Kriminal avtoritet Əli Heydərov da orada güllələnmişdi... .....                     Başınızı qaldırsanız, yumruq gələcək! .....                     İrəvan seçim qarşısındadır! .....                     Həkimin reklam olunmasını dələduzluq hesab edirəm... .....                     Öləndən sonra yandırılma .....                     MN-dəki 143 milyonluq məhkəmə işi ilə bağlı generalın .....                     Ənvər Həsənov xəstəxanadan evə buraxıldı .....                     "Özünüzü gözdən saldınız və sifarişlə danışdığınızı sübut etdiniz..." .....                     Naxçıvan Ali Məclisi yenə sədrsiz qaldı .....                     Təhsilsiz kosmetoloqlar və onların gözəllik qurbanları .....                     Paşinyan Zəngəzur dəhlizinə RAZIDIR .....                     Moskvada öldürülən Sərkisyanla bağlı ŞOK FAKTLAR .....                     QİÇS-lə Mübarizə Mərkəzi yenə `Dadaş-N`ə tender verdi .....                     Gəncədə bir gündə 4-5 nəfəri İT DİŞLƏYİR .....                     Banklar müflis olan vətəndaşlara möhlət borcu verə bilərmi? .....                     USAID-in sonu .....                     İrəvanda oxunan “Qarabağ”: .....                     Milli Məclisin Hesablayıcı komissiyasının .....                     Eldar İbrahimov Milli Məclisin İntizam komissiyasının sədri seçilib .....                     Daha bir icra başçısı üçün MƏHŞƏR AYAĞI... .....                     Azərbaycanda investisiyaların cəlb olunması üçün sığorta azdır .....                     Dəhlizlə bağlı Bakının son tələbi .....                     Xatirə İslamın kommunal borcu şok etdi .....                     Siyavuş Novruzov İmişlinin icra başçısını qınadı: .....                     Azərbaycanda beş seçki məntəqəsinin nəticələri ləğv edilib .....                     Bakı Apellyasiya Məhkəməsi “qaş düzəldən yerdə göz çıxardı” .....                     2 ildir boş qalan posta təyin edilən Rüfət Əzizov kimdir? .....                     60 yaşlı kişi toyda 2 nəfərin başını niyə kəsmək istəyib? .....                     "Nikol Paşinyana olan ictimai etimad... .....                     “Araz” supermarketlər şəbəkəsi gənclər üçün yeni iş imkanları yaradır .....                     Şimal bölgəsi POLİS NƏZARƏTİNDƏ .....                     “Lay's” çipslərinin ölümcül TƏHLÜKƏSİ .....                     Günün fotosu: MALƏSƏF... .....                     Paşinyan Zənğəzur dəhlizini açır .....                     “Qusarda zərərsizləşdirilən terror qrupu qlobal güclərin .....                     Erməni cəmiyyəti aşınıb .....                     "Kişi də heç öz ailə sirrini gətirib efirə çıxarar?" .....                     Rüfət Əzizov Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru .....                     Mart ayından sosial müavinətlərin və təqaüdlərin artırılmasını görəcəyik .....                     Sumqayıt Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilib .....                 

Bakıda şəhid Faiq Rzayevin adını daşıyan 150 nömrəli tam orta məktəb niyə ləğv olundu? - Nazirin nəzərinə...
Tarix: 4-03-2016, 09:02 | Çap et
Bakıda şəhid Faiq Rzayevin adını daşıyan 150 nömrəli tam orta məktəb niyə ləğv olundu?
DİA.AZ: - Şəhidlik ən uca zirvədir. Bu zirvəyə çatmaq hər adama nəsib olmur. Çünki şəhidlər Vətən yolunda, ərazi bütövlüyümüz uğrunda canlarını qurban verirlər. Ona görə də həyat durduqca şəhidlərimiz də yaşayır, onların adları əbədiləşdirilir. Bu gün istər Bakıda, istərsə də regionlarda məktəblər, uşaq bağçaları, səhiyyə təşkilatları, küçələr və mədəniyyət obyektləri Vətən yolunda canından keçmiş şəhidlərimizin adını daşıyır. Bakının Yasamal rayonundakı 150 nömrəli tam orta məktəb də Qarabağ döyüşlərində şəhid olmuş, bacarıqlı kəşfiyyatçı kimi ad qazanmış, Prezident İlham Əliyevin 2015-cil 8 mart tarixli sərəncamı ilə ölümündən sonra “İgidliyə görə” medalı ilə təltif olunmuş Rzayev Faiq Hüseynağa oğlunun adını daşııyırdı... Bəs nə oldu?
Faiq Rzayev 150 nömrəli tam orta məktəbdə təhsil alıb. O, hərbi xidmətini cəbhə bölgəsində, müharibənin ən qaynar nöqtələrində keçirib. Cəbrayıl rayonu işğal olunan zaman həmin rayonun ərazisində kəşfiyyatda olan Faiq Rzayev döyüşçü dostları ilə birlikdə düşmənin mühasirəsinə düşür. Lakin təslim olmurlar. Son damla qanlarına qədər ermənilərlə vuruşur və düşmənin əsas qüvvələrini məhv edirlər. Sonda Faiq və bir neçə döyüşçü dostu qəhramancasına həlak olurlar. Hazırda onun məzarı İkinci Şəhidlər xiyabanındadır.
1995-ci ildə Azərbaycan Prezidenti Heydər Əliyevin fərmanı ilə şəhid Faiq Rzayevin adı əbədiləşdirildi və şəhidin məzunu olduğu 150 nömrəli məktəb onun adına verildi. Lakin... düz 20 il sonra 150 nömrəli tam orta məktəb ləğv edildi. Səbəbi isə çox gülməli və ikrah doğuran, insanlarda nifrət yaradan bir bəhanə: guya bu məktəbdə müəllimlərin sayı çox, şagirdlərin sayı isə azdır. İndi Təhsil Nazirliyindən və Bakı Təhsil İdarəsindən soruşmaq istərdik: Bu qədər müəllimin əmrini həmin məktəbə kim verib? Bəlkə Kənd Təsərrüfatı Nazirliyi, yoxsa Baytarlıq İdarəsi, bəlkə Ekologiya və Təbii Sərvətlər Nazirliyi? Deyəsən, Melorasiya və Su Təsərrüfatı Səhmdar Cəmiyyəti. Yox! Yox! Bir məktəbə ehtiyac olmadığı halda, bu qədər müəllimin yerləşdirilməsində Təhsil Nazirliyi və Bakı Təhsil İdarəsi məsuliyyət daşıyır. Kimlərinsə cibinə müftə pullar axıb, kimlərsə varlanıb və kimlərsə ŞƏHİD adına hörmətsizlik, saymamazlıq və mən deyərdim ki, xalqa, millətə, müstəqilliyimizə xəyanət edərək, öz maddi maraqlarını hər şeydən üstün tutub. Nəticəsi hamıya məlumdur: ŞƏHİDİN adına olan məktəb ləğv olunub və əvəzində Səbail rayonunda yerləşən 6 saylı liseyin filialı Yasamal rayonunda yaradılıb.
Şəhidin anası Rüxsarə Məmmədovanın döymdədiyi qapı qalmayıb. Özü də bir əlində ümummilli lider Heydər Əliyevin şəhidin adının əbədiləşdirilməsi haqında fərman, bir əlində isə Prezident İlham Əliyevin şəhidə “İgidliyə görə” medalının verilməsi barədə sərəncam. Bu işə məsul olan dövlət məmurları sanki bunların heç birini görmür və öz bildiklərini edirlər. Bunun bir adı var: MİLLƏTƏ, XALQA xəyanət! Hərbi vətənpərvərlik tərbiyəsini gözdən salmaq!
Yaxın vaxtlarda şəhid anasına deyiblər ki, Təhsil Nazirliyi 150 nömrəli tam məktəbin şəhid adını daşımasından xəbərsiz olub. Şəhidin anası müxtəlif inistasiyalara şikayət edəndən sonra Təhsil Nazirliyinin əməkdaşları sanki yuxudan oyanıb və ondan sonra biliblər ki, bu məktəb şəhidin adına imiş. Təhsil Nazirliyinin məslədən “vaxtında” xəbər tutması yadıma bir hadisəni saldı. Cavan bir oğlanı evləndirirlər. 3 aydan sonra həmin oğlan arvadını boşayır. Ondan soruşurlar ki, niyə arvadı boşadın. Oğlan da deyir ki, 3 aydan sonra mənə dedilər ki, bu qız deyilmiş.
İndi gördünüzmü təhsilimizin taleyi kimlərin əlindədir?
Hazırda şəhid Faiq Rzayevin büstü Təhsil Nazirliyinin qərarı ilə ləğv olunmuş 150 nömrəli tam orta məktəbin binası qarşısındadır. Şəhidin anası da bildirir ki, bu, mənə qarşı, şəhidə qarşı təhqirdir. Ləğv olunmuş məktəbin binası qarşısında şəhidin büstünün qalması formal bir şeydir.
Təhsil Nazirliyinin Xaqani adlı işçisi şəhidin anasına kinayə ilə deyib ki, niyə narahat olursan, heykəli burdan götürüb başqa bir yekə binanın qabağına qoyarlar.
Buyurun, bu da Təhsil Nazirliyinin əməkdaşının səviyyəsi, dünyagörüşü və ŞƏHİDƏ verdiyi qiymət?! Bu adam hələ dərk edə bilmir ki, Şəhidlik ən uca zirvədir. Bu zirvəyə çatmaq hər adama nəsib olmur. Çünki şəhidlər Vətən yolunda, ərazi bütövlüyümüz uğrunda canlarını qurban verirlər.
Ölkəmizin müharıbə şəraitində olduğu bir vaxtda hansısa dövlət məmurunun öz maddi maraqları naminə Qarabağ döyüşlərində şəhid olmuş, Prezidentin sərəncamı ilə "İgidliyə görə" medalı ilə təltif olunmuş şəhid Faiq Rzayevin adını daşıyan 150 nömrəli tam orta məktəbi ləğv etməsi gənc nəslin hərbi vətənpərvərlik ruhunda yetişməsinə çox pis təsir edəcək. Axı, Faiq Rzayev canını Vətənimizin müdafiəsi, müstəqilliyimizin əbədiliyi, ərazi bütövlüyümüzün təmin olunması yolunda qurban verib. Şəhidə qarşı belə hörmətsizlik edənlər xalq düşmənlərindən, Vətənə xəyanət edənlərdən də qorxuncdur.
Rüstəm Rüstəmzadə -DİA.AZ










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Kriminal avtoritet Əli Heydərov da orada güllələnmişdi... - Erməni Sərkisyanın partladıldığı binada
Bu gün, 19:14
Başınızı qaldırsanız, yumruq gələcək! - Üzəduran Qaroya generaldan cavab
Bu gün, 19:09
İrəvan seçim qarşısındadır! - Kreml Ermənistanı cəzalandıracaq
Bu gün, 19:00
Həkimin reklam olunmasını dələduzluq hesab edirəm... - ZATƏN BELƏDİR...
Bu gün, 18:58
Öləndən sonra yandırılma - Jurnalist vəsiyyət etdi, yazar qorxdu, folklorçu istəmədi
Bu gün, 18:07
MN-dəki 143 milyonluq məhkəmə işi ilə bağlı generalın apellyasiya şikayəti üzrə məhkəmə başlayıb
Bu gün, 18:01
Ənvər Həsənov xəstəxanadan evə buraxıldı
Bu gün, 18:00
"Özünüzü gözdən saldınız və sifarişlə danışdığınızı sübut etdiniz..." - Razi Nurullayev Siyavuş Novruzova İTTİHAM
Bu gün, 17:52
Naxçıvan Ali Məclisi yenə sədrsiz qaldı - FOTO
Bu gün, 17:47
Təhsilsiz kosmetoloqlar və onların gözəllik qurbanları – Özümüzü necə qoruyaq?
Bu gün, 17:43
Paşinyan Zəngəzur dəhlizinə RAZIDIR – “Özünü müxalifətdən də sığortalamaq istəyir”
Bu gün, 17:41
Moskvada öldürülən Sərkisyanla bağlı ŞOK FAKTLAR - Görün nələr edib!
Bu gün, 17:37
QİÇS-lə Mübarizə Mərkəzi yenə `Dadaş-N`ə tender verdi - Bu dəfə 424 min manat...
Bu gün, 17:33
Gəncədə bir gündə 4-5 nəfəri İT DİŞLƏYİR - NARAZILIQ VAR...
Bu gün, 17:27
Banklar müflis olan vətəndaşlara möhlət borcu verə bilərmi? - AÇIQLAMA
Bu gün, 17:26
USAID-in sonu - cinayətləri ifşa olunan təşkilat
Bu gün, 17:21
İrəvanda oxunan “Qarabağ”: - Milyonlarla Azərbaycan türkünün səsi
Bu gün, 17:12
Milli Məclisin Hesablayıcı komissiyasının sədri seçilib
Bu gün, 17:07
Eldar İbrahimov Milli Məclisin İntizam komissiyasının sədri seçilib
Bu gün, 17:04
Daha bir icra başçısı üçün MƏHŞƏR AYAĞI... - O KİMDİR?
Bu gün, 17:02
Azərbaycanda investisiyaların cəlb olunması üçün sığorta azdır - FAKT BUDUR!
Bu gün, 16:54
Dəhlizlə bağlı Bakının son tələbi - Ağbəndən sonrakı xətt belə olacaq
Bu gün, 16:50
Xatirə İslamın kommunal borcu şok etdi - 960 manata...
Bu gün, 16:48
Siyavuş Novruzov İmişlinin icra başçısını qınadı: - "Niyə camaatın qarşısına çıxmadı?"
Bu gün, 16:38
Azərbaycanda beş seçki məntəqəsinin nəticələri ləğv edilib
Bu gün, 16:35
Bakı Apellyasiya Məhkəməsi “qaş düzəldən yerdə göz çıxardı” – “MTN işi”ndə növbəti biabırçı qərar
Bu gün, 16:30
2 ildir boş qalan posta təyin edilən Rüfət Əzizov kimdir? - DOSYE
Bu gün, 16:29
60 yaşlı kişi toyda 2 nəfərin başını niyə kəsmək istəyib? - TƏFƏRRÜAT
Bu gün, 16:26
"Nikol Paşinyana olan ictimai etimad... - tarixi minimuma düşüb"
Bu gün, 16:02
“Araz” supermarketlər şəbəkəsi gənclər üçün yeni iş imkanları yaradır - DİQQƏT
Bu gün, 15:59
Şimal bölgəsi POLİS NƏZARƏTİNDƏ - ƏMƏLİYYAT VAR...
Bu gün, 15:56
“Lay's” çipslərinin ölümcül TƏHLÜKƏSİ – Azərbaycanda satışı QADAĞAN EDİLƏCƏK?
Bu gün, 15:54
Günün fotosu: MALƏSƏF... - BURA BAKIDIR!...
Bu gün, 15:52
Paşinyan Zənğəzur dəhlizini açır - KİV
Bu gün, 15:50
“Qusarda zərərsizləşdirilən terror qrupu qlobal güclərin Qafqaz uğrundakı mübarizəsinin göstəricisidir”
Bu gün, 15:47
Erməni cəmiyyəti aşınıb - FAKT BUDUR!
Bu gün, 15:44
"Kişi də heç öz ailə sirrini gətirib efirə çıxarar?" - ETİRAZ
Bu gün, 15:42
Rüfət Əzizov Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru TƏYİN OLUNDU
Bu gün, 15:40
Mart ayından sosial müavinətlərin və təqaüdlərin artırılmasını görəcəyik - MM komitə sədri
Bu gün, 15:39
Sumqayıt Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilib - SƏRƏNCAM
Bu gün, 15:37
Minimum pensiyanın 320 manata çatdırılması ilə bağlı qanuna dəyişiklik təsdiqlənib
Bu gün, 15:30
Bank kartından oğurlanan məbləğin geri qaytarılması mümkündür? - TƏFƏRRÜAT
Bu gün, 15:28
“Azərbaycan milli mətbuatının 150 illiyi yubiley medalı təsis ediləcək - SƏRƏNCAM
Bu gün, 15:25
Polad Bülbüloğlu 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib - SƏRƏNCAM
Bu gün, 15:23
Azərbaycan İƏT-in Təmiz Enerji Mərkəzinə ev sahibliyi edəcək
Bu gün, 15:19
Mirzoyanın yalanı, Amnistiya Aktı, “arvad boğuşması”... - Deputatlardan təklif və iradlar
Bu gün, 15:17
Pezeşkianı Bakıya niyə buraxmırlar? – İki kritik səbəb
Bu gün, 15:13
Rusiyadan Sərkisyan açıqlaması: - “Planlı şəkildə öldürülüb”
Bu gün, 15:09
Gənc oğlan dayısının yetkinlik yaşına çatmayan qızını qaçırdı, gecələr... – ŞOK TƏFƏRRÜAT
Bu gün, 15:07
Belarus MSK prezident seçkilərinin nəticələrini təsdiqləyib
Bu gün, 15:03
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru