Nizami rayonunda meydan sulayan KİMDİR? .....                     "Niyə olmayan xidmət üçün pul ödəməliyəm?" .....                     ABŞ Senatı Kris Raytı energetika naziri vəzifəsinə təsdiqləyib .....                     İşçilərlə bağlanmış əmək müqaviləsinin ləğvi zamanı... .....                     Hacıyevin İran səfərinin pərdəarxası .....                     Əliyev haqlı çıxdı: “Qarabağ”a reaksiyamız faşizmdir .....                     Erməniləri qorxuya salan ETİRAF: .....                     Beş ərəb ölkəsi fələstinlilərin Qəzzadan köçürülməsinə qarşı çıxıb .....                     Vaşinqton Kiyevə silah tədarükünü bərpa edib .....                     Xankəndindəki zavodda çörək bahalaşıb? .....                     Sektor müdiri BŞTİ-dən azad edildi, məktəb direktoru göndərildi .....                     'Azəriqaz'dan vətəndaşa SAYĞAC TƏLƏSİ .....                     Nazirlik ləğv olunur, əvəzində isə... .....                     “Vardanyan Azərbaycandan əvvəl Ukraynada da ağır cinayətlər törədib” .....                     “Ürəyimdə fikirləşdim ki, birdən ona nəsə olar, Ağdamı görmədən ölər” .....                     "Razi kimdir, mənim haqqımda nəsə desin?!" .....                     “Yeni çeşid” hiyləsi: çörəyin qiyməti necə qaldırılıb… .....                     Kremlin “hüquqları” və ya köhnə ssenari yenidən gündəmdə .....                     Nadir Quliyevə vəzifə verildi .....                     Marko Rubio USAID-in administratoru vəzifəsini icra edəcək .....                     Agentlik bu şəxslə 1,4 milyon manatlıq icarə .....                     Azərbaycanda 117 minlik nəqliyyat şirkəti .....                     Paşinyan ABŞ-də etirazla qarşılandı .....                     Quru sərhədlər niyə bağlıdır? .....                     Rusiya-Ukrayna münaqişəsinin həlli üzrə əhəmiyyətli irəliləyiş əldə etdik .....                     USAİD hər zaman öz məkrli planları ilə yadda qalıb: .....                     Rusiyada “İntervision” keçiriləcək .....                     Hüquq-mühafizə orqanları Bakıda "Rus Evi"nə nəzarəti gücləndirdi .....                     Tiktoker "Əfi" həbs olundu .....                     Bu həkimlərin “bazarı bağlanır” .....                     Un istehsalçıları qiymətləri açıqladı: bahalaşma var... .....                     Kriminal avtoritet Əli Heydərov da orada güllələnmişdi... .....                     Başınızı qaldırsanız, yumruq gələcək! .....                     İrəvan seçim qarşısındadır! .....                     Həkimin reklam olunmasını dələduzluq hesab edirəm... .....                     Öləndən sonra yandırılma .....                     MN-dəki 143 milyonluq məhkəmə işi ilə bağlı generalın .....                     Ənvər Həsənov xəstəxanadan evə buraxıldı .....                     "Özünüzü gözdən saldınız və sifarişlə danışdığınızı sübut etdiniz..." .....                     Naxçıvan Ali Məclisi yenə sədrsiz qaldı .....                 

“Unibank” 14 manata görə vətəndaşı İNTIHAR həddinə çatdırdı – ŞOK FAKTLAR
Tarix: 30-09-2016, 10:10 | Çap et
“Unibank” 14 manata görə vətəndaşı İNTIHAR həddinə çatdırdı
"Unibank” intihar üsulu ilə fəaliyyətini davam etdirir.
Miq.Az-a daxil olan məlumata görə, bank devalvasiyadan sonra kreditini ödəməkdə çətinlik çəkən müştərilərinin şəxsi həyatına müdaxilə yolunu tutub.
Məlumata görə, krediti gecikdirən, yaxud ödənişində xırda problem yaranan müştərilər bank tərəfindən sözün əsil mənasında təqib olunur. Bankın kredit şöbəsinin əməkdaşları müştərilərin yaxın qohumlarına, ailə üzvlərinə zəng edərək, onlarla kobud şəkildə danışır, hətta təhqir də edirlər.

