"Bədəl Bədəlovun mənim daxmamla nə işi var?" - ETİRAZ
Tarix: 31-05-2016, 09:59 | Çap et
Məlum olduğu kimi, dünən Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) yeni inzibati binasının açılışı oldu. Ölkə başçısının şəxsən özünün həmin əzəmətli binanın açılışında iştirak etməsi məni bir vətəndaş olaraq çox qürurlandırdı. Çünki Vətənimizin ən ümdə brendi olan SOCAR-a məhz belə əzəmət yaraşırdı. Binanın açılışında Rövnəq müəllimin yanında şirkət rəsmiləri də gözə dəyirdi. Məni daha çox bir nəfər maraqlandırırdı – Bədəl Bədəlov. Sual oluna bilər : “Niyə məhz o”. Çünki, deyilənə görə, mən onun orbitinə yenicə düşmüşəm və şəxsimə qarşı olduqca qəzəblidir. Mən belə zənn edirdim. Bu gün gördüm ki, həmin adam ölkə başçısının bir addımlığında dayanmaq səlahiyyətində olan şirkətin önəmli fiqurlarından biridir. Açılışdan çəkilən və KİV-lərdə dərc edilən bəzi şəkilləri bir neçə nəfərə göndərib, Bədəl Bədəlovun şəkildəki hansı adam olduğu ilə maraqlandım. Gördüm ki, bütün cavablar üst-üstə düşür. Hamı eyni adamı göstərdi. Bir anlıq özüm-öz gözümdə bilmədim haralara ucaldım… Amma fikirləşdim ki, bir neçə gün ərzində məni bu kişinin adı ilə yaxşıca aldadıblar. İki ali təhsili olan bir adam kimi mənim məntiqim bunu diqtə etmiş oldu ki, belə böyük işlər və milyardlıq layihələrlə məşğul olan bir adamın mənim daxmamla nə işi ola bilər? Keçim mətləbə. Mən, hazırda çox ağır bir vəziyyətdəyəm. Ailədə olan ciddi problemlərlə əlaqədar olaraq bütün yaxın qohumlarımızın evləri satılmalı oldu. Onlardan biri də mənəm. Borc- xərclə gəlib Keşlə qəsəbəsində güc-bəla bir sot torpaq ala bildim ki, ev tikib bir neçə ailəni müvəqqəti olsa da, ora sığındırım. Mənim tikdiyim evə yaxın bir hündür hasar var. Maraqlandım, dedilər ki, özəlləşmiş bir ərazidi, yiyəsi də, barəsində bir az əvvəl bəhs etdiyim Bədəl Bədəlovdur. Evi bir az qaldırmışdım ki, birdən özlərini SOCAR-ın mühafizəçiləri kimi təqdim edən bir neçə nəfər gəlib tikintini dayandırmağı tələb etdilər. Sonra arada al-ver başladı.
Həmin tələbləri yerinə yetirmək gücündə olmadığım səbəbindən söhbətimiz alınmadı. Vəziyyətin belə olduğunu gördükdə, həmin adamlar başladılar birmənalı şəkildə Bədəl Bədəlovun adını hallandırmağa ki, o, icazə vermir. Qeyd edim ki, həmin hasarın dörd bir tərəfi hündür evlərlə doludur. Mən gedib həmin ərazini mühafizə edən aşağı rütbəli əməkdaşlarla söhbət də etmişəm. Deyiblər ki, mənim evimə yaxın olan ərazinin SOCAR-a heç bir aidiyyəti yoxdur. Ora tam özəlləşib. İstənilən halda mənim evimin həmin tərəfə heç bir maneçiliyi ola bilməz. Heç həmin tərəfə pəncərə belə qoymamışam. Bir aydır ki, qalmışıq küçələrdə. Deyillər ki, bir daşı-daşımn üstünə qoysanız Bədəl müəllim evi yerlə yeksan etdirəcək. Hər gün belə xəbərdarlıq alıram. İndi qalmışam çıxılmaz vəziyyətdə. Axı, mən Bədəl Bədəlovu hardan tapım ki, onun qəbuluna düşüb dərdimi ona anladım? Bu səbəbdən də, qərara gəldim ki, ona KİV vasitəsilə müraciət edim.
Əminəm ki, onun adından kimlərsə sui-istifadə edirlər. İnternetdə onun adı ilə axtarış verdim. Maraqlıdır ki, bu cür yüksək postu tutan adamın adı demək olar heç bir neqtivliklərdə hallanmır. Ona görə də, inandım ki, belə adam ev yıxan( sökən) ola bilməz . Bu günkü açılışdan sonra əmin oldum ki, onun belə xırda işlərlə maraqlanmağa heç vaxtı da yetməz. Onu da qeyd edim ki, Bədəl müəllim “Vorovski” deyilən məhəllədə mənim qohumlarımın qonşuluğunda yaşayır. Sağlığına qismət olsun, əzəmətli bir evi var. Görəsən, həmin evi tikəndə Bədəl müəllimə hansısa qüdrət sahibinin adı ilə mənə göstərilən təzyiqləri etsəydilər hansı hissləri keçirərdi? Əminəm ki, bu yazını Bədəl müəllim oxuyacaq və onun adı ilə mənə edilən təzyiqə tam aydınlıq gətrmiş olacaq. Şübhə etmirəm ki, Bədəl müəllim bir neçə ailənin iztirabına son qoyacaq və biz də kirayələrdən evimizə yığışacayıq… M. MİRZƏYEV
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Vaşinqton Kiyevə silah tədarükünü bərpa edib - KİV
Bu gün, 01:47 |
|
|
|
• Xankəndindəki zavodda çörək bahalaşıb? - "...zavoda biz cavabdehik"
Bu gün, 01:43 |
|
|
|
• Sektor müdiri BŞTİ-dən azad edildi, məktəb direktoru göndərildi - AÇIQLAMA
Bu gün, 01:39 |
|
|
|
• 'Azəriqaz'dan vətəndaşa SAYĞAC TƏLƏSİ - BU FAKTDIR!
Bu gün, 01:13 |
|
|
|
• Nazirlik ləğv olunur, əvəzində isə... - İLGİNC
Bu gün, 01:07 |
|
|
|
• “Vardanyan Azərbaycandan əvvəl Ukraynada da ağır cinayətlər törədib” - ŞƏRH
Bu gün, 00:56 |
|
|
|
• “Ürəyimdə fikirləşdim ki, birdən ona nəsə olar, Ağdamı görmədən ölər”
Bu gün, 00:53 |
|
|
|
• "Razi kimdir, mənim haqqımda nəsə desin?!" - Deputatlar arasında gərginlik davam edir...
Bu gün, 00:51 |
|
|
|
• “Yeni çeşid” hiyləsi: çörəyin qiyməti necə qaldırılıb… - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 00:45 |
|
|
|
• Kremlin “hüquqları” və ya köhnə ssenari yenidən gündəmdə - UNİAN
Bu gün, 00:41 |
|
|
|
• Nadir Quliyevə vəzifə verildi - ƏMR
Bu gün, 00:37 |
|
|
|
• Marko Rubio USAID-in administratoru vəzifəsini icra edəcək
Bu gün, 00:35 |
|
|
|
• Agentlik bu şəxslə 1,4 milyon manatlıq icarə - MÜQAVİLƏSİ BAĞLADI
Bu gün, 00:05 |
|
|
|
• Azərbaycanda 117 minlik nəqliyyat şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:02 |
|
|
|
• Paşinyan ABŞ-də etirazla qarşılandı
Dünən, 23:31 |
|
|
|
• Quru sərhədlər niyə bağlıdır? - DTX və DİN-i əməliyyatı bu suala cavab verdi
Dünən, 23:29 |
|
|
|
• Rusiya-Ukrayna münaqişəsinin həlli üzrə əhəmiyyətli irəliləyiş əldə etdik - Tramp
Dünən, 23:25 |
|
|
|
• USAİD hər zaman öz məkrli planları ilə yadda qalıb: - Onun ləğvi mütərəqqi adım olar
Dünən, 22:00 |
|
|
|
• Rusiyada “İntervision” keçiriləcək – Putindən fərman
Dünən, 21:55 |
|
|
|
• Hüquq-mühafizə orqanları Bakıda "Rus Evi"nə nəzarəti gücləndirdi - TƏFƏRRÜAT
Dünən, 21:50 |
|
|
|
• Tiktoker "Əfi" həbs olundu
Dünən, 21:46 |
|
|
|
• Bu həkimlərin “bazarı bağlanır” – Yeni qadağa qüvvəyə minir?
Dünən, 21:45 |
|
|
|
• Un istehsalçıları qiymətləri açıqladı: bahalaşma var... - BELƏ HARA GEDİRİK?
Dünən, 21:42 |
|
|
|
• Kriminal avtoritet Əli Heydərov da orada güllələnmişdi... - Erməni Sərkisyanın partladıldığı binada
Dünən, 19:14 |
|
|
|
• Başınızı qaldırsanız, yumruq gələcək! - Üzəduran Qaroya generaldan cavab
Dünən, 19:09 |
|
|
|
• İrəvan seçim qarşısındadır! - Kreml Ermənistanı cəzalandıracaq
Dünən, 19:00 |
|
|
|
• Həkimin reklam olunmasını dələduzluq hesab edirəm... - ZATƏN BELƏDİR...
Dünən, 18:58 |
|
|
|
• Öləndən sonra yandırılma - Jurnalist vəsiyyət etdi, yazar qorxdu, folklorçu istəmədi
Dünən, 18:07 |
|
|
|
• MN-dəki 143 milyonluq məhkəmə işi ilə bağlı generalın apellyasiya şikayəti üzrə məhkəmə başlayıb
Dünən, 18:01 |
|
|
|
• Ənvər Həsənov xəstəxanadan evə buraxıldı
Dünən, 18:00 |
|
|
|
• "Özünüzü gözdən saldınız və sifarişlə danışdığınızı sübut etdiniz..." - Razi Nurullayev Siyavuş Novruzova İTTİHAM
Dünən, 17:52 |
|
|
|
• Naxçıvan Ali Məclisi yenə sədrsiz qaldı - FOTO
Dünən, 17:47 |
|
|
|
• Təhsilsiz kosmetoloqlar və onların gözəllik qurbanları – Özümüzü necə qoruyaq?
Dünən, 17:43 |
|
|
|
• Paşinyan Zəngəzur dəhlizinə RAZIDIR – “Özünü müxalifətdən də sığortalamaq istəyir”
Dünən, 17:41 |
|
|
|
• Moskvada öldürülən Sərkisyanla bağlı ŞOK FAKTLAR - Görün nələr edib!
Dünən, 17:37 |
|
|
|
• QİÇS-lə Mübarizə Mərkəzi yenə `Dadaş-N`ə tender verdi - Bu dəfə 424 min manat...
Dünən, 17:33 |
|
|
|
• Gəncədə bir gündə 4-5 nəfəri İT DİŞLƏYİR - NARAZILIQ VAR...
Dünən, 17:27 |
|
|
|
• Banklar müflis olan vətəndaşlara möhlət borcu verə bilərmi? - AÇIQLAMA
Dünən, 17:26 |
|
|
|
• USAID-in sonu - cinayətləri ifşa olunan təşkilat
Dünən, 17:21 |
|
|
|
• İrəvanda oxunan “Qarabağ”: - Milyonlarla Azərbaycan türkünün səsi
Dünən, 17:12 |
|
|
|
• Milli Məclisin Hesablayıcı komissiyasının sədri seçilib
Dünən, 17:07 |
|
|
|
• Eldar İbrahimov Milli Məclisin İntizam komissiyasının sədri seçilib
Dünən, 17:04 |
|
|
|
• Daha bir icra başçısı üçün MƏHŞƏR AYAĞI... - O KİMDİR?
Dünən, 17:02 |
|
|
|
• Azərbaycanda investisiyaların cəlb olunması üçün sığorta azdır - FAKT BUDUR!
Dünən, 16:54 |
|
|
|
• Dəhlizlə bağlı Bakının son tələbi - Ağbəndən sonrakı xətt belə olacaq
Dünən, 16:50 |
|
|
|
• Xatirə İslamın kommunal borcu şok etdi - 960 manata...
Dünən, 16:48 |
|
|
|
• Siyavuş Novruzov İmişlinin icra başçısını qınadı: - "Niyə camaatın qarşısına çıxmadı?"
Dünən, 16:38 |
|
|
|
• Azərbaycanda beş seçki məntəqəsinin nəticələri ləğv edilib
Dünən, 16:35 |
|
|
|
• Bakı Apellyasiya Məhkəməsi “qaş düzəldən yerdə göz çıxardı” – “MTN işi”ndə növbəti biabırçı qərar
Dünən, 16:30 |
|
|
|
• 2 ildir boş qalan posta təyin edilən Rüfət Əzizov kimdir? - DOSYE
Dünən, 16:29 |
|
|
|
|