qarşı qara piarı - BU FAKTDIR!
Bu gün, 01:28 |
|
|
|
• Məşhur xalq artistinin oğlu FHN-dəki yüksək vəzifəsindən ayrıldı - BUNA GÖRƏ
Bu gün, 01:23 |
|
|
|
• Gömrükdə adama tövbələtmə oxudurlar - NARAZILIQ VAR...
Bu gün, 01:21 |
|
|
|
• İran özünün düşmənçilik yolundan əl çəkməsə... - GƏLİŞMƏ
Bu gün, 00:12 |
|
|
|
• Gəncə Xəstəxanasından ŞİKAYƏT - “Həkim başını telefondan qaldırmır”
Bu gün, 00:10 |
|
|
|
• "Şəhid şəkillərini maşına vurub gəzmək…" - deputat
Bu gün, 00:07 |
|
|
|
• Monitorinq imtahanından keçə bilməyən şagirdlər sinifdə qalacaq? - AKTUAL
Dünən, 23:22 |
|
|
|
• Şəmkir Bələdiyyəsi ƏMDX arasında torpaq qalmaqalı - DETALLAR
Dünən, 23:16 |
|
|
|
• "Xalq artistləri sakit durublar, mən də susacağam"
Dünən, 21:34 |
|
|
|
• Özünüz bilmədən adınıza kredit götürürlər – Dələduzların növbəti fırıldağı
Dünən, 21:32 |
|
|
|
• Rusiyadan iqtisadi baxımdan asılı olan Ermənistan Belarusla da... - ŞƏRH
Dünən, 19:10 |
|
|
|
• Vəziyyət o qədər ağırdır ki... - Akopyan "SOS" siqnalı verir
Dünən, 19:02 |
|
|
|
• Səlahiyyətsiz orqanlara sönük seçki: - “Bələdiyyə yoxdur, imitasiya var”
Dünən, 19:00 |
|
|
|
• Müəllimlər üçün yeni “biznes”: - 100 manatdan başlayır
Dünən, 18:58 |
|
|
|
• Tramp Qəzzadakı ərəbləri PAY-PÜŞ edir... - FAKT BUDUR!
Dünən, 18:17 |
|
|
|
• Erməni qadını AŞPA-ya vitse-prezident seçdilər - KİV
Dünən, 18:11 |
|
|
|
• UNEC məzunları diplomlarını ala bilmədiklərini deyirlər - Rəsmilərsə deyir ki...
Dünən, 18:07 |
|
|
|
• Tanınmış rejissora ağır itki
Dünən, 18:02 |
|
|
|
• Bakının həmləsi İrəvanı hərəkətə gətirdi – Suriya ilə təmasa keçdilər
Dünən, 18:00 |
|
|
|
• Biz olmasaq, Ermənistan üçün çətin olacaq - Lebedev
Dünən, 17:59 |
|
|
|
• Şəhla Həsənli tiktoker "Beniz"i məhkəməyə verdi - Qızını ölümlə hədələyib
Dünən, 17:52 |
|
|
|
• Rəna Soltanovanın 10 manatlıq klinikası yarım milyonluq kapitala necə sahib olub? - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:47 |
|
|
|
• Klinikadan paylaşdığı bu görüntülərdən sonra öldü - Ceyhunun anası şikayətçidir
Dünən, 17:40 |
|
|
|
• Məmurdan aylıq 2000 manat aliment tələb olunur - O İSƏ...
Dünən, 17:31 |
|
|
|
• Oğuzda direktor təyinatını KOLXOZ İŞİNƏ ÇEVİRİBLƏR... - BU NƏDİ BELƏ?..
Dünən, 17:18 |
|
|
|
• Dərman mafiyası yerli istehsala BADALAQ VURUR? - AKTUAL
Dünən, 17:11 |
|
|
|
• Gömrük Komitəsində təqaüd qalmaqalı - Generalların iş stajları artırılıbmış
Dünən, 17:07 |
|
|
|
• Tahir Əliyev ölkədən nə qədər valyuta çıxarıb? - TƏFƏRRÜAT
Dünən, 17:02 |
|
|
|
• Hacı Şahinin ailəsindən Tənzilə Rüstəmxanlıya SƏRT REAKSİYA - "Onun içərisində nə xarablıq var ki..."
Dünən, 17:01 |
|
|
|
• İsmayıllıda doğuş zamanı körpə ölüb
Dünən, 16:51 |
|
|
|
• Samir Şərifov İqtisadi Şurada təmsil olunacaq - FƏRMAN
Dünən, 16:50 |
|
|
|
• Məşhur aktyor Həsən Ağa ev dustaqlığına buraxıldı
Dünən, 16:49 |
|
|
|
• Tağı Əhmədovun qəbirüstü abidəsinin qiyməti təəccübləndirdi - FOTO
Dünən, 16:47 |
|
|
|
• Məmməd Musayev “Şöhrət” ordeni ilə təltif edilib - SƏRƏNCAM
Dünən, 16:42 |
|
|
|
• Tehran Babatovun kadrı Nuh deyir, peyğəmbər demir... - BU NƏDİ BELƏ?..
Dünən, 16:34 |
|
|
|
• Suriya və Ermənistan arasında razılaşma - KİV
Dünən, 16:28 |
|
|
|
• “Nar” nitq və eşitmə məhdudiyyətli şəxslər üçün peşə təlimlərinə dəstək olub
Dünən, 16:14 |
|
|
|
• Ermənistan xəndək qazır: BU, HÜCUM SİQNALIDIR? - NƏ ETMƏLİ?
Dünən, 16:13 |
|
|
|
• "Azərbaycan qazının tranzit dəhlizinin inkişafı Aİ-yə təchizatın sabitliyini gücləndirəcək" - Slovakiyalı deputat
Dünən, 16:04 |
|
|
|
• Nehrəmdə valideynlər məktəbə görə ETİRAZA QALXDI - Üç il əvvəl başlanılmasına baxmayaraq...
Dünən, 16:03 |
|
|
|
• İqtisadi Zonaların İnkişafı Agentliyinin sədrinə yeni müavin təyin edilib - ƏMR
Dünən, 15:58 |
|
|
|
• Səhiyyəmiz NİYƏ BU GÜNƏ QALDI... - REPLİKA
Dünən, 15:57 |
|
|
|
• "Faizə pul vermişəm" - Şantaja görə tutulan qadın SİRLƏRİ AÇDI
Dünən, 15:52 |
|
|
|
• Həmin sürücü maşının şüşələrini özü qırıb - VİDEO
Dünən, 15:50 |
|
|
|
• “Araz” supermarketlər şəbəkəsi “Ekoloji maarifləndirmə sahəsində ən yaxşı tərəfdaş” mükafatına layiq görülüb
Dünən, 15:42 |
|
|
|
• Macarıstan Rusiyaya qarşı sanksiyaların uzadılmasına veto qoymaqdan imtina edib
Dünən, 15:39 |
|
|
|
|