Agentlik bu şəxslə 1,4 milyon manatlıq icarə .....                     Azərbaycanda 117 minlik nəqliyyat şirkəti .....                     Paşinyan ABŞ-də etirazla qarşılandı .....                     Quru sərhədlər niyə bağlıdır? .....                     Rusiya-Ukrayna münaqişəsinin həlli üzrə əhəmiyyətli irəliləyiş əldə etdik .....                     USAİD hər zaman öz məkrli planları ilə yadda qalıb: .....                     Rusiyada “İntervision” keçiriləcək .....                     Hüquq-mühafizə orqanları Bakıda "Rus Evi"nə nəzarəti gücləndirdi .....                     Tiktoker "Əfi" həbs olundu .....                     Bu həkimlərin “bazarı bağlanır” .....                     Un istehsalçıları qiymətləri açıqladı: bahalaşma var... .....                     Kriminal avtoritet Əli Heydərov da orada güllələnmişdi... .....                     Başınızı qaldırsanız, yumruq gələcək! .....                     İrəvan seçim qarşısındadır! .....                     Həkimin reklam olunmasını dələduzluq hesab edirəm... .....                     Öləndən sonra yandırılma .....                     MN-dəki 143 milyonluq məhkəmə işi ilə bağlı generalın .....                     Ənvər Həsənov xəstəxanadan evə buraxıldı .....                     "Özünüzü gözdən saldınız və sifarişlə danışdığınızı sübut etdiniz..." .....                     Naxçıvan Ali Məclisi yenə sədrsiz qaldı .....                     Təhsilsiz kosmetoloqlar və onların gözəllik qurbanları .....                     Paşinyan Zəngəzur dəhlizinə RAZIDIR .....                     Moskvada öldürülən Sərkisyanla bağlı ŞOK FAKTLAR .....                     QİÇS-lə Mübarizə Mərkəzi yenə `Dadaş-N`ə tender verdi .....                     Gəncədə bir gündə 4-5 nəfəri İT DİŞLƏYİR .....                     Banklar müflis olan vətəndaşlara möhlət borcu verə bilərmi? .....                     USAID-in sonu .....                     İrəvanda oxunan “Qarabağ”: .....                     Milli Məclisin Hesablayıcı komissiyasının .....                     Eldar İbrahimov Milli Məclisin İntizam komissiyasının sədri seçilib .....                     Daha bir icra başçısı üçün MƏHŞƏR AYAĞI... .....                     Azərbaycanda investisiyaların cəlb olunması üçün sığorta azdır .....                     Dəhlizlə bağlı Bakının son tələbi .....                     Xatirə İslamın kommunal borcu şok etdi .....                     Siyavuş Novruzov İmişlinin icra başçısını qınadı: .....                     Azərbaycanda beş seçki məntəqəsinin nəticələri ləğv edilib .....                     Bakı Apellyasiya Məhkəməsi “qaş düzəldən yerdə göz çıxardı” .....                     2 ildir boş qalan posta təyin edilən Rüfət Əzizov kimdir? .....                     60 yaşlı kişi toyda 2 nəfərin başını niyə kəsmək istəyib? .....                     "Nikol Paşinyana olan ictimai etimad... .....                 

Kürdəmirdə fermeri döyüb xəstəxanalıq etdilər - QALMAQAL
Tarix: 27-04-2016, 08:39 | Çap et
Kürdəmirdə fermeri döyüb xəstəxanalıq etdilər
Kürdəmir rayonunun Qarasaqqal kəndində fermer Nicat Muradovu döyərək xəstəxanalıq ediblər. Bu barədə redaksiyamıza N.Muradovun qardaşı məlumat verib. Onun sözlərinə görə, kəndin bir qrup sakini Qarabağ müharibəsi veteranı, sahibkar Nicat Muradovu vəhşicəsinə döyüblər. Qeyd edək ki, “Təzadlar” qəzetinin ötən saylarında Nicat Muradovun sahibkarlıq fəaliyyətinə törədilən əngəlləri və bu əngəllərin arxasında yerli məmurların dayandığı barədə bəhs etmişdik. N.Muradov sahibkarların fəaliyyətinə məmurlar tərəfindən edilən qanunsuz müdaxilələrə son qoyulması barəsində ölkə rəhbərinin tapşırığından sonra da Kürdəmir rayon İcra Hakimiyyətinin Qarasaqqal kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Cahid Abdullayevin və sahə inspektoru Mahmud Mahmudovun qanunsuz əməllərindən əl çəkmədiklərini, ondan rüşvət tələb etdiklərini bildirmişdir.