Qeyd edək ki, bankın kreditlər şöbəsində əlavə qeyri-rəsmi qaydada "problemli kreditlər şöbəsi” yaradılıb. Bu şöbənin əməkdaşları bank sektorunda heç bir təcrübəsi olmayan, bəzən də ümumiyyətlə heç bir ali təhsilə malik olmayan insanlardan təşkil olunur. Burada əsas şərt qolu zorlu və idmançı cüssəli olmaqdır. Çünki şöbə əməkdaşlarının işi müştəri ilə problemi ictimai qaydalarla deyil, məhz zor gücünə həll etməkdir.
Yayılan məlumatlara görə, qolu zorlu bank əməkdaşları devalvasiyadan sonra kredit borcunda problem yaranan müştərilərin evlərinə gedir və sözün əsil mənasında evi zəbt edirlər. "Pulu tapıb gətirənə qədər evdən çıxmayacağıq”. Şahidlər qolu zorlu bank işçilərinin əsasən bu prinsiplə işlədiyini deyir.
Redaksiyamıza daxil olan bir şikayət isə xüsusilə diqqət çəkir.

"Unibank”ın müştərisi şikayətində deyir ki, bankın problemli kredit şöbəsinin əməkdaşları onun rayonda yaşayan yaxın qohumlarına zəng edərək, kobud şəkildə danışıblar.
Ən maraqlısı isə şikayətçi müştərinin banka nə qədər borcunun qalmasıdır. Cəmi 14 manat.Şikayətçi deyir ki, o kreditini vaxtında ödəyib, lakin bank "gecikdirmələr” bəhanəsi ilə onun hesabına əlavə 14 manat borc yazıb. Həm in məbləğin gecikdirilməsinə görə, onun ailə üzvləri, yaxın qohumları narahat edilib.
"Digər tərəfdən, bu şəxsi həyata müdaxilədir. Təsəvvür edin ki, hansısa kiçik məbləğə görə bank sizin bütün qohumlarınıza zəng edərək, borcun ödənilməsini tələb edir. Sonra da bankın zəng etdiyi insanlar bir-bir sizə zəng edərək, məlumat verir. Bu nə deməkdir? Bu insanı intihar həddinə çatdırmaqdır”, - deyə şikayətçi bildirir.

14 manata görə vətəndaşı intihar həddinə çatdıran "Unibank” müştəriləri necə soyur?

Bankla bağlı ortada olan faktlar, apradığımız araşdırmalar özünü "ilin, günün, əsrin bankı” elan edən "Unibank”ın dəhşətli üzünü ortaya sərir.
Bankın saytında fərdi müştərilərə üç istiqamət üzrə kredit verildiyi yazılır və "çox sərfəli” deyə təqdim olunur: nağd, mikro və ipoteka kreditləri. Sonuncu sözü kommersiya siyasəti baxımından anlamaq olar. Amma məsələ işə gələndə bunun tam əksi ilə qarşılaşmaq adi hal alıb.

Nağd kreditlər: bir alanda, bir də verəndə sevinmək "düsturu”

Bankın nağd kreditləri "bir alıb min ödəmək” məsələsindən elə də fərqlənmir. Nağd kreditlər üç istiqamət üzrə verilir: Təkrar müştərilər, təqaüdçülər və maaş kartı "Unibank”dan olanlar.
Təkrar müştərilər

Kreditin maksimum məbləği 10 min AZN-dir. 36 aya verilən bu kreditlərdə komissiya haqqı olaraq 1 faizin tutulduğu deyilir. Yəni müştəri 10 min AZN kredit götürürsə, rəsmi olaraq 100 manat tutulacaq. Lakin bu qeyri-rəsmi haqqa qarışmır. Bank müştərilərinə yalnız o şərtlə kredit verir ki, rəsmi komissiya haqqqından əlavə olaraq "şapka” da alır. Təkrar müştəriyə verilən kreditin illik faizi isə dodaq uçuqladır: nə az, nə çox, düz 29 faiz. Lakin bura müştərinin götürdüyü kreditdən çıxılan "şapka” aid deyil. Misal üçün, bir müştəri 10 min AZN kredit götürübsə, rəsmi komissiya olaraq ondan 100 manat, qeyri-rəsmi olaraq 900 AZN pul tutulur. Ümumilikdə müştəriyə 9000 AZN nağd kredit verilir. Müştərilərin bildirdiyinə görə, bank krediti nağd verdiyi üçün əlavə "şapka”nı da qeyri-rəsmi şərt kimi irəli sürür. 10000 AZN əvəzinə 9000 AZN alan müştəri sonradan 10000 AZN-nin faizini qaytarır.

Təqaüdçü krediti

Adından da göründüyü kimi, bu kredit əhalinin daha az təminatlı hissəsi üçün nəzərdə tutulub. Amma "Unibank”ın kredit siyasətində şəxslərin təminatı deyil, öz maraqları əsasdır. Yəni bank üçün müştəriyə xidmətdən çox, müştəridən nə qədər çox qazanmaq prinsipi prioritet istiqamət təşkil edir. Təqaüdçülərə kreditin 28 faizlə verilməsi də bunu göstərir. Təsəvvür edin, 200 manat təqaüd alan vətəndaş bankdan 1500 AZN kredit götürürsə, o, 2000 AZN-dən çox pul qaytarır. Halbuki müştəri "şapka” tutulduğu üçün kağız üzərində yazılan 1500 əvəzinə, 1400 AZN nağd pul alır.
Maaş kartı "Unibank”dan olanlar üçün

Bankın ən çox fırıldaq gəldiyi müştərilər bunlardır. Çünki əmək haqqı birbaşa "Unibank” vasitəsilə köçdüyü üçün bank müştəri üzərində istədiyi formada "əməliyyat” apara bilir. Bu kredit növünün də faiz dərəcəsi 29 faizdir. Ümumi məlumatlar göstərir ki, bank onun kartları vasitəsilə əmək haqqı alan müştərilərinə daha asanlıqla fırıldaq gələ bilir. Misal üçün, müştərinin kartından günün istənilən vaxtı 1 manat çıxıla bilər. Yaxud müştərinin kartında əmək haqqı köçməmişdən öncə 97 qəpik qalıbsa, əmək haqqı karta köçən kimi həmin qəpiklər yoxa çıxır. Əslində yoxa çıxmır, sadəcə bank tərəfindən tutulur və bu adətən müştəri tərəfindən hiss olunmur. Məhz buna görə iqtisadçı ekspertlər maaş kartı ilə kredit alan vətəndaşlara əmək haqlarını kartda saxlamamaq tövsiyəsini verirlər.
Mikro-kreditlər: mülk ikiqat ucuz alınır

"Unibank”ın mikro-kreditləri üzrə də faizlər kəllə-çarxa vurur. Bankın saytında faizlər maksimum 28,98 % göstərilsə də, reallıqda bu, 35 faizdən çox başa gəlir. Digər tərəfdən, 28,98 faiz göstərilsə də, müştəridən 29 faiz tutulur. Ortada olan 0,2 faiz gözə görünmədən bank tərəfindən mənimsənilir. Lakin bu bankın gözəgörünməz fırıldağıdır. Əsl həngamə isə sonradan başlayır. Misal üçün, "Unibankın” daha çox iş qurmaq istəyən müştərilərə verdiyi mikro-kreditləri ilə bağlı yayılan şikayətlər diqqət çəkir. Şikayətlərdən belə nəticəyə gəlmək olur ki, bank mikro-kredit olaraq müştəriyə verdiyi 30000 AZN kreditin əvəzində girov istəyir. Lakin müştərinin girov qoyduğu daşınmaz əmlak bazar qimyətlərinə uyğun deyil, yalnız bankın özü tərəfindən qoyduğu qiymətlərlə dəyərləndirilir. Yəni bazar qiymətində 80000 AZN dəyəri olan daşınmaz əmlaka 40000 AZN qiymət qoyulur. Kreditin qaytarılmasında problem yarananda isə "Unibank” müştərinin daşınmaz əmlakını yarı qiymətinə "mənimsəyir”.
İpoteka kreditləri, yaxud ağır şərtlər nəyə hesablanıb?

"Unibank”ın ipoteka krediti ilə bağlı siyasəti də anlaşılmazdır. Belə ki, bankın rəsmi elanında ipoteka kreditinin 50000 AZN-ə qədər olduğu, 8 faizdən yuxarı hesablanmadığı göstərilir. Lakin reallıqda hər şey tamamilə fərqlidir. Müştəri adı ilə "Unibank”ın filiallarından birindən bu məsələsini araşdırdıq.
Əslində faiz heç də rəsmi göstərildiyi kimi 8 faiz yox, 12-14 faizdir. Evin alınması üçün nəzərdə tutulan 50000 AZN məbləğinin 20000 AZN-ni müştəri özü ödəməlidir. Bank yalnız 30000 AZN ödəyir. Əvəzində isə müştəri banka 54000 AZN pul qaytarır. Burada bank 24000 AZN pul qazanır. Həmçinin, ipoteka almaq istəyən müştəri 800-1200 AZN məbləğində rəsmi maaş kartı göstərməlidir. Bu isə hazırki realıqda mümkünsüz görünür. Çünki ölkə əhalisinin çox az hissəsi əmək haqqını kartla alır.

Əldə etdiyimiz məlumata görə, "Unibank”ın bu ağır şərtləri irəli sürməkdə məqsədi başqadır. Bank rəhbərliyi ağır şərtlər qoymaqla əslində heç bir müştəriyə ipoteka vermir. Yalnız özlərinin tanıdığı şəxslərin adına evləri ipotekalaşdıraraq, pulu mənimsəyirlər.
Qeyd edək ki, hazırda ipoteka kreditləri bağlandığı üçün bankın bu istiqamətdən gələn gəliri də azalıb.
Lakin bankın digər istiqamətlər üzrə müştəriləri soyması prosesi davam edir.
Ehtiyatlı olun, cibinizdəki pulları belə çıxarırlar

Vaxtilə "Unibank”ın məşhur "Albalı” kartı var idi. Sonra onun adı dəyişdirilərək, "Albalı Plus” edildi. İndi bank alternativ yola əl ataraq, "Albukart” də təsis edib.
Vasitə nə qədər çox olsa, vətəndaşın cibinə girmək bir o qədər asandır.
"Albalı” kartlarında illik 0 faizlə verilir, alınması zamanı xərc çəkilmir. Müddəti 26 ay, kredit xəttinin müddəti isə 36 ay təşkil edən "Albalı”ya zamin də tələb olunmur. Hər şey kart cibdə olandan sonra başlayır.
"Albalı” kart bankın partnyor olduğu mağazalardan alış-veriş üçün nəzərdə tutulub. Alınan malların pulu tərəflər arasındakı razılaşmadan asılı olaraq 1,3,6,9 və ya 12 bərabər hissələrə bölünür. Kartın özü illik faizsiz olsa da, partnyorların faizləri adı altında bankın siyasəti dodaq uçuqladır. "Albalı” kartla bankın apardığı fırıldaqlar haqda mediada yazılandan sonra, "Unibank” daha bir incə yalana əl atdı. Belə ki, "Albalı” kartı”ın adı dəyişdirilərək, "Albalı Plus” oldu. İndi isə "Albukart”ı dövriyyəyə buraxıb. Adlar yeni yeni, fırıldaqlar köhnə. Vətəndaşlara ehtiyatlı olmaq tövsiyə olunur.
14 manata görə vətəndaşı intihar həddinə çatdıran bankdan hər şey gözləmək olar.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Nizami rayonunda meydan sulayan KİMDİR? - İTTİHAM VAR...
Bu gün, 08:49
"Niyə olmayan xidmət üçün pul ödəməliyəm?" - ETİRAZ
Bu gün, 08:44
ABŞ Senatı Kris Raytı energetika naziri vəzifəsinə təsdiqləyib
Bu gün, 08:34
İşçilərlə bağlanmış əmək müqaviləsinin ləğvi zamanı... - Ekspert danışır...
Bu gün, 08:29
Hacıyevin İran səfərinin pərdəarxası - 9 illik “tilsimi” sındırmaq zamanı
Bu gün, 08:21
Əliyev haqlı çıxdı: “Qarabağ”a reaksiyamız faşizmdir - Kiviryan
Bu gün, 08:17
Erməniləri qorxuya salan ETİRAF: - “Türklər bu ərazilərə yerləşir”
Bu gün, 06:23
Beş ərəb ölkəsi fələstinlilərin Qəzzadan köçürülməsinə qarşı çıxıb
Bu gün, 06:18
Vaşinqton Kiyevə silah tədarükünü bərpa edib - KİV
Bu gün, 01:47
Xankəndindəki zavodda çörək bahalaşıb? - "...zavoda biz cavabdehik"
Bu gün, 01:43
Sektor müdiri BŞTİ-dən azad edildi, məktəb direktoru göndərildi - AÇIQLAMA
Bu gün, 01:39
'Azəriqaz'dan vətəndaşa SAYĞAC TƏLƏSİ - BU FAKTDIR!
Bu gün, 01:13
Nazirlik ləğv olunur, əvəzində isə... - İLGİNC
Bu gün, 01:07
“Vardanyan Azərbaycandan əvvəl Ukraynada da ağır cinayətlər törədib” - ŞƏRH
Bu gün, 00:56
“Ürəyimdə fikirləşdim ki, birdən ona nəsə olar, Ağdamı görmədən ölər”
Bu gün, 00:53
"Razi kimdir, mənim haqqımda nəsə desin?!" - Deputatlar arasında gərginlik davam edir...
Bu gün, 00:51
“Yeni çeşid” hiyləsi: çörəyin qiyməti necə qaldırılıb… - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 00:45
Kremlin “hüquqları” və ya köhnə ssenari yenidən gündəmdə - UNİAN
Bu gün, 00:41
Nadir Quliyevə vəzifə verildi - ƏMR
Bu gün, 00:37
Marko Rubio USAID-in administratoru vəzifəsini icra edəcək
Bu gün, 00:35
Agentlik bu şəxslə 1,4 milyon manatlıq icarə - MÜQAVİLƏSİ BAĞLADI
Bu gün, 00:05
Azərbaycanda 117 minlik nəqliyyat şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:02
Paşinyan ABŞ-də etirazla qarşılandı
Dünən, 23:31
Quru sərhədlər niyə bağlıdır? - DTX və DİN-i əməliyyatı bu suala cavab verdi
Dünən, 23:29
Rusiya-Ukrayna münaqişəsinin həlli üzrə əhəmiyyətli irəliləyiş əldə etdik - Tramp
Dünən, 23:25
USAİD hər zaman öz məkrli planları ilə yadda qalıb: - Onun ləğvi mütərəqqi adım olar
Dünən, 22:00
Rusiyada “İntervision” keçiriləcək – Putindən fərman
Dünən, 21:55
Hüquq-mühafizə orqanları Bakıda "Rus Evi"nə nəzarəti gücləndirdi - TƏFƏRRÜAT
Dünən, 21:50
Tiktoker "Əfi" həbs olundu
Dünən, 21:46
Bu həkimlərin “bazarı bağlanır” – Yeni qadağa qüvvəyə minir?
Dünən, 21:45
Un istehsalçıları qiymətləri açıqladı: bahalaşma var... - BELƏ HARA GEDİRİK?
Dünən, 21:42
Kriminal avtoritet Əli Heydərov da orada güllələnmişdi... - Erməni Sərkisyanın partladıldığı binada
Dünən, 19:14
Başınızı qaldırsanız, yumruq gələcək! - Üzəduran Qaroya generaldan cavab
Dünən, 19:09
İrəvan seçim qarşısındadır! - Kreml Ermənistanı cəzalandıracaq
Dünən, 19:00
Həkimin reklam olunmasını dələduzluq hesab edirəm... - ZATƏN BELƏDİR...
Dünən, 18:58
Öləndən sonra yandırılma - Jurnalist vəsiyyət etdi, yazar qorxdu, folklorçu istəmədi
Dünən, 18:07
MN-dəki 143 milyonluq məhkəmə işi ilə bağlı generalın apellyasiya şikayəti üzrə məhkəmə başlayıb
Dünən, 18:01
Ənvər Həsənov xəstəxanadan evə buraxıldı
Dünən, 18:00
"Özünüzü gözdən saldınız və sifarişlə danışdığınızı sübut etdiniz..." - Razi Nurullayev Siyavuş Novruzova İTTİHAM
Dünən, 17:52
Naxçıvan Ali Məclisi yenə sədrsiz qaldı - FOTO
Dünən, 17:47
Təhsilsiz kosmetoloqlar və onların gözəllik qurbanları – Özümüzü necə qoruyaq?
Dünən, 17:43
Paşinyan Zəngəzur dəhlizinə RAZIDIR – “Özünü müxalifətdən də sığortalamaq istəyir”
Dünən, 17:41
Moskvada öldürülən Sərkisyanla bağlı ŞOK FAKTLAR - Görün nələr edib!
Dünən, 17:37
QİÇS-lə Mübarizə Mərkəzi yenə `Dadaş-N`ə tender verdi - Bu dəfə 424 min manat...
Dünən, 17:33
Gəncədə bir gündə 4-5 nəfəri İT DİŞLƏYİR - NARAZILIQ VAR...
Dünən, 17:27
Banklar müflis olan vətəndaşlara möhlət borcu verə bilərmi? - AÇIQLAMA
Dünən, 17:26
USAID-in sonu - cinayətləri ifşa olunan təşkilat
Dünən, 17:21
İrəvanda oxunan “Qarabağ”: - Milyonlarla Azərbaycan türkünün səsi
Dünən, 17:12
Milli Məclisin Hesablayıcı komissiyasının sədri seçilib
Dünən, 17:07
Eldar İbrahimov Milli Məclisin İntizam komissiyasının sədri seçilib
Dünən, 17:04
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru