"Məni şantaj edirlər" deyən deputata qarşı daha bir İTTİHAM - “O, bizim də 12800 manat borcumuzu vermir”
Tarix: 12-10-2016, 09:19 | Çap et
Laçın rayon sakini Zülfüqar Əliyev adlı şəxsin Milli Məclisin deputatı, “Azərsutəchizattikinti” ASC-nin sədri Mirəzəcan Xəlilovdan şikayəti “Yeni Müsavat”da dərc olunduqdan sonra redaksiyamıza daha bir usta briqadasının iki nümayəndəsi gələrək deputatdan şikayətləniblər. Rizvan Şükürov və Vasif Həsənov adlı şəxslər şikayətlərinin yuxarı instansiyalara çatması üçün “Yeni Müsavat”da dərc olunmasını xahiş ediblər.
Ağdam rayonundan olduğunu bildirən Rizvan Şükürovun dedikləri: “Qəzetdə Mirzəcan Xəlilovdan şikayətin yazıldığını oxuduq və qərara gəldik ki, biz də redaksiyaya gəlib dərdimizi çatdıraq. Bəlkə müvafiq dövlət orqanlarının rəhbərləri bizə kömək etsinlər. Mənim rəhbərlik etdiyim 6 nəfərlik briqada Mirzəcan Xəlilovun Novxanıdakı villasının içərisində malyar, alçipan, ”poduqa" işini işləyib. Adlarını da çəkə bilərəm- Qafur Həsənov, Vasif Həsənov, Vüqar Hüseynov, Şahmalı Səmədov, Fəxri Xanlarzadə. Mirzəcan müəllimin şəxsən özü ilə qiymət razılaşmamız olub. 2014-cü ilin iyun ayında işə başlamışıq. Bir il sonra işi yekunlaşdırıb təhvil vermişik. İş kvadratla ölçülüb hesabatı gedib, bəlli olub ki, 79 min 8 yüz 50 manat zəhmət haqqı edir. Mirzəcan Xəlilov həmin məbləğin 12800 manatını borclu qalıb. Bu günə qədər həmin borcu vermir. Neçə dəfə ofisə yanına getmişəm, pulu verməkdən imtina eləyib. İşi Mirzəcan müəllimlə mən danışdığım və briqadir olduğum üçün ustalar zəhmət haqlarını məndən tələb edirlər. Mirzəcan müəllim isə qalan pulu vermədiyi üçün ustalarla üz-göz olmuşam. Bu problemlə bağlı Milli Məclisin sədri Oqtay Əsədova, baş prokuror Zakir Qaralova rəsmi ərizə də yazmışam. Ancaq hələ ki nəticə yoxdur. Ölkə rəhbərliyindən artıq dərəcədə xahiş edirəm, deputat Mirzəcan Xəlilova bizə olan borcunu ödəməsi üçün təsir göstərilsin".
Cəlilabad rayonundan olan Vasif Həsənov isə villada malyar işi üzrə usta işlədiyini bildirdi: “Mirzəcan Xəlilovun verməli olduğu 12800 manatdan mənə də zəhmət haqqı olaraq müəyyən məbləğ çatmalıdır. Mən də xahiş edirəm borcumuzun verilməsinə köməklik göstərilsin. Bizim Mirzəcan müəllimlə heç bir qərəzimiz, düşmənçiliyimiz yoxdur. Zəhmət haqqımızdan artıq bir manatı da bizə lazım deyil. İşləmişik, pulumuzu axıradək versin”. Xatırladaq ki, ötən həftə redaksiyamıza müraciət edən Zülfüqar Əliyev adlı briqadir də 2013-cü ildə briqadiri olduğu 20 nəfərlik usta-fəhlə heyəti ilə Mirzəcan Xəlilovun Novxanıdakı villasında fasadın təbii daş örtüyü ilə üzlənməsi üçün işə başladıqlarını, 2014-cü ilin may ayına qədər işlərin 90 faizə yaxınının görüldüyünü, Mirzəcan Xəlilovun ona 55 min manat borcunu hələ də vermədiyini bildirmişdi. Z.Əliyev 2014-cü ilin mayında M.Xəlilovun onu yox etməklə hədələdiyini, eyni zamanda 2016-cı ilin mayında tutdurmaq üçün məhkəməyə də verdiyini demişdi.
Deputat Mirzəcan Xəlilov isə dünən modern.az-a açıqlamasında bildirib ki, Zülfüqar Əliyevin onun haqqında dedikləri şər-böhtandır: “Axı nəyə görə 2013-cü ildə görülmüş iş haqqında indi məsələ qaldırırlar? Adama deyərlər ki, sən bu 3 ili harada yatmışdın? İndi Mirzəcan Xəlilov deputat olub deyə, Zülfüqar Əliyev də şantaj, şər-böhtan yolu ilə pul almaq istəyir.
Mən 2013-cü ildə özümə ev tikdirəndə heç deputat da deyildim, sadə bir adam idim. Zülfüqar Əliyev elə o zaman gələrdi və nə problemi var idisə, üzbəüz oturub həll edərdik.
Artıq Zülfüqar Əliyevi Ağdam Rayon Məhkəməsinə vermişik. Ədliyyə Nazirliyinin Ekspertiza İdarəsi də gəlib evdə hansı işlərin görüldüyü ilə tanış olacaq. Həmin vaxt mənə şər-böhtan yağdıran Zülfüqar Əliyev də, digər fəhlə və ustalar da iştirak edəcək.
Qoy Zülfüqar göstərsin ki, mənim evimdə hansı işləri görüb. Zülfüqar Əliyev özü etiraf edir ki, məndən 160.000 manat pul alıb. Amma 160.000 manatdan sonra biz özümüz onun 20.000 manat borcunu bağlamışıq.
O, bu gün 160.000 manatı ortalığa qoysun. Bilək, görək ki, o qədər məbləğin qarşılığında hansı işləri görüb kimə və hara verib. Bizim heç bir usta və fəhləyə borcumuz qalmayıb, hamısını bağlamışıq. Zülfüqarın özü mənə 55.000 manat pul borcludur. Pullarımı yedi qaçdı, işləri də yarımçıq qoydu".
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Gömrük Komitəsinin ardından Gömrük Akademiyası: Təqaüd ala bilmirlər... - Tələbələr NARAZIDIR...
Bu gün, 10:58 |
|
|
|
• AZAL-ın təyyarəsinin qəzaya uğrama səbəbinin araşdırılması üzrə ilkin hesabat yaxın günlərdə açıqlanacaq - Nazir
Bu gün, 10:51 |
|
|
|
• "Avroviziya" təmsilçimiz onlardan biri olacaq? - FOTO
Bu gün, 10:50 |
|
|
|
• Çin ABŞ məhsullarına tarif tətbiq edib
Bu gün, 10:39 |
|
|
|
• Şəhid anası nazirdən GİLEY EDİR... - Qəbuluna düşmək müşkül imiş...
Bu gün, 10:38 |
|
|
|
• Cəlilabadda Qazilər HAQSIZLIQLA ÜZ-ÜZƏ... - "Burda ancaq bir tayfanın adamları vəzifə başındadır..."
Bu gün, 10:25 |
|
|
|
• "Bu, bir təsadüf deyildi" - VİDEO
Bu gün, 10:10 |
|
|
|
• Hərbi vəzifəlilərin növbəti təlim toplanışı başlayıb
Bu gün, 10:02 |
|
|
|
• Ümid edirik ki, Cənubi Qafqazda sülh ABŞ üçün prioritet olacaq - Paşinyan
Bu gün, 09:55 |
|
|
|
• Özünü həkim hesab edənlərin əksəriyyəti diplomunu pulla alan şəxslərdir - İTTİHAM VAR...
Bu gün, 09:52 |
|
|
|
• Təhsildə nöqsanlar belə ört-basdır edilir... - MALƏSƏF...
Bu gün, 09:50 |
|
|
|
• Dənizlə narkotik daşıyan iranlı balıqçılar saxlanılıb - VİDEO
Bu gün, 09:45 |
|
|
|
• Vergi Xidməti sahibkarın başına niyə bu oyunu açır? - ETİRAZ
Bu gün, 09:43 |
|
|
|
• "Oleq Bakinski"nin dəstə üzvləri deyilən şəxslərlə bağlı QƏRAR VERİLDİ
Bu gün, 09:40 |
|
|
|
• “AXC-nin iclasında təklif etdim ki, gəlin, Heydər Əliyevi Naxçıvandan Bakıya çağıraq” - Fəzail Ağamalı
Bu gün, 09:36 |
|
|
|
• Qaralov vəzifədə deyil... amma hələ də ADI QARA İŞLƏRDƏ BİRİNCİDİR... - TƏFƏRRÜAT
Bu gün, 09:29 |
|
|
|
• "Azərbaycan hər zaman türk dövlətləri ilə bütün sahələrdə inteqrasiyanın olmasına çalışıb" - Fazil Mustafa
Bu gün, 09:18 |
|
|
|
• "44 günlük müharibədə məğlubiyyət bizə bu imkanı verdi" - Paşinyan
Bu gün, 09:17 |
|
|
|
• Paşinyanın sirli ABŞ səfəri - Bakıya qarşı gizli plan...
Bu gün, 09:15 |
|
|
|
• Rusiyada yaşayan azərbaycanlılara hansı problemlər yaradacaq? - AKTUAL
Bu gün, 09:12 |
|
|
|
• İran Zəngəzur prosesindəki maneələri aradan qaldıracaq - Görünəni odur ki...
Bu gün, 09:10 |
|
|
|
• Köçəryanı qane edən Qarabağ təklifi – “Nə Əliyev, nə də Elçibəy razılaşdı, çünki…”
Bu gün, 09:04 |
|
|
|
• Gürcüstandan Azərbaycana ZƏRBƏ - Bakıdan etirazlar
Bu gün, 09:03 |
|
|
|
• Teatr Xadimləri İttifaqının sədri lotoreya reklamına çəkilib - BU NƏDİ BELƏ?..
Bu gün, 09:01 |
|
|
|
• Paşinyanın ələ keçirmək istədiyi Azərbaycan ərazisi – “Çox strateji yerdir…”
Bu gün, 08:59 |
|
|
|
• USAİD- təmizləyən ABŞ əslində öz DÖVLƏT NAMUSUNU qurtarmağa cəhd etmiş oldu... - FAKT BUDUR!
Bu gün, 08:56 |
|
|
|
• Nizami rayonunda meydan sulayan KİMDİR? - İTTİHAM VAR...
Bu gün, 08:49 |
|
|
|
• "Niyə olmayan xidmət üçün pul ödəməliyəm?" - ETİRAZ
Bu gün, 08:44 |
|
|
|
• ABŞ Senatı Kris Raytı energetika naziri vəzifəsinə təsdiqləyib
Bu gün, 08:34 |
|
|
|
• İşçilərlə bağlanmış əmək müqaviləsinin ləğvi zamanı... - Ekspert danışır...
Bu gün, 08:29 |
|
|
|
• Hacıyevin İran səfərinin pərdəarxası - 9 illik “tilsimi” sındırmaq zamanı
Bu gün, 08:21 |
|
|
|
• Əliyev haqlı çıxdı: “Qarabağ”a reaksiyamız faşizmdir - Kiviryan
Bu gün, 08:17 |
|
|
|
• Erməniləri qorxuya salan ETİRAF: - “Türklər bu ərazilərə yerləşir”
Bu gün, 06:23 |
|
|
|
• Beş ərəb ölkəsi fələstinlilərin Qəzzadan köçürülməsinə qarşı çıxıb
Bu gün, 06:18 |
|
|
|
• Vaşinqton Kiyevə silah tədarükünü bərpa edib - KİV
Bu gün, 01:47 |
|
|
|
• Xankəndindəki zavodda çörək bahalaşıb? - "...zavoda biz cavabdehik"
Bu gün, 01:43 |
|
|
|
• Sektor müdiri BŞTİ-dən azad edildi, məktəb direktoru göndərildi - AÇIQLAMA
Bu gün, 01:39 |
|
|
|
• 'Azəriqaz'dan vətəndaşa SAYĞAC TƏLƏSİ - BU FAKTDIR!
Bu gün, 01:13 |
|
|
|
• Nazirlik ləğv olunur, əvəzində isə... - İLGİNC
Bu gün, 01:07 |
|
|
|
• “Vardanyan Azərbaycandan əvvəl Ukraynada da ağır cinayətlər törədib” - ŞƏRH
Bu gün, 00:56 |
|
|
|
• “Ürəyimdə fikirləşdim ki, birdən ona nəsə olar, Ağdamı görmədən ölər”
Bu gün, 00:53 |
|
|
|
• "Razi kimdir, mənim haqqımda nəsə desin?!" - Deputatlar arasında gərginlik davam edir...
Bu gün, 00:51 |
|
|
|
• “Yeni çeşid” hiyləsi: çörəyin qiyməti necə qaldırılıb… - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 00:45 |
|
|
|
• Kremlin “hüquqları” və ya köhnə ssenari yenidən gündəmdə - UNİAN
Bu gün, 00:41 |
|
|
|
• Nadir Quliyevə vəzifə verildi - ƏMR
Bu gün, 00:37 |
|
|
|
• Marko Rubio USAID-in administratoru vəzifəsini icra edəcək
Bu gün, 00:35 |
|
|
|
• Agentlik bu şəxslə 1,4 milyon manatlıq icarə - MÜQAVİLƏSİ BAĞLADI
Bu gün, 00:05 |
|
|
|
• Azərbaycanda 117 minlik nəqliyyat şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:02 |
|
|
|
• Paşinyan ABŞ-də etirazla qarşılandı
Dünən, 23:31 |
|
|
|
• Quru sərhədlər niyə bağlıdır? - DTX və DİN-i əməliyyatı bu suala cavab verdi
Dünən, 23:29 |
|
|
|
|