N.Muradovun sözlərinə görə, Kürdəmir rayonunun ərazisində yerləşən 65 saylı “Maqsudbağı” adlanan qış otlaq sahəsinin 80 hektar hissəsi 2000-ci ildən onun icarəsindədir. Belə ki, Kürdəmir rayon İcra Hakimiyyətinin 22 oktyabr 2010-cu il tarixli, 130 saylı sərəncamı ilə sözügedən otlaq sahəsi onun istifadəsinə və icarəsinə verilib. Həmin sərəncama uyğun olaraq 1 noyabr 2010-cu il tarixdə icra hakimiyyəti ilə N.Muradovun arasında 64 saylı torpaq icarə müqaviləsi bağlanıb. O, həmin torpaq sahəsindən son 15 il ərzində daimi olaraq sahəsi kimi istifadə edib. Bu müddət ərzində icarə müqaviləsi üzrə bütün öhdəlikləri yerinə yetirib, hər il torpaq sahəsinin vergisini və digər ödənişləri vaxtlı-vaxtında ödəyib. Amma 25 mart 2015-ci il tarixdən Kürdəmir rayonunun Qarasaqqal kənd sakinləri Salahov Ziyad Oruc oğlu, Salahov Lütvi Lətif oğlu, Salahov Hörmət Bahadur oğlu, Salahov Azad İsmayıl oğlu, Salahov Barat Əjdər oğlu, Salahov Ülvi Əjdər oğlu, Muradov Qubad Rəhim oğlu, Əliyev Cahid Əlisafa oğlu, Əliyev Əhsən Ədalət oğlu, Salahov Mərifət Fəxri oğlu, Salahov Şəmil Tofiq oğlu və Salahov Sücaət Tofiq oğlu heç bir əsas olmadan onun icarəsində olan torpaq sahəsinin bir hissəsini zəbt ediblər.
Onlar öz mal-qaralarını N.Muradovun qoyunçuluq təsərrüfatını inkişaf etdirmək və təbii yem artırmaq məqsədilə icarəyə götürdüyü 80 hektar qış otlaq sahəsinə (biçənək üçün qoruyub saxladığı təxminən 30 hektara yaxın sahəyə) salaraq otarmaqla oranı yararsız hala salıblar. N.Muradovun dəfələrlə onlardan icarəsində olan torpaq sahəsindən çıxmalarını tələb etməsinə, bununla bağlı aidiyyəti orqanlara müraciət etməsinə baxmayaraq, həmin adamlar əməllərinə son qoymayıb, sözügedən torpaq sahəsindən istifadə edərək sahibkara külli miqdarda maddi ziyan vurublar. Eyni zamanda, keçirmiş olduğu psixoloji gərginlik və depressiyaya düşməsi nəticəsində isə ona mənəvi ziyan vurulub.
Belə olan halda, Nicat Muradov Salahov Azad İsmayıl oğlu, Salahov Lütvi Lətif oğlu, Salahov Hörmət Bahadur oğlu, Salahov Barat Əjdər oğlu, Salahov Ülvi Əjdər oğlu, Salahov Ziyad Oruc oğlu, Muradov Qubad Rəhim oğlu, Əliyev Cahid Əlisafa oğlu və Əliyev Əhsən Ədalət oğluna qarşı əmlak hüququnun təmin edilməsi, torpaq sahəsindən çıxarılma, çəkilmiş taxta hasarın sökülməsi, vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edib.
O, 7 aprel 2015-ci il tarixli iddia ərizəsində Kürdəmir rayon Məhkəməsindən xahiş edib ki, cavabdehlərin ona məxsus Kürdəmir rayonunun ərazisində yerləşən 65 saylı “Maqsudbağı” adlanan qış otlaq sahəsinin 80 hektar hissəsindən çıxarılmaları, həmin torpaq sahəsində cavabdehlər tərəfindən çəkilmiş taxta hasarın cavabdehlərin hesabına sökülməsi, vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair qərar qəbul edilsin.
9 iyun 2015-ci il tarixdə sözügedən iddia üzrə mülki işə baxan Kürdəmir rayon Məhkəməsinin hakimi Rafiq Bağırov iddianı qismən təmin edib. Hakim qət edib ki, “cavabdehlər Salahov Azad İsmayıl oğlu, Salahov Lütvi Lətif oğlu, Salahov Hörmət Bahadur oğlu, Salahov Barat Əjdər oğlu, Salahov Ülvi Əjdər oğlu, Salahov Ziyad Oruc oğlu, Muradov Qubad Rəhim oğlu, Əliyev Cahid Əlisafa oğlu və Əliyev Əhsən Ədalət oğlu Kürdəmir rayonunun Qarasaqqal kəndinin ərazisində yerləşən, iddiaçı Muradov Nicat Rəhim oğlunun icarəsində olan torpaq sahəsindən məcburi qaydada çıxarılsınlar.
Həmin torpaq sahəsində cavabdehlər Muradov Qubad Rəhim oğlu və Salahov Ziyad Oruc oğlu tərəfindən çəkilmiş taxta hasar onların hesabına sökülsün”.
Məhkəmə qətanməsinə əsasən, sözügedən torpaq sahəsində cavabdehlər tərəfindən çəkilmiş taxta hasarın sökülməsinə baxmayaraq, həmin adamlar bu gün də onun sahibkarlıq fəaliyyətinə mane olur, öz mal-qaralarını qış otlaq sahəsində otarırlar: “Dəfələrlə onlardan icarəmdə olan torpaq sahəsindən çıxmalarını tələb etsəm də, həmin adamlar qanunsuz əməllərini davam etdirərək, mənə maddi ziyan vurmağa çalışırlar. Üzləşdiyim problemlə bağlı rayon rəhbərliyinə, rayon polis şöbəsinə, prokurorluğa məlumat verərək, sahibkarlıq fəaliyyətimə yaradılan süni maneələrin aradan qaldırılmasını xahiş etsəm də, məsələ hələ də öz həllini tapmayıb. Əksinə, Kürdəmir rayon İcra Hakimiyyətinin Qarasaqqal kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Cahid Abdullayevlə sahə inspektoru Mahmud Mahmudov mənim sahibkarlıq fəaliyyətimə əngəllər törədən adamları müdafiə edirlər. İcra nümayəndəsi Cahid Abdullayev və sahə inspektoru Mahmud Mahmudov məqsədli şəkildə təsərrüfatımı çökdürmək istəyirlər. Onlar təsərrüfatıma ziyan vuran adamların qarşısını almaq üçün məndən dəfələrlə pul tələb ediblər. Mən də məcburiyyət qarşısında qalıb onların istəklərini yerinə yetirmişəm. Hər birinə 200 manat pul vermişəm. Ancaq onlar bununla kifayətlənməyərək, daha yüksək məbləğdə pul tələb edəndə vermədiyim üçün başıma bu oynları gətirirlər. Hətta sahə inspektoru Mahmud Mahmudov dedi ki, pul vermirsənsə, onda qoyun ver, taxta hasarı sökdürüm. Dedim, sən hasarı sökdür, mən qoyunu verəcəm. Amma o, hasarı sökdürmədi. Otən ilin mart ayının 18-də mənə zəng edib dedi ki, bayramqabağıdır, qoyunu gətir ver, məsələni həll edim. Mən də dedim ki, Mahmud müəllim, yanvar ayının 18-də sizə ərizə ilə müraciət etdim, üstəlik də, 200 manat verdim ki, hasarı sökdür, ondan sonra qoyununu da verim. Ancaq o, mənimlə razılaşmadı. Bir dəfə də o, fermaya gəlib, işçilərimin yanında dedi ki, toya gedirəm, mənə pul ver. Mən də cibimdən 50 manat çıxarıb ona verdim. Əvvəl verdiyim 200 manatdan başqa. Özü də o, fermaya gələndə həmin adamların mal-qarası otlaq sahəmdə idi. Mal-qaranı ona göstərib dedim ki, Mahmud müəllim, bax görursən, Cahid Abdullayevin qohumları otlaq sahəmi necə məhv edirlər?! Dedi, narahat olma, həll edərik. Sonra da eşidirəm ki, sahə inspektoru Mahmud Mahmudov icra nümayəndəsi Cahid Abdullayevə deyib ki, Nicatın çoxlu pulu var, necə olur-olsun o pulları onun əlindən almaq lazımdır. Bu adamlar birləşib mənim təsərrüfatımı və məni məhv etmək istəyirlər”.
Bu sətirlər qəzetimizin ötən sayında dərc etdiyimiz N.Muradovun prezident İ.Əliyevə, Baş prokuror Z.Qaralova və daxili işlər naziri R.Usubova ünvanlı video-müraciətindəndir.
Az öncə əməkdaşımızla əlaqə saxlayan N.Müradovun qardışının sözlərinə görə, həmin adamlar həmişə olduğu kimi, bu gün də öz mal-qaralarını otlaq sahəsinə salıb otarıblar. N.Muradovun dəfələrlə onlardan mal-qaralarını otlaq sahəsindən çıxmalarını tələb etməsinə baxmayaraq, həmin adamlar əməllərinə son qoymayıb və N.Muradovla mübahisə ediblər. Nəticədə, N.Muradov həmin adamlar tərəfindən döyülüb: “Ciddi xəsarəti alan Nicat Muradov rayon mərkəzi xəstəxansına yerləşdirilib. Hazırda vəziyyəti ağırdır. Halbuki dünəndən vəziyyətin gərgin həddə çatdığı barədə Daxili İşlər Nazirliyinin “102 xidməti”nə məlumat verib və hadisə yerinə polis çağırmışdıq. Lakin heç kim gəlmədi.
Bu gün insident baş verəndən sonra yenidən 102-yə zəng edərək, N.Muradovun döyüldüyü barədə məlumat verdik. Bundan sonra hadisə yerinə Kürdəmir rayon polis şöbəsinin üç əməkdaşı cəlb olunub və Nicatın döyüldüyünü, ağır bədən xəsarəti aldığını öz gözləri ilə görüblər.
Çox təəssüf ki, bu gün Kürdəmir rayon Mərkəzi Xəstəxansına yerləşdirilən Nicat Muradovun Kürdəmir rayon Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya şöbəsində xəsarət dərəcəsinin müəyyən edilməsi mümkün olmayıb. Şöbə müdiri iş yerində olmadığı üçün ekspert rəyi birinci gün veriləcək. Tibbi ekspertiza rəy verən kimi məsələyə hüquqi qiymət veriləcək. Lakin bizim narahatlığımızın səbəbi isə Nicatı döyən şəxslərin hələ də istintaqa cəlb edilməməsidir. Kürdəmir rayon polis şöbəsi tərəfindən məsələyə “soyuq” münasibət göstərilir”.
Məsələ ilə bağlı Kürdəmir rayon polis şöbəsi ilə əlaqə saxlamağa çalışsaq da, zəngə cavab verən olmadı. Mövzunu diqqətdə saxlayacağıq...
Onu da qeyd edək ki, şikayətdə adı çəkilən icra nümayəndəsi Cahid Abdullayev və sahə inspektoru Mahmud Mahmudovla telefon əlaqəsi saxladıq və hər ikisi onlara qarşı irəli sürülən ittihamların əsassız olduğunu bildirdi. Odur ki, şikayətçinin redaksiyamıza təqdim etdiyi sənədləri və səs yazısını araşdırılması üçün Kürdəmir rayon prokurorluğuna göndərəcəyik.

Kürdəmirdə fermeri döyüb xəstəxanalıq etdilər

“Təzadlar”ın Araşdırma Qrupu

Redaksiyadan: Nicat Muradovla bağlı aldığımız son məlumat ondan ibarətdir ki, o, hələ də Kürdəmir rayon Mərkəzi Xəstəxanasında müalicə alır. N.Muradovun hüquqi nümayəndəsinin sözlərinə görə, rayon polis şöbəsinin rəhbərliyi N.Muradovu xəstəxanadan çıxarmağa və onun döyülmə faktını ört-basdır etməyə çalışır.
Hüquqi nümayəndə onu da qeyd etdi ki, döyülmə faktının araşdırılmasını tələb edən N.Muradovun ailəsinə və qardaşlarına rayon polisi tərəfindən təzyiqlər başlayıb. Belə ki, gün ərzində rayon polis şöbəsinin əməkdaşları şikayətçinin səsini batırmaq üçün ona aramsız zənglər ediblər: “Bu gün evimdə otura bilməmişəm. Zəng zəng ardınca gəlib. Məni təcili rayon polis şöbəsinə çağırıblar. Mən də onlara dedim ki, “indi Baş Prokurorluqdayam və mənim susmağım üçün təzyiqlər göstərməyiniz barədə Baş Prokurorluğa şikayət edərək kömək istəyirəm ki, rayon polisi bizi rahat buraxsın. Yaxşı olar ki, bizə təzyiq göstərməkdənsə, baş vermiş cinayət əməlini hüquqi qaydada həll etsinlər””.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Agentlik bu şəxslə 1,4 milyon manatlıq icarə - MÜQAVİLƏSİ BAĞLADI
Bu gün, 00:05
Azərbaycanda 117 minlik nəqliyyat şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:02
Paşinyan ABŞ-də etirazla qarşılandı
Dünən, 23:31
Quru sərhədlər niyə bağlıdır? - DTX və DİN-i əməliyyatı bu suala cavab verdi
Dünən, 23:29
Rusiya-Ukrayna münaqişəsinin həlli üzrə əhəmiyyətli irəliləyiş əldə etdik - Tramp
Dünən, 23:25
USAİD hər zaman öz məkrli planları ilə yadda qalıb: - Onun ləğvi mütərəqqi adım olar
Dünən, 22:00
Rusiyada “İntervision” keçiriləcək – Putindən fərman
Dünən, 21:55
Hüquq-mühafizə orqanları Bakıda "Rus Evi"nə nəzarəti gücləndirdi - TƏFƏRRÜAT
Dünən, 21:50
Tiktoker "Əfi" həbs olundu
Dünən, 21:46
Bu həkimlərin “bazarı bağlanır” – Yeni qadağa qüvvəyə minir?
Dünən, 21:45
Un istehsalçıları qiymətləri açıqladı: bahalaşma var... - BELƏ HARA GEDİRİK?
Dünən, 21:42
Kriminal avtoritet Əli Heydərov da orada güllələnmişdi... - Erməni Sərkisyanın partladıldığı binada
Dünən, 19:14
Başınızı qaldırsanız, yumruq gələcək! - Üzəduran Qaroya generaldan cavab
Dünən, 19:09
İrəvan seçim qarşısındadır! - Kreml Ermənistanı cəzalandıracaq
Dünən, 19:00
Həkimin reklam olunmasını dələduzluq hesab edirəm... - ZATƏN BELƏDİR...
Dünən, 18:58
Öləndən sonra yandırılma - Jurnalist vəsiyyət etdi, yazar qorxdu, folklorçu istəmədi
Dünən, 18:07
MN-dəki 143 milyonluq məhkəmə işi ilə bağlı generalın apellyasiya şikayəti üzrə məhkəmə başlayıb
Dünən, 18:01
Ənvər Həsənov xəstəxanadan evə buraxıldı
Dünən, 18:00
"Özünüzü gözdən saldınız və sifarişlə danışdığınızı sübut etdiniz..." - Razi Nurullayev Siyavuş Novruzova İTTİHAM
Dünən, 17:52
Naxçıvan Ali Məclisi yenə sədrsiz qaldı - FOTO
Dünən, 17:47
Təhsilsiz kosmetoloqlar və onların gözəllik qurbanları – Özümüzü necə qoruyaq?
Dünən, 17:43
Paşinyan Zəngəzur dəhlizinə RAZIDIR – “Özünü müxalifətdən də sığortalamaq istəyir”
Dünən, 17:41
Moskvada öldürülən Sərkisyanla bağlı ŞOK FAKTLAR - Görün nələr edib!
Dünən, 17:37
QİÇS-lə Mübarizə Mərkəzi yenə `Dadaş-N`ə tender verdi - Bu dəfə 424 min manat...
Dünən, 17:33
Gəncədə bir gündə 4-5 nəfəri İT DİŞLƏYİR - NARAZILIQ VAR...
Dünən, 17:27
Banklar müflis olan vətəndaşlara möhlət borcu verə bilərmi? - AÇIQLAMA
Dünən, 17:26
USAID-in sonu - cinayətləri ifşa olunan təşkilat
Dünən, 17:21
İrəvanda oxunan “Qarabağ”: - Milyonlarla Azərbaycan türkünün səsi
Dünən, 17:12
Milli Məclisin Hesablayıcı komissiyasının sədri seçilib
Dünən, 17:07
Eldar İbrahimov Milli Məclisin İntizam komissiyasının sədri seçilib
Dünən, 17:04
Daha bir icra başçısı üçün MƏHŞƏR AYAĞI... - O KİMDİR?
Dünən, 17:02
Azərbaycanda investisiyaların cəlb olunması üçün sığorta azdır - FAKT BUDUR!
Dünən, 16:54
Dəhlizlə bağlı Bakının son tələbi - Ağbəndən sonrakı xətt belə olacaq
Dünən, 16:50
Xatirə İslamın kommunal borcu şok etdi - 960 manata...
Dünən, 16:48
Siyavuş Novruzov İmişlinin icra başçısını qınadı: - "Niyə camaatın qarşısına çıxmadı?"
Dünən, 16:38
Azərbaycanda beş seçki məntəqəsinin nəticələri ləğv edilib
Dünən, 16:35
Bakı Apellyasiya Məhkəməsi “qaş düzəldən yerdə göz çıxardı” – “MTN işi”ndə növbəti biabırçı qərar
Dünən, 16:30
2 ildir boş qalan posta təyin edilən Rüfət Əzizov kimdir? - DOSYE
Dünən, 16:29
60 yaşlı kişi toyda 2 nəfərin başını niyə kəsmək istəyib? - TƏFƏRRÜAT
Dünən, 16:26
"Nikol Paşinyana olan ictimai etimad... - tarixi minimuma düşüb"
Dünən, 16:02
“Araz” supermarketlər şəbəkəsi gənclər üçün yeni iş imkanları yaradır - DİQQƏT
Dünən, 15:59
Şimal bölgəsi POLİS NƏZARƏTİNDƏ - ƏMƏLİYYAT VAR...
Dünən, 15:56
“Lay's” çipslərinin ölümcül TƏHLÜKƏSİ – Azərbaycanda satışı QADAĞAN EDİLƏCƏK?
Dünən, 15:54
Günün fotosu: MALƏSƏF... - BURA BAKIDIR!...
Dünən, 15:52
Paşinyan Zənğəzur dəhlizini açır - KİV
Dünən, 15:50
“Qusarda zərərsizləşdirilən terror qrupu qlobal güclərin Qafqaz uğrundakı mübarizəsinin göstəricisidir”
Dünən, 15:47
Erməni cəmiyyəti aşınıb - FAKT BUDUR!
Dünən, 15:44
"Kişi də heç öz ailə sirrini gətirib efirə çıxarar?" - ETİRAZ
Dünən, 15:42
Rüfət Əzizov Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru TƏYİN OLUNDU
Dünən, 15:40
Mart ayından sosial müavinətlərin və təqaüdlərin artırılmasını görəcəyik - MM komitə sədri
Dünən, 15:39
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru