Çovdarovun axtarışda olan qudası necə qaçıb? - Müdhiş gizlinlər
Tarix: 13-10-2016, 08:59 | Çap et
“Dəmir Bank”ın sədri olmuş Roman Əmirçanov xaricdə gizlənir, MTN generalının bandasının cinayətlərinin üstü açılıb Bankın hazırkı rəhbərliyi əmanətçilərə qarşı 2 milyardlıq yeyintiyə görə filial müdirini “günah keçisi” çıxarıb, vaxtilə OMON-çuları maliyyələşdirən müəssisə indi məsuliyyətdən yayınır MTN generalı Akif Çovdarovun işi üzrə hər gün qat bağlamış cinayətlərin üstü açılır. Məlum olur ki, Çovdarovun geniş çevrəsi olub və bütün sahələr üzrə quldur şəbəkəsi yaradılıb.
Kürəkənlə qudaların bandası
“Gündəm-xəbər”in əldə etdiyi son özəl məlumata görə, artıq Çovdarovun qudası da həbsin bir addımlığındadır. “Dəmir Bank”ın sədri olmuş Roman Əmirçanov general qudasının həbsindən sonra ölkədən qaçıb. Hər ikisi gürcüstanlı olan qudalar eyni kamerada belə saxlana bilər. Ancaq bankir xarici ölkələrin birində gizlənir və axtarışdadır. Çovdarov həbs edildikdən sonra ikinci kürəkəni, yəni “Dəmir bank” sədrinin oğlu Rəşad Əmircanov MTN sıralarından uzaqlaşdırıldı. Əslən Borçalının Qaçağan kəndindən olan MTN şöbə rəisi, polkovnik-leytenantı Rəşad Əmircanov sərəncama göndərildi. Onun Badamdardakı villasında və Bakının digər yerlərindəki evlərində axtarışlar aparıb. Rəşad Əmircanova məxsus Badamdardakı 1 milyon dollarlıq villa möhürlənib. Əmircanov əvvəllər Xüsusi Dövlət Mühafizə Xidmətində işləyib. Çovdarov Milli Təhlükəsilik Nazirliyində idarə rəisi təyin edildikdən sonra mafioz qayınatasının himayədarlığı ilə MTN-ə şöbə rəisi gətirilib. Hüquq-mühafizə orqanları Rəşad Əmircanovun Akif Çovdarovun təşkil etdiyi gizli həbsxanalar və müxtəlif cinayət əməllərində iştirakının olduğunu təxmin edirlər. Rəşad Əmircanov 1993-1996-cı illərdə Dövlət İqtisadiyyat və Planlaşdırma Komitəsi sədrinin birinci müavini vəzifəsini tutub. Dəmirbankın İdarə Heyətinin sədri Roman Əmircanov Mərkəzi Bankın Baş direktoru Aqşin Vəliyevin yaxın qohumu və haqqında söz-söhbət gəzən gizli “Qaçağan klanı”nın əsas simalarından biridir. Bundan sonra Dəmir Bankın İdarə Heyətinin sədri Roman Əmircanovun və Dəmir Bankın fəaliyyəti ciddi araşdırılmağa başlandı. Bəzi iddialara görə, Çovdarovun həbsindən sonrakı ilk vaxtlarda Roman Əmircanov Buzovnadakı bağ evindən kənara çıxmır və dərin psixoloji depressiyada idi. Mənbənin sözlərinə görə, Respublika Prokurorluğunda artıq müfəssəl məlumat var. Çovdarovun bandası, kürəkəni Rəşad Əmircanov və DəmirBank İH sədri Roman Əmircanov vasitəsilə külli miqdarda maliyyə vəsaitlərini məhz qudası adıçəkilən bankda leqallaşdırılıb. Həmçinin külli miqdarda maliyyəni Dəmir Bank vasitəsilə Qafqaz İnkişaf bankının Tiflis fililalına köçürüb. Roman Əmirçanovun bu olaylarla bağlı həbs ediləcəyini bildiyi üçün dərhal ölkəni tərk edib.
“Günah keçisi” və əmanətçilər üsyan edir
“Gündəm-xəbər” in əldə etdiyi məlumata görə, sözügedən müəssisə bu hadisələrdən sonra çıxılmaz vəziyyətlə qarşılaşıb. Vaxtı ilə OMON-çuları maliyyələşdirən "Dəmir Bank" indi də Çovdarovun əsirinə çevrilbimiş. “Dəmir bank”ın hazırki rəhbərliyi isə əmanətçilərin qarşısında məsuliyyətdən yayınmaq üçün Səbael filialının müdiri olmuş Fərəh Rəşadətlini qabağa verir. Onu “günah keçisi” çıxarmaqla bank rəhbərliyi canını qurtarmaq istəyir. Belə ki, Rəhman Hacıyev və bankın bütün rəhbərliyi məsuliyyətdən filial müdirinin hesabına yayınmağa çalışır. Hətta filial müdirini işdən azad ediblər. Bununla guya görüntü yaratmağa çalışıblar ki, əsl təqsirkar cəzalandırılıb. Halbuki, bu nağıla inanmaq üçün kifayət qədər sadəlövh olmaq lazımdır. Bu qədər həngamə, ajiotaj, cinayətin tən ortasında təkcə şöbə müdirinin əli olduğu iddia etmək gülüncdür. Hər halda Azərbaycan reallığında nəinki filial müdiri, hətta idarə heyətindən kimsə özbaşına addım ata bilməz Məlumatda bildirilir ki, bank rəhbərliyi uğursuz bir oyuna girib. Ali Məhkəmədə olan himayədarları da kömək edə bilməyəcək. Belə ki, Səbail filialı əmanətçilərlə müqavilə bağlayıb, onlara əmanət kitabçası verib, lakin pulun hesaba yatırılmadığı aşkarlanıb. Bu xəbər ölkə mətbuatında rezonans doğrumuşdu. Dəmir Bankla müştəriləri arasında münaqişəli vəziyyət hazırda kulminasiya nöqtəsinə çatıb. Əmanətçilər pullarını geri almaq istədikləri halda bank min bəhanə ilə vətəndaşların qoyduğu əmanətləri geri vermək istəmir. Onların arasında şəhid ailələri, hətta Milli Qəhrəmanlarımızın ailə üzləri də var. Dəmir Bank isə şəhid ailələrinin, Milli Qəhrəmanımızın ailə üzvlərinin əmanətini geri vermir.
7 milyonluq fırıldaq - şok adlar
“Gündəm-xəbər”ə çatan məlumatlara görə, həmin şəxslərə aid əmanətlərin ümumi məbləği 3 milyon manata yaxındır. Banka təqdim edilmiş pullar hesaba oturdulmayıb. Ardınca daha bir neçə nəfərin də bu şəkildə aldadıldığı üzə çıxıb. Toplam məbləğin isə 7 milyon manata yaxın olduğu deyilir. Dəhşətlisi budur ki həmin əmanətçilər arasında xalq şairi Xəlil Rza şəhid oğlu, Milli Qəhrəman Təbriz Xəlilbəylinin qardaşının ailə üzvləri da var. Bu barədə mətbuat yazıb. Əmanətçilər iddia edirlər ki, həmin pullar mənimsənilib. Bank rəhbərliyi əmanətçilərə bildirib ki, pul filialda yoxa çıxıb. Bununla F.Rəşadətlini günahkar çıxararaq özləri məsuliyyətdən qaçır. Halbuki, bütün işlərin altında Çovdarov və xaricə qaçmış qudası çıxır. Aydındır ki, külli-miqdarda pulu filial müdiri təkbaşına mənimsəyə bilməz. “DəmirBank” Müşahidə Şurasının sədri Rəhman Hacıyev, onun kürəkəni, bankın idarə heyətinin sədri Fərid Abbasov, Səbail filialının müdiri Fərəh Rəşadətli, müxtəlif vaxtlarda filialı təftiş edən Oqtay Şirinov, baş direktor Oktay Əliyev ciddi bir addım atmırlar. Əmanətçilər bildirir ki, onların "DəmirBank"da depozit hesabı açmalarına səbəb bankın xarici səhmdarlarının olması olub. "DəmirBank"ın xarici səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir. Əmanətçilər düşünüb ki, xarici səhmdarı varsa, o bankda mənimsəmə olmayacaq. Çirkli pullar və offşor zonalar “Gündəm-xəbər”in məlumatına görə, Roman Əmircanovun istintaqa təqdim edilib. İddialara görə, Dəmirbankın Müşahidə Şurasının sədri Rəhman Hacıyev və Maliyyə Nəzarəti Departamentinin direktoru Zülfiyyə Cəfərovanın da başı dərddədir. Faktiki olaraq Roman Əmircanov Akif Çovdarova çirkli pulların leqallaşdırılmasında, külli miqdarda maliyyə vəsaitlərinin Hollandiyanın İNG Bankına və offşor bölgələrdəki banklara köçürə bilib. Bu qanunsuz bank əməliyyatları zamanı Akif Çovdarov qudası Roman Əmircanova müəyyən faiz də verib. Bu isə Dəmirbank İH sədrinin fantastik varlanmasına gətirib çıxarıb. Nəticədə isə Roman Əmircanov eyni zamanda Dəmirbankın səhmlərinin 20 faizinə sahib olub. Mənbə bildirib ki, Akif Çovdarov Roman Əmircanov vasitəsiylə 2 milyard dollara yaxın maliyyə vəsaiti leqallaşdırıb və bir hissəsini offşor bölgələrdəki anonim hesablara köçürüb.
Böhran “DəmirBank”ı çökdürür
Ümumiyyətlə, son dövrlər ayrı-ayrı kütləvi informasiya vasitələrində ölkədə fəaliyyət göstərən müxtəlif bankların vətəndaşlarla kobud davranması, onların hüquqlarını pozmaları barədə müxtəlif səpkili materiallara daha çox rast gəlinir. İstər banklardan xarici valyuta ilə kredit götürən vətəndaşlar, istərsə də bankların borclandığı əmanətçilər onlara banklar tərəfindən ciddi problemlər yaradıldığını dilə gətirir, əlaqədar dövlət qurumlarının bu barədə sərt tədbirlər görməsini istəyirlər. Bildirilir ki, əsasən də “DəmirBank” qeyri-qanuni üsullarla vətəndaşların əmanət qoyduğu vəsaitləri mənimsəməklə məşğuldur. Güman edilir ki, F.Rəşadətli O.Şirinov arasında müəyyən anlaşmalar olub və bu məsələ ört basdır edilib. Yeri gəlmişkən məlumata görə bu müddət ərzində şikayətçi olan vətəndaşlardan birinin depoziti məbləğ az olduğu üçün qaytarılıb və bankın mərkəzi aparatına yoxlamaların nəticəsi olaraq bu faktdan da istifadə edilib “problem yoxdur” kimi məruzə edilib. Onu da deyək ki, “DəmirBank” ASC 2015-ci ilin ilk 2 ayını 5 milyon 918.85 min manat zərərlə başa vurub. Bank qeyri-faiz əməliyyatları üzrə 4 milyon 807 min manat zərər edib. Beləliklə, bankın cəmi gəlirləri 7 milyon 358 min manat təşkil edib. “DəmirBank”ın qeyri-faiz əməliyyatları üzrə gəlir əldə etməməsinin səbəbi, məzənnə dəyişməsi (devalvasiya) nəticəsində 6 milyon 164 min manat zərər etməsidir. Bank, bir sıra qeyri-faiz əməliyyatları üzrə 1 milyon 357 min manat gəlir əldə etsə də, məzənnə dəyişməsi nəticəsində yaranmış 6 milyon 164 min manatlıq zərər qeyri-faiz əməliyyatları üzrə 4 milyon 807 min manatlıq zərərin yaranması ilə nəticələnib. “DəmirBank”ın cəmi xərcləri 9 milyon 152 min manat olub ki, bu da cəmi gəlirlərindən 20%-ə yaxın və ya 1 milyon 794 manat çoxdur. Zərər 21 fevralda baş vermiş devalvasiyadan sonra yaranıb. Bu ondan xəbər verir ki, iqtisadi böhanla bağlı lisenziyası ləğv edilmiş 13 bankın sırasında “DəmirBank” da olacağı istisna edilmir.
DİA.AZ olaraq yazıda adı keçən bütün tərəflərin mövqeyini çap etməyə hazırıq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Çin ABŞ məhsullarına tarif tətbiq edib
Bu gün, 10:39 |
|
|
|
• Şəhid anası nazirdən GİLEY EDİR... - Qəbuluna düşmək müşkül imiş...
Bu gün, 10:38 |
|
|
|
• Cəlilabadda Qazilər HAQSIZLIQLA ÜZ-ÜZƏ... - "Burda ancaq bir tayfanın adamları vəzifə başındadır..."
Bu gün, 10:25 |
|
|
|
• "Bu, bir təsadüf deyildi" - VİDEO
Bu gün, 10:10 |
|
|
|
• Hərbi vəzifəlilərin növbəti təlim toplanışı başlayıb
Bu gün, 10:02 |
|
|
|
• Ümid edirik ki, Cənubi Qafqazda sülh ABŞ üçün prioritet olacaq - Paşinyan
Bu gün, 09:55 |
|
|
|
• Özünü həkim hesab edənlərin əksəriyyəti diplomunu pulla alan şəxslərdir - İTTİHAM VAR...
Bu gün, 09:52 |
|
|
|
• Təhsildə nöqsanlar belə ört-basdır edilir... - MALƏSƏF...
Bu gün, 09:50 |
|
|
|
• Dənizlə narkotik daşıyan iranlı balıqçılar saxlanılıb - VİDEO
Bu gün, 09:45 |
|
|
|
• Vergi Xidməti sahibkarın başına niyə bu oyunu açır? - ETİRAZ
Bu gün, 09:43 |
|
|
|
• "Oleq Bakinski"nin dəstə üzvləri deyilən şəxslərlə bağlı QƏRAR VERİLDİ
Bu gün, 09:40 |
|
|
|
• “AXC-nin iclasında təklif etdim ki, gəlin, Heydər Əliyevi Naxçıvandan Bakıya çağıraq” - Fəzail Ağamalı
Bu gün, 09:36 |
|
|
|
• Qaralov vəzifədə deyil... amma hələ də ADI QARA İŞLƏRDƏ BİRİNCİDİR... - TƏFƏRRÜAT
Bu gün, 09:29 |
|
|
|
• "Azərbaycan hər zaman türk dövlətləri ilə bütün sahələrdə inteqrasiyanın olmasına çalışıb" - Fazil Mustafa
Bu gün, 09:18 |
|
|
|
• "44 günlük müharibədə məğlubiyyət bizə bu imkanı verdi" - Paşinyan
Bu gün, 09:17 |
|
|
|
• Paşinyanın sirli ABŞ səfəri - Bakıya qarşı gizli plan...
Bu gün, 09:15 |
|
|
|
• Rusiyada yaşayan azərbaycanlılara hansı problemlər yaradacaq? - AKTUAL
Bu gün, 09:12 |
|
|
|
• İran Zəngəzur prosesindəki maneələri aradan qaldıracaq - Görünəni odur ki...
Bu gün, 09:10 |
|
|
|
• Köçəryanı qane edən Qarabağ təklifi – “Nə Əliyev, nə də Elçibəy razılaşdı, çünki…”
Bu gün, 09:04 |
|
|
|
• Gürcüstandan Azərbaycana ZƏRBƏ - Bakıdan etirazlar
Bu gün, 09:03 |
|
|
|
• Teatr Xadimləri İttifaqının sədri lotoreya reklamına çəkilib - BU NƏDİ BELƏ?..
Bu gün, 09:01 |
|
|
|
• Paşinyanın ələ keçirmək istədiyi Azərbaycan ərazisi – “Çox strateji yerdir…”
Bu gün, 08:59 |
|
|
|
• USAİD- təmizləyən ABŞ əslində öz DÖVLƏT NAMUSUNU qurtarmağa cəhd etmiş oldu... - FAKT BUDUR!
Bu gün, 08:56 |
|
|
|
• Nizami rayonunda meydan sulayan KİMDİR? - İTTİHAM VAR...
Bu gün, 08:49 |
|
|
|
• "Niyə olmayan xidmət üçün pul ödəməliyəm?" - ETİRAZ
Bu gün, 08:44 |
|
|
|
• ABŞ Senatı Kris Raytı energetika naziri vəzifəsinə təsdiqləyib
Bu gün, 08:34 |
|
|
|
• İşçilərlə bağlanmış əmək müqaviləsinin ləğvi zamanı... - Ekspert danışır...
Bu gün, 08:29 |
|
|
|
• Hacıyevin İran səfərinin pərdəarxası - 9 illik “tilsimi” sındırmaq zamanı
Bu gün, 08:21 |
|
|
|
• Əliyev haqlı çıxdı: “Qarabağ”a reaksiyamız faşizmdir - Kiviryan
Bu gün, 08:17 |
|
|
|
• Erməniləri qorxuya salan ETİRAF: - “Türklər bu ərazilərə yerləşir”
Bu gün, 06:23 |
|
|
|
• Beş ərəb ölkəsi fələstinlilərin Qəzzadan köçürülməsinə qarşı çıxıb
Bu gün, 06:18 |
|
|
|
• Vaşinqton Kiyevə silah tədarükünü bərpa edib - KİV
Bu gün, 01:47 |
|
|
|
• Xankəndindəki zavodda çörək bahalaşıb? - "...zavoda biz cavabdehik"
Bu gün, 01:43 |
|
|
|
• Sektor müdiri BŞTİ-dən azad edildi, məktəb direktoru göndərildi - AÇIQLAMA
Bu gün, 01:39 |
|
|
|
• 'Azəriqaz'dan vətəndaşa SAYĞAC TƏLƏSİ - BU FAKTDIR!
Bu gün, 01:13 |
|
|
|
• Nazirlik ləğv olunur, əvəzində isə... - İLGİNC
Bu gün, 01:07 |
|
|
|
• “Vardanyan Azərbaycandan əvvəl Ukraynada da ağır cinayətlər törədib” - ŞƏRH
Bu gün, 00:56 |
|
|
|
• “Ürəyimdə fikirləşdim ki, birdən ona nəsə olar, Ağdamı görmədən ölər”
Bu gün, 00:53 |
|
|
|
• "Razi kimdir, mənim haqqımda nəsə desin?!" - Deputatlar arasında gərginlik davam edir...
Bu gün, 00:51 |
|
|
|
• “Yeni çeşid” hiyləsi: çörəyin qiyməti necə qaldırılıb… - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 00:45 |
|
|
|
• Kremlin “hüquqları” və ya köhnə ssenari yenidən gündəmdə - UNİAN
Bu gün, 00:41 |
|
|
|
• Nadir Quliyevə vəzifə verildi - ƏMR
Bu gün, 00:37 |
|
|
|
• Marko Rubio USAID-in administratoru vəzifəsini icra edəcək
Bu gün, 00:35 |
|
|
|
• Agentlik bu şəxslə 1,4 milyon manatlıq icarə - MÜQAVİLƏSİ BAĞLADI
Bu gün, 00:05 |
|
|
|
• Azərbaycanda 117 minlik nəqliyyat şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:02 |
|
|
|
• Paşinyan ABŞ-də etirazla qarşılandı
Dünən, 23:31 |
|
|
|
• Quru sərhədlər niyə bağlıdır? - DTX və DİN-i əməliyyatı bu suala cavab verdi
Dünən, 23:29 |
|
|
|
• Rusiya-Ukrayna münaqişəsinin həlli üzrə əhəmiyyətli irəliləyiş əldə etdik - Tramp
Dünən, 23:25 |
|
|
|
• USAİD hər zaman öz məkrli planları ilə yadda qalıb: - Onun ləğvi mütərəqqi adım olar
Dünən, 22:00 |
|
|
|
• Rusiyada “İntervision” keçiriləcək – Putindən fərman
Dünən, 21:55 |
|
|
|
|