DEPUTATA ÜNVANLANAN ŞOK AÇIQ MƏKTUB
Tarix: 22-03-2012, 11:48 | Çap et
SEÇİCİSİ ÇİNGİZ QƏNİZADƏDƏN İMTİNA ETDİ
İmişli rayon Ağammədli kənd sakini, ali təhsilli, Ahıl Ziyalılar birliyinin üzvü Əsəd Xanlar oğlu Xəlilov Milli Məclisin üzvü Çingiz Qənizadəyə açıq məktub ünvanlayıb. DİA.AZ redaksiyasına daxil olan məktubu olduğu kimi diqqətinizə çatdırırıq:
“Hörmətli Çingiz müəllim, Sizin 19 mart 2012- ci ildə xalqımızın əziz və müqəddəs Novruz bayramı axşamı bir qrup İmişli rayon sakini, o cümlədən mənim haqqımda həqiqətdən uzaq, böhtan xarakterli, qeyri- etik ifadələrlə aşağılamanız məni çox təsirləndirdi. Bilirsiniz ki, siz məni, mən də sizi yaxşı- pis tanıyıram. 2010-cu il parlament seçkilərində mən 80 saylı DSK- nın 12 saylı MnSK- da katib olmuşam. Ziyalı jurnalist Davud Zülfüqarlının xahişi ilə ailəm və qohumlarımla birgə sizə səs vermişik. Daim sizin hörmətinizi saxlamış, indiyə qədər haqqınızda güldən ağır bir söz işlətməmiş, hətta öz haqlı tələblərimi edən zaman sizi narahat edib sizə müraciət etməmişəm. Keçək sizin 19 mart tarixli “məşhur” açıqlamanıza... 1. Açıqlamanızın mənə aid olan hissəsində məni “haqsız şikayətçi” kimi qələmə verirsiniz. Mən sizə sual edirəm; mənim haqsız olduğumu nədən bilirsiniz və harda görmüsünüz? Hansı dəlil və arqumentlərlə bu qənaətə gəlmisiniz? Məlumat üçün bildirim ki, mənim evim 2010- ci ildə İmişlidə yağan güclü leysan yağışlarının və qrunt sularının təsirinə məruz qalıb. İmişli RİH mənə dəfələrlə məktub göndərərək evimin “normal” olduğunu yazıb. Mənim son şikayətim yalnız evimlə bağlı olub. “Kür” Vətəndaş Cəmiyyətinə etdiyim müraciətdən sonra 2011- ci ilin noyabr ayının 29- da Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri gəlib evimə baxış keçirdilər. Evimin durumu qeyri- normal qiymətləndirilərək evdə bərpa gücləndirilmə işlərinin aparılmasına dair rəy verildi. Dövlət komissiyasının verdiyi bu rəy həm də onu sübut etdi ki, İmişli RİH- nin indiyə qədər mənə verdiyi cavablar formal olmaqla yanaşı həqiqəti əks etdirməyib və həm də ailəmlə birgə qəzalıya yaxın bir vəziyyətdə olan evdə yaşamışıq ki, bu da bizim həyatımız üçün çox böyük təhlükə deməkdir. İndi siz deyin; haqsız mənəm, yoxsa İmişli RİH və İmişli RİH- i müdafiə edən siz? 2. Yazınızda mənim Ağammədli kənd icra nümayəndəsi ilə 14 mart 2010- ci il tarixdə olmuş məhkəmə prosesi ilə bağlı iddia edirsiniz ki, guya mən “ATƏT nümayəndəsinin də iştirak etdiyi məhkəmədə səhv hərəkət etdiyimi və uduzduğumu bilərək saziş imzalamağı təklif etmişəm”. Əvvalə biləsiniz ki, məhkəmə prosesi qapalı keçirilib və ATƏT nümayəndəsi, yerli sakinlər, jurnalistlər məhkəməyə buraxılmayıb. Mən sizə sual edirəm qapalı keçirilən, iştirak etmədiyiniz məhkəmə prosesi barədə siz məlumatı hardan almısınız? Digər tərəfdən doğrudanmı 2 nəfərin məhkəmə çəkişməsi sizin üçün o qədər önəmlidir ki, siz bütün işlərinizi bir kənara qoyub bizim məhkəməmizlə bağlı detallı araşdırma aparıb həqiqətə uyğun olmayan məlumatlar yayırsınız? Sizin başqa işiniz- gücünüz yoxdurmu? Amma məlumat üçün bildirim ki, məhkəmədə mənim və qarşı tərəfin “səhv hərəkət etməsi və uduzmağı” müzakirə predimeti olmayıb. Barışıq təklifini isə hörmətli hakim Süleyman Ağayev və “Kür” Cəmiyyətinin rəhbəri Oktay Gülalıyev irəli sürüb və biz də qəbul edib barışmışıq. Mətbuatda nə yazılmasına görə isə mən məsuliyyət daşımıram. 3. Yazınızda Kür Araz daşqınlarına və qrunt sularının təsirinə məruz qalan insanlarda narazılığı guya “Kür” Vətəndaş Cəmiyyətinin yaratdığını və bizim evlərin Nazirlər Kabinetinin 197s saylı sərəncamın təsirinə düşmədiyini iddia edirsiniz. Nəzərinizə çatdırım ki, mən və digər sakinlər aidiyyatı qurumlara 2010- cu ildə müraciət edəndə “Kür” Cəmiyyətini tanımırdıq. Onları sonradan tanımışıq və çox sevinirik ki, belə təşkilat var. Bu gün bizim səsəimizə səs verən yeganə təşkilat “Kür” təşkilatıdır. Halbu ki, biz sizə səs vermişdik ki, bizim hüquqlarımızı müdafiə edib səsimizə səs verəsiniz. Təəssüf ki, siz bu gün millət vəkili kimi millətin, biz seçicilərin deyil, İmişli RİH başçısı Əbülfəz Ağayevin vəkili, onun nümayəndəsi kimi çıxış edirsiniz. Roma Papasından artıq katolik kimi davranırsınız. Digər tərəfdən biləsiniz ki, Nazirlər Kabinetinin 197s saylı sərəncamından öncə prezidentin 19 may 2010- cu il tarixli sərəncamı imzalanıb. Həmin sərəncama əsasən Kür Araz daşqınları ilə bərabər 2010- cu ildə güclü leysan yağışlarının və qrunt sularının təsirinə məruz qalan insanlara da dövlət yardımı şamil olunur ki, məhz bu sərəncama uyğun olaraq İmişlidə indiyə qədər 700- dən çox ev tikilib. Elə bizim və qonşu kəndlərdə də xeyli ev tikilib. Siz İmişlidə Kür Araz daşqınları olmayıb deyə ictimai rəyi azdırmağa çalışmayın. İnsanları aldatmaq sizə yaraşsa da millət vəkili adına yaraşmır.
Çingiz müəllim, Mənim 71 yaşım var. Dünyanın hər üzünü görmüşəm. İnsanların yaxşısını, pisini də... Üzdə olan insanların çoxunu tanıyıram. Onların keçdiyi yolu, əqidəsini, şəxsiyyətini, məramını özümə görə anlayıram. Sizin də AXC üzvlüyündən və Elçibəyin komandasından YAP- a xidmət və yarınmağa qədər keçdiyiniz həyat yolunuzu hamı görür və dərk edir... Mən sizdən fərqli olaraq əqidəmi dəyişməmişəm, ilk gündən indiyə qədər Heydər Əliyev ideyasına inanmışam və bu yolda olmuşam. Ölənə qədər də bu yolda olacam. Bayram ərəfəsində sizin mənim və digər İmişli sakinləri haqqında işlətdiyiniz etikadan və həqiqətdən uzaq fikirlər bir ahıl ziyalı olaraq məni çox incitdi. Mən bu ifadələri sizə bağışlamıram. Siz mənim haqqımda yazırsınız ki, guya mən səhv etdiyimdən məhkəmədə barışıq təklif etmişəm. Həyatda səhvsiz insan yoxdur. Amma mənim səhvim məhkəmə ilə bağlı olmayıb. Həyatda etdiyim ən böyük səhvlərdən biri ailəm, qohumlarım, ərkim keçən insanları çağıraraq sizə səs verib sizi İmişliyə layiqli deputat bilməyimdə olub. Mən bu gün həmin insanlarla birgə sizə verdiyim səsdən imtina etdiyimi bildiriəm. Düzdür bu heç nəyi dəyişmir. Amma mən öz vicdanım qarşısında az da olsa təsəlli tapacam ki, ziyanlı yolun yarısından geri qayıtdım. Həqiqəti gördüm və dərk etdim. Qaraya ağ deməkdən vaz keçdim. Yuxarıda qeyd etdiyim kimi mən 2010- cu ilin parlament seçkilərində 80 saylı DSK- nın 12 saylı MnSK- nın katibi olmuşam. Sizin necə deputat olmanızı mən çox gözəl bilirəm. Məni hər şeyi açıb danışmağa məcbur etməyin. Sonda sizə bir ağsaqqal kimi kiçicik tövsiyyəm var; Adam su içdiyi qaba tüpürməz. Sizə deputat mandatını biz İmişlilərin adından veriblər. Məsləhətim odur ki, dərindən araşdırmadığınız, öyrənmədiyiniz, bilmədiyiniz bir məsələ, insanlar haqqında danışmağa və hökm verməyə tələsməyin. Və bir də çalışın öz sözünüzü deyin, başqalarının yox... Özgənin sözünü demək özgənin atına minmək kimi bir şeydir. Özgənin atını minən isə yarı yolda qalar... Yarı yolda qalmaq istəmirsinizsə öz sözünüz deyin, öz işinizlə məşğul olun və haqqa tapının!!!”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Ərdoğan prezident seçkiləri sorğusunda liderlik edir
Bu gün, 06:23 |
|
|
|
• Ermənistan müharibə hazırlıqlarını sürətləndirir – Sərhəddə gərginlik artdı
Bu gün, 06:20 |
|
|
|
• “SAHİL BABAYEV, İNSAFIN OLSUN...” - Tovuz sakini ünvanlı sosial yardım verilməməsinə etiraz edir
Bu gün, 01:41 |
|
|
|
• Paşinyanın qorxuları... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 01:37 |
|
|
|
• İrəvan “böyük oyun”a qoşulur: Plan hazırdır - Görünəni odur ki...
Bu gün, 01:34 |
|
|
|
• Pensiyası kəsilən Laçın sakini... - Rəsmilərsə deyir ki...
Bu gün, 01:32 |
|
|
|
• Rusiyanın Azərbaycana qarşı qara piarı - BU FAKTDIR!
Bu gün, 01:28 |
|
|
|
• Məşhur xalq artistinin oğlu FHN-dəki yüksək vəzifəsindən ayrıldı - BUNA GÖRƏ
Bu gün, 01:23 |
|
|
|
• Gömrükdə adama tövbələtmə oxudurlar - NARAZILIQ VAR...
Bu gün, 01:21 |
|
|
|
• İran özünün düşmənçilik yolundan əl çəkməsə... - GƏLİŞMƏ
Bu gün, 00:12 |
|
|
|
• Gəncə Xəstəxanasından ŞİKAYƏT - “Həkim başını telefondan qaldırmır”
Bu gün, 00:10 |
|
|
|
• "Şəhid şəkillərini maşına vurub gəzmək…" - deputat
Bu gün, 00:07 |
|
|
|
• Monitorinq imtahanından keçə bilməyən şagirdlər sinifdə qalacaq? - AKTUAL
Dünən, 23:22 |
|
|
|
• Şəmkir Bələdiyyəsi ƏMDX arasında torpaq qalmaqalı - DETALLAR
Dünən, 23:16 |
|
|
|
• "Xalq artistləri sakit durublar, mən də susacağam"
Dünən, 21:34 |
|
|
|
• Özünüz bilmədən adınıza kredit götürürlər – Dələduzların növbəti fırıldağı
Dünən, 21:32 |
|
|
|
• Rusiyadan iqtisadi baxımdan asılı olan Ermənistan Belarusla da... - ŞƏRH
Dünən, 19:10 |
|
|
|
• Vəziyyət o qədər ağırdır ki... - Akopyan "SOS" siqnalı verir
Dünən, 19:02 |
|
|
|
• Səlahiyyətsiz orqanlara sönük seçki: - “Bələdiyyə yoxdur, imitasiya var”
Dünən, 19:00 |
|
|
|
• Müəllimlər üçün yeni “biznes”: - 100 manatdan başlayır
Dünən, 18:58 |
|
|
|
• Tramp Qəzzadakı ərəbləri PAY-PÜŞ edir... - FAKT BUDUR!
Dünən, 18:17 |
|
|
|
• Erməni qadını AŞPA-ya vitse-prezident seçdilər - KİV
Dünən, 18:11 |
|
|
|
• UNEC məzunları diplomlarını ala bilmədiklərini deyirlər - Rəsmilərsə deyir ki...
Dünən, 18:07 |
|
|
|
• Tanınmış rejissora ağır itki
Dünən, 18:02 |
|
|
|
• Bakının həmləsi İrəvanı hərəkətə gətirdi – Suriya ilə təmasa keçdilər
Dünən, 18:00 |
|
|
|
• Biz olmasaq, Ermənistan üçün çətin olacaq - Lebedev
Dünən, 17:59 |
|
|
|
• Şəhla Həsənli tiktoker "Beniz"i məhkəməyə verdi - Qızını ölümlə hədələyib
Dünən, 17:52 |
|
|
|
• Rəna Soltanovanın 10 manatlıq klinikası yarım milyonluq kapitala necə sahib olub? - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:47 |
|
|
|
• Klinikadan paylaşdığı bu görüntülərdən sonra öldü - Ceyhunun anası şikayətçidir
Dünən, 17:40 |
|
|
|
• Məmurdan aylıq 2000 manat aliment tələb olunur - O İSƏ...
Dünən, 17:31 |
|
|
|
• Oğuzda direktor təyinatını KOLXOZ İŞİNƏ ÇEVİRİBLƏR... - BU NƏDİ BELƏ?..
Dünən, 17:18 |
|
|
|
• Dərman mafiyası yerli istehsala BADALAQ VURUR? - AKTUAL
Dünən, 17:11 |
|
|
|
• Gömrük Komitəsində təqaüd qalmaqalı - Generalların iş stajları artırılıbmış
Dünən, 17:07 |
|
|
|
• Tahir Əliyev ölkədən nə qədər valyuta çıxarıb? - TƏFƏRRÜAT
Dünən, 17:02 |
|
|
|
• Hacı Şahinin ailəsindən Tənzilə Rüstəmxanlıya SƏRT REAKSİYA - "Onun içərisində nə xarablıq var ki..."
Dünən, 17:01 |
|
|
|
• İsmayıllıda doğuş zamanı körpə ölüb
Dünən, 16:51 |
|
|
|
• Samir Şərifov İqtisadi Şurada təmsil olunacaq - FƏRMAN
Dünən, 16:50 |
|
|
|
• Məşhur aktyor Həsən Ağa ev dustaqlığına buraxıldı
Dünən, 16:49 |
|
|
|
• Tağı Əhmədovun qəbirüstü abidəsinin qiyməti təəccübləndirdi - FOTO
Dünən, 16:47 |
|
|
|
• Məmməd Musayev “Şöhrət” ordeni ilə təltif edilib - SƏRƏNCAM
Dünən, 16:42 |
|
|
|
• Tehran Babatovun kadrı Nuh deyir, peyğəmbər demir... - BU NƏDİ BELƏ?..
Dünən, 16:34 |
|
|
|
• Suriya və Ermənistan arasında razılaşma - KİV
Dünən, 16:28 |
|
|
|
• “Nar” nitq və eşitmə məhdudiyyətli şəxslər üçün peşə təlimlərinə dəstək olub
Dünən, 16:14 |
|
|
|
• Ermənistan xəndək qazır: BU, HÜCUM SİQNALIDIR? - NƏ ETMƏLİ?
Dünən, 16:13 |
|
|
|
• "Azərbaycan qazının tranzit dəhlizinin inkişafı Aİ-yə təchizatın sabitliyini gücləndirəcək" - Slovakiyalı deputat
Dünən, 16:04 |
|
|
|
• Nehrəmdə valideynlər məktəbə görə ETİRAZA QALXDI - Üç il əvvəl başlanılmasına baxmayaraq...
Dünən, 16:03 |
|
|
|
• İqtisadi Zonaların İnkişafı Agentliyinin sədrinə yeni müavin təyin edilib - ƏMR
Dünən, 15:58 |
|
|
|
• Səhiyyəmiz NİYƏ BU GÜNƏ QALDI... - REPLİKA
Dünən, 15:57 |
|
|
|
• "Faizə pul vermişəm" - Şantaja görə tutulan qadın SİRLƏRİ AÇDI
Dünən, 15:52 |
|
|
|
• Həmin sürücü maşının şüşələrini özü qırıb - VİDEO
Dünən, 15:50 |
|
|
|
|