Çəkilişinə milyon manatlarla vəsait ayrılıb yol isə yoxdur - ŞƏKİDƏ korrupsiya
Tarix: 26-08-2016, 11:02 | Çap et
Prezident İlham Əliyev əvvəlcə 20 avqust 2013-cü ildə, daha sonra isə 3 iyul 2014-cü il tarixdə Şəki şəhərinin Aşağı Göynük-Baş Göynük - Baş Şabalıd avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncamlar imzalamışdır. Həmin sərəncamlara əsasən on səkkiz min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Aşağı Göynük-Baş Göynük-Baş Şabalıd avtomobil yolununtikintisinin davam etdirilməsi məqsədilə Şəki Şəhər İcra Hakimiyyətinə əvvəlcə 2,5 milyon, sonar isə 3,3 milyon manat vəsait ayrılıb. Dövlət başçısının bu qayğısı sakinlər tərəfindən böyük razılıq və minnətdarlıq hissi ilə qarşılanıb. Bu xalqa dövlət qayğısıdır. Bəs dövlət qayğısının icrası necə yerinə yetirildi? Yerli sakinlər qeyd edirlər ki, hər dəfə yolumuzun bərpa olunacağı ilə bağlı vəsaitlərin ayrılmasını eşidəndə kəndlərdə hamı sevinirdi.Amma nə baş verdi. Sonuncu dəfə 3 iyul 2014-cü ildə 3.3 milyon manat ayrıldıqdan 40 gün sonra yolun çəkilişi birdəfəlik dayandı. Səbəb də bu olduki, pul qurtardı. Yəni, dövlət başçısı tərəfindən ayrılan 3,3 milyon pul 40 gün ərzində 3 km asfalt örtüyünün çəkilməsi ilə qutrardı. Sakinlər qeyd edirlər ki, biz əvvəlcə icraçı təşkilat olan “Azəryolservis”in 15 nömrəli Şəki Yol İstismar İdarəsinin bu bəyənatının bir zarafat olduğunu zənn etdik. Amma aylar illər keçdikdən sonra bunun həqiqət olduğunu qəbul etdik. Düz iki ildir ki, yol tikintisi yarımçıq qalmışdır. Əslində plan üzrə idarə rəisi Şahin İbadov yolun yenidən qurulması işinin 2015-ci ildə tam başa vurulacağını qeyd etmişdir. İdarənin baş mühəndisi Vahid Əyyubovun bildirdiyinə görə, Şəki-Baş Göynük-Baş Şabalıd avtomobil yolunun 11 km-i III, 4 km-i V, 2, 1 km-i isə IV dərəcəlidir. Yolda süni qurğuların tikintisi də davam edir. Ümumilikdə keçid üçün 32 ədəd metal boru quraşdırılıb. 1 ədəd 12 metr uzunluğunda diametri 1 metr olan dəmir-beton boru, 3 ədəd 36 metr uzunluğunda 1,25 metr diametrli borular da yağış və sel sularının "zərərsizləşdirilməsinə" xidmət edəcək. Tikinti işləri davam etdikcə 3 ədəd uzunluğu 4, hündürlüyü 2,5 metr olan dəmir-beton suötürücü borunun keçidi də nəzərdə tutulub. Kənd sakinlərinin prezidentə ikinci müraciəti: . Şəki rayonunun bir qrup sakininin prezident İlham Əliyevə ünvanladığı müraciətdə deyilir ki, yolun tikintisi 2014-cü ilin avqustundan yarımçıq dayanıb. "İş icraçısı hesab edilən "Azəryolservis”in Şəki rayonu üzrə yol idarəsi tenderin "qalibi” olaraq başladığı işi yarımçıq qoymasının səbəbini vəsaitin qurtarması ilə izah edir. Ümid edirdik ki, 2016-cı ilin yanvarında dövlət büdcəsindən yenə 5,8 milyon manat avtomobil yolunun tikintisinin başa çatması üçün ayrılacaq. Amma iqtisadi böhranlara görə belə bir vəsaitin bir daha olmayacağını anladıqda hamımızın qanı qaralıb. Əslində cənab prezident tərəfindən cəmi 15 km. uzunluğu olan bu yolun başa çatdırılması üçün ayrılmış 5,8 milyon manat ( məzənnəyə görə isə 7,5 milyon ABŞ dolları) pul əgər düzgün xərclənsəydi hesab edirik ki, yolumuz çoxdan hazır olardı”, - sakinlər belə hesab edirlər. Müraciətdə bildirlir ki, hazırda sözügedən yolun 5 km.-i daşlı-çınqıllıdır, 6 km.-i tam hazırdır, 4 kmş-nin isə astar hissəsi vurulub. "Yolun eni 5,5 metrdir. Yolun asfaltdan əvvəlki hissəsinə yoldan 50 metr aralıda olan daş və çınqıl material tökülüb. İşin icrası zamanı İdarənin texnikasından və işçi qüvvəsindən istifadə edilib. Həmin fəhlələrə idarə əvvəldən maaş verdiyindən onlara ayrılan əsas vəsaitdən əlavə pul ödənişləri edilməyib. Hesab edirik ki, bu yolun çəkilişi üçün icraçı təşkilat cəmi 400-450 000 manat pul xərcləyib. Burada dövlət vəsaitinin mənimsənilməsi faktı göz qabağındadır”, - sakinlər yazırlar. "Hesab edirik ki, bu böhranlı dövrdə öz varidatlarını artırmaq naminə xalqı dövlətdən narazı salanların tezliklə tapılaraq ifşa olunmasının zamanıdır. Bircə xahişimiz var ki tezliklə yolumuzu və körpümüzü pis günə qoyan dəstə üzvlərinin işlərinin qanunauyğun surətdə təftiş edilərək layiqli cəzalarının alınması barədə göstəriş verəsiniz”, - sakinlər qeyd edirlər. Yerli sakinlərin çoxsaylı müraciətlərini nəzərə alaraq faktların yerində araşdırlmasını qərara aldıq. Əvvəlcə idarənin baş mühəndisi Vahid Qəniyevin “Azərbaycan” qəzetinin 8 avqust 2014-cü il tarixli müsahibəsində qeyd edilən görülmüş işlərin heç üçdə bir hissəsini gözlərimizlə görmədik. Gördüyümüz bu oldu ki, həqiqətən də kənd sakinlərinin qeyd etdikləri kimi, yolun 5 km hissəsində ümumiyyətlə hər hansı iş görülməmiş, 4 km-i isə 3-4 sm qalınlığında və 5,5 m enində astar asfalt çəkilmiş, qalan 6-7 km isə tam asfaltlaşma işi görülmüşdür. Əgər buna keyfiyyətli asfalt yol demək mümkünsə. Niyə? Ona görə ki, tam hazır hesab edilən asfalt üzərində günbatandan sonra avtomobil idarə edərkən açıq-aşkar yolun üst örtüyünün dalğavari olması nəzərə çarpır. Yəni, hələ yol tam istifadəyə və istismara verilməmiş, yararsız hala düşmüşdür. Bu da yarımçıq görülən işin nəticəsi. Hələ bu harasıdır. Asfaltın çınqıllı hisssəsinin başlanğıcında qəribə mənzərənin şahidi olduq. Belə ki, üzü kəndə doğru baxdıqda yolun birbaşa solunda böyük bir çalanın qazıldığını gördük. Məlum oldu ki, sakinlərin də qeyd etdiyi kimi, yol kənarındakı daşlı-çınqıllı yerli materialdan gen-bol istifadə etməklə icraçı təşkilat birbaşa hesabında olan texnikanın köməyilə asanca onu yolun baş-ayaq planirovkası və asfalt örtüyün vurulması mərhələsi üçün istifadə etmişlər. Bəli, 15 nömrəli idarənin baş mühəndisinin də qeyd etdiyi kimi İdarənin balansında asfalt - beton zavodu, 4 avtoqreyder, 3 buldozer, 2 asfaltyayan maşın, 4 ekskavator, 2 yükləyici, 13 özyükünüboşaldan maşın və digər texnika var. O zaman hər şey gün kimi aydın olur. Aydın olur ki, Cənab prezident tərəfindən iki dəfə bu yolun yenidən qurulması üçün ayrılmış 5,8 milyon AZN (o vaxtkı kursa görə isə 7,4 milyon ABŞ dolları) pulla idarənin texnika və dövlətdən əməkhaqqı alan işçi qüvvənin hesabına hətta 30-35 km yola yüksək keyfiyyətli asfalt döşəmək mümkün olardı. Əgər digər özəl firmaların təklifləri nəzərə alınmasaydı. Sakinlər qeyd edirlər ki, yolun yarımçıq qalmış 5 km çınqıl hissəsini və qalan üzlük vurulmamış 3.5 km hissəsinin tam asfaltlaşması üçün 4 firma təklif etmişlər ki, əgər 200-250 min manat olarsa biz bu işi keyfiyyətlə başa vura bilərik. Yol tikintisi üzrə ixtisaslaşmış firmaların verdikləri rəylərdən belə aydın olur ki, 15 km uzunluğu olan Aşağı Göynük-Baş Şabalıd yolunun asfatlaşması üçün maksimum 750 min AZN pul kifayət edərdi. Baxmayaraq ki, dövlətin başçısı 7,5 milyon dollar civarında pul vəsaitini bu yolun yenidən qurulması üçün ayırmışdır. Yerində apardığımız araşdırmalardan, yerli sakinlərin məlumatlarından və ekspert rəylərindən məlum olur ki, dövlət büdcəsindən yol tikintisi üçün ayrılmış pulun 80 faizi mənimsənilmişdir. Amma sakinləri əsəbiləşdirən ayrılan pulun mənimsənilməsi deyil, gündəlik tozda-torpaqda iş sahəsinə gedib-gəlmələridir. Bu adamlar hətta yaxın zamanlarda yol təmirinin yekunlaşmayacağı təqdirdə etiraz əlaməti olaraq Şəki-Qax magistral yolunun 17-ci kilometrliyində yolu müvəqqəti bağlayacaqları niyyətlərində olduqlarını qeyd etdilər. Yerli sakinlər onu da qeyd etdilər ki, dəfələrlə kollektiv formada yuxarı orqanlara yol məsələsinin başa çatması barədə etdikləri rəsmi müraciətlərə reaksiya verilməməsi onları hövsələdən çıxarmaq üzrədir.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Erməniləri qorxuya salan ETİRAF: - “Türklər bu ərazilərə yerləşir”
Bu gün, 06:23 |
|
|
|
• Beş ərəb ölkəsi fələstinlilərin Qəzzadan köçürülməsinə qarşı çıxıb
Bu gün, 06:18 |
|
|
|
• Vaşinqton Kiyevə silah tədarükünü bərpa edib - KİV
Bu gün, 01:47 |
|
|
|
• Xankəndindəki zavodda çörək bahalaşıb? - "...zavoda biz cavabdehik"
Bu gün, 01:43 |
|
|
|
• Sektor müdiri BŞTİ-dən azad edildi, məktəb direktoru göndərildi - AÇIQLAMA
Bu gün, 01:39 |
|
|
|
• 'Azəriqaz'dan vətəndaşa SAYĞAC TƏLƏSİ - BU FAKTDIR!
Bu gün, 01:13 |
|
|
|
• Nazirlik ləğv olunur, əvəzində isə... - İLGİNC
Bu gün, 01:07 |
|
|
|
• “Vardanyan Azərbaycandan əvvəl Ukraynada da ağır cinayətlər törədib” - ŞƏRH
Bu gün, 00:56 |
|
|
|
• “Ürəyimdə fikirləşdim ki, birdən ona nəsə olar, Ağdamı görmədən ölər”
Bu gün, 00:53 |
|
|
|
• "Razi kimdir, mənim haqqımda nəsə desin?!" - Deputatlar arasında gərginlik davam edir...
Bu gün, 00:51 |
|
|
|
• “Yeni çeşid” hiyləsi: çörəyin qiyməti necə qaldırılıb… - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 00:45 |
|
|
|
• Kremlin “hüquqları” və ya köhnə ssenari yenidən gündəmdə - UNİAN
Bu gün, 00:41 |
|
|
|
• Nadir Quliyevə vəzifə verildi - ƏMR
Bu gün, 00:37 |
|
|
|
• Marko Rubio USAID-in administratoru vəzifəsini icra edəcək
Bu gün, 00:35 |
|
|
|
• Agentlik bu şəxslə 1,4 milyon manatlıq icarə - MÜQAVİLƏSİ BAĞLADI
Bu gün, 00:05 |
|
|
|
• Azərbaycanda 117 minlik nəqliyyat şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:02 |
|
|
|
• Paşinyan ABŞ-də etirazla qarşılandı
Dünən, 23:31 |
|
|
|
• Quru sərhədlər niyə bağlıdır? - DTX və DİN-i əməliyyatı bu suala cavab verdi
Dünən, 23:29 |
|
|
|
• Rusiya-Ukrayna münaqişəsinin həlli üzrə əhəmiyyətli irəliləyiş əldə etdik - Tramp
Dünən, 23:25 |
|
|
|
• USAİD hər zaman öz məkrli planları ilə yadda qalıb: - Onun ləğvi mütərəqqi adım olar
Dünən, 22:00 |
|
|
|
• Rusiyada “İntervision” keçiriləcək – Putindən fərman
Dünən, 21:55 |
|
|
|
• Hüquq-mühafizə orqanları Bakıda "Rus Evi"nə nəzarəti gücləndirdi - TƏFƏRRÜAT
Dünən, 21:50 |
|
|
|
• Tiktoker "Əfi" həbs olundu
Dünən, 21:46 |
|
|
|
• Bu həkimlərin “bazarı bağlanır” – Yeni qadağa qüvvəyə minir?
Dünən, 21:45 |
|
|
|
• Un istehsalçıları qiymətləri açıqladı: bahalaşma var... - BELƏ HARA GEDİRİK?
Dünən, 21:42 |
|
|
|
• Kriminal avtoritet Əli Heydərov da orada güllələnmişdi... - Erməni Sərkisyanın partladıldığı binada
Dünən, 19:14 |
|
|
|
• Başınızı qaldırsanız, yumruq gələcək! - Üzəduran Qaroya generaldan cavab
Dünən, 19:09 |
|
|
|
• İrəvan seçim qarşısındadır! - Kreml Ermənistanı cəzalandıracaq
Dünən, 19:00 |
|
|
|
• Həkimin reklam olunmasını dələduzluq hesab edirəm... - ZATƏN BELƏDİR...
Dünən, 18:58 |
|
|
|
• Öləndən sonra yandırılma - Jurnalist vəsiyyət etdi, yazar qorxdu, folklorçu istəmədi
Dünən, 18:07 |
|
|
|
• MN-dəki 143 milyonluq məhkəmə işi ilə bağlı generalın apellyasiya şikayəti üzrə məhkəmə başlayıb
Dünən, 18:01 |
|
|
|
• Ənvər Həsənov xəstəxanadan evə buraxıldı
Dünən, 18:00 |
|
|
|
• "Özünüzü gözdən saldınız və sifarişlə danışdığınızı sübut etdiniz..." - Razi Nurullayev Siyavuş Novruzova İTTİHAM
Dünən, 17:52 |
|
|
|
• Naxçıvan Ali Məclisi yenə sədrsiz qaldı - FOTO
Dünən, 17:47 |
|
|
|
• Təhsilsiz kosmetoloqlar və onların gözəllik qurbanları – Özümüzü necə qoruyaq?
Dünən, 17:43 |
|
|
|
• Paşinyan Zəngəzur dəhlizinə RAZIDIR – “Özünü müxalifətdən də sığortalamaq istəyir”
Dünən, 17:41 |
|
|
|
• Moskvada öldürülən Sərkisyanla bağlı ŞOK FAKTLAR - Görün nələr edib!
Dünən, 17:37 |
|
|
|
• QİÇS-lə Mübarizə Mərkəzi yenə `Dadaş-N`ə tender verdi - Bu dəfə 424 min manat...
Dünən, 17:33 |
|
|
|
• Gəncədə bir gündə 4-5 nəfəri İT DİŞLƏYİR - NARAZILIQ VAR...
Dünən, 17:27 |
|
|
|
• Banklar müflis olan vətəndaşlara möhlət borcu verə bilərmi? - AÇIQLAMA
Dünən, 17:26 |
|
|
|
• USAID-in sonu - cinayətləri ifşa olunan təşkilat
Dünən, 17:21 |
|
|
|
• İrəvanda oxunan “Qarabağ”: - Milyonlarla Azərbaycan türkünün səsi
Dünən, 17:12 |
|
|
|
• Milli Məclisin Hesablayıcı komissiyasının sədri seçilib
Dünən, 17:07 |
|
|
|
• Eldar İbrahimov Milli Məclisin İntizam komissiyasının sədri seçilib
Dünən, 17:04 |
|
|
|
• Daha bir icra başçısı üçün MƏHŞƏR AYAĞI... - O KİMDİR?
Dünən, 17:02 |
|
|
|
• Azərbaycanda investisiyaların cəlb olunması üçün sığorta azdır - FAKT BUDUR!
Dünən, 16:54 |
|
|
|
• Dəhlizlə bağlı Bakının son tələbi - Ağbəndən sonrakı xətt belə olacaq
Dünən, 16:50 |
|
|
|
• Xatirə İslamın kommunal borcu şok etdi - 960 manata...
Dünən, 16:48 |
|
|
|
• Siyavuş Novruzov İmişlinin icra başçısını qınadı: - "Niyə camaatın qarşısına çıxmadı?"
Dünən, 16:38 |
|
|
|
• Azərbaycanda beş seçki məntəqəsinin nəticələri ləğv edilib
Dünən, 16:35 |
|
|
|
|