Məşhur Məmmədova məxsus olduğu bildirilən şirkətə ətraf mühiti çirkləndirdiyinə görə .....                     İdxalçı şirkət “Mazarina Trade Company” ölkədən nə qədər pul çıxarıb? .....                     Paşinyan Bakıya təzyiq etməməyi xahiş edəcək .....                     Məhkəm sistemi QAZİLƏRƏ QARŞI... .....                     Maskın işçiləri USAID-in məxfi otağına daxil olub .....                     Ukrayna, Gürcüstan, Ermənistan USAID-in "demokratiyasından" əziyyət çəkib .....                     Samux Rayon Mərkəzi Xəstəxanasında qəribə “alış- veriş”… .....                     İşçilərin maaşından kəsib Vəfa Şərifovaya hədiyyə göndərən BİZNESMEN KİMDİR? .....                     İki yeniyetməni zorladı, biri intihar etdi .....                     “Qumar kralı” Şəkili Yusif .....                     "150 manatlıqsan" dedi, verilişdə QIRĞIN DÜŞDÜ .....                     Naxçıvanda FHN sahibkarlara `RACON KƏSİR`... .....                     İcbari Sığorta Bürosunun Himayəçilər Şurasının sədri dəyişib .....                     Ukraynadakı müharibə ABŞ-yə milyardlarla dollar gəlir gətirib .....                     Tramp “axmaq ölkə” statusundan qurtulmaq istəyir .....                     "ABŞ-dan deportasiya olunan şəxslər Azərbaycana daxil olduqdan sonra .....                     Pərviz Bülbülə lüks avtomobilində belə görüntüləndi .....                     "Yaxşı, bəs gəliri az olan insanlar nə etsinlər?" .....                     Təyyarəmizi vuranlara ölüm hökmü verilsin! .....                     Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə direktor müavinləri təyin olunub .....                     “Bakcell” yeni prestijli 100 seriyalı nömrələrini təqdim edir .....                     Yazıçı-jurnalist Bəhram Çələbi vəfat edib .....                     AZAL təyyarəsinin Rusiyanın hava məkanında vurulması inkar edilməsi mümkün olmayan faktdır .....                     "İndi amerikalılar özləri etiraf edirlər ki..." .....                     “ForFinance” adlı BOKT yaradıldı .....                     Rusiyada bu gündən miqrantlarla bağlı sərtləşdirilmiş qaydalar qüvvəyə minib .....                     Litva şirkəti Azərbaycan bazarından gedir .....                     Rusiya ilə sərhəddə əməliyyatların SENSASİON PƏRDƏARXASI .....                     Talıbovla bağlı BÖYÜK SİRR: Kürsüsü niyə BOŞ QALIB? .....                     Günün fotosu: .....                     Çörəyin qiymətini ucuzlaşdırmaq mümkündür .....                     SOCAR-ın dənizdəki bəzi işçiləri TƏXLİYYƏ OLUNDU .....                     "Başçıya demişik... amma nə olsun..." .....                     Şantaja görə həbs olunan sayt rəhbərinin cəzası azaldıldı .....                     Azərbaycanı onlar ŞİKAYƏT EDİB .....                     Ağstafada hərbçilər dəm qazından zəhərləndi .....                     Ermənistan Azərbaycanın şərti ilə artıq razılaşıb .....                     Hacı Qalib SÜKUTU POZDU... .....                     Sərhəddəki görüntülər SÜLHÜN XƏBƏRÇİSİ DEYİL .....                     “Rus evi” elə USAİD-in bir formasıdır... .....                 

Bu rayonun təhsil sistemində özəl qaydalar hökm sürür - GİLEY
Tarix: 31-01-2018, 09:46 | Çap et
Bu rayonun təhsil sistemində özəl qaydalar hökm sürür
Ötən ay – dekabrın 27-də “Azərbaycan bayrağını təhqir edən direktor haqqında SENSASİON FAKTLAR - "Məktəbə öz adını vermək istəyir..." sərlövhəli yazı dərc etmişdik. Həmin yazıda Astara rayon Ziya Bünyadov adına 2 saylı tam orta məktəbin direktoru Həsənova Maya Əliməmməd qızının Azərbaycan bayrağına hörmətsizlik etməsindən bəhs olunurdu. Qeyd edilirdi ki, direktor məktəb binasının üzərindən asılan bayrağın dalğalanmasının qarşısını almaq üçün onu 3 yerdən bağlayıb. Buna valideynlər etiraz etsə də, Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında Qanununa zidd olaraq, direktor onlara əhəmiyyət verməmişdi…

Bütün bunlar haqda ötən məqaləmizdə geniş məlumat verdiyimizdən, bu yazımızda təkrarçılığa yol verməyə ehtiyac görmürük. Amma onu da bildirək ki, həmin informasiya işıq üzü gördükdən sonra valideynlər və sözügedən məktəbin müəllimləri tərəfindən redaksiyamıza çoxsaylı zənglər daxil oldu. Bu zaman məlum oldu ki, direktor Maya Həsənova bu biabırçı hadisədən nəticə çıxarmaq əvəzinə, bayrağı birdəfəlik məktəb binası üzərindən götürüb. Bu haqda ​da “Direktor dövlət bayrağının məktəb binasından asılmasına imkan vermir – VALİDEYNLƏR ETİRAZ EDİR” sərlövhəli yazımızda dəyərli oxucularımızı bilgiləndirmişdik.

Direktorun qanunsuzluğu haqda məlumat verən mənbə deyirdi ki, ümumiyyətlə, pensiya yaşını keçən Maya Həsənovanın sağlıq durumunda problem var: “Direktorun sağlamlığı yerində deyil, sərbəst hərəkət edə bilmir, axsaya-axsaya yeriyir, yaddaşı tez-tez itir. Bu səbəbdən də çox vaxt dərslərini başqa müəllimlər keçir, amma onun adı gedir”.

Həmçinin o da vurğulanırdı ki, məktəbdə direktorun qol çəkməli olduğu sənədlərə çox vaxt onun əvəzinə katibəsi imza atır və möhür vurur: “Halbuki direktorun möhürü altında katibənin imza atması tamamilə qanunsuzluqdur”.

Məlum etirazlardan sonra isə direktor müəllimləri toplayaraq bildirib ki, kimin nə etməsindən asılı olmayaraq 70 yaşına qədər bu vəzifədə çalışacaq. Hətta o, kimlərəsə acıq verirmiş kimi, məktəbin ona məxsus olduğunu, özəlləşdirəcəyini və 2 ildən sonra öz adını daşıyacağını deyib”.

Təbii ki, direktorun bu kimi qanunsuz əməlləri təkcə valideynlərin deyil, müəllimlərin də etirazına səbəb olub. Ən azı ona görə ki, sözügedən məktəbdə direktor olmağa layiq olan müəllimlər olsa da, pensiya yaşını keçən və artıq idarəçilik potensialı tükənmiş M.Həsənovanın öz kreslosundan ikiəlli yapışması gənc kadrların önünə sipər çəkib. Halbuki, bu məktəbə daha gənc və perspektivli bir şəxs rəhbərlik etsə, bu, tədrisin keyfiyyətini yaxşılaşdırmaqla yanaşı, dirktorun ətrafına topladığı savadız, təcrübəsiz qohumlarının da tədricən yeni və layiqli kadrlarla əvəzlənməsi nəticəsində məktəbdə savadlı müəllimlər üçün də yeni perspektiv açmış olar. Hansı ki, ötən yazımızda da qeyd etmişdik ki, hazırda təkcə 6 nəfər ibtidai sinif müəllimi, eləcə də digər müəllimlərin əksəriyyəti direktorun qohumudur...

Bu rayonun təhsil sistemində özəl qaydalar hökm sürür

Lakin belə aydın olur ki, Astara rayon Təhsil Şöbəsinin müdiri Qızbəs Məmmədova ilə Maya Həsənovanın “işgüzar işbirliyi” uğurlu alındığından, direktorun bütün qanunsuz əməlləri birinci tərəfindən ört-basdır edilir və o, açıq-aşkar himayə olunur. Məsələn, qeyd etdiyimiz kimi, həmin məktəbin özündə direktorluğa layiqli namizədlər olsa da, Təhsil Şöbəsi onların qabağını kəsərək, M.Həsənova ilə müqaviləni hər il uzadır.

Əldə etdiyimiz məlumata əsasən, Astara rayon Ziya Bünyadov adına 2 saylı tam orta məktəbin direktorluğuna layiqli namizədlərdən biri, əksər müəllimlərin və valideynlərin direktor vəzifəsində görmək istədiyi tarix müəllimi Hüseynova Şahsənəm Elman qızının qarşısı da saxtakarlıqla kəsilib. Bu fakt məhkəmə sənədlərində və hakmin çıxardığı qərarda da öz əksini tapır. Lakin bu məsələdən öncə Astara rayon Təhsil Şöbəsinin müdiri Qızbəs Məmmədovanın Ş.Hüseynova barəsində rayon İcra Hakimiyyətinin şifahi sorğusuna cavab olaraq göndərdiyi müraciətlə oxucularımızı tanış edək:

“Astara rayon Təhsil Şöbəsi şifahi sorğunuza cavab olaraq bildirir ki, 1978-ci ildə anadan olmuş Hüseynova Şahsənəm Elman qızı 2004-cü ildən Z.Bünyadov adına Astara şəhər 2 saylı tam orta məktəbin rus bölməsində ixtisası üzrə tarix müəllimi işləyir. O, ixtisası üzrə rus bölməsində işləyən yeganə müəllimdir, ixtisasını yüksək səviyyədə bilir, savadlı və təcrübəlidir. Şahsənəm Hüseynova müəllimlərin diaqnostik qiymətləndirilməsində iştirak etmiş və 51 bal toplamışdır. Rayonun ümumtəhsil məktəblərindən şəhər 4 nömrəli, Pensər 1 nömrəli, Pensər 2 nömrəli və Şahağac 1 nömrəli kənd tam orta məktəblərində vakant qalmış direktor vızifələrindən birini tutmaq üçün Şahsənəm Hüseynova elektron ərizə ilə Təhsil Nazirliyinə müraciət etmişdir. Bildiririk ki, Şahsənəm Hüseynovaya şəhər 2 nömrəli tam orta məktəbin rus bölməsində tarix müəllimi kimi işləmək üçün zəruri ehtiyac yaranmışdır. Ona görə də onun rayonun yuxarıda adları çəkilən məktəblərin hər hansı birində direktor vəzifəsində işləməyi məqsədəmüvafiq hesab edilməmişdir”.

Məlumat üçün bildirək ki, bütün bu qanunsuzluqlardan sonra 26 dekabr 2017-ci ildə Hüseynova Şahsənəm Elman qızının iddiası əsasında Şirvan İnzibati-İqtisad Məhkəməsində hakim Allahverdiyev Zaur Mirzağa oğlunun sədrliyi ilə məhkəmə prosesi keçirilib. Belə ki, Şahsənəm Hüseynova Astara Təhsil Şöbəsinə qarşı iddia qaldıraraq, onun tərəfindən Təhsil Nazirliyinin məktəb direktorlarının işə qəbul müsabiqəsindən qanunsuz olaraq kənarlaşdırılmasına etiraz edib.

Bu rayonun təhsil sistemində özəl qaydalar hökm sürür

Məlumata əsasən, Astara Təhsil Şöbəsinin müdiri Qızbəs Məmmədova və işlədiyi məktəbin rəhbərliyi tərəfindən dəfələrlə mükafatlandırılan Ş.Hüseynova sözügedən müsabiqədə iştirak etmək üçün elektron qaydada ərizə ilə qeydiyyatdan keçib. 23 iyun 2017-ci ildə onun ərizəsinin qəbul olunduğu və müsabiqəyə buraxıldığı qeyd edilsə də, 25 iyun 2017-ci ildə yerli təhsil idaretmə orqanının mənfi rəyi əsasında, o, növbəti mərhələyə buraxılmayıb. Təhsil Şöbəsinin mənfi rəyinə “əsas” olaraq Astara rayon İcra Hakimiyyətinə göndərdiyi müraciətdə əks olunan fikirlər göstərilib.

Odur ki, bu qanunsuzluqlardan sonra məhkəmə Ş.Hüseynovanın iddiasının qismən əsaslı olduğunu qərara alıb: “Belə ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də qismən əsaslıdır”.

Məhkəmə təsdiq edir ki, Astara Təhsil Şöbəsinin müdiri Qızbəs Məmmədova namizəd barəsində Təhsil Nazirliyinini Müsabiqə komissiyasına heç bir qanuni əsas olmadan mənfi rəy təqdim etmiş və məhz həmin mənfi rəyə əsasında Şahsənəm Hüseynovanın müsabiqədə iştirakı məqsədəmüvafiq hesab olunmamışdır. Ona görə də məhkəmə hesab edir ki, cavabdehin imtinası qanunsuz hesab olunmalıdır.

Yekun olaraq məhkəmə qərara alıb ki, “iddia tələbi qismən təmin olunmalı, Hüseynova Şahsənəm Elman qızının Azərbaycan Respublikası Təhsil Nazirliyinin Müsabiqə komissiyasının ümumtəhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbulla bağlı müsabiqədə iştirakından imtinası qanunsuz hesab olunmalı və Hüseynova Şahsənəm Elman qızının ümumtəhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbulla bağlı imtahana buraxılması məsələsi məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla, yenidən araşıdırılması Azərbaycan Respublikası Təhsil Nazilriyinə həvalə edilməlidir”.
Hurriyyet.org










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Məşhur Məmmədova məxsus olduğu bildirilən şirkətə ətraf mühiti çirkləndirdiyinə görə yazılan protokola baxılacaq tarix açıqlandı
Bu gün, 11:55
İdxalçı şirkət “Mazarina Trade Company” ölkədən nə qədər pul çıxarıb? - TƏFƏRRÜAT
Bu gün, 11:50
Paşinyan Bakıya təzyiq etməməyi xahiş edəcək - Sərkisyan
Bu gün, 11:44
Məhkəm sistemi QAZİLƏRƏ QARŞI... - AXI NİYƏ?..
Bu gün, 11:41
Maskın işçiləri USAID-in məxfi otağına daxil olub - “Bloomberg”
Bu gün, 11:35
Ukrayna, Gürcüstan, Ermənistan USAID-in "demokratiyasından" əziyyət çəkib - Dövlət Dumasının sədri
Bu gün, 11:34
Samux Rayon Mərkəzi Xəstəxanasında qəribə “alış- veriş”… - 125 min manat hara xərclənib?
Bu gün, 11:33
İşçilərin maaşından kəsib Vəfa Şərifovaya hədiyyə göndərən BİZNESMEN KİMDİR? – Qalmaqal yaradan olay...
Bu gün, 11:24
İki yeniyetməni zorladı, biri intihar etdi - Bakıda TÜKÜRPƏDƏN CİNAYƏT
Bu gün, 11:20
“Qumar kralı” Şəkili Yusif - Həbs edildi
Bu gün, 11:17
"150 manatlıqsan" dedi, verilişdə QIRĞIN DÜŞDÜ - VİDEO
Bu gün, 11:16
Naxçıvanda FHN sahibkarlara `RACON KƏSİR`... - "Tez-tez gəlib müxtəlif bəhanələrlə..."
Bu gün, 11:13
İcbari Sığorta Bürosunun Himayəçilər Şurasının sədri dəyişib - BUNDAN SONRA...
Bu gün, 11:08
Ukraynadakı müharibə ABŞ-yə milyardlarla dollar gəlir gətirib - Zelenski
Bu gün, 11:07
Tramp “axmaq ölkə” statusundan qurtulmaq istəyir - İNCƏLƏMƏ
Bu gün, 10:54
"ABŞ-dan deportasiya olunan şəxslər Azərbaycana daxil olduqdan sonra barələrində yoxlama aparıla bilər"
Bu gün, 10:48
Pərviz Bülbülə lüks avtomobilində belə görüntüləndi - VİDEO
Bu gün, 10:43
"Yaxşı, bəs gəliri az olan insanlar nə etsinlər?" - ETİRAZ VAR...
Bu gün, 10:40
Təyyarəmizi vuranlara ölüm hökmü verilsin! - Milli Qəhrəmanın ATASI
Bu gün, 10:29
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə direktor müavinləri təyin olunub - ƏMR
Bu gün, 10:26
“Bakcell” yeni prestijli 100 seriyalı nömrələrini təqdim edir - DİQQƏT!
Bu gün, 10:25
Yazıçı-jurnalist Bəhram Çələbi vəfat edib
Bu gün, 10:18
AZAL təyyarəsinin Rusiyanın hava məkanında vurulması inkar edilməsi mümkün olmayan faktdır – ŞƏRH
Bu gün, 10:17
"İndi amerikalılar özləri etiraf edirlər ki..." - deputat
Bu gün, 10:16
“ForFinance” adlı BOKT yaradıldı – 1 milyon manat nizamnamə kapitalı ilə!
Bu gün, 10:13
Rusiyada bu gündən miqrantlarla bağlı sərtləşdirilmiş qaydalar qüvvəyə minib
Bu gün, 10:11
Litva şirkəti Azərbaycan bazarından gedir
Bu gün, 10:06
Rusiya ilə sərhəddə əməliyyatların SENSASİON PƏRDƏARXASI - NƏ BAŞ VERİR?
Bu gün, 10:01
Talıbovla bağlı BÖYÜK SİRR: Kürsüsü niyə BOŞ QALIB? - SƏN DEMƏ...
Bu gün, 09:56
Günün fotosu: - Uçmağa var qanadım...
Bu gün, 09:54
Çörəyin qiymətini ucuzlaşdırmaq mümkündür - TƏKLİF VAR...
Bu gün, 09:44
SOCAR-ın dənizdəki bəzi işçiləri TƏXLİYYƏ OLUNDU
Bu gün, 09:37
"Başçıya demişik... amma nə olsun..." - GİLEY
Bu gün, 09:36
Şantaja görə həbs olunan sayt rəhbərinin cəzası azaldıldı - TƏFƏRRÜAT
Bu gün, 09:23
Azərbaycanı onlar ŞİKAYƏT EDİB - Elə məlumatlar AÇIQLANDI Kİ...
Bu gün, 09:19
Ağstafada hərbçilər dəm qazından zəhərləndi
Bu gün, 09:17
Ermənistan Azərbaycanın şərti ilə artıq razılaşıb - İNCƏLƏMƏ
Bu gün, 09:14
Hacı Qalib SÜKUTU POZDU... - “İstəyirdilər mənə qarşı belə bir şey etsinlər”
Bu gün, 09:13
Sərhəddəki görüntülər SÜLHÜN XƏBƏRÇİSİ DEYİL - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:11
“Rus evi” elə USAİD-in bir formasıdır... - BAĞLAMAQ ÇƏTİNDİRMİ?
Bu gün, 09:08
Marketlərimizin ƏDV FIRILDAĞI - "Sizə qəbz lazımdır?"
Bu gün, 09:05
Rusiya ilə görüşdə ilk bu ərazini tələb edəcəyik - Zelenski
Bu gün, 09:01
Siyavuş Novruzovun İmişlinin rəhbəri haqda dedikləri... - Elçin Rzayev niyə susur?
Bu gün, 08:59
Jurnalist Şəmşad Ağa saxlanılıb - BU İTTİHAMLA...
Bu gün, 08:53
USAİD-in ləğvi Ermənistanı yasa boğub - GÖRÜNƏNİ BUDUR
Bu gün, 08:49
"Əslində, bu, Donald Trampa səs verməyənləri də ciddi narahat edən məsələlərdən biridir" - Zaur Bayramlı
Bu gün, 08:40
“Nə təhsilimizə davam edə bilirik, nə də işləyə…” - Tanınmayan diplom problemi
Bu gün, 08:38
Qazaxlar ruslara elə `PAS ÖTÜRDÜLƏR Kİ...` - Bunun başqa ADI YOXDUR...
Bu gün, 08:36
"Əlilliyi ləğv olunan işçi nə əlilliyini bərpa edə bilir, nə də..." - AKTUAL
Bu gün, 08:30
AZƏRİQAZ rəhbərliyi buraları YOXLAMAQ İSTƏSƏ... - "Hər şeyin yerli-yerində araşdırılmasına..."
Bu gün, 08:26
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru