Yevlax ƏSMM-in direktoru şəhid olmuş şəxsin statusunu pula görə ləğv elətdirib - RƏZALƏT
Tarix: 2-05-2016, 09:46 | Çap et
Azərbaycanda məmur özbaşınalığı bəzən sərhədd tanımır. Hətta elə hallar olur ki, məmurlar şəhid ailələrinə qarşı belə o qədər ədalətsiz davranırlar ki, onlar övladlarının nəşini götürüb, ölkəni tərk etmək istəyirlər. JAM.AZ xəbər verir ki, analoji hadisə Yevlax şəhərində yaşanır və Əhmədova ailəsi artıq nə edəcəyini bilmir. Şəhid Rəfael Əhmədov 1999-cu ildə Füzuli rayonunda hərbi xidmətdə olarkən düşmənin atdığı mərminin partlaması nəticəsində ağır yaralanıb. Kəşfiyyat bölümündə xidmət edən Rəfael döyüş yoldaşları ilə birlikdə hərbi tapşırığı yerinə yetirib, geri dönərkən düşmənə tuş gəliblər və 6 əsgər yoldaşı ilə birlikdə şəhid olublar. Rəfael bu zaman ağır yaralı vəziyyətdə hospitala aparılıb və orada bir neçə gün qaldıqdan sonra dünyasını dəyişib. Şəhid atamı Mətləb Əhmədov JAM.AZ-a bildirib ki, 1981-ci il təvəllüdlü oğlunun nəşini hospitaldan Müdafiə Nazirliyinin rəsmiləri Yevlax şəhərinə gətiriblər və sabiq Prezident, Ümummilli Lider Heydər Əliyevin tapşırığı əsasında rayondakı Şəhidlər Xiyabanında dəfn olunub. «Həmin dəfndə rayon rəhbərliyi, Bakıdan gələn nümayəndələr də iştirak ediblər. Hətta telekanallarda bu dəfn mərasimindən reportaj da yayımlanıb». Mətləb Əhmədov deyir ki, oğlunun şəhid olmasını Müdafiə Nazirliyi də təsdiq edib. Nazirlikdən göndərilən rəsmi sənədə əsasən o, şəhid sayılıb. «Bütün sənədləri Yevlax Sosial Müdafiə Mərkəzinə göndərdik. Mərkəzin direkioru Zərifə Əzizova sənədləri qəbul edib, baxdıqdan sonra bizə bildirdi ki, bəs, guya, oğlumuz şəhid sayılmır. Bu səbəbdən də bizə qanuni düşən kompensasiyanın ödəməkdən boyun qaçırır. İllərdir bizi süründürür». Şəhid atası JAM.AZ-a deyib ki, axırda məcbur qalıb məhkəməyə müraciət etməli olublar. 24 noyabr 2015-ci ildə Yevlax Məhkəməsi Rəfael Əhmədovun şəhid olmasını təsdiq edən qətnamə çıxarıb. «Lakin Zərifə Əzizova bu qətnaməni saya salmayaraq, həmin qərardan Şəki Apelyasiya Məhkəməsinə şikayət edib. Şəki İnzibati İqtisad Məhkəməsində məsələyə baxıldıqdan sonra hakimlər qətnəma çıxardılar ki, bəs, oğlumuz guya şəhid olmayıb. Belə bir qərarı hansı haqla çıxardıqları məlum deyil. Böyük ehtimalla Zərifə Əzizova belə bir qətnamənin çıxarılmasını sifariş edib. Əks təqdirdə, rəsmi sənədlər varkən məhkəmə bu cür ədaltsiz yanaşma ortaya qoya bilməzdi». Şəhid Rəfael Əhmədovun anası rus əsillidir. İrina Əhmədova JAM.AZ-a bildirir ki, o, əslən rus olsa da, hər zaman özünü Azərbaycan vətəndaşı sayıb və oğlunu da Azərbaycana sevgi, məhəbbət ruhunda böyüdüb. O deyir ki, oğlunun Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmasından da qürur duyur. Lakin üzləşdiyi haqsızlıqdan dolayı dəhşət içindədir. «Mən oğlumu doğma vətənim Azərbaycanın torpaqlarını qorumaq üçün böyütdüm. Əsgərliyə yola saldım. Vətəni qorumaq üçün cəbhə xəttində olanda da dəstəyimi əsirgəmədim. Bəzi valideynlər kimi pul verib, uşağımı arxa cəbhəyə də saldıra bilərdim. Amma etmədim, çünki o da bu torpağın oğluydu və onu qorumaq oğlumun da haqqıydı. Lakin yerli məmurların, Zərifə Əzizova kimilərin pula görə şəhid ailəsinə qarşı bu qədər amansız, qəddar davranması, övladım döyüş tapşırığını yerinə yetirərkən şəhid olmasını inkar etməsini qəbullana bilmirəm». İrina Əhmədova qeyd edir ki, onlara edilən təzyiqlər, haqsızlıqlar elə bir həddə çatıb ki, təkcə özü və ailə üzvlərini deyil, eləcə şəhid oğlunun nəşini də götürüb Azərbaycanı tərk etmək istəyir. «Mən Cənab Prezident İlham Əliyevdən xahiş edirəm ki, bu məmur özbaşınalığının qarşısını alsın. Bizə bu işdə yardımçı olsun. Bu qədər təzyiqin qarşısında duruş gətirmək, bunca ədalətsizliyə dözə bilmirik. Mən ümid edirəm ki, dövlətimizin başçısı səsimizi eşidib, məmur özbaşınalığına son qoyacaq və bizim qanuni haqqımızın tanınmasına yardımçı olacaq. Əks təqdirdə, mən, həyat yoldaşım və ailə üzvlərim şəhid oğlumuzun nəşini də alıb ölkədən getmək məcburiyyətində qalacağıq». Qeyd edək ki, hazırda məsələ Ali Məhkəmədədir və kassasiya şikayətinə iyun ayında baxılacağı gözlənilir. Məsələ ilə bağlı ilgili qurumların da mövqeyini dərc etməyə hazırıq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Vaşinqton Kiyevə silah tədarükünü bərpa edib - KİV
Bu gün, 01:47 |
|
|
|
• Xankəndindəki zavodda çörək bahalaşıb? - "...zavoda biz cavabdehik"
Bu gün, 01:43 |
|
|
|
• Sektor müdiri BŞTİ-dən azad edildi, məktəb direktoru göndərildi - AÇIQLAMA
Bu gün, 01:39 |
|
|
|
• 'Azəriqaz'dan vətəndaşa SAYĞAC TƏLƏSİ - BU FAKTDIR!
Bu gün, 01:13 |
|
|
|
• Nazirlik ləğv olunur, əvəzində isə... - İLGİNC
Bu gün, 01:07 |
|
|
|
• “Vardanyan Azərbaycandan əvvəl Ukraynada da ağır cinayətlər törədib” - ŞƏRH
Bu gün, 00:56 |
|
|
|
• “Ürəyimdə fikirləşdim ki, birdən ona nəsə olar, Ağdamı görmədən ölər”
Bu gün, 00:53 |
|
|
|
• "Razi kimdir, mənim haqqımda nəsə desin?!" - Deputatlar arasında gərginlik davam edir...
Bu gün, 00:51 |
|
|
|
• “Yeni çeşid” hiyləsi: çörəyin qiyməti necə qaldırılıb… - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 00:45 |
|
|
|
• Kremlin “hüquqları” və ya köhnə ssenari yenidən gündəmdə - UNİAN
Bu gün, 00:41 |
|
|
|
• Nadir Quliyevə vəzifə verildi - ƏMR
Bu gün, 00:37 |
|
|
|
• Marko Rubio USAID-in administratoru vəzifəsini icra edəcək
Bu gün, 00:35 |
|
|
|
• Agentlik bu şəxslə 1,4 milyon manatlıq icarə - MÜQAVİLƏSİ BAĞLADI
Bu gün, 00:05 |
|
|
|
• Azərbaycanda 117 minlik nəqliyyat şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:02 |
|
|
|
• Paşinyan ABŞ-də etirazla qarşılandı
Dünən, 23:31 |
|
|
|
• Quru sərhədlər niyə bağlıdır? - DTX və DİN-i əməliyyatı bu suala cavab verdi
Dünən, 23:29 |
|
|
|
• Rusiya-Ukrayna münaqişəsinin həlli üzrə əhəmiyyətli irəliləyiş əldə etdik - Tramp
Dünən, 23:25 |
|
|
|
• USAİD hər zaman öz məkrli planları ilə yadda qalıb: - Onun ləğvi mütərəqqi adım olar
Dünən, 22:00 |
|
|
|
• Rusiyada “İntervision” keçiriləcək – Putindən fərman
Dünən, 21:55 |
|
|
|
• Hüquq-mühafizə orqanları Bakıda "Rus Evi"nə nəzarəti gücləndirdi - TƏFƏRRÜAT
Dünən, 21:50 |
|
|
|
• Tiktoker "Əfi" həbs olundu
Dünən, 21:46 |
|
|
|
• Bu həkimlərin “bazarı bağlanır” – Yeni qadağa qüvvəyə minir?
Dünən, 21:45 |
|
|
|
• Un istehsalçıları qiymətləri açıqladı: bahalaşma var... - BELƏ HARA GEDİRİK?
Dünən, 21:42 |
|
|
|
• Kriminal avtoritet Əli Heydərov da orada güllələnmişdi... - Erməni Sərkisyanın partladıldığı binada
Dünən, 19:14 |
|
|
|
• Başınızı qaldırsanız, yumruq gələcək! - Üzəduran Qaroya generaldan cavab
Dünən, 19:09 |
|
|
|
• İrəvan seçim qarşısındadır! - Kreml Ermənistanı cəzalandıracaq
Dünən, 19:00 |
|
|
|
• Həkimin reklam olunmasını dələduzluq hesab edirəm... - ZATƏN BELƏDİR...
Dünən, 18:58 |
|
|
|
• Öləndən sonra yandırılma - Jurnalist vəsiyyət etdi, yazar qorxdu, folklorçu istəmədi
Dünən, 18:07 |
|
|
|
• MN-dəki 143 milyonluq məhkəmə işi ilə bağlı generalın apellyasiya şikayəti üzrə məhkəmə başlayıb
Dünən, 18:01 |
|
|
|
• Ənvər Həsənov xəstəxanadan evə buraxıldı
Dünən, 18:00 |
|
|
|
• "Özünüzü gözdən saldınız və sifarişlə danışdığınızı sübut etdiniz..." - Razi Nurullayev Siyavuş Novruzova İTTİHAM
Dünən, 17:52 |
|
|
|
• Naxçıvan Ali Məclisi yenə sədrsiz qaldı - FOTO
Dünən, 17:47 |
|
|
|
• Təhsilsiz kosmetoloqlar və onların gözəllik qurbanları – Özümüzü necə qoruyaq?
Dünən, 17:43 |
|
|
|
• Paşinyan Zəngəzur dəhlizinə RAZIDIR – “Özünü müxalifətdən də sığortalamaq istəyir”
Dünən, 17:41 |
|
|
|
• Moskvada öldürülən Sərkisyanla bağlı ŞOK FAKTLAR - Görün nələr edib!
Dünən, 17:37 |
|
|
|
• QİÇS-lə Mübarizə Mərkəzi yenə `Dadaş-N`ə tender verdi - Bu dəfə 424 min manat...
Dünən, 17:33 |
|
|
|
• Gəncədə bir gündə 4-5 nəfəri İT DİŞLƏYİR - NARAZILIQ VAR...
Dünən, 17:27 |
|
|
|
• Banklar müflis olan vətəndaşlara möhlət borcu verə bilərmi? - AÇIQLAMA
Dünən, 17:26 |
|
|
|
• USAID-in sonu - cinayətləri ifşa olunan təşkilat
Dünən, 17:21 |
|
|
|
• İrəvanda oxunan “Qarabağ”: - Milyonlarla Azərbaycan türkünün səsi
Dünən, 17:12 |
|
|
|
• Milli Məclisin Hesablayıcı komissiyasının sədri seçilib
Dünən, 17:07 |
|
|
|
• Eldar İbrahimov Milli Məclisin İntizam komissiyasının sədri seçilib
Dünən, 17:04 |
|
|
|
• Daha bir icra başçısı üçün MƏHŞƏR AYAĞI... - O KİMDİR?
Dünən, 17:02 |
|
|
|
• Azərbaycanda investisiyaların cəlb olunması üçün sığorta azdır - FAKT BUDUR!
Dünən, 16:54 |
|
|
|
• Dəhlizlə bağlı Bakının son tələbi - Ağbəndən sonrakı xətt belə olacaq
Dünən, 16:50 |
|
|
|
• Xatirə İslamın kommunal borcu şok etdi - 960 manata...
Dünən, 16:48 |
|
|
|
• Siyavuş Novruzov İmişlinin icra başçısını qınadı: - "Niyə camaatın qarşısına çıxmadı?"
Dünən, 16:38 |
|
|
|
• Azərbaycanda beş seçki məntəqəsinin nəticələri ləğv edilib
Dünən, 16:35 |
|
|
|
• Bakı Apellyasiya Məhkəməsi “qaş düzəldən yerdə göz çıxardı” – “MTN işi”ndə növbəti biabırçı qərar
Dünən, 16:30 |
|
|
|
• 2 ildir boş qalan posta təyin edilən Rüfət Əzizov kimdir? - DOSYE
Dünən, 16:29 |
|
|
|
|