Gəncə Lokomotiv Deposunda müəmmalı olaylar - ŞİKAYƏT VAR
Tarix: 27-10-2016, 09:19 | Çap et
Məlum olduğu kimi, 2015-ci ildə "Azərbaycan Dəmir Yolları"QSC-də struktur dəyişikliyi aparıldı. Belə ki, millət vəkili Cavid Qurbanov bu qurumun rəhbərliyinə təyinat aldı. Bundan sonra ildə "Azərbaycan Dəmir Yolları" illərdən bəri vəzifələrindən möhkəm yapışıb dövlət büdcəsini talayan bir çox məmurlardan təmizləmiş oldu. Lakin əfsuslar olsun ki, təmizləmə işləri tam aparılmadığından köhnə komandanın bəzi üzvləri yenə də əvvəlki əməllərindən qalmırlar. Məsələn, Gəncə Lokomotiv deposunun sabiq rəisi Faxrəddin Rzayevin işə qəbul etdiyi işçilərin sayəsində halhazırda bu qurumda gərginlik yaşanır. Belə ki, tək lokomotiv deposunda 300-ə yaxın işçinin ixtisarı peşəkar əsaslarla deyil, qeyri-qanuni şəkildə aparılıb. Belə təəssürat yaranır ki, Gəncə lokomotiv deposusa yeni təyin olunan rəis depoda üsyan yetişdirir. "Azərbaycan Dəmir Yolları" QSC-yə Cavid Qurbanov sədr təyin olunandan bu günə qədər dəmir yolunda əsaslı işlər və bir sıra islahatlar aparılsa da, rəhbərliyin özünün də etiraf etdiyi kimi, Gəncə istiqamətində bütün zamanlarda olduğu kimi, narazılıqların ardı-arası kəsilmir. Belə ki, "Azərbaycan Dəmir Yolları" QSC-nin Gəncə Lokomotiv Deposuna yeni təyin olunan rəis İslam Əsgərov özündən öncə olan rəislərin tam əksinə olaraq, vəzifəyə gələn kimi lokomotiv deposunun ixtiyarını, idarə olunmasını adı "Mis əməliyyatları”nda hallanan,dəfələrlə polis tərəfindən yaxalansa da, sonradan dəmir yolunda lokomotiv istehsalat rəisi işləyən Asim Qasımova verib. Bundan başqa Asim Qasımovun qohumları yeni təyin olunan rəis İslam Əsgərovun sayəsində Gəncə lokomotiv deposunda rəhbər vəzifələrə təyin olunublar. Asim Qasımovun həqiqi hərbi xidmətə yararsız, ali təhsili olmayan qardaşı oğlu Sabit Qasımov təmir məsələləri üzrə müavin təyin olunub. Əldə etdiyimiz məlumatlarda o da deyilir ki, hazırda ixtisarlar dəmiryolçuların təcrübəli, iş qabiliyyətlin olub - olmaması kriteriyası deyil, S.Qasımovun işçilərlə şəxsi münasibətləri əsasındaaparılır. Bundan başqa məlumatda o da deyilir ki, hazırda lokomotiv deposunun yeganə "ölücanlar"ı Qasımovlardır. Hazırda İslam Əsgərov Qasımovların işə gəlməyən qohumlarına - Cabir və Caviq qardaşlarına və əmisi oğlanlarına “yaşıl işıq” yandıraraq susur. Artıq istismara yararsız sayılan elektrovoz və teplovozların doğranılaraq toplanması müəyyən maxinasiyalara şübhə yaradır. Bu eyni zamanda Gəncə Lokomotiv Deposunda gərginliyi bir az da artırır. Belə ki, deyildiyi kimi uzun müddət "Misəməliyyatları”nda adı mütəmadi olaraq hallanan Qasımovların bu gün sülaləcə yenidən Gəncə Lokomotiv Deposunda rəhbər vəzifə tutmaları özlərinə düşmən bildikləri şəxslərin ixtisar olunmasına şərait yaradıb. Gəncə Lokomotiv Deposunnun rəisi İslam Əsgərov isə Qasımovlara bu işdə dəstək verir. Bu səbəbdən kollektivin bəzi üzvləri hər gün işdə gərginliklə, haqsızlıqla qarşılaşır. Dünyadakı infilyasiya ucbatından onsuzda ehtiyac içində yaşayan dəmiryolçular rəhbərlik tərəfindən hədələnir. Onlar ixtisar olunacaqları ilə hədələnirlər. İslam Əsgərov rəis təyin olunandan sonra teplovoz maşinisti köməkçisinin Sabit Qasımov tərəfindən bilərəkdən incidilməsi və sonda onun bıçaqlanması hadisəsindən sonra qəzetimizdə yazı dırc olunmuşdu. Bu yazıdan sonra Deponun Qasımovların evlərinə baxan rəis otağının bütün pəncərə şüşələrinin sınması "Qanun naminə" filmini xatırlatdı. Daha sonra isə lokomotiv deposunun kadrlar şöbəsinin rəisi Səbuhi Həsəncanovla aralarında olan intriqa Qasımovların xeyrinə həll olundu. Belə ki, S.Həsəncanov işdən ayrıldı. Burada Sabit Qasımovun “peşəkarlığı” yenə də onun köməyinə gəldi. Belə ki, S.Qasımov S.Həsəncanovun adına saxta qadın profile açdırıb və oraya onun telefon nömrəsini qoydurub. Daha sonra işçilərdən biri ixtisarla hədələnərək, bu oyuna cəlb edilib. Bununla da S.Həsəncanova tələ qurulub və o, işdən uzaqlaşdırılıb. Deyəsən elə bu hadisədən sonra rəis İslam Əsgərov özünü sığortalamaq üçün ali təhsili olmayan, həqiqi hərbi xidmət keçməyən Sabit Qasımovu təmir üzrə müavin təyin edib. İslam Əsgərov özünün iş prinsipinə uygun kadrlar qrupu yaradaraq təmir üzrə müavin Sabit Qasımov, Teymur, Sabitin bibisi oğlu Ramal (baş mexanik), digər qohumları, əvvəllər hərbi sahədə işləsə də sonradan qayınatasının sayəsində özünü lokomotiv deposuna yerləşdirə bilən anbardar Ələkbər Məmmədovla anlaşma yapa bilib. Hazırda deyilənə görə ektpovozlardan kəsim zamanı çıxarılan 550-750 kq-a qədər misdən olan hissələr bu qrupa etibar olunur. Məsələ təkcə bununla bitmir. Bir müddət öncə Gəncə lokomotiv deposunda İbrahimov Nail İbrahim oğlunun sexin qarşısındakı hündürlükdən başına düşən aqlaydan sonra rəis İ.Əsgərovla əlaqə saxladıqda, onun cavabı bu oldu ki, depo daxilində baş verən hadisələrin heç kimə aidiyyəti yoxdur, özümüz bilərik. Hətta əmək müfəttişliyindən də bu olay gizlədildi. Olayın gizlədilməsində isə əsas rolu Gəncə şəhər A.Səhhət adına xəstəxananın rəhbərliyi oldu. Bu ilin sentyabr ayında Nail İbrahimovun başına düşən aqlay parçasının zədəsinə A.Səhhət adına xəstəxanada tikiş qoyulsa da, bundan heç kimin xəbəri olmur. Eləcə də bir müddət sonra Gəncə lokomotiv deposunda rəisin dostu sayılan Ərəstun ustanın ayağına resor düşməsi və onun xəsarət alması da gizli saxlanılmaqdadır. Hazırda Gəncə Lokomotiv Deposunda rəis vəzifəsini daşıyan İslam Əsgərov bundan öncə lokomotiv istehsalat birliyində Asim Qasımovun rəhbərliyi altında çalışıb. Onun 13 oktyabr 2016-cı il "Dəmiryolçular günü" münasibəti ilə "Fəxri dəmiryolçu" döş nişanına layıq görülməsi də deyəsən təsadüfə oxşamır. Belə çıxır ki, "Azərbaycan Dəmir Yolları" QSC-də yenə də bağlı qapılar arxasında nələrsə baş verir. Bəs görəsən, bütün bunlardan Sədr Cavid Qurbanovun xəbəri varmı?
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Avroviziya" təmsilçimiz onlardan biri olacaq? - FOTO
Bu gün, 10:50 |
|
|
|
• Çin ABŞ məhsullarına tarif tətbiq edib
Bu gün, 10:39 |
|
|
|
• Şəhid anası nazirdən GİLEY EDİR... - Qəbuluna düşmək müşkül imiş...
Bu gün, 10:38 |
|
|
|
• Cəlilabadda Qazilər HAQSIZLIQLA ÜZ-ÜZƏ... - "Burda ancaq bir tayfanın adamları vəzifə başındadır..."
Bu gün, 10:25 |
|
|
|
• "Bu, bir təsadüf deyildi" - VİDEO
Bu gün, 10:10 |
|
|
|
• Hərbi vəzifəlilərin növbəti təlim toplanışı başlayıb
Bu gün, 10:02 |
|
|
|
• Ümid edirik ki, Cənubi Qafqazda sülh ABŞ üçün prioritet olacaq - Paşinyan
Bu gün, 09:55 |
|
|
|
• Özünü həkim hesab edənlərin əksəriyyəti diplomunu pulla alan şəxslərdir - İTTİHAM VAR...
Bu gün, 09:52 |
|
|
|
• Təhsildə nöqsanlar belə ört-basdır edilir... - MALƏSƏF...
Bu gün, 09:50 |
|
|
|
• Dənizlə narkotik daşıyan iranlı balıqçılar saxlanılıb - VİDEO
Bu gün, 09:45 |
|
|
|
• Vergi Xidməti sahibkarın başına niyə bu oyunu açır? - ETİRAZ
Bu gün, 09:43 |
|
|
|
• "Oleq Bakinski"nin dəstə üzvləri deyilən şəxslərlə bağlı QƏRAR VERİLDİ
Bu gün, 09:40 |
|
|
|
• “AXC-nin iclasında təklif etdim ki, gəlin, Heydər Əliyevi Naxçıvandan Bakıya çağıraq” - Fəzail Ağamalı
Bu gün, 09:36 |
|
|
|
• Qaralov vəzifədə deyil... amma hələ də ADI QARA İŞLƏRDƏ BİRİNCİDİR... - TƏFƏRRÜAT
Bu gün, 09:29 |
|
|
|
• "Azərbaycan hər zaman türk dövlətləri ilə bütün sahələrdə inteqrasiyanın olmasına çalışıb" - Fazil Mustafa
Bu gün, 09:18 |
|
|
|
• "44 günlük müharibədə məğlubiyyət bizə bu imkanı verdi" - Paşinyan
Bu gün, 09:17 |
|
|
|
• Paşinyanın sirli ABŞ səfəri - Bakıya qarşı gizli plan...
Bu gün, 09:15 |
|
|
|
• Rusiyada yaşayan azərbaycanlılara hansı problemlər yaradacaq? - AKTUAL
Bu gün, 09:12 |
|
|
|
• İran Zəngəzur prosesindəki maneələri aradan qaldıracaq - Görünəni odur ki...
Bu gün, 09:10 |
|
|
|
• Köçəryanı qane edən Qarabağ təklifi – “Nə Əliyev, nə də Elçibəy razılaşdı, çünki…”
Bu gün, 09:04 |
|
|
|
• Gürcüstandan Azərbaycana ZƏRBƏ - Bakıdan etirazlar
Bu gün, 09:03 |
|
|
|
• Teatr Xadimləri İttifaqının sədri lotoreya reklamına çəkilib - BU NƏDİ BELƏ?..
Bu gün, 09:01 |
|
|
|
• Paşinyanın ələ keçirmək istədiyi Azərbaycan ərazisi – “Çox strateji yerdir…”
Bu gün, 08:59 |
|
|
|
• USAİD- təmizləyən ABŞ əslində öz DÖVLƏT NAMUSUNU qurtarmağa cəhd etmiş oldu... - FAKT BUDUR!
Bu gün, 08:56 |
|
|
|
• Nizami rayonunda meydan sulayan KİMDİR? - İTTİHAM VAR...
Bu gün, 08:49 |
|
|
|
• "Niyə olmayan xidmət üçün pul ödəməliyəm?" - ETİRAZ
Bu gün, 08:44 |
|
|
|
• ABŞ Senatı Kris Raytı energetika naziri vəzifəsinə təsdiqləyib
Bu gün, 08:34 |
|
|
|
• İşçilərlə bağlanmış əmək müqaviləsinin ləğvi zamanı... - Ekspert danışır...
Bu gün, 08:29 |
|
|
|
• Hacıyevin İran səfərinin pərdəarxası - 9 illik “tilsimi” sındırmaq zamanı
Bu gün, 08:21 |
|
|
|
• Əliyev haqlı çıxdı: “Qarabağ”a reaksiyamız faşizmdir - Kiviryan
Bu gün, 08:17 |
|
|
|
• Erməniləri qorxuya salan ETİRAF: - “Türklər bu ərazilərə yerləşir”
Bu gün, 06:23 |
|
|
|
• Beş ərəb ölkəsi fələstinlilərin Qəzzadan köçürülməsinə qarşı çıxıb
Bu gün, 06:18 |
|
|
|
• Vaşinqton Kiyevə silah tədarükünü bərpa edib - KİV
Bu gün, 01:47 |
|
|
|
• Xankəndindəki zavodda çörək bahalaşıb? - "...zavoda biz cavabdehik"
Bu gün, 01:43 |
|
|
|
• Sektor müdiri BŞTİ-dən azad edildi, məktəb direktoru göndərildi - AÇIQLAMA
Bu gün, 01:39 |
|
|
|
• 'Azəriqaz'dan vətəndaşa SAYĞAC TƏLƏSİ - BU FAKTDIR!
Bu gün, 01:13 |
|
|
|
• Nazirlik ləğv olunur, əvəzində isə... - İLGİNC
Bu gün, 01:07 |
|
|
|
• “Vardanyan Azərbaycandan əvvəl Ukraynada da ağır cinayətlər törədib” - ŞƏRH
Bu gün, 00:56 |
|
|
|
• “Ürəyimdə fikirləşdim ki, birdən ona nəsə olar, Ağdamı görmədən ölər”
Bu gün, 00:53 |
|
|
|
• "Razi kimdir, mənim haqqımda nəsə desin?!" - Deputatlar arasında gərginlik davam edir...
Bu gün, 00:51 |
|
|
|
• “Yeni çeşid” hiyləsi: çörəyin qiyməti necə qaldırılıb… - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 00:45 |
|
|
|
• Kremlin “hüquqları” və ya köhnə ssenari yenidən gündəmdə - UNİAN
Bu gün, 00:41 |
|
|
|
• Nadir Quliyevə vəzifə verildi - ƏMR
Bu gün, 00:37 |
|
|
|
• Marko Rubio USAID-in administratoru vəzifəsini icra edəcək
Bu gün, 00:35 |
|
|
|
• Agentlik bu şəxslə 1,4 milyon manatlıq icarə - MÜQAVİLƏSİ BAĞLADI
Bu gün, 00:05 |
|
|
|
• Azərbaycanda 117 minlik nəqliyyat şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:02 |
|
|
|
• Paşinyan ABŞ-də etirazla qarşılandı
Dünən, 23:31 |
|
|
|
• Quru sərhədlər niyə bağlıdır? - DTX və DİN-i əməliyyatı bu suala cavab verdi
Dünən, 23:29 |
|
|
|
• Rusiya-Ukrayna münaqişəsinin həlli üzrə əhəmiyyətli irəliləyiş əldə etdik - Tramp
Dünən, 23:25 |
|
|
|
• USAİD hər zaman öz məkrli planları ilə yadda qalıb: - Onun ləğvi mütərəqqi adım olar
Dünən, 22:00 |
|
|
|
|