Çin ABŞ məhsullarına tarif tətbiq edib .....                     Şəhid anası nazirdən GİLEY EDİR... .....                     Cəlilabadda Qazilər HAQSIZLIQLA ÜZ-ÜZƏ... .....                     "Bu, bir təsadüf deyildi" .....                     Hərbi vəzifəlilərin növbəti təlim toplanışı başlayıb .....                     Ümid edirik ki, Cənubi Qafqazda sülh ABŞ üçün prioritet olacaq .....                     Özünü həkim hesab edənlərin əksəriyyəti diplomunu pulla alan şəxslərdir .....                     Təhsildə nöqsanlar belə ört-basdır edilir... .....                     Dənizlə narkotik daşıyan iranlı balıqçılar saxlanılıb .....                     Vergi Xidməti sahibkarın başına niyə bu oyunu açır? .....                     "Oleq Bakinski"nin dəstə üzvləri deyilən şəxslərlə bağlı .....                     “AXC-nin iclasında təklif etdim ki, gəlin, Heydər Əliyevi Naxçıvandan Bakıya çağıraq” .....                     Qaralov vəzifədə deyil... amma hələ də ADI QARA İŞLƏRDƏ BİRİNCİDİR... .....                     "Azərbaycan hər zaman türk dövlətləri ilə bütün sahələrdə inteqrasiyanın olmasına çalışıb" .....                     "44 günlük müharibədə məğlubiyyət bizə bu imkanı verdi" .....                     Paşinyanın sirli ABŞ səfəri .....                     Rusiyada yaşayan azərbaycanlılara hansı problemlər yaradacaq? .....                     İran Zəngəzur prosesindəki maneələri aradan qaldıracaq .....                     Köçəryanı qane edən Qarabağ təklifi .....                     Gürcüstandan Azərbaycana ZƏRBƏ .....                     Teatr Xadimləri İttifaqının sədri lotoreya reklamına çəkilib .....                     Paşinyanın ələ keçirmək istədiyi Azərbaycan ərazisi .....                     USAİD- təmizləyən ABŞ əslində öz DÖVLƏT NAMUSUNU qurtarmağa cəhd etmiş oldu... .....                     Nizami rayonunda meydan sulayan KİMDİR? .....                     "Niyə olmayan xidmət üçün pul ödəməliyəm?" .....                     ABŞ Senatı Kris Raytı energetika naziri vəzifəsinə təsdiqləyib .....                     İşçilərlə bağlanmış əmək müqaviləsinin ləğvi zamanı... .....                     Hacıyevin İran səfərinin pərdəarxası .....                     Əliyev haqlı çıxdı: “Qarabağ”a reaksiyamız faşizmdir .....                     Erməniləri qorxuya salan ETİRAF: .....                     Beş ərəb ölkəsi fələstinlilərin Qəzzadan köçürülməsinə qarşı çıxıb .....                     Vaşinqton Kiyevə silah tədarükünü bərpa edib .....                     Xankəndindəki zavodda çörək bahalaşıb? .....                     Sektor müdiri BŞTİ-dən azad edildi, məktəb direktoru göndərildi .....                     'Azəriqaz'dan vətəndaşa SAYĞAC TƏLƏSİ .....                     Nazirlik ləğv olunur, əvəzində isə... .....                     “Vardanyan Azərbaycandan əvvəl Ukraynada da ağır cinayətlər törədib” .....                     “Ürəyimdə fikirləşdim ki, birdən ona nəsə olar, Ağdamı görmədən ölər” .....                     "Razi kimdir, mənim haqqımda nəsə desin?!" .....                     “Yeni çeşid” hiyləsi: çörəyin qiyməti necə qaldırılıb… .....                 

AKİF ÇOVDAROVUN OĞLU DANIŞDI - “Atama “Qanlı General” deyilməsini qəbul etmirəm”
Tarix: 7-11-2016, 08:32 | Çap et
AKİF ÇOVDAROVUN OĞLU DANIŞDI
Akif Çovdarov. Bu ad çəkiləndə ölkə insanın təsəvvüründə dərhal “Qanlı general” deyə bir şəxs canlanır. MTN adlı nazirliyinin ləğv olunmasına səbəb olan bu qurumun keçmiş rəhbərliyindəki general Çovdarov iş adamlarının, məmurların qənimi kimi xarakterizə edilir. Cinayət Məcəlləsinin bir çox maddələri ilə ittiham olunan MTN generalı Akif Çovdarov hazırda məhkəmə qarşısındadır.
Gununsesi.info Akif Çovdarovun oğlu Ruslan Çovdarovla müsahibə alıb.
Qeyd edək ki, müsahibə suallara yazılan cavablar formasında hazırlandığından polemika səviyyəsində alınmayıb. Bununla belə hesab edirik ki, Azərbaycan vətəndaşının soruşmaq istədiklərini generalın oğlundan öyrənmişik.

Ruslan bəy, nə zamansa aglınıza gələrdimi, Eldar Mahmudovun “vurulması” ilə atanın ölkədə böyük rezonansa səbəb olacaq həbsi baş verəcək?
MTN nin ləğv edilməsi və Eldar Mahmudovun vəzifəsindən azad olunması birbaşa dövlət başçısı Cənab Prezidentimiz İlham Əliyevin sərəncamı ilə həyata keçirilmişdir. Yəni ki, bu, cənab Prezidentin səlahiyyətinə aid olan bir işdir. Nəinki mən , hətta heç bir şəxs Cənab Prezidentimizin qərarını müzakirə edə bilməz.
Eldar Mahmudov vəzifəsindən azad edildikdən sonra Akif Çovdarovun bir ay öz işində qalması da onu göstərdi ki, yuxarı dairələrin ona qarşı heç bir qərəzi yoxdur. İndi siz soruşursuz ki ağlınıza gələrdimi, təbii ki hec bir zaman ağlimiza belə gəlməzdi ki, bele bir hadisə baş verə bilər. Lakin bir ay müddətində atama qarşı başlayan “qara piar” kampaniyası , ictimaiyyətdə və yuxarı dairələr qarşısında “qanqster” obrazının yaradılması onu gostərdi ki , bu işdə marağı olan bəzi qüvvələr var.
O ki, qaldı atamın həbsinin rezonansa səbəb olması, bunu həmin qüvvələrin sifarişi, bəzi media nümayəndələrinin şəxsi maraqı və düşmənçilik məqsədləri ilə yazıldığını düşünürəm.
Atam 40 il dövlətimizə xidmət edib, Daxili İşlər Nazirliyində məsul vəzifələrdə çalışıb, polkovnik rütbəsinə yüksəlmişdir. 1990 cı illərdə Qarabağ müharibəsinin iştirakçısı olub, müharibə veretanıdır. 2005 -ci ildən Milli Təhlükəsizlik Nazirliyində işə başlayıb. Cənab prezidentimiz tərəfindən dövlət qarşısında göstərdiyi xidmətlərə görə dəfələrlə medal və ordenlərlə təltif edilmişdir. Azərbaycan Dövlətinə, cənab Prezident İlham Əliyevə və öz naziri Eldar Mahmudova şərəflə qulluq edib, ona gostərilən etimadı doğruldub, sadiq olub və olacaq. Mənim buna heç şübhəm yoxdur və bununla qürur duyuram.

AKİF ÇOVDAROVUN OĞLU DANIŞDI

– MTN-nin dağılmasından 1 il keçsə də bütün cəmiyyət hələ də Akif Çovdarovun cinayətlərindən danışır. Atanın “işgəncələr kralı “ olmasından xəbərdar idinmi? Onun iş adamlarını , məmurları qanunsuz həbs edib pullarını , əmlaklarını ələ keçirməsindən bir oğul kimi xəbərin olubmu?
– Açığı desəm , bütün cəmiyyət əvəzinə danışmaq düzgün deyil. Yuxarıda qeyd etdiyim kimi , cəmiyyət yox müəyyən bir qrup şəxs və media həmin “cinayətlərdən” danışır. Mediada hallanan “İşgəncələr kralı “ , “Qanlı General” , “Qanqster General” kimi ifadələri əsassız ittiham və qarayaxma piarı kimi qiymətləndirmək olar. Axı, məhkəmə yekunlaşmamış və məhkəmənin hökmu çıxmamış kiməsə böhtan atmaq özü bir cinayətdir. Məsələn, Siz Pərviz Həşimlidən soruşuram: Deyin görək, Akif Çovdarov şəxsən sizə nə pislik edib? Bəlkə sizi o həbs edib , döyub , söyub və sizə qarşi hər hansı bir qanunsuzluq edib? Təbii ki yox . Amma siz Pərviz Həşimli baş redaktoru olduğunuz Gununsesi.info saytında atamı “vətən xaini” belə adlandırmısınız. Azad jurnalist o demek deyil ki , hər ağlına gələni yazmalıdır. MTN işində 21 nəfər həbs edilib, gorəsən niyə, ictimaiyyətin gozündə məhz Çovdarov şişirdildi ?! Bu sifariş deyil bəs nədir ?
Bu gün hamıya bəllidirki, Akif Çovdarov işi üzrə ittiham aktı bütün media nümayəndələrinin , saytların əlinə hansısa yolla keçib . Baxın görün bu cinayət işində adı keçən “zərərçəkmişlər” kimlərdir. Dələduzlar, barələrində cinayyət işi olanlar, həbsdə olanlar, narkotik vasitə istifadəçiləri və satanları və sair adamlar zərərçəkən kimi tanınır. Yaranmış vəziyyətdən istifadə edənlər var. Bizdə məşhur el məsəlinin- “yıxılana balta çalınır” durumunun şahidiyik.
Cinayət işində adı zərərçəkmiş kimi taninan , Biləcəri bələdiyyəsinin keçmiş sədri İlham Məhəmməd oglu Xəlilovdur. Bu şəxs Atamin yaxın dostu Adil Yaqubov vasitəsi ilə tanış olmuşlar və o vaxtdan dostluq munasibətləri olub , dəfələrlə bizim evdə olan məclislərdə iştirak edib. Lakin atam həbs olunduqdan 4-5 ay sonra İlham Adili Yaqubovun evinə gəlib ona yalvararaq deyib ki, onun küllü miqdarda borcu var , qaytarmasa onu öldürəcəklər . Adil Yaqubova deyib ki, onunla birlikdə Akif Çovdarovun üzünə dursun , ondan şər yolu ilə pul alıb borclarını qaytarsın, onsuzda bu adamın başına iş gəlib və axiri nə olacağı bilinmir. Adil Yaqubov bu təklifi rədd edib, olmayan məsələni yalandan deyə bilməyəcəyini bildirərək, evindən qovub. Bundan sonra İlham Xəlilov prokurorluğa ərizə ilə müraciət edib və araşdırılmadam zərərçəkmiş kimi tanınmışdır. Ilham Xəlilov ifadəsində Binəqədi Bələdiyyəsinin sədri Elman adlı şəxsi də qeyd edərək bildirmişdir ki , guya, Akif Çovdarov ondanda 100,000 manat pul almış. Lakin Elman adlı şəxs istintaqda ifadə verərkən, nə Akif Çovdarovu şəxsən tanıdığını nə də ona hər hansı pul verdiyini demiş, pulu ondan İlham Xəlilovun MTN adından istifadə edərək tələb etdiyini göstərmişdir. Bu şəxsin nə qədər dələduz olduğunu biz indi öyrəndik. Deyilən məlumatlara görə, Baki ətrafında ən bahalı torpaqları qanunsuz , hətta bir pay torpağı bir neçə şəxsə satdığı üçün , İcra Hakimiyyətinə daxil olan şikayətlər əsasında Bələdiyyə sədrliyi və üzvlyündən qovulmuşdur. Hətta bu səxs barəsində cinayət işi olub. Indi bu səxsdən soruşan yoxdurki , bələdiyyə sədri ola ola ABŞ-ın Los Angeles şəhərində , Parisdə və İstanbulda olan mülkləri hansı vəsait hesabına almışdır?
Və yaxud, digər bir epizoddan danışaq. Saytların qələmə verdiyi “Vosmoy Bazarı” məsələsinə toxunaq. İlk öncə ondan başlayaq ki, “Vosmoy Bazarı” deyilən yerdə 5 ayri-ayri kiçik bazarlar var. Hər biri də başqa başqa adamlara məxsusdur. Bu bazara bizim heç bir aidiyyatımız olmayıb, bu bazarın 50 % kürəkənimiz , 1990- cı ildən Rusiya Federasiyasında yaşayan iş adamı Rövşən Qasımova məxsusdur. Mən bu işlərdən xəbərsiz olmuşam , lakin sonradan mənə bəlli olub ki , bazar Cingiz Əsadov adlı şəxsdən halaliq yolu ilə , dəyəri tam şəkildə ödənilməklə alqı satqı edilib. Bu işdə adı keçən dırnaq arası “zərəçəkmişlər” , Səfərov qardaşları isə hamıya bəllidir ki reketçiliklə məşğul olaraq , keçmiş sahibi Çingiz Əsədovdan bazarı zor gücləri, hədə -qorxu , onun fiziki qüsurundan( 1 ci dərəcəli əlildir-Ruslan Çovdarov) istifadə edərək , qardaşını oğurlayıb və bundan sonra bazarı ələ keçirmişdilər. Hətta sonralar bazar Cingiz Əsədova geri qaytarıldıqda Səfərov qardaşlarına da halalliq üçün 300.000 ABŞ dolları verilmiş və banka olan kredileri tam şəkildə ödənilmişdir.

– Atanın həbsindən sonra ailənizə məxsus villalar, daşınmaz əmlaklar ortaya çıxdı. Bunları general maaşı ilə əldə emək mümkündürmü ?
– Villalar dedikdə , bizim ailənin bir evi , bir bağ evi və bir də dövlət tərəfindən atama verilən mənzilimiz var. Atamı tanıyanlar bilir ki, o, 1996 cı ildən 2004 cü ilə qədər Russiyada taxta – şalban istehsalı və satışı ilə məşğul olan ən böyük iş adamlarından biri olub. Bu sizin verdiyiniz (general maaşi ilə alına bilərmi ) sualına cavabdır. Qalanları qohum əqraba, əmi-dayıya məxsus evlərin , mülklərin atamin adına çıxılması nə dərəcədə düzgündür? Sizin məntiqinizlə nəsildə , ailədə bir vəzifəli şəxs varsa , deməli hamı kirayədə qalmalı , heç bir sahibkarlıq fəaliyyəti ilə məşğul olmamali və hamı generalın əmək haqqısı ilə dolanmalidırlar?
– Atanın adı mərhum jurnalist Elmar Hüseynovun qətlində, jurnalist Aqil Xəlilin döyülməsində və sonradan bıçaqlanmasında da çəkilib…
– Mənim atamın adını çəkdiyiniz bu şəxslərlə problemi olmayıb. Mənim atam Elmar Hüseynovu niyə öldürtməli idi. Bu iddialar cəfəngiyyatdır. Aqil Xəlil olayında mən xaricdə təhsil alırdım. Zeytunluqda nəsə bir olay olmuşdu. Amma atama yaraşmaz ki, jurnalisti bıçaqlatsın. Bəlkə atamı zərbə altına qoymaq istəyən kimlərsə bunu təşkil edib. Nə bilmək olar.
– İctimaiyyət arasında olan şəxs kimi bunu deyirəm: Akif Çovdarovun adı çəkiləndə insanlar anidən təlaş keçirir, sanki, qorxunc bir təhlükə görür . Atan evdə necə insan olub, onun qəddar qəlbli olduğunu övladı kimi hiss etmisinizmi?
– Bu obrazı kim yaradıb? Əvvəlcə bu suala cavab verək. İnsanlarda qorxunu sizin rəhbəri olduğunun Gununsesi.info saytı daxil olmaqla, ölkə KİV-ləri yaradıb. Təəssüf ki, bizdə “yıxılanı baltalayırlar”.
Akif Çovdarovu taniyanlar bilir ki, necə ürəyə sahib olub, qapisina kömək məqsədi ilə gələni heç vaxt geri qaytarmayıb. Vəzifə çərçivəsi daxilində Gürcüstan rəhbərliyinə xahiş etmiş, Marneuli rayonunun kəndlərinə asfalt yol çəkdirmiş,məktəblər təmir etdirmiş, hər bir evə qaz çəkdirmiş və fasiləsiz verilməsinə nail olmuşdur.
Atam gözəl ailə başçısıdır, ailə sevəndir , bunu tanıyan hər bir şəxs təsdiq edə bilər. Ailədə heç vaxt dövlətin işini müzakirə etməyi və işi haqqında danışmağı sevməz. Cox ciddi , düzgünlüyü sevən və tələb edən adamdır.
Yeri gəlmişkən, atanın həbsi ailənizə , doğmalarınıza daha nələrə başa gəldi? Bildiyimiz qədər ailənizin əmlaklarına həbs qoyulub, həmçinin, ölkədən çıxışınıza qadağa var.

Sizə bildirmək istəyirəm ki , nəinki, bizim ailə və nəslin nümayəndələri , hətta 10- cu dərəcəli qohumlarımız istər dövlət, istərsə də özəl sektordakı işlərindən kənarlaşdırılıblar. Mən əminəm ki , cənab Prezidentimizdən xəbərsiz, atamla düşmənçilik edən müəyyən quvvələr bu repressiv hərəkətləri həyata keçirmişdilər. Özümüzün, digər doğmalarımızın əmlaklarına həsb qoyulub. Ailəmizin ölkədən çıxışına məhdudiyyət qoyulub. Bizim qohumlarımızın əksəriyyəti Gürcüstanda yaşayırlar və xeyir-şər işlərində iştirak etmək bizim borcumuzdur. Bu yaxınlarda bir qohumumuz dünyasını dəyişdi və biz indiki vəziyyətə görə orada iştirak edə bilmədik.
Akif Çovdarov ittiham edilir ki , camaata mənəvi ziyan vurub. Indi siz deyin, bu, bizə vurulan mənəvi ziyan deyilmi? Atam Akif Çovdarov 40 illik əmək fəaliyyətinin sonunda pensiya belə ala bilməməsi mənəvi ziyan deyilmi? Bildiyiniz kimi atam 10 gündən çoxdur ki aclıq aksiyasındadır. Buna heç bir reaksiya verilməməsi hüquqlarının pozulması deyilmi?
Məhkəmənin sonundan nə gözləyirsiz ? Atanla görüşlərində özünü peşman hesab edirmi?
Atam ifadələrində də qeyd edib ki, onun üzərinə qoyduqları heç bir ittihamla razılaşmır. Etdiyi hərəkətlər və həbs etdiyi insanlarla bağlı tədbirləri qanun cərcivəsində həyata keçirilmişdir.
Bizim qüdrətli Azərbaycan Dövlətimizin başında cənab İlham Əliyev kimi ədalətli prezidentimiz , ədalətli məhkəməmiz olduğu üçün inanıram ki, məhkəmə ədalətli qərar çıxaracaq.
Və sonda ümid edirəm ki, mənim fikirlərimi təhrif etmədən olduğu kimi ictimaiyyətə təqdim edəcəksiniz.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Çin ABŞ məhsullarına tarif tətbiq edib
Bu gün, 10:39
Şəhid anası nazirdən GİLEY EDİR... - Qəbuluna düşmək müşkül imiş...
Bu gün, 10:38
Cəlilabadda Qazilər HAQSIZLIQLA ÜZ-ÜZƏ... - "Burda ancaq bir tayfanın adamları vəzifə başındadır..."
Bu gün, 10:25
"Bu, bir təsadüf deyildi" - VİDEO
Bu gün, 10:10
Hərbi vəzifəlilərin növbəti təlim toplanışı başlayıb
Bu gün, 10:02
Ümid edirik ki, Cənubi Qafqazda sülh ABŞ üçün prioritet olacaq - Paşinyan
Bu gün, 09:55
Özünü həkim hesab edənlərin əksəriyyəti diplomunu pulla alan şəxslərdir - İTTİHAM VAR...
Bu gün, 09:52
Təhsildə nöqsanlar belə ört-basdır edilir... - MALƏSƏF...
Bu gün, 09:50
Dənizlə narkotik daşıyan iranlı balıqçılar saxlanılıb - VİDEO
Bu gün, 09:45
Vergi Xidməti sahibkarın başına niyə bu oyunu açır? - ETİRAZ
Bu gün, 09:43
"Oleq Bakinski"nin dəstə üzvləri deyilən şəxslərlə bağlı QƏRAR VERİLDİ
Bu gün, 09:40
“AXC-nin iclasında təklif etdim ki, gəlin, Heydər Əliyevi Naxçıvandan Bakıya çağıraq” - Fəzail Ağamalı
Bu gün, 09:36
Qaralov vəzifədə deyil... amma hələ də ADI QARA İŞLƏRDƏ BİRİNCİDİR... - TƏFƏRRÜAT
Bu gün, 09:29
"Azərbaycan hər zaman türk dövlətləri ilə bütün sahələrdə inteqrasiyanın olmasına çalışıb" - Fazil Mustafa
Bu gün, 09:18
"44 günlük müharibədə məğlubiyyət bizə bu imkanı verdi" - Paşinyan
Bu gün, 09:17
Paşinyanın sirli ABŞ səfəri - Bakıya qarşı gizli plan...
Bu gün, 09:15
Rusiyada yaşayan azərbaycanlılara hansı problemlər yaradacaq? - AKTUAL
Bu gün, 09:12
İran Zəngəzur prosesindəki maneələri aradan qaldıracaq - Görünəni odur ki...
Bu gün, 09:10
Köçəryanı qane edən Qarabağ təklifi – “Nə Əliyev, nə də Elçibəy razılaşdı, çünki…”
Bu gün, 09:04
Gürcüstandan Azərbaycana ZƏRBƏ - Bakıdan etirazlar
Bu gün, 09:03
Teatr Xadimləri İttifaqının sədri lotoreya reklamına çəkilib - BU NƏDİ BELƏ?..
Bu gün, 09:01
Paşinyanın ələ keçirmək istədiyi Azərbaycan ərazisi – “Çox strateji yerdir…”
Bu gün, 08:59
USAİD- təmizləyən ABŞ əslində öz DÖVLƏT NAMUSUNU qurtarmağa cəhd etmiş oldu... - FAKT BUDUR!
Bu gün, 08:56
Nizami rayonunda meydan sulayan KİMDİR? - İTTİHAM VAR...
Bu gün, 08:49
"Niyə olmayan xidmət üçün pul ödəməliyəm?" - ETİRAZ
Bu gün, 08:44
ABŞ Senatı Kris Raytı energetika naziri vəzifəsinə təsdiqləyib
Bu gün, 08:34
İşçilərlə bağlanmış əmək müqaviləsinin ləğvi zamanı... - Ekspert danışır...
Bu gün, 08:29
Hacıyevin İran səfərinin pərdəarxası - 9 illik “tilsimi” sındırmaq zamanı
Bu gün, 08:21
Əliyev haqlı çıxdı: “Qarabağ”a reaksiyamız faşizmdir - Kiviryan
Bu gün, 08:17
Erməniləri qorxuya salan ETİRAF: - “Türklər bu ərazilərə yerləşir”
Bu gün, 06:23
Beş ərəb ölkəsi fələstinlilərin Qəzzadan köçürülməsinə qarşı çıxıb
Bu gün, 06:18
Vaşinqton Kiyevə silah tədarükünü bərpa edib - KİV
Bu gün, 01:47
Xankəndindəki zavodda çörək bahalaşıb? - "...zavoda biz cavabdehik"
Bu gün, 01:43
Sektor müdiri BŞTİ-dən azad edildi, məktəb direktoru göndərildi - AÇIQLAMA
Bu gün, 01:39
'Azəriqaz'dan vətəndaşa SAYĞAC TƏLƏSİ - BU FAKTDIR!
Bu gün, 01:13
Nazirlik ləğv olunur, əvəzində isə... - İLGİNC
Bu gün, 01:07
“Vardanyan Azərbaycandan əvvəl Ukraynada da ağır cinayətlər törədib” - ŞƏRH
Bu gün, 00:56
“Ürəyimdə fikirləşdim ki, birdən ona nəsə olar, Ağdamı görmədən ölər”
Bu gün, 00:53
"Razi kimdir, mənim haqqımda nəsə desin?!" - Deputatlar arasında gərginlik davam edir...
Bu gün, 00:51
“Yeni çeşid” hiyləsi: çörəyin qiyməti necə qaldırılıb… - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 00:45
Kremlin “hüquqları” və ya köhnə ssenari yenidən gündəmdə - UNİAN
Bu gün, 00:41
Nadir Quliyevə vəzifə verildi - ƏMR
Bu gün, 00:37
Marko Rubio USAID-in administratoru vəzifəsini icra edəcək
Bu gün, 00:35
Agentlik bu şəxslə 1,4 milyon manatlıq icarə - MÜQAVİLƏSİ BAĞLADI
Bu gün, 00:05
Azərbaycanda 117 minlik nəqliyyat şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:02
Paşinyan ABŞ-də etirazla qarşılandı
Dünən, 23:31
Quru sərhədlər niyə bağlıdır? - DTX və DİN-i əməliyyatı bu suala cavab verdi
Dünən, 23:29
Rusiya-Ukrayna münaqişəsinin həlli üzrə əhəmiyyətli irəliləyiş əldə etdik - Tramp
Dünən, 23:25
USAİD hər zaman öz məkrli planları ilə yadda qalıb: - Onun ləğvi mütərəqqi adım olar
Dünən, 22:00
Rusiyada “İntervision” keçiriləcək – Putindən fərman
Dünən, 21:55
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